"İgidliyə görə" medalı (SSRİ)
"İgidliyə görə" medalı — SSRİ-nin dövlət təltifi.
== Tarixi ==
İgidliyə görə" medalı SSRİ Ali Soveti Rəyasət Heyətinin 17 oktyabr 1938-ci il tarixli qərarı ilə yaradılmışdır. Sovet Ordusu, Hərbi Dəniz Donanması, Sərhəd və Daxili Qoşunların əsgərlərinə və SSRİ-nin digər vətəndaşlarına, habelə SSRİ vətəndaşı olmayan şəxslərə sosializm düşmənlərinə qarşı döyüşlərdə göstərdikləri şəxsi cəsarət və şücaətə görə təltif edilirlər. Həmçinin SSRİ-nin dövlət sərhədini qoruyarkən, həyati təhlükəsi olan şəraitdə hərbi vəzifələri yerinə yetirənlərdə bu mükafat ilə təltif edilirlər.