* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 1. sif. Əsassız olaraq dediyini yeritməyə çalışan, heç bir güzəştə getmək istəməyən; tərs, höcət. İnad adam. İnad xasiyyət. – [Qulu] xəsis, tamahkar, heç bir şeyə güzəştə getməyən, tərs və inad bir adam idi. A.Şaiq. [Böyükxanım:] Bax, özün bil, teleqram edərəm gəlsinlər! Amma Qulam xan da inadın birisidir. M.S.Ordubadi. □ İnad etmək (eləmək) – 1) sözünün üstündə durmaq, israr etmək, sözündən geri çəkilməmək; 2) tərslik etmək, höcət göstərmək, öz dediyini yeritməyə çalışmaq. Gülsəhər inad eləyir, Dildar isə hədə-qorxu gəlirdi. Ə.Vəliyev. İnad göstərmək – əzmli olmaq, dəyanət göstərmək, əzmindən dönməmək, sözünün üstündə durmaq, dediyindən əl çəkməmək. Doktor Qəbzi bəy yay zamanı Xansaray yaylağına gəlməməkdə elə bir inad göstərdi ki, hətta onun öz yavuq qohum-əqrəbası da bu işə məəttəl qalmışdılar. C.Məmmədquluzadə. İnad yeritmək – bax inad etmək. [Həmzə:] [Səriyyə] də bizim ilə inad yeritsə, onda gərək bizə papaq haram olsun. C.Cabbarlı. İnada durmaq – bax inad etmək. İnada düşmək – acığa düşmək, tərslik etmək, tərsliyi tutmaq. …Əgər mənim uşaqlarımın biri inada düşüb, məni qəsd ilə incitmək istəyir, qoy burada bir söz deməyim… C.Məmmədquluzadə. İnadı yerə qoymaq – inadından, tərsliyindən əl çəkmək, razı olmaq. [Hacı:] Sən olasan Allah, ay Sərdar, – dedi, – bu inadı yerə qoy, bu işlərə bir əncam çək! P.Makulu. // İs. mənasında. İnad adam, tərs adam, höcət adam. Gülsabahın atası çox inad adamdı. Ə.Vəliyev. [Əhməd:] Hacı, inadı var, xahiş eləyərsən, oxumaz. Nə illah eləyirsən, oxumayanda oxumaz! İnaddı! Mir Cəlal. 2. is. Əzm, dəyanət, səbat; əzmindən dönməmə. Belə hadisələr bizim inadımızı daha da artırmalıdır. H.Nəzərli. Yerli əhalinin inadından … qəzəblənmiş şah vəziri Taygöz Yusifi çağırıb kimsəyə aman verməməyi ona əmr etdi. İ.Əfəndiyev. 3. İnadla şəklində zərf – mətanətlə, əzmlə, səbatla. İnadla mübarizə etmək. – O deyir: – Mənimdir bu ana torpaq; Vuruşur inadla əlində yaraq. M.Rahim. …Məhsuldar çöllər yorulmadan və inadla çalışan insanlarla doludur. M.İbrahimov. Tez-tez çay keçmək nə qədər yorucu olsa da, onlar inadla irəliləyirdilər. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / inad3 İNAD(ƏT) ə. tərslik, höcətlik, israr.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / inad1 İNAD – ÜZÜYOLA Gülsabahın atası çox inad adamdı (Ə.Vəliyev); Kasıbsan, üzüyolasan, işləyənsən (Mir Cəlal).
Azərbaycan dilinin antonimlər lüğəti / inad1 1. упрямый, упорный, несговорчивый, своенравный, нуступчивый; 2. упрямство, упорство; 3. упрямец;
Azərbaycanca-rusca lüğət / inad2 I прил. 1. упрямый, настойчивый, упорный. İnad xasiyyət упрямый характер, inad adam упрямый человек 2. стремящийся добиться своего вопреки здравому смыслу 3. несговорчивый 4. стойкий (такой, который не откажется от своих убеждений, намерений и т.п.) II сущ. 1. упрямец 2. упрямство; упорство, настойчивость 3. стойкость. Kişi inadı мужская стойкость; inad eləmək (etmək) упорствовать, твердо стоять на своем; inada düşmək упрямиться, заупрямиться; inad göstərmək проявлять настойчивость, упрямство; inad yeritmək см. inad etmək; inadı yerə qoymaq покориться, примириться с чем-л., отказаться от сопротивления, борьбы
Azərbaycanca-rusca lüğət / inad1 I. i. 1. obstinacy, stubbornness; ~ etmək to persist (in); 2. (adam) pighead, obstinate / stubborn person II. s. obstinate, stubborn; persistent; pig-headed; ~ adam a stubborn man*; qatır kimi / uzunqulaq kini ~ obstinate as a mule / as a donkey
Azərbaycanca-ingiliscə lüğət / inad1 is. entêtement m, obstination f ; ~ etmək entêter (s’), obstiner (s’)
Azərbaycanca-fransızca lüğət / inad1 [ər.] инад (1. прил. терс, гьуьжетдай, кьилиз ялдай (мес. хесет, кас); // сущ. терс кас, гьуьжетдай кас; inad etmək (eləmək) инад авун а) вичин гафунал акъвазун, гафунилай элкъуьн тавун, бажит хьун; б) терсвал авун, гьуьжетун, вичин гаф кьилиз акъудиз алахъун; inada düşmək инадда гьатун, хъиле гьатун, терсвал авун; inadı yerə qoymaq инаддилай, терсвилелай гъил къачун, рази хьун; 2. сущ. къетӀи къарар, къаст; къетӀивал, жуьретлувал, кӀевивал; 3. inadla нареч. инаддалди, къетӀивиледи).
Azərbaycanca-ləzgicə lüğəti / inad