sümüyün sözü azərbaycan dilində

sümüyün

Yazılış

  • sümüyün • 87.3239%
  • Sümüyün • 12.6761%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bud sümüyünün sınıqları
Bud sümüyünün sınıqları — çox vaxt yaşlılarda onların sümüklərinin mexaniki davamlılığının azalması nəticəsində məişət zədələnmələri zamanı baş verir. Daha cavanlarda belə zədələnmələr avtomobil qəzalarından sonra ola bilər. == Bud sümüyünün sınıqlarının əlamətləri == Bud sümüyünün sınması ağır zədələnmələrə aiddir. Bud sümüklərində sınıq yerlərindən və xarakterindən asılı olmayaraq tipik əlamətlər özünü büruzə verir: kəskin ağrı; şişkinlik; deformasiya; ətrafın qısalması; qeyri-normal hərəkətin əmələ gəlməsi; fəaliyyətin pozulmasıdır. == İlk tibbi yardım == Bud sümüklərinin nəqliyyat immobilizasiyasının ən optimal üsulu Diteriks şinalarının tətbiqidir, lakin bu tədbir həkim yardımı mərhələsində həyata keçirilir. Ekstremal vəziyyətlərdə həkimə qədər mərhələdə immobilizasiyanı əlaltı vasitələr ilə (uzun taxta parçaları) həyata keçirirlər. Onları zədələnmiş tərəfin qoltuq altından ayağın altına qədər, digərini əks tərəfdən qoyurlar. Şinalar qoltuq altında, qarın nahiyəsində, baldır, diz və topuq nahiyəsində bədənə bərkidilir. Əlaltı əşyalar olmadıqda zədələnmiş ayağı sarğı materialı yaxud müxtəlif digər parçalar ilə sağlam ayağa bintləyirlər. Nəqliyyat immobilizasiyası zamanı bud-çanaq, diz oynaqlarından başqa, baldır-pəncə oynaqları hərəkətsiz vəziyyətə salınmalıdır.
Körpücük sümüyünün sınıqları
Körpücük sümüyünün sınıqları — çiyinə olan bir başa və ya dolayısı ilə olan travma nəticəsində baş verir. Bu sınıqlar çox geniş yayılmışdır və təcili tibbi yardım həkiminin praktikasında çox tez-tez rast gəlinir. Əsasən qabağa uzadılmış əlin və çiyin sümüklərinin üstünə yıxıldıqda belə sınıqlar baş verir. Travma nəticəsində baş verən sınıqlar sırasında körpücük sümüyü sınıqları təxminən 2,6% hallarda müşahidə edilir. Bu sınıqlar daha çox uşaq və gənclərdə müşahidə edilir. Körpücük sümüyü sınıqlarının üçdə biri 13–20 yaş arasında olan xəstələrin payına düşür. 20 yaşdan sonra körpücük sümüyü sınıqlarının sayı azalmağa doğru gedir və yenidən ahıllıq dövründə artmağa başlayır. Bir sıra araşdırmalardan bəllidir ki, körpücük sümüyü sınıqlarının təxminən 69% sümüyün orta 1/3 hissəsinə, 28%-i distal 1/3 hissəsinə və 2,8%-i isə proksimal 1/3 hissəsinə düşür. Distal 1/3 hissənin sınıqları öz növbəsində 3 tipə bölünür. Məhz sınığın lokalizasiyası körpücük sümüyü sınıqlarının təsnifatının əsasını təşkil edir.
Çiyin sümüyünün sınıqları
Çiyin sümüyünün sınıqları — mexaniki təsirin xarakterindən asılı olaraq (qabağa uzadılmış əlin və bədənə sıxılmış əlin üstünə yıxıldıqda) çiyin sümüyü baş hissəsində, üst 1/3, orta 1/3 hissədə sına bilər, lakin iri damarların və sinirlərin zədələnməsi ehtimalı olan daha təhlükəli sınıqlar çiyin sümüyünün aşağı hissəsindədir. Sınığın istiqamətindən asılı olaraq əlamətlər: kəskin ağrı; şişkinlik; qançır; deformasiya; qeyri-adi hərəkət; ətrafın qısalması; vəzifəsinin məhdudlaşması baş verir. Yalnız uşaqlarda sınıqlar zamanı çiyin sümüyünün sınıqlarında sınmış sümük fraqmentləri istiqamətini dəyişmir ("yaşıl budaq tipi") və yuxarıda göstərilən əlamətlər inkişaf etmir. Sınıq yerindən asılı olmayaraq çiyin sınıqlarında nəqliyyat immobilizasiyası üçün standart şina ilə iki taxta parçasından istifadə etmək olar; birini qoltuqaltı nahiyədən, digərini-yuxarıda əks tərəfdən qoyurlar. Bintləmə zamanı köməkçi zədələnmiş əli 900 bucaq altında əyərək, ətrafı azca bədəndən kənarlaşdırıb bu vəziyyətdə saxlayır, sonra çiyin nahiyəsini–döş qəfəsində, mil-bilək sümüyünü qarın nahiyəsinin yuxarı hissələrində bənd edərək, əli gövdəyə bintləyirlər. Şina qoyulmuş əlin ləçəkvari sarğıdan salınması məqsədəuyğun deyil, ona görə ki, o çiyin oynağının lazımi qədər hərəkətsizliyini təmin etmir. Çiyin; Sınıqlar; Zədə; Yara; Sarğı; Sümük.

"sümüyün" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sümüyün nədir? #sümüyün sözünün mənası #sümüyün nə deməkdir? #sümüyün sözünün izahı #sümüyün sözünün yazılışı #sümüyün necə yazılır? #sümüyün sözünün düzgün yazılışı #sümüyün leksik mənası #sümüyün sözünün sinonimi #sümüyün sözünün yaxın mənalı sözlər #sümüyün sözünün əks mənası #sümüyün sözünün etimologiyası #sümüyün sözünün orfoqrafiyası #sümüyün rusca #sümüyün inglisça #sümüyün fransızca #sümüyün sözünün istifadəsi #sözlük