* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Ürəkdə saxlanılan düşmənçilik hissi, kin, küdurət, qərəz, birinə qarşı qəzəb hissi. …Bəy bir məclisdə danışdı ki, Mirzə Möhsünlə mənim bir ədavətim yoxdur. Qantəmir. □ Ədavət bəsləmək – kin bəsləmək, kin-küdurət bəsləmək, birisinə qarşı düşməncəsinə hiss bəsləmək. [İblis:] Hər kəs məni dinlər, fəqət eylər yenə nifrət; Hər kəs mənə qul ikən, bəslər ədavət. H.Cavid. Naşad əfəndi Mehribana qarşı indi bir kin və ədavət bəsləyirdi. S.Hüseyn. // Ümumiyyətlə, düşmənçilik, düşmənlik. Çərxi-sitəmgərin, hərzə talein; Ölüb qurtarmadıq ədavətindən. Q.Zakir. [Cavad bəy:] Xan, cənabinizə məlum olan ədavətə görə Səməd xanın oğlu Səfiqulu xan böyük cəfakarlıq edir. N.Vəzirov. □ Ədavət aparmaq – düşmənçilik etmək, düşməncəsinə münasibət bəsləmək. Xanpəriyə elə gəlirdi ki, kim isə onunla ədavət aparır. Ə.Vəliyev. Ədavət doğurmaq – ədavətə, düşmənçiliyə səbəb olmaq. [İblis:] Get, lakin o hörmət və məhəbbət; Bir gün doğurur qanlı ədavət. H.Cavid. Ədavət etmək – düşməncəsinə münasibət bəsləmək, düşmənçilik etmək, ədavət bəsləmək. Asudə nəfəs çəkməyə halət edə fəhlə; Yainki hüquq üstə ədavət edə fəhlə. M.Ə.Sabir. Ədavət qalxmaq (doğmaq, düşmək) – araya düşmənçilik düşmək, bir-biri ilə düşmən olmaq. [Məhərrəm:] Nə üçün yaxın bir qohumun arasında ədavət qalxsın? C.Cabbarlı. [Tələbə:] Bir də, heç mən intriqa bilən adam deyiləm. Görürəm dərnək işlərinə qoşulsam, yoldaşlarımızla aramızda ədavət düşəcək. Qantəmir. Ədavət salmaq – araya düşmənçilik salmaq, biri-biri ilə salışdırmaq, vuruşdurmaq. Bir söyləyən yox, ay başıbatmış, nə borcuna; Haqqı nədir, salırsan ədavət, gavur qızı?! M.Ə.Sabir. Özü də istəyirdi ki, yerli xalqla bizim aramıza ədavət salıb öz hakimiyyətini bərkitsin. M.Rzaquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / ədavət2 ə. 1) düşmənçilik; 2) kin, qərəz.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / ədavət3 ƏDAVƏT (düşmənçilik hissi) Yenidən başlanan bu ədavət, bir gün ara verdi (M.Hüseyn); DÜŞMƏNÇİLİK Ruhlarımızı, ürəklərimizi birləşməyə qoymayan ədavət, düşmənçilik, nifaq yaradan sədlər dağılacaq (M.İbrahimov); XÜSUMƏT (köhn.) [Bakı xanı:] Quba xanı və Alimərtəbə Qarabağ hökmdarı arasında baş vermiş xüsumətin bica... ümməti islama yaraşmayan bir iş olduğunu... (Çəmənzəminli); QANLILIQ (dan.) Camaat arasında qanlılıq düşürdü (H.Sarabski); QƏSD-QƏRƏZ (dan.) Odabaşı: Mənimlə qəsd-qərəzin var (Ə.Haqverdiyev); KİN (bax); ZİDDİYYƏT, ZİDLİK.
Azərbaycan dilinin sinonimlər lüğəti / ədavət1 ƏDAVƏT – DOSTLUQ Bizim qaçdığımıza görə, Pərviz xanla Rəhim xanın arasında ədavət düşəcəkdir (Ə.Haqverdiyev); Dostluqda deyilən hər sözə min məna verirsən (M.Hüseyn).
Azərbaycan dilinin antonimlər lüğəti / ədavət2 сущ. вражда, взаимная ненависть, неприязнь; распря. Gizli ədavət скрытая вражда, barışmaz ədavət непримиримая вражда, milli ədavət национальная вражда, köhnə ədavət старая вражда, ədavət bəsləmək питать ненависть, ədavət aparmaq враждовать, ədavət salmaq сеять вражду, разжигать вражду, ədavəti olmaq kimlə жить во вражде с кем
Azərbaycanca-rusca lüğət / ədavət1 i. hostility, enmity, animosity; (irsi düşmənçilik) feud; möhkəm ~ deadly feud; ~ aparmaq / bəsləmək to feel* animosity (against smb.), to be* at enmity (with smb.)
Azərbaycanca-ingiliscə lüğət / ədavət1 [ər.] сущ. адават, кин, хъел, гъаразвал; мидявал, душманвал; ədavət bəsləmək рикӀе кин хуьн (са касдиз къарши); ədavət aparmaq адават тухун, мидявал авун, душманвал авун; ədavət doğurmaq адават арадал гъун, адаватдиз, мидявилиз себеб хьун; ədavət etmək мидявал авун, душманвал авун; ədavət qalxmaq (doğmaq, düşmək) арада мидявал гьатун, сад-садахъ галаз душманар хьун; ədavət salmaq арада душманвал ттун, сад-садал гьалдарун, гьавалатун, кукӀурун.
Azərbaycanca-ləzgicə lüğəti / ədavət