* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Fikrini gözəl, aydın, düzgün və inandırıcı sözlərlə ifadə etmək qabiliyyəti; natiqlik istedadı. Onun danışığında bir bəlağət var. – Oğlanın qəzəlpərəst atası … barmağını mənə tərəf uzadıb başladı bəlağətlə (z.) oxumağa. C.Məmmədquluzadə. [Əmiraslan:] Siz də o fəsahət, bəlağət qapısı olan ağzınızı açıb camaatı bizim itaətimizə çağıracaqsınız. S.S.Axundov. [Rəhim xan:] Sənin ağıl, kamal, fəsahət və bəlağətin mənim nəzərimi cəlb etdi. C.Cabbarlı. // Gözəllik, bədiilik, aydınlıq (danışıqda).
Azərbaycan dilinin izahlı lüğəti / bəlağət2 ə. 1) fikri incə, açıq gözəl ifadələrlə anlatma; 2) natiqlik bacarığı, natiqlik məharəti.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / bəlağət1 BƏLAĞƏT (gözəl və aydın danışmaq qabiliyyəti, natiqlik məharəti) [Rəhim xan:] Sənin əql, kamal, fərasət və bəlağətin mənim nəzərimi cəlb etdi (C.Cabbarlı); FƏSAHƏT (kl.əd.) Doğrudan da, dostumun fəsahətinin qəlizliyindən ağzının köpüyü stəkan-nəlbəkiyə sıçrayırdı (C.Məmmədquluzadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / bəlağət1 [ər.] сущ. фикир иердаказ, ачухдаказ, фасагьатвилелди, дуьзгуьн ва чӀалахъ жедай гафаралди лугьуз хьунин алакьун; ораторвилин алакьун (устадвал); // гуьзелвал, михьивал, фасагьатвал (рахунин).
Azərbaycanca-ləzgicə lüğəti / bəlağət