* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Çöl, bayır, ümumiyyətlə, hər hansı bir yer. Pəri xanım kəndli qızı idi, necə olmuş olsa da, gənə bayırbacaq görmüşdü. (Nağıl). [Cəfər əminin] əynindəki həmişəlik iş paltarından başqa bircə dəst bayır-bacaq paltarı var idi. H.Nəzərli. Bəlkə elə bayır-bacaqda Allahqulu kimilərin ağzına dil verən də Veysdi? Ə.Əbülhəsən. // Həyət, evin ətrafı. Qapıbacanı əhənglə ağartmaq, evlərin bayırbacağını süpürmək … ümumi bir həvəs idi. H.Sarabski.
Azərbaycan dilinin izahlı lüğəti / bayır-baca