igidlik sözü azərbaycan dilində

igidlik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • igidlik • 95.9361%
  • İgidlik • 3.4833%
  • İGİDLİK • 0.5806%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.99 dəfə / 1 mln.
2003 •••••••• 1.18
2004 ••••••••• 1.35
2005 ••••• 0.67
2006 ••••••••••• 1.80
2007 ••••••••••••••• 2.33
2008 •••••• 0.97
2009 •••••• 0.96
2010 •••••••••••••• 2.27
2011 •••••••••••••••• 2.57
2012 •••••••••••••• 2.24
2013 •••••••••• 1.60
2014 •••••••••• 1.54
2015 •••••••••••••••• 2.55
2016 ••••••••••••• 2.08
2017 •••••••••• 1.63
2018 •••••••••• 1.65
2019 •••••••••••• 1.95
2020 •••••••••••••••••••• 3.32

igidlik sözünün leksik mənası və izahı

  • 1 is. Qoçaqlıq, qəhrəmanlıq, rəşadət. Duman dağa pərdədir; Göydə deyil, yerdədir; Ağalıq dövlət olsa; İgidlik hünərdədir. (Bayatı). [İsgəndərin] igidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayıbərabəri yox idi. Ə.Haqverdiyev. Müəllimlər qəhrəman əsgərlərin cəbhədəki igidliyi haqqında şagirdlərə maraqlı söhbətlər edib onları ruhlandırdılar. Ə.Vəliyev. □ İgidlik göstərmək (etmək, eləmək) – rəşadət göstərmək, qəhrəmanlıq etmək, qoçaqlıq eləmək. Otuzunda kəklik kimi səkərsən; İgidlik eləyib qanlar tökərsən. “Koroğlu”. [Şiraslan:] Əgər atası Vətən yolunda igidlik etməsəydi, haradan onun adı qalar, ona belə qızıl ulduzla bərabər böyük bir orden və ayrıca fərman verilərdi. S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / igidlik

igidlik sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 qoçaqlıq — qəhrəmanlıq — rəşadət

    Azərbaycan dilinin sinonimlər lüğəti / igidlik
  • 2 İGİDLİK [Tarverdi:] Heç bilirsənmi qoçaqlıq, igidlik nədir? (M.F.Axundzadə); KİŞİLİK Bədəlov taqımına demişdi: – Bax kişilik vaxtıdır; qırdığınızı qırın, olmadı əsir tutun (Ə.Əbülhəsən); QOÇAQLIQ Ancaq Rəcəbin siması və qoçaqlığı Badamın xoşuna gəlirdi (A.Şaiq); MƏRDLİK, RƏŞİDLİK (köhn.) Sən bir zəif qız ola-ola nerədən bu rəşidlik, mərdlik bulundu (N.Nərimanov); PƏHLƏVANLIQ Kişilər dəm vurur pəhləvanlıqdan; Güləşdən, güllədən, ölümdən, qandan (S.Vurğun); RƏŞADƏT Tüf sənə, həm sənin rəşadətinə (A.Səhhət); ŞÜCAƏT ...həm də şəmşirinə, şücaətinə (A.Səhhət); BAHADIRLIQ, CƏSARƏT, CƏSURLUQ, DƏLİQANLILIQ, ƏRLİK (məc.), QƏHRƏMANLIQ (bax).

    Azərbaycan dilinin sinonimlər lüğəti / igidlik

igidlik sözünün rus dilinə tərcüməsi

  • 1 1. храбрость, отвага, мужество, удальство; 2. подвиг;

    Azərbaycanca-rusca lüğət / igidlik
  • 2 сущ. 1. храбрость, смелость, отвага, мужество. “İgidliyə görə” medalı медаль “За отвагу” 2. подвиг; igidlik göstərmək проявить храбрость, совершить подвиг

    Azərbaycanca-rusca lüğət / igidlik

igidlik sözünün inglis dilinə tərcüməsi

igidlik sözünün fransız dilinə tərcüməsi

igidlik sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. кьегьалвал, викӀегьвал, игитвал, къагьриманвал; igidlik göstərmək (etmək, eləmək) кьегьалвал авун, викӀегьвал авун, игитвал авун, къагьриманвал авун.

    Azərbaycanca-ləzgicə lüğəti / igidlik

"igidlik" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#igidlik nədir? #igidlik sözünün mənası #igidlik nə deməkdir? #igidlik sözünün izahı #igidlik sözünün yazılışı #igidlik necə yazılır? #igidlik sözünün düzgün yazılışı #igidlik leksik mənası #igidlik sözünün sinonimi #igidlik sözünün yaxın mənalı sözlər #igidlik sözünün əks mənası #igidlik sözünün etimologiyası #igidlik sözünün orfoqrafiyası #igidlik rusca #igidlik inglisça #igidlik fransızca #igidlik sözünün istifadəsi #sözlük