Humayun sözü azərbaycan dilində

Humayun

Yazılış

  • Humayun • 92.5287%
  • humayun • 6.3218%
  • HUMAYUN • 1.1494%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Humayun
Hümayun – Azərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri , 2) yeddi əsas muğam dəstgahlardan biri . Humayun Yaxın Şərq xalqlarının klassik musiqisinə daxil olan 24 şöbədən biridir. == Söz açımı == "Humay" sözü Türk mifologiyasında "cənnət quşu, şahlıq quşu" mənasını daşıyırsa, "humayun" sözü "şahanə, uğurlu, səadətli" deməkdir. == Tarixçə == XIX əsr Azərbaycan musiqisində rəhavi (rahab) dəstgahında rahab ilə tərkib arasındakı şöbə idi. 19-cu əsrin sonlarında (Mirzə Fərəcin cədvəlində) Humayun dəstgahı 17 şöbə və guşəni özündə toplamışdır. Sonralar inkişaf nəticəsində Humayun başqa muğam dəstgahları kimi təkmilləşir, yığcamlaşır, bəzi şöbə və guşələrdən azad olur. Vaxtilə Azərbaycanda Humayun – "Qafqaz Humayunu" adı ilə məlum idi. == Humayun muğam dəstgahı kimi == === Humayun muğamı Azərbaycan musiqisində === Üzeyir Hacıbəyov özünün fundamental əsəri olan "Azərbaycan xalq musiqisinin əsasları" kitabında Humayunu "Şüştər"lə müqayisə əsasında belə qənaətə gəlir ki, bədii–ruhi təsir cəhətdən Humayun dinləyicidə nisbətən daha dərin kədər hissi oyadır. Bu muğam hümayun, feili, Şüştər, tərkib, bidad, Məsnəvi, üzzal şöbələrindən ibarət dəstgahdır. Humayun dəstgahının şöbə və guşələrindən söz açarkən hər şeydən əvvəl onu demək lazımdır ki, başqa muğam dəstgahlarından fərqlənərək Humayunda "Bərdaşt" olmur.
Xətt-i Humayun
Xətt-i humayun və yaxud da yazılı əmrlər, (Osmanlı dilində: خط همايون) Osmanlı sultanlarının mühüm məsələlər haqqında şəxsən özlərinin yazdıqları və ya qeydlər apardıqları fərmanlara verilən ümumi addır. Osmanlı dövlətinin dövlət strukturunda ən mühüm yazılı əmrlər hesab olunan xətt-i humayunlar (yazılı əmrlər) Osmanlı sülaləsinin simvolu sayılan qırmızı rəngli çantalarda daşınar, üç dəfə öpülərək başa qoyulduqdan sonra açılaraq oxunardı. Bu fərmanlar Osmanlı sultanları tərəfindən şəxsən yazılmış olsalarda, lakin onların saray məmuru tərəfindən surəti köçürülmüş olan bir nüsxəsi də olurdu. Onlar əsasən sultana, baş vəzir və ya Osmanlı dövlətinin başqa yüksək rütbəli məmuru tərəfindən verilmiş bir sənədə cavab olaraq yazılırdılar. Məhz buna görə də, bir ərizənin, məktubun təsdiq edilməsi və ya rədd edilməsi, hesabatın təsdiq edilməsi, sorğuya icazənin verilməsi, verilmiş fərmanla bağlı yaranmış hər hansısa bir məsələyə aydınlıq gətirilməsi və bu kimi digər dövlət sənədlərinə cavab olaraq yazılırdılar. Xətt-i Humayunlar bəzən mövcud bir sənədə cavab olaraq deyil, sıfırdan da yaradıla bilərdilər. Osmanlı imperiyasını modernləşdirməyi hədəfləyən Tənzimat islahatından (1839) sonra rutin tipli xətt-i humayunlar sultanın şifahi cavabının sənəddə qeyd edildiyi vəsiyyət-i səniyye tətbiqi ilə əvəz olunmağa başlanmışdır. İstanbulda yerləşən Osmanlı arxivlərində təxminən 100.000 belə sənəd mövcuddur. Ən məşhur xətt-i humayunlar arasında Tənzimat Fərmanı (1839) və İslahat Fərmanı (1856) yer alır. “Xətt-i humayun” ifadəsi bəzən ədəbi mənada, yəni Osmanlı sultanı tərəfindən şəxsən yazılmış olan sənəd mənasında da işlənə bilər.

humayun sözünün leksik mənası və izahı

humayun sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#humayun nədir? #humayun sözünün mənası #humayun nə deməkdir? #humayun sözünün izahı #humayun sözünün yazılışı #humayun necə yazılır? #humayun sözünün düzgün yazılışı #humayun leksik mənası #humayun sözünün sinonimi #humayun sözünün yaxın mənalı sözlər #humayun sözünün əks mənası #humayun sözünün etimologiyası #humayun sözünün orfoqrafiyası #humayun rusca #humayun inglisça #humayun fransızca #humayun sözünün istifadəsi #sözlük