təravət sözü azərbaycan dilində

təravət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • təravət • 75.7732%
  • Təravət • 24.2268%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.55 dəfə / 1 mln.
2005 ••••••••••••• 0.67
2006 ••••••••••••• 0.68
2007 ••••••••••••• 0.63
2008 ••••••••••••••• 0.73
2009 •••••••••• 0.48
2010 ••••••••••• 0.54
2011 ••••••••• 0.43
2012 •••••••••••• 0.60
2013 •••••••••••• 0.58
2014 ••••••••••••••••• 0.86
2015 •••••••••••••••••••• 1.02
2016 •••••••••••••••••••• 1.04
2017 ••••••• 0.33
2018 •••••••••••• 0.60
2019 ••••••••• 0.42
2020 ••• 0.13

təravət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Təzəlik, lətafət, gözəllik. Çiçəklərin artdı təravətləri; Fərəh verir qəlbə lətafətləri. A.Səhhət. Bahar bütün təravəti və gözəlliyi ilə [Ümidin] gözləri qarşısında dayandı. B.Bayramov. 2. Təmizlik, saflıq. Saf, səmimi, heç vaxt öz təravətini itirməyən, solmayan eşq nə gözəldir! Ə.Sadıq. 3. Sərinlik, təmizlik (hava haqqında). Bundan əlavə, ağaclardan … təravət yayılırdı. H.Seyidbəyli. 4. Sağlamlıq, sağlam görünüş (əsasən gənc yaşlarda). Gənclik təravəti. – Əsmərin gəncliyi, təravəti Məmmədbağıra oğlan uşağı qədər lazım idi. S.Hüseyn. Ana oğlunun təravət və gəncliyini bütün vücudu ilə duyurdu. İ.Əfəndiyev. ◊ Təravət vermək – 1) gözəlləşdirmək, lətafət vermək. Yaz yağışı təbiətə təravət verir. – Yayın günəşi, qışın şaxtası qızın yanaqlarına xoş bir qırmızılıq və təravət vermişdi. M.Rzaquluzadə; 2) rövnəq vermək, rövnəqləndirmək. [Xanım] rəngsiz dodaqlarını dili ilə isladıb, əsgimiş üzünə təravət vermək istədi. Çəmənzəminli. Təravətdən düşmək – 1) təzəliyini, gözəlliyini, tərliyini, lətafətini itirmək; solmaq, solğunlaşmaq. Çöllərdəki yaşıl əkinlər lazımınca boy atmadan təravətdən düşürdü. S.Hüseyn; 2) qocalmaq və ya xəstələnmək nəticəsində sağlamlığını, gümrahlığını, sağlam görünüşünü itirmək. Dilbərim yorulub səyahətindən; Düşübdür o keçən təravətindən. S.Vurğun.

    Azərbaycan dilinin izahlı lüğəti / təravət

təravət sözünün sinonimləri (yaxın mənalı sözlər)

təravət sözünün rus dilinə tərcüməsi

  • 2 сущ. свежесть: 1. новизна, красота, нежность. Çiçəklərin təravəti свежесть цветов, baharın təravəti свежесть весны 2. чистота, живость и непосредственность чувств. Eşqin təravəti свежесть любви 3. прохлада. Səhər təravəti утренняя свежесть, havada təravət duyulurdu в воздухе чувствовалась свежесть 4. здоровый, цветущий вид. Gənclik təravəti свежесть молодости; təravət vermək освежать, освежить: 1) сделать свежим, чистым, красивым. Yağış ağaclara təravət verir дождь освежает деревья 2) вызывать, вызвать ощущение свежести. Üzünə təravət vermək освежить лицо; təravətdən düşmək увядать, увянуть: 1) лишиться свежести. Güllər təravətdən düşüb цветы увяли 2) утратить свежесть молодости (о человеке)

    Azərbaycanca-rusca lüğət / təravət

təravət sözünün inglis dilinə tərcüməsi

təravət sözünün fransız dilinə tərcüməsi

təravət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. тазавал, цӀийивал, иервал, гуьзелвал; 2. михьивал, сафвал; 3. серинвал, михьивал (гьавадин); 4. сагъламвал, гумрагьвал, сагълам акунар (жегьил вахтунда); ** təravət vermək а) иервал гун, иер авун, гуьзеларун; б) дамах гун, иервал, гуьзелвал артухрун; təravətdən düşmək а) тазавал, цӀийивал, гуьзелвал амукь тавун; хъипи хьун, элчуьхун; б) кьуьзуь ва я азарлу хьуникди эвелан сагъламвал, гумрагьвал, гумрагь акунар амукь тавун, элчӀуьхун.

    Azərbaycanca-ləzgicə lüğəti / təravət

təravət sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. təzəlik, təzə olma, tər olma.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

gözəllik, qəşənglik, gənclik.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"təravət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təravət nədir? #təravət sözünün mənası #təravət nə deməkdir? #təravət sözünün izahı #təravət sözünün yazılışı #təravət necə yazılır? #təravət sözünün düzgün yazılışı #təravət leksik mənası #təravət sözünün sinonimi #təravət sözünün yaxın mənalı sözlər #təravət sözünün əks mənası #təravət sözünün etimologiyası #təravət sözünün orfoqrafiyası #təravət rusca #təravət inglisça #təravət fransızca #təravət sözünün istifadəsi #sözlük