icad sözü azərbaycan dilində

icad

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • icad • 97.6275%
  • İcad • 1.8980%
  • İCAD • 0.4745%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

icad sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Vücuda gətirmə (gətirilmə), yoxdan var etmə (edilmə), yaratma (yaradılma), düzəltmə (düzəldilmə); ixtira (etmə), kəşf (etmə). Radionun icadı. Telefonun icadı. Hürufatın icadı. Yeni icad (yeni çıxmış şey, yeni ixtira). // Uydurma. O necə xəstəlikdir, – dedim, – kimin icadıdır? Mir Cəlal. □ İcad etmək (eləmək) – vücuda gətirmək, yoxdan var etmək, yaratmaq. Parlaq günəşin həsrəti ruyinlə gözümdən; Qanyaş axıdıb Dəclələr icad edərəm mən. Heyran xanım. // İxtira etmək. Mən sizin üçün lap təzə bir xörək icad eləmişəm. “Mol. Nəsr.”. O hansı elmdir ki, icad etdi telefonu? M.Möcüz. Yəqin bu ekskavatoru icad edənlər onun ağırlığını, həcminin iriliyini nəzərə alaraq, onunla yükləmək mümkün olmadığını düşünmüşlər. Ə.Sadıq. // Uydurmaq, düzəltmək. [İblis:] Bir qazi olub gah edərim fitnələr icad. H.Cavid. İcad olunmaq (edilmək) – vücuda gətirilmək. …Övladıma da vəsiyyət edəcəyəm ki, müsəlman dili üçün təzə bir hürufat icad olunmuyunca müsəlmanca bir kəlmə söz də yazmasınlar. C.Məmmədquluzadə. // Uydurulmaq. Möcüzə adamları aldatmaq üçün icad olunmuşdur. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / icad
  • 2 ə. 1) vücuda gətirmə, yoxdan var etmə; 2) tapma, kəşf etmə, ixtira etmə; tapıntı, kəşf, ixtira.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / icad

icad sözünün sinonimləri (yaxın mənalı sözlər)

icad sözünün rus dilinə tərcüməsi

  • 1 изобретение

    Azərbaycanca-rusca lüğət / icad
  • 2 сущ. разг. изобретение: 1. создание чего-л. нового. Radionun icadı изобретение радио 2. то, что изобретено. Yeni icad новое изобретение; iyirminci əsrin icadları изобретения двадцатого века 3. выдумка, затея. Bu sənin icadındır это твое изобретение; icad etmək (eləmək) изобретать, изобрести: 1. создавать, создать что-л. новое, прежде неизвестное 2. придумывать, придумать; icad olunmaq изобретаться, быть изобретенным

    Azərbaycanca-rusca lüğət / icad

icad sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. акъудун; туькӀуьрун, расун, авун, арадал гъун (авачир, малум тушир, цӀийи са затӀ, мес. телефон ва мс.); yeni icad цӀийиз акъатай (акъудай) затӀ; icad etmək (eləmək) а) арадал гъун; акъудун, расун, авун, туькӀуьрун (мес. цӀийи са затӀ); б) туькӀуьрун (мес. ттаб, фитне).

    Azərbaycanca-ləzgicə lüğəti / icad

icad sözünün türk dilinə tərcüməsi

"icad" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#icad nədir? #icad sözünün mənası #icad nə deməkdir? #icad sözünün izahı #icad sözünün yazılışı #icad necə yazılır? #icad sözünün düzgün yazılışı #icad leksik mənası #icad sözünün sinonimi #icad sözünün yaxın mənalı sözlər #icad sözünün əks mənası #icad sözünün etimologiyası #icad sözünün orfoqrafiyası #icad rusca #icad inglisça #icad fransızca #icad sözünün istifadəsi #sözlük