hərarət sözü azərbaycan dilində

hərarət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • hərarət • 95.6224%
  • Hərarət • 3.9672%
  • HƏRARƏT • 0.4104%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

hərarət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. İstilik. Havanın hərarəti. Sobanın hərarəti. – Payızın ilk günləri idi. Günəşin şüaları qüvvədən düşmüş və yayda saçdığı hərarəti verməkdən aciz idi. T.Ş.Simurq. Bahar günəşinin hərarəti tək; Xəyalım dünyanı salama gəlir. S.Vurğun. // İnsan bədəninin istilik dərəcəsi (səhhətin göstəricisi kimi); qızdırma. Xəstənin hərarətini ölçmək. Uşağın hərarəti var. – Yasəmənin qızdırması getdikcə artırdı. Səhər açıldıqda hərarəti 40 dərəcəyə çatdı. S.S.Axundov. 2. məc. Mehribanlıq, səmimiyyət; səmimi, xoş hisslər, xoş münasibət. Dedim, iki anam vardır, qoy var olsun bu həqiqət; Onlarındır şerimdəki bu məhəbbət, bu hərarət. S.Rüstəm. Həbib Gözəlin evində hərarət, körpələrində ünsiyyət, özündə mərhəmət gördüyü kimi, Gözəl də Həbibdə insaniyyət, mehribanlıq hiss edirdi. Ə.Vəliyev. 3. is. Hərarətlə şəklində zərf – mehribanlıqla, səmimiyyətlə, xoş hisslərlə, xeyirxahcasına, coşqunluqla. Hərarətlə görüşmək. – Qadın qollarını açıb, Tahirin boynunu hərarətlə qucaqladı. M.Hüseyn. Gəlirim bu olub ki, neçə insan əlini; gözlərinə dik baxıb; hərarətlə sıxmışam. R.Rza. // məc. Coşqunluqla, qızğınlıqla, ehtirasla. Ortada bir nəfər dayanıb çox hərarətlə danışırdı. S.Rəhman.

    Azərbaycan dilinin izahlı lüğəti / hərarət
  • 2 ə. 1) isti, istilik; 2) susuzluq, susama; 3) qızdırma, istilik.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / hərarət

hərarət sözünün etimologiyası

hərarət sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 qızğınlıq — coşğunluq — ehtiras

    Azərbaycan dilinin sinonimlər lüğəti / hərarət
  • 3 1. HƏRARƏT (tibdə və s.-də) Ey mürgüləyən qəlbimə şiddətli hərarət (A.Şaiq); İSTİ Həkim əvvəl onun başına baxdı, istisini yoxladı.. (Çəmənzəminli); İSTİLİK Adətən şəfqət bacıları xəstənin istiliyini ölçərkən nəbzini də yoxlayır.. (Q.Xəlilov); QIZDIRMA [Turac:] Bir həftədir ki, uşağım qızdırma içində yanır (C.Cabbarlı); TEMPERATUR. 2. HƏRARƏT (hava haqqında) Bahar günəşinin hərarəti tək; Xəyalım dünyanı salama gəlir (S.Vurğun); İSTİLİK, TEMPERATUR. 3. hərarət bax mehribanlıq 1

    Azərbaycan dilinin sinonimlər lüğəti / hərarət

hərarət sözünün rus dilinə tərcüməsi

  • 1 1. температура, теплота, жар, жара; 2. пыл;

    Azərbaycanca-rusca lüğət / hərarət
  • 2 сущ. 1. температура: 1) степень нагретости чего-л. Havanın hərarəti температура воздуха, sobanın hərarəti температура печи, günəşin hərarəti температура солнца 2) степень теплоты человеческого тела как показатель состояния здоровья. Xəstənin hərarəti 40 dərəcədir температура больного – 40 градусов, hərarətin artması повышение температуры, xəstənin hərarətini ölçmək измерить температуру больного 3) разг. повышенная степень теплоты тела как показатель нездоровья. Uşağın hərarəti var у ребенка температура 2. перен. теплота (сердечность, доброта, ласка, сердечное отношение к кому-, чемулибо). Yoldaşların hərarətini görmək (duymaq) чувствовать теплоту товарищей, qəlbin hərarəti теплота души (сердца), əllərinin hərarəti тепло её рук 3. перен. пыл (сильное внутреннее возбуждение, страстный порыв)

    Azərbaycanca-rusca lüğət / hərarət

hərarət sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. warmth, heat, ardour; havanın ~i warmth of the air; 2. (qızdırma) temperature, fever; Onun hərarəti var He / She has a temperature; ~in düşməsi fall* of temperature; ~in qalxması rise* of temperature; Onun hərarəti yoxdur He / She hasn’t a temperature; otaq ~i room temperature

    Azərbaycanca-ingiliscə lüğət / hərarət

hərarət sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) chaud m, chaleur f ; 2) température f ; fièvre f (qızdırma) ; ~in qalxması augmentation f de température ; hyperthermie f (scient) ; ~in düşməsi diminution de température ; hypothermie (scient) ; 3) ardeur m ; entousiasme m

    Azərbaycanca-fransızca lüğət / hərarət

hərarət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. чимивал; havanın hərarəti гьавадин чимивал; 2. ифин; xəstənin hərarəti var азарлудал ифин ала; 3. пер. мегьрибанвал, хуш (чими) гьиссер, хуш рафтар; 4. hərarətlə нареч. мегьрибанвилелди; // пер. къизгъиндаказ, ялавлудаказ.

    Azərbaycanca-ləzgicə lüğəti / hərarət

hərarət sözünün türk dilinə tərcüməsi

"hərarət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hərarət nədir? #hərarət sözünün mənası #hərarət nə deməkdir? #hərarət sözünün izahı #hərarət sözünün yazılışı #hərarət necə yazılır? #hərarət sözünün düzgün yazılışı #hərarət leksik mənası #hərarət sözünün sinonimi #hərarət sözünün yaxın mənalı sözlər #hərarət sözünün əks mənası #hərarət sözünün etimologiyası #hərarət sözünün orfoqrafiyası #hərarət rusca #hərarət inglisça #hərarət fransızca #hərarət sözünün istifadəsi #sözlük