* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Bir işdə, döyüşdə qoçaqlıq, cəsarət, qəhrəmanlıq, mərdlik göstərən; cəsur, qoçaq. İgid oğlan. İgid qız. – Rövşən Rüstəm kimi igid, yeniyetmə, cavan bir oğlan idi. “Koroğlu”. [Fitnə:] …Mənzər igid pəhləvandır; Həm də gözəl bir insandır. A.Şaiq. Dayanmışdır keşikdə; İgid, qəhrəman Bakı; Əziz, mehriban Bakı. R.Rza. // İs. mənasında. Gülü biçənə qurban; Suyun içənə qurban; Dünyada igid çoxdur; Candan keçənə qurban. (Bayatı). Qaralar geymə gəl, sevimli canan; İgidə meydanda ölmək şərəfdir. M.Rahim.
Azərbaycan dilinin izahlı lüğəti / igid1 1. Öyüd (öküd) sözü ilə qohumdur, “tərbiyə almış” deməkdir (tərbiyə yerinə “ikidkü” demişik). 2. Sözün yigit variantı da olub. Əsas mənası “yedirtmək”, “bəsləmək”, “tərbiyələndirmək” kimi açıqlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / igid2 İGİD, QƏHRƏMAN Orda məğrur baxışında şimşəklər çaxan; İnqilabçı qəhrəmanlar, igidlər yatır (Ə.Cəmil); ASLAN (məc.) Bu dağlar qoynunda aslan yatmışdır; Burda Koroğlular at oynatmışdır (S.Vurğun); BAHADIR (tənt.) Alp Aruz Oğuz bahadırları kimi azmandır, iridir... (Anar); CƏSARƏTLİ Yaşar cəsarətli olmağa çalışırdı (M.Rzaquluzadə); CƏSUR, QOÇAQ Dərhal Həmzə Güləbətinin gözünə başqa cür göründü – qəhrəman, cəsur, qoçaq (M.İbrahimov); DƏLİ (məc.) Dəmirçioğlu dəlilərlə dostlaşıb Koroğlunun arxası, köməyi oldu (“Koroğlu”); DƏLİQANLI İrəliyə doğru şığıyan dəliqanlı və Girdman hökmdarı Varazın oğlu Cavanşir idi (M.Hüseyn); DÖŞÜDOLU (dial.) Səməd döşüdolu oğuldu (ADDL); ƏR (məc., köhn.) Təriqət külünü Şah Əli seçdi; Şu dünyadan neçə yüz min ər keçdi (Xətayi); ƏRƏN (köhn.) Ərənlər bu yolda hazırdır, hazır; Müsahib lövhəni dəftərdən yazır (Xətayi); QOÇ (məc.) Sən ey rus şerinin qoç sərkərdəsi; Dönməz insanların azadlıq səsi! (M.Rahim); QORXMAZ Nəhayət, bəlli oldu ki, qorxmaz uşaq tüfəng ilə o tərəflərdə gəzirmiş (A.Şaiq); MƏRD Uçun, ey vətənin rüzgar qanadlı; Şahin təbiətli mərd oğulları! (Ə.Cəmil); PƏHLƏVAN [Məsumə:] Feyzi kimisi əziz olsun. Musa kimi pəhləvan ucuz?! (B.Bayramov); RƏŞİD (köhn.) Heydər bəy: Rus firəng çitini qadağan edibdir; heç kəs qorxudan gedib gətirə bilmir: məgər handa rəşid və qoçaq adam cürət edib, bir yük, iki yük çıxarda bilər (M.F.Axundzadə); ŞİR, PƏLƏNG (məc.) Anadan doğulub Nəbi şir, pələng (M.Rahim); ÜRƏKLİ Qaraca qızı qızlığa götürən qaraçı arvadı Yasəmən iyirmi yaşında, gözəl, yumşaq təbiətli, şad, ürəkli bir qadın idi (S.S.Axundov); RƏŞADƏTLİ.
Azərbaycan dilinin sinonimlər lüğəti / igid2 I прил. храбрый, отважный, смелый, бесстрашный. İgid döyüşçülər храбрые бойцы (воины), igid tankçılar смелые танкисты II сущ. храбрец, удалец, смельчак ◊ ehtiyat igidin yaraşığıdır осторожность – украшение храбреца; igidə güllə dəyməz смелого пуля не берет; igid ölər, adı qalar храбрец (герой) умрёт – имя его останется
Azərbaycanca-rusca lüğət / igid1 I. i. a brave man*, a man of courage; ~lər top.i. the brave II. s. brave, courageous, gallant, fearless; aslan kimi ~ as brave as a lion; ~ oğlan a brave boy; ~ əsgər a gallant soldier
Azərbaycanca-ingiliscə lüğət / igid1 1. прил. кьегьал, викӀегь, игит (мес. гада, руш); 2. сущ. кьегьал, игит; qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol. Ata. sözü кьегьал садра, алчах вишбара рекьида.
Azərbaycanca-ləzgicə lüğəti / igid