ilğım sözü azərbaycan dilində

ilğım

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ilğım • 68.6567%
  • İlğım • 26.8657%
  • İLĞIM • 4.4776%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İlğım
İlğım — dünya dillərinin böyük qismində bu hadisə fr. mirage olaraq işlədilir. Yer Atmosferində baş verən bu optik hadisə ani, müxtəlif işıq axınlarının və havada olan temperatur qatlarının fəaliyyəti ilə yaranır. Bu hadisənin özəlliyi ondadır ki, real obyektlə onun səmada təzahürünü müşahidə etmək olur == Təsnifat == İlğımlar alçaq, obyekt üzərində görünən, obyektin altında görünən, aldadıcı və yan olmaqla beş tipə bölünür. === Aşağı ilğım === Bu tip ilğım düzən ərazilərdə yüksək temperaturda əsasən səhra şəraitində, yol üzərində müşahidə edilir. Mövcud olmayan bu qeyri maddi təsvir yer sətindən suyun buxarlanması fonunda yaranır. === Yuxarı ilğım === Bu tip isə əsasən soyun səthə malik ərazilərdə müşahidə edilir. Yuxarıya qalxdıqca temperatur artırsa bu tipi müşahidə etmək mümkünləşir. Çox nadir hallarda müşahifə edilsə də, dəyişməz görünüşü ilə fərqlənirlər. Səbəb isə soyuq havanın ağırlığı səbəbindən səmaya qalxa, isti havanın isə yüngül olması səbəbindən aşağı enə bilməməsindəndir.

ilğım sözünün leksik mənası və izahı

  • 1 is. məh. Quru (susuz) çöllərdə buxarın yerə yayılıb uzaqdan su kimi görünməsi hadisəsi; sərab. Bizim Əmirxan da ilğımlar kimi; Gah gözə görünür, gah qaçır gözdən. S.Vurğun. Mən ilğımın nə olduğunu coğrafiya dərsində oxumuşdum… İ.Əfəndiyev. Dərənin hündürlərində, yanıb bozarmış güneylərdə duman kimi qatı ilğım qaynayırdı. İ.Hüseynov.

    Azərbaycan dilinin izahlı lüğəti / ilğım
  • 2 quru düzlərdə, səhralarda buxarın yerə yığılıb uzaqdan su mənbəyi kimi görünməsi.

    Azərbaycan kişi adlarının izahlı lüğəti / ilğım

ilğım sözünün etimologiyası

  • 1 İlıq sözü ilə qohumdur, “isti” deməkdir (Anadolu türkləri yalğın işlədirlər). Müxtəlif formalarda qeydə alınb: yayğın, yalğın, yaltın və s. Mənası rusca “блеск” kimi açıqlanıb. Alov, ulduz tipli sözlərdəki al, ul morfemləri ilə ilğımdakı il eyni sözdür və “od”, “işıq”, “isti”... deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / ilğım

ilğım sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 1. İLĞIM (puç ümid) Kaş bu bir xəyal, bir ilğım, bir yuxu olaydı: ayılanda dərhal hamısını unudaydı (X.Hasilova); XƏYAL [Güləbətin] bunu hiss etdi və şirin dünyanın ancaq yuxu, ancaq xəyal olduğuna durəni təəssüf duyğuları ilə köynəyi eyninə taxıb həyətə çıxdı (M.İbrahimov); MİRAJ Güləbətin, ay Güləbətin! – sədaları onu qəti olaraq xəyalından, yuxuda gördüyü aləmin mirajından ayırdı (M.İbrahimov); SƏRAB Lakin həsrət sərab kimi aldadıcı da olsa, intəhasız deyildi, saatlar ağır olsa da, yenə gəlib keçirdi (Çəmənzəminli). 2. İLĞIM, SƏRAB (sakit və aydın havada çöldə su kimi görünən və işığın inikasından törəyən optik hadisə)

    Azərbaycan dilinin sinonimlər lüğəti / ilğım

ilğım sözünün rus dilinə tərcüməsi

  • 1 марево, мираж

    Azərbaycanca-rusca lüğət / ilğım
  • 2 сущ. 1. марево (испарения от земли в жаркую погоду) 2. мираж (оптическое явление, заключающееся в появлении на горизонте мнимых изображений каких-л. удаленных предметов)

    Azərbaycanca-rusca lüğət / ilğım

ilğım sözünün inglis dilinə tərcüməsi

ilğım sözünün fransız dilinə tərcüməsi

ilğım sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. нугъ. касуьс, липир (яд авачир, кьуру чуьлда чиле гьатнавай бугь яргъалай яд хьиз акун).

    Azərbaycanca-ləzgicə lüğəti / ilğım

ilğım sözünün türk dilinə tərcüməsi

ilğım sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Əli Bayramlı, İmişli, Kürdəmir, Qazax, Saatlı, Sabiribad, Salyan) sərab. – İlğım adamı allader (Qazax); – İlğım yayda issidə olır (İmişli); – İlğım küdri yerdə olır (Sabirabad)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"ilğım" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ilğım nədir? #ilğım sözünün mənası #ilğım nə deməkdir? #ilğım sözünün izahı #ilğım sözünün yazılışı #ilğım necə yazılır? #ilğım sözünün düzgün yazılışı #ilğım leksik mənası #ilğım sözünün sinonimi #ilğım sözünün yaxın mənalı sözlər #ilğım sözünün əks mənası #ilğım sözünün etimologiyası #ilğım sözünün orfoqrafiyası #ilğım rusca #ilğım inglisça #ilğım fransızca #ilğım sözünün istifadəsi #sözlük