* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••• | 44.54 |
2003 | ••••••••• | 33.46 |
2004 | •••••••••••• | 41.77 |
2005 | •••••••••• | 37.11 |
2006 | •••••••••••• | 44.37 |
2007 | •••••••••••••• | 49.26 |
2008 | •••••••••••••••• | 59.44 |
2009 | •••••••••••••••••• | 63.99 |
2010 | •••••••••••••••••••• | 74.52 |
2011 | ••••••••••••••••••• | 69.58 |
2012 | ••••••••••••••••• | 61.52 |
2013 | •••••••••••••••••••• | 72.21 |
2014 | ••••••••••••• | 46.51 |
2015 | ••••••••••• | 38.62 |
2016 | ••••••••••••• | 45.47 |
2017 | ••••••••••• | 38.05 |
2018 | •••••••••••• | 41.35 |
2019 | ••••••••••• | 40.61 |
2020 | ••••••••• | 31.69 |
1 is. [ər. “iqrar”dan] 1. Söz vermə, əhd, vəd, vəfa. İlqarından dönən namərddir. (Ata. sözü). [Koroğlu:] Üz tutmuşam, bu diyara gəlmişəm; Çənlibeldən bir ilqara gəlmişəm. “Koroğlu”. Biz ki ilqar keçirmişik aradan; Amin desək, tez düzəldər Yaradan. Aşıq Ələsgər. Gün çıxar, əriyər dağların qarı; Pozulmaz dostların əhdi, ilqarı… N.Rəfibəyli. □ İlqar almaq – söz almaq, vəd olmaq, əhd bağlamaq. Dəfələrlə bulaq başında onunla görüşmüş, sevişmiş və ondan, öz istilahlarınca, ilqar almışdı. A.Şaiq. İlqar vermək – söz vermək, vəd etmək, əhd etmək. Yüz il keçsə öz yarımdan dönmərəm; İlqar verdim, ilqarımı danmaram. Qurbani. İlqarına düz çıxmaq – verdiyi sözün, əhdin üstündə durmaq, sözünə sadiq olmaq, vəfalı çıxmaq. Seyran ilqarına düz çıxıb, yoldaşını satmadı. M.Hüseyn. İlqarından dönmək – verdiyi sözə əməl etməmək, əhdini pozmaq, vəfasız çıxmaq. Abas ağlar zarı-zarı; Getməz könlümün qubarı; İlqarından dönən yarı; Tanrı tezbazar eyləsin! Aşıq Abas. 2. məh. Hörmət mənasında. Uşağa buyuranın ilqarı olmaz.
Azərbaycan dilinin izahlı lüğəti / ilqar1 İqrar sözünün təhrifidir. İqrar və qərar sözləri isə kökdaşdır. Ərəbcədən keçib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / ilqar2 сущ. 1. верность, преданность 2. обещание, слово, обет. Dostların ilqarı обет друзей; ilqar almaq получать, получить обещание (слово); ilqar vermək давать, дать слово (обещание); ilqarına düz çıxmaq исполнить данное обещание, быть верным данному слову; ilqarından dönmək нарушить обещание (обет, данное слово); ilqar bağlamaq поклясться в верности друг другу
Azərbaycanca-rusca lüğət / ilqar1 i. 1. faithfulness, loyalty, fidelity, devotion; 2. promise; ~ vermək to give* / to make* a promise; ~ına sadiq olmaq / çıxmaq to carry out / to keep* one’s promise; ~dan dönmək to break* one’s promise, to go* back on one’s promise
Azərbaycanca-ingiliscə lüğət / ilqar1 is. fidélité f, dévotion f ; vœu m ; promesse f ; ~ vermək prêter le serment
Azərbaycanca-fransızca lüğət / ilqar1 [ər. “iqrar” dan] сущ. 1. гаф гун, агьт, вафа; // ilqar almaq гаф къачун; ilqar vermək гаф гун; ilqarına düz çıxmaq гайи гафунал акъвазун; ilqarından dönmək гафунилай элкъуьн, гайи гаф кьилиз акъуд тавун; 2. пер. гьуьрмет манада.
Azərbaycanca-ləzgicə lüğəti / ilqarər. iqrar Söz vermə, əhd. (“Koroğlu” dastanının lüğəti) Əyləşmişdim orda, söhbətin keçdi, Qalxdı könül quşu, dolu mey içdi; Telli xanım, sədan gəldi, yetişdi, Sən gözəlin ilqarına gəlmişəm. (“Koroğlunun Ərzurum səfəri”)
Azərbaycan dastanlarının leksikasısöz vermə, əhd, vəd.
Azərbaycan kişi adlarının izahlı lüğəti