* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 səadət, xoşbəxtlik gətirən (Qədim türklərdə ailə səadəti və uşaqları himayə ilahəsi olan Umay adındandır).
Azərbaycan qadın adlarının izahlı lüğəti. / humay3 ərəb. hüma Cənnət quşu; dövlət quşu (əfsanəvi quş). Humay kimi dövr eylərəm havada, Babam öldü, yetim qaldım yuvada, Bir əli əllərdə, ağzı duada, Bir əli də ayağında saqinin. (“Qurbani”) * Göyərçinin göy balası, Humay quşun ay balası. (“Sayat bəy-Səyalı xanım”) * Üstünə kölgə salsın, Ol humay quşu bu bəyin. Sürübən zövqi-səfa, Yüz olsun yaşı bu bəyin. (“Sayat bəy-Səyalı xanım”)
Azərbaycan dastanlarının leksikası / humay4 ər. hüma Mifologiyada: cənnət quşu; dövlət quşu (hökmdar öləndə humay quşu kimin çiyninə qonsa, kölgəsi kimin üstünə düşsə, onu hökmdar seçirdilər). (“Koroğlu” dastanının lüğəti) Laf eyləmə, Aslan paşa, Sədrəzəm qaçdı sandım. Havadakı humay quşlar Yuvasından uçdu sandım. (”Durna teli”)
Azərbaycan dastanlarının leksikası / humay1 Fars dilində huma sözü “cənnət quşu”, humayun isə “xoşbəxt olan” anlamlarında işlədilir (humayun keçmişdə həm də sultanların epiteti idi). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / humayI (Kəlbəcər) qaza oxşar ağ rəngli quş. – Meşədə humay qərəvışdan az olur II (Göyçay) ağ çit, humayın ağı
Azərbaycan dilinin dialektoloji lüğəti.