* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Bir şeyin bilinməsinə, müəyyən edilməsinə vasitə olan nişanə; işarə. Xəstəliyin əlamətləri. Baharın əlamətləri. – Bütün günü Fəxrəddinin xəfiyyələri saray ətrafında gəzib müəyyən əlamətləri daşıyan qadının intizarını çəkirdilər. M.S.Ordubadi. [Oğlan] bütün zahiri əlamətlərinə: gözlərinin rəngi, üzünün cizgilərinə görə rus idi. M.Rzaquluzadə. 2. İz, əsər, qalıq. Qədim zamanda Azərbaycanda şüşəçilik sənətinin tərəqqi etdiyini göstərən bir çox tarixi əlamətlər var. – Qırx gün, qırx gecə Usta Ağabala yol getdi, ətrafda bir işıq əlaməti görmədi, axırda təngə gəlib bir daşın ətəyində uzandı. Çəmənzəminli. İlk baxışda bu şəhərdə həyat əlaməti görünmürdü. M.Hüseyn. Ərdəbildə baş vermiş hadisələr üçün Firidunun və ya başqa bir adamın tutulduğunu bildirən heç bir əlamət yox idi. M.İbrahimov. 3. məc. Rəmz, ifadə, işarə. Katib Kosanın sifətində bədbəxtliyi xəbər verən bir əlamət olduğunu mülahizə edərək qorxuya düşdü və yerindən ayağa qalxdı. S.Rəhimov. [Qədir] özünün adamlardan seçilməsini böyüklük əlaməti sayırdı. Mir Cəlal. [Oğlan] yəqin mənim üzümdə heyrət əlaməti görüb əlavə etdi. M.Rzaquluzadə. 4. məc. dan. Görünməmiş, fövqəladə, tayıbərabəri olmayan şey haqqında. Hər aşiqin bir yarı var; Əlamətdi mənim yarım. Q.Zakir. Qaşların əlamət, gözün afatdı; Alışdırdı canım, odlara çatdı. Aşıq Novrəs. ◊ Əlaməti-fariqə köhn. – bir şeyi başqalarından fərqləndirən əlamət.
Azərbaycan dilinin izahlı lüğəti / əlamət2 nişanə; işarə, iz; hər hansı əşyanın əsas xüsusiyyətləri.
Azərbaycan kişi adlarının izahlı lüğəti / əlamət4 ə. 1) nişan, işarə; 2) əsər, iz. Əlaməti-fariqə fərqləndirici əlamət; əlaməti-məxsusə xüsusi əlamət.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / əlamət5 1. Hər hansı bir şeyin əlamətini müəyyən etmək üçün işarə, göstərici. 2. Predmetin, prosesin və digər əlamətlərin keyfiyyətini, kəmiyyətini və dərəcəsini bildirən semantik kateqoriya.
İzahlı tərcüməşunaslıq terminləri lügəti / əlamət1 знак, примета, показатель, предзнаменование, предвестие, символ, эмблема
Azərbaycanca-rusca lüğət / əlamət2 I сущ. 1. признак, примета: 1) отличительное свойство, качество. Əsas ələmətlər основные признаки, birinci ələmət первый признак, diferensial ələmət дифференциальный признак, bahar ələməti примета весны, yağış ələməti признак дождя, yorğunluq ələməti признак усталости 2) признак, предвещающий что-л. (в суеверных представлениях). Bu pis ələmətdir это дурная примета 2. знак (свидетельство, признак чего-л.). Təşəkkür ələməti olaraq в знак благодарности, susmaq razılıq ələmətidir молчание – знак согласия 3. симптом (характерное проявление, признак болезни). Xəstəliyin ələmətləri симптомы болезни II прил. диал. особенный, необычный. Əlamət adam особенный человек
Azərbaycanca-rusca lüğət / əlamət1 i. 1. (nişan, işarə) sign, omen, token, vestige; indication; həyat ~i sign of life; yorğunluq ~i sign / indications of fatigue; yaxşı (pis) ~ good (bad / ill) omen / sign; hörmət / ehtiram ~i token of respect; dostluq ~i olaraq as a token of friendship; 2. (baş verəcək hadisənin nişanəsi) portent, vestige; (xəstəlik nişanəsi) symptom; 3. (rəmz) mark, symbol; fərqləndirici ~lər distinctive marks
Azərbaycanca-ingiliscə lüğət / əlamət1 is. signe m, indice m, symptôme m ; vestige m, empreinte f ; əsər ~ qalmamaq disparaître sans laisser aucune trace
Azərbaycanca-fransızca lüğət / əlamət1 [ər.] сущ. 1. лишан; ишара; 2. гел, лишан; 3. пер. символ, ишара, лишан; 4. пер. рах. аламат; тай-барабар авачир, вилериз такур, аламатдин затӀунин гьакъинда; ** əlaməti-fariqə сущ. са затӀ масабурукай фаркьлу ийидай лишан.
Azərbaycanca-ləzgicə lüğəti / əlamətI (Qax, Yardımlı) təəccüblü. – Ne diyim, helə əlamət işlər olarmı? (Qax) II (Salyan) yaxşı, qəribə. – Bu əlamət çitdi; – Sən yap əlamət adamsan
Azərbaycan dilinin dialektoloji lüğəti.