Kəramət sözü azərbaycan dilində

Kəramət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Kəramət • 73.6434%
  • kəramət • 25.9690%
  • KƏRAMƏT • 0.3876%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kəramət
Kəramət – xariqüladə hadisə olub, ruhi paklıq, batini saflıq və Allaha yaxınlıq sayəsində baş verir. Bəzən haqqın təntənəsi və ucalığı haqqında yaranan qeyri-adi hallara kəramət deyilir. Kəramət dedikdə fövqəladə şeylər nəzərdə tutulur. Bu fövqəladəlik bir peyğımbərdə olduğu halda möcüzə, vəlilərdə, seyidlərdə və s. olduğu halda isə kəramət adlanır. Peyğəmbərdə vəhylə həyata keçirildiyi üçün möcüzə, vəlilərdə ilhamla gerçəkləşdiyi üçün kəramətdir. Kəramət əsla peyğəmbərlik iddiasında olmayan şəxsə aiddir.
Kəramət Böyükçöl
Kəramət Böyükçöl (doğum adıyla: Kəramət Qəşəm oğlu Nəcəfov; 17 oktyabr 1987, Əliqullar, İmişli rayonu) — Azərbaycan yazıçısı, publisist. == Həyatı və fəaliyyəti == Kəramət Böyükçöl 17 oktyabr 1987-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Səbail rayonu 51 saylı orta məktəbini bitirib. 2007–2011-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olmuşdur. 11 noyabr 2015-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən kənarlaşdırılıb.7 oktyabr 2021-ci ildə Bakı Şəhər Narkoloji Dispanserə yerləşdirilib. 26 oktyabrda 2021-ci ildə buraxılıb. == Düşüncələri == Böyükçöl sazı "cahillik aləti" adlandırıb və meyxana kimi bir şey olduğunu bildirib. == Şəxsi həyatı == 1 oğlan və 1 qız övladı var.Azərbaycan şairi və publisist Qəşəm Nəcəfzadənin oğludur. == Əsərləri == "Çöl", Bakı, 2010. "Səkkizinci gün", Bakı, "Qanun", 240 səh.
Kəramət Hüseynov
Karamat Huseynov (30 avqust 1998, Bakı) — 60 kq çəki dərəcəsində çıxış edən azərbaycanlı cüdoçu. Cüdo üzrə Azərbaycan milli komandasının üzvü. 2021-ci ildə Portuqaliyanın Lissabon şəhərində keçirilən cüdo üzrə 2021 Avropa çempionatında kişilər arasında -60 kq çəki dərəcəsində bürünc medallardan birini qazanıb. == Həyatı == 2008-ci ildə Kəramət Hüseynov gənclər arasında Bakı çempionu olub və 16 yaşında Azərbaycan çempionatının qalibi olub. 2014-cü ildə Portuqaliyanın Koimbra şəhərində keçirilən Gənclər arasında Avropa Kubokunda qızıl medal, Polşanın Bielsko-Biala şəhərində keçirilən analoji turnirdə bürünc medal qazanıb. Kəramət Hüseynov 2015-ci ildə Tbilisidə keçirilən Avropa Gənclər Olimpiya Festivalında gümüş medal qazanıb. 2017-ci ildə Zaqrebdə keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanıb. Həmin il Hüseynov 2017-ci ildə Mariborda yeniyetmələr arasında Avropa çempionu və Podqoritsada 23 yaşadək cüdoçular arasında Avropa çempionatında bürünc medal qazanıb. O, 2018-ci ildə Saarbrükendə bürünc medal qazanıb. 2018-ci ildə Orenburqda keçirilən Avropa Kubokunda gümüş medal qazanıb.
Kəramət (ad)
Kəramət Böyükçöl — Azərbaycan yazıçısı, publisist. Kəramət Hüseynov — Azərbaycanlı cüdoçu.
Kardinal və dini kəramətlər (Rafael)
Kardinal və dini kəramətlər (it. Virtù e la Legge) —İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri.Rafel əsəri 1511-cu ildə çəkmişdir.Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Parnas əsəri hal-hazırda Vatikanda saxlanılır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.80 dəfə / 1 mln.
2003 ••••• 0.39
2004 ••••• 0.34
2005 ••••••••••••••••• 1.35
2006 •••••• 0.45
2007 •••••••••••••••• 1.27
2008 •••••• 0.49
2009 •••••••••••••••• 1.28
2010 ••••••••••••••••• 1.36
2011 ••••••••• 0.69
2012 •••••• 0.43
2013 •••••••• 0.58
2014 ••••••••••• 0.86
2016 ••••••••••• 0.87
2017 •••••••• 0.65
2018 •••••••••••••••••••• 1.65
2019 •••••••••••••••• 1.25
2020 •••• 0.27

kəramət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Alicənablıq, xeyirxahlıq, mərhəmət, səxavət, lütfkarlıq. …Bəlkə ağanın fəzilətinin kəramət və mərhəmətindən mənim həmşəhərlilərim bibəhrə qalmasınlar. C.Məmmədquluzadə. Kəramət etmək (qılmaq, buyurmaq) köhn. – lütf etmək, bağışlamaq, vermək. [Pəri xanım Vəzirə:] Allah sənə, qızım Şölə xanımdan bir oğlan kəramət eləsin. M.F.Axundzadə. Kəramətə gəlmək – səxavətə gəlmək, əliaçıqlıq göstərmək; lütf etmək. 2. köhn. Müsəlmanların təsəvvürünə görə, övliyalardan, Allahdan və b. müqəddəslərdən sadir olan bəzi xariqüladə işlər, ecazkar qüvvə, möcüzələr. Pir mənimdir, kəramətini bilirəm. (Ata. sözü). Ağlamaq möminin əlamətidir; Nəbinin dininin xoş adətidir; Əgər bilsən həqqin kəramətidir; Ta gedincə nuri bəsər ağlarsan! M.V.Vidadi. [Xortdan:] Bu pirin kəramətinin nədən ibarət olduğu adından anlaşılır. Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / kəramət

kəramət sözünün sinonimləri (yaxın mənalı sözlər)

kəramət sözünün rus dilinə tərcüməsi

  • 1 великодушие, милость, щедрость

    Azərbaycanca-rusca lüğət / kəramət
  • 2 сущ. 1. великодушие, благородство 2. щедрость 3. устар. чудо, магическая сила. Bu nə kəramətdir? что это за чудо?, kəramət etmək (qılmaq, buyurmaq) проявлять, проявить великодушие; kəramətə gəlmək расщедриться

    Azərbaycanca-rusca lüğət / kəramət

kəramət sözünün inglis dilinə tərcüməsi

kəramət sözünün fransız dilinə tərcüməsi

kəramət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. рикӀин чӀехивал, жумартвал, хъсанвал, регьим, мергьямет, захавал, гьуьрмет; // kəramət etmək (qılmaq, buyurmaq) куьгьн. багъиш авун, гун; kəramətə gəlmək регьимдиз атун, захавал авун, гъил ахъавал авун; багъиш авун, гун; 2. куьгьн. керематар, аламат жедай хьтин крар, аламатар.

    Azərbaycanca-ləzgicə lüğəti / kəramət

kəramət sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) əzizləmə, hörmət; 2) dinə görə, xariqüladə hal; 3) pirin göstərdiyi möcüzə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

səxavət; nəciblik, alicənablıq.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"kəramət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kəramət nədir? #kəramət sözünün mənası #kəramət nə deməkdir? #kəramət sözünün izahı #kəramət sözünün yazılışı #kəramət necə yazılır? #kəramət sözünün düzgün yazılışı #kəramət leksik mənası #kəramət sözünün sinonimi #kəramət sözünün yaxın mənalı sözlər #kəramət sözünün əks mənası #kəramət sözünün etimologiyası #kəramət sözünün orfoqrafiyası #kəramət rusca #kəramət inglisça #kəramət fransızca #kəramət sözünün istifadəsi #sözlük