* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. və zərf [fars.] 1. Yersiz, münasibətsiz, mənasız. Bica söz. Bica danışıq. – [Müəllim:] Amma uşaq tayfasına o cür sözləri deməyiniz, bir az bicadır. C.Məmmədquluzadə. Anladım mətləbini, etmə məzəmmət bica. A.Səhhət. 2. Bihudə, əbəs, boş-boşuna, nahaq (çox vaxt “bica yerə” şəklində işlənir). Bica əlləşmə. – Düşmə bica yerə sən bu təməixamə, könül. S.Ə.Şirvani. Bica yerə hər ləhzdə min şurü şərin var; Çox pis nəzərin var. M.Ə.Sabir. [Movlamverdi:] Ay bacılar, ay qardaşlar, axır sizin ağlamağınız bicadır. C.Məmmədquluzadə. [Sara:] Atam üçün qüssə edəcəyimdən qorxursansa, o da bicadır. C.Cabbarlı.
Azərbaycan dilinin izahlı lüğəti / bica2 f. 1) yersiz, nahaq yerə; 2) əbəs, yaramaz; 3) m. boş, mənasız.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / bica1 BİCA – MƏNALI İmanın olsun, ay kişi! Niyə bica söz danışırsan? (M.İbrahimov); Rüstəm kişi onların üz-gözündə mənalı bir ifadə gördü (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti / bica