* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | •••••••• | 5.91 |
2004 | •• | 1.01 |
2005 | ••••••••••••• | 9.45 |
2006 | ••••••• | 5.18 |
2007 | ••••••• | 4.86 |
2008 | •••••••••••• | 8.77 |
2009 | •••••• | 4.00 |
2010 | •••••••••••• | 8.99 |
2011 | •••••••••••• | 8.75 |
2012 | ••••••••• | 6.20 |
2013 | •••••••••••• | 8.90 |
2014 | •••••••••••••••••••• | 15.44 |
2015 | •••••••• | 5.78 |
2016 | •••••• | 3.99 |
2017 | •••••• | 4.23 |
2018 | ••••••• | 5.24 |
2019 | •••••••• | 5.56 |
2020 | ••••• | 3.71 |
1 is. [ər.] Əliaçıqlıq, comərdlik, genişürəklilik. [Vaqif:] Ağa, …iltifat və səxavətiniz aləmə bəllidir, amma zövqü, görünür, tək almaq istəyirsiniz… Çəmənzəminli. [Mirzə:] Ağanın şanı, şövkəti, calalı, dövləti, səxavəti o qədərdir ki, yazmaqla qurtarmaz. Ə.Haqverdiyev. □ Səxavət göstərmək – əliaçıqlıq etmək, comərdlik göstərmək. [Məcnun Nofələ:] Dostluğumuz xatirinə, səxavət göstərib [ovçunu] razı sal. Ə.Məmmədxanlı.
Azərbaycan dilinin izahlı lüğəti / səxavət1 Ərəb sözüdür, türk dillərində onun yerinə aqı (щедрый), aqıla (считать щедрым), aqılıq (щедрость) sözlərindən istifadə olunmuşdur. Bunlarla yanaşı, əli gen (əliaçıq) ifadəsi də işlədilmişdir. Aqı sözü axmaqdan(ağmaqdan) törəmiş ola bilər, yəni var-dövləti axıtmaq, paylamaq kimi başa düşülə bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / səxavət2 SƏXAVƏT [Məhərrəm:] ..hətta namus və qeyrətini yalnız bunlara fəda etmək böyük səxavət və mərdlik sayılır (A.Şaiq); ƏLİAÇIQLIQ Nəbinin igidliyi, əliaçıqlığı dillərdə dastan olur (“Qaçaq Nəbi”); COMƏRDLİK.
Azərbaycan dilinin sinonimlər lüğəti / səxavət1 SƏXAVƏT – XƏSİSLİK Bu gözlənilməz səxavət zabiti son dərəcə sevindirdi (S.Vəliyev); Gözəllik xəsisliyi sevməməlidir (M.S.Ordubadi).
Azərbaycan dilinin antonimlər lüğəti / səxavət2 сущ. 1. щедрость: 1) свойство щедрого человека, охотно делящегося с другими своими средствами, имуществом и т.п. Səxavət göstərmək проявлять щедрость, onun səxavəti hamıya bəllidir его щедрость всем известна; səxavətə gəlmək расщедриваться, расщедриться 2. богатство, обилие. Torpağın səxavəti щедрость земли, təbiətin səxavəti щедрость природы 2. разг. см. fərasət
Azərbaycanca-rusca lüğət / səxavət1 i. generosity; liberality; ~ göstərmək to show* a bit of generosity, to be* generous
Azərbaycanca-ingiliscə lüğət / səxavət1 [ər.] сущ. захавал, гъил ахъавал, рикӀ ахъавал, рикӀин чӀехивал, жумартвал; səxavət göstərmək захавал авун (къалурун), захавалун, жумартвал авун.
Azərbaycanca-ləzgicə lüğəti / səxavətə. əliaçıqlıq, comərdlik.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətiəliaçıqlıq, comərdlik, ürəyiaçıqlıq.
Azərbaycan kişi adlarının izahlı lüğəti