keramik sözü azərbaycan dilində

keramik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • keramik • 87.5536%
  • Keramik • 12.4464%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycanda Bədii Keramika sənəti
Azərbaycanda bədii keramika sənəti —Bədii keramika Azərbaycan sənətkarlığının ən qədim sahələrindən biri olub və bu günə qədər öz əhəmiyyətini saxlamışdır. Mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını Neolit dövrünə aid edirlər. Əvvəlcə, əsasən qadınların məşğul olduğu dulusçuluq eneolit dövründə tətbiq edilən bir sıra texniki nailiyyətlər və bədii təkamül nəticəsində müstəqil sənət sahəsinə çevrilmişdi. Yerli sakinlərdə estetik təsəvvürlərin formalaşması keramik məmulatda da tədricən dekorativ xüsusiyyətlərinin artmasına gətirib çıxarmışdır. Sadə həndəsi və nəbati motivlər əvvəlcə qoruyucu və ovsun mahiyyətli olmuş, tədricən, onların dekorativ xüsusiyyətləri kəşf olunduqca, bəzək sistemlərinə çevrilmişlər. İbtidai dövrdə zoomorf keramik qabların meydana gəlməsi qədim insanlarda totеmistik və animistik anlayışların yaranması ilə əlaqələndirilir. Bu məmulatların ayin təyinatlı olması həmin qabların yalnız qəbir inventarında rast gəlinməsi ilə izah olunur. Tunc və dəmir dövrü keramikasının ayrıca istiqamətini boyalı qablar mədəniyyəti təşkil edir. Tunc və dəmir dövrünü əhatə edən rəngli keramika mədəniyyəti bizə daha çox bədii ifadəli dekorasiyanın yeni imkanlarını və axtarışlarını nümayiş etdirir. Naxçıvanın Kültəpə adlanan nekropolunda aşkar olunmuş polixrom keramika bu sənətin yeni inkişaf mərhələsini əks etdirir.
Bədii Keramika sənəti

Keramika
Keramika — çox qədim zamanlardan məlum olan, qeyri-üzvi maddələrin birgə bişirilməsi (sinterlənməsi) sayəsində əldə edilən polikristallik bərk materialdır. Keramika tikinti materialları, ev əşyaları ilə bərabər maşınqayırmada da geniş tətbiq olunur. Bu sahədə tətbiq olunan keramik materiallara texniki keramika deyilir. Texniki keramikanın mexaniki xassələri onun tətbiq sahəsindən asılı olaraq optimallaşdırılır. Maşınqayırmada tətbiq sahələrindən biri də mexaniki emaldır. Burada keramika kəsici alət materialı kimi istifadə olunur. Kəsici keramika üç növə bölünür: oksidkeramika, oksidsiz keramika və qarışıq keramika. Oksidkeramika saf aluminium-oksiddən (Al2O3) ibarət olur. O, hal-hazırda ən geniş yayılmış keramik kəsici alət materialı sayılır (tətbiq sahəsi: 2000°C-yə qədər). Yüksək yeyilməyə davamlığına görə incə emalda tətbiq olunur.
Keramika stadionu
Tam adı - El Madriqal Rəsmi adı - Campo del Villarreal Yerləşdiyi ərazi - Valensiya şəh., İspaniya ]] Stadion La Liqa təmsilçilərindən sayılan Vilyarreal FK-ın ev oyunlarına sahiblik edir.1923-cü ildə istifadəyə verilmişdir.25 minlik tamaşaçı tutumuna malikdir.
Keramika sənəti
Keramika sənəti - keramika sənəti.
Latviya keramikası
Latviya keramikası (latış. Latvijas keramika‎ və latış. Latvijas podniecība‎)- Ölkədə ən qədim incəsənət növlərindən biridir. Tarixi Neolit dövrünə qədər gedib çıxır. Latqale keramikası (latış. Latgales keramika‎) isə Latviya keramikasının ən məşhur yarımnövüdür. Latqaledə ölkənin keramika məhsullarının çox hissəsi istehsal edilir. Bir qayda olaraq, Latviya keramikası hər hansı naxışların olmaması ilə digər ölkələrin keramikasından fərqlənir. Əsasən onların yerinə bütöv rənglərdən və ya güllərdən istifadə olunur. Ənənəvi məmulatlar təmkinli, torpaq çalarlarıyla rənglənir (yaşıl, qəhvəyi və başqaları).
Raku keramikası
Raku keramikası (|楽焼|raku-yaki|) — yapon çay mərasimində ənənəvi istifadə olunan yapon keramika növü. İlk növbədə çay içmək olan qablar bu keramikadan hazırlanır. Raku keramikası üçün xarakterik xüsusiyyət dulusçuluq dairəsinin əvəzinə gilin əl qəliblənməsindən hazırlanmasıdır. Nəticədə bu keramikadan hazırlanan hər bir əşya öz unikallığı ilə seçilir. Bişirilmənin aşağı temperaturu kifayət qədər məsaməli səthin yaranmasına imkan verir, qabı sobada bərk qızdırıldıqdan sonra götürüb soyumaq üçün xüsusi kapsulaya qoyurlar. Örtük kimi qara və ya şəffaf qlazurdan istifadə olunur. == Tarixi == Raku termini (hərfi tərcümədə "həzz" və ya "sadəlik", "təbiilik" deməkdir) Toyotomi Xidzesi (1537–1598) tərəfindən Kiotoda tikilən Dzyurakuday adlı sarayın adından yaranmışdır. Sarayın tikintisində iştirak etmiş məşhur yapon çay mərasimi ustası Sen no Rikyu bir dəfə tikintidə çalışan bir çinli kirəmit ustasından vabi-sabi estetikasını özündə təcəssüm etdirən qab hazırlamasını xahiş edir. Usta Tanaka Tödziro dzen fəlsəfəsinə müvafiq olan sadə qablar hazırlayır. Usta Tödzironun ailəsinə Raku soyadı bəxş edilmişdir.
Çin keramikası
Çin keramikası— 1000 il bundan öncə Çində qab-qacaqları nefritdən hazırlayırdılar. Bu qablar çox baha olurdu. Neçə illərdən sonra çin dulusçuları keyfiyyətinə görə nefritdən daha üstün olan material — farforu icad etdilər. Çinin Tszyansi əyalətində farfor daşı ehtiyatlarının olması onun geniş yayılmasına səbəb oldu. Farforu farfor daşı, briketorot tozu və məhsula ağlıq verən kaolindən hazırlayırdılar. Kaolin də həmin əyalətdə çoxluq təşkil edirdi. Çin dulusçuları massanı, plastiklik əldə etməsi üçün bir neçə 10 il saxlayırdılar. Qabların üzərinə bir neçə qat qlazur vururdular ki, xüsusi parlaqlıq əldə olunsun. Misal olaraq krakls və öküz qanından hazırlanan qlazuru göstərmək olar. Yüksək keyfiyyətli farfor nümunələrinin hazırlanmasında əlbəttə ki, peşəkar Çin dulusçularının da böyük rolu olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.79 dəfə / 1 mln.
2003 ••••••••••• 1.57
2006 ••••• 0.68
2007 ••••• 0.63
2009 ••• 0.32
2010 •••••• 0.82
2011 •••••• 0.86
2012 ••••••••• 1.29
2013 ••••••• 1.02
2014 •••••• 0.86
2015 •• 0.17
2016 •••• 0.52
2017 •••• 0.49
2018 •••• 0.45
2019 •••••••••••••••••••• 2.92

keramik sözünün rus dilinə tərcüməsi

  • 1 1 сущ. керамик, керамист (специалист по керамике, гончарному делу) 2 прил. керамический (сделанный из керамики). Keramik boru керамическая труба, keramik kondensator керамический конденсатор, keramik materiallar керамические материалы, keramik kütlə керамическая масса

    Azərbaycanca-rusca lüğət / keramik

"keramik" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#keramik nədir? #keramik sözünün mənası #keramik nə deməkdir? #keramik sözünün izahı #keramik sözünün yazılışı #keramik necə yazılır? #keramik sözünün düzgün yazılışı #keramik leksik mənası #keramik sözünün sinonimi #keramik sözünün yaxın mənalı sözlər #keramik sözünün əks mənası #keramik sözünün etimologiyası #keramik sözünün orfoqrafiyası #keramik rusca #keramik inglisça #keramik fransızca #keramik sözünün istifadəsi #sözlük