üry sözü azərbaycan dilində

üry

Yazılış

  • üry • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Baba Tahir Üryan
Baba Tahir Üryan (fars. بابا طاهر‎ — Bâbâ Tâher, d. təxminən 1000 — ö. 1055) — İranlı sufi şair. == Həyatı == Həyatı haqqında yetərli bilgi yoxdur. Qaynaqlarda ona bəzən Həmədani, bəzən nisbəsi verilməsi onun Həmədanla arasında bir yerdə doğulmuş ola biləcəyi ehtimalını xatirə gətirməkdədir. Bu iki yer arasındakı Xürrəmabadda onun adını daşıyan bir məhəllə vardır. Baba Tahirin müəmma janrında yazdığı bir qitəsindən faydalanılaraq 938-ci ildə doulğduğu irəli sürülməkdədir. Bu tarix, Rzaqulu xan Hidayətin onun ölüm tarixi olaraq verdiyi 1010-cu il tarixi ilə bağdaşa bilməkdədir . Ravəndinin "Rahatüś-śudur" adlı əsərindəki bir qeydə görə isə Səlcuqlu sultanı Toğrul bəy 1055-ci ildə doğru Həmədana gəldiyində, o sırada burada şöhrət tapmış üç şeyxdən biri olan Baba Tahir Üryanı ziyarət etmişdi.
Üryan Xıdır
== Üryan Xıdır Dorutayda == Sultan (Üryan) Xıdır ziyarətgahı, Türkiyədə, Tunceli bölgəsində Pərtək-Hozat yolu kənarında bir təpənin üzərində yerləşən Dorutay (Zeyvə) kəndindədir. Bu kənddə Üryan Xıdırın (Sultan Xıdırın) ziyarətgahı var. Bu ocaq övladı olmayanlar, dəlilər və əlacı olmayan xəstələrin üz tutduqları müqəddəs yerdir. Ocağın Adıyaman, Malatya, Çorum, Sivas, Kahramanmaraş və Ərzurumda da ziyarətçiləri var. Ayrıca Suriyanın Əfrin şəhərindən də bura ziyarətə gəlirlər. Xubyar pirinin dədələri mürşüd ocaqlarının Üryan Xıdır olduğunu söyləyirlər. Rəvayətə görə Zeyvə kəndi yaxınlarında yaslı bir adam yaşarmış. O tarixlərdə Sultan Əlaəddin ordusu ilə birlikdə buraların kəşfiyyatını apararkən axşam olur və Zeyvə kəndi yaxınlarındaki Sultan gölü mövqeyində gecələməyə qərar verir. Çadırlar qurulur, yerləşmə başlayır. O sırada Sultan Əlaəddinin yanına gələn gözətçilərdən biri "Sultanım, irəlidə içində işıq yanan çadıra bənzər bir şey var" deyir.
Üryandağ
Üryandağ - Xocavənd rayon mərkəzindən 9 km cənubda, Füzuli rayonunun Yuxarı Veysəlli kəndi ilə həmsərhəd ərazidə qeydə alınan dağ. == Haqqında == Dağın maksimal hündürlüyü 580 metrdir. Oronim tərkibindəki üryan sözü ərəb dilində "lüt, çılpaq" anlamındadır. Dağda ağac, kol bitmədiyi və yaşllıqdan heç bir əlamət olmadığı üçün toponim belə ad almışdır.
Üryanizadə Əhməd Əsad Əfəndi
Üryanizadə Əhməd Əsad Əfəndi (1813, İstanbul – 17 yanvar 1899, İstanbul) — Osmanlı şeyxülislamı və alimi. == Həyatı == 1813-cü ildə İstanbulda dünyaya gəldi. XVII əsrin məşhur alimlərindən Üryani Osman Əfəndinin şəcərəsinə mənsub olub, atası II Mahmud dövrünün qazılarından Mehmed Səid Əfəndidir. Bu səbəblə bəzi mənbələrdə Üryanizadə olaraq anılır. Xoca Abdullah Əfəndi, Əbdülqadir bəy və Xoca İsmayıl Əfəndidən dərslər alaraq 1830-cu ildə fətvaxanada katib olaraq xidmətə başladı. Atasının qazı olaraq Serez, Hələb, Kastamonu, Manastır və Şamdakı xidmət illəri boyunca onunla birlikdə gəzən Əsad Əfəndi atasının 1848-ci ildə Şamda vəfat etməsinin ardından İstanbula döndü. 1853-cü ildə Əyyubsultan, bir il sonra Üsküdar, 1855-ci ildə yenidən Əyyubsultan, 1856-cı ildə Ədirnə, 1858-ci ildə Mədinə və 1866-cı ildə İstanbul qazılığına təyin olundu. Bütün bu vəzifələriylə yanaşı bir çox dövlət məmuriyyətlərinə təyin edildi.1876-cı ildə bütün bu vəzifələrindən istehfa verərək sakit bir həyat yaşamaq istəsə də, çox keçmədən Əyanlar məclisinə üzv seçildi. Ardından 4 dekabr 1878-ci ildə şeyxülislam təyin edildi və 17 yanvar 1889-cu ildəki vəfatına qədər bu vəzifədə qaldı. Cənazəsi Əyyubsultan səmtində Əbusuud Əfəndi təkkəsinin həyətinə dəfn edildi.
Üryel
Üryel (fr. Huriel) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Üryel kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03128. Üryel kəndi Fransanın coğrafi mərkəzi adı uğrunda 8 iddiaçıdan biridir == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2471 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1563 nəfər (15-64 yaş arasında) 1119 nəfər iqtisadi fəal, 444 fəaliyyətsizdir (fəaliyyət göstərici 71.6%, 1999-cu ildə bu göstərici 69.1%). Fəal 1119 nəfərdən 1046 nəfər (572 kişi və 474 qadın) işləyir, 73 nəfər işsizdir (31 kişi və 42 qadın). 444 hərəkətsiz olan 109 nəfər arasında şagird və ya tələbə, 185 nəfər təqaüdçü, 150 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Üryanoba
Üryanoba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Yergüc kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Üryanoba kəndi 1954-cü ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə müvəqqəti olaraq Dağıstanın nəzarətinə verilir. 1984-cü ildə isə Azərbaycan SSR Nazirlər Soveti icarə müddətini 2004-cü ilə qədər uzadıb. 6 il ərzində həllini tapmayan bu məsələ 2010-cu ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Dmitri Medvedyev arasında keçirilən görüşdə çözülüb və adıçəkilən kəndlər Azərbaycanın ərazisi kimi qəbul edilib. Azərbaycanın rəsmi mövqeyi belədir ki, kəndlərdə Rusiya vətəndaşları yaşasa da, ərazi Azərbaycana məxsusdu. Sadəcə, iki dəfə otlaq sahəsi kimi Dağıstana icarəyə verilib. Xraxobada cəmi 7 ailə yaşayır. Kənd yaşıllıqlar içərisindədir. Yalnız bu kəndə yaxınlaşanda buranın yaşayış yeri olduğunu görmək olur. Geniş taxıl zəmiləri və otlaqların əhatəsində olan bu kəndlərdə torpaq bölgüsü aparılmayıb.

üry sözünün leksik mənası və izahı

"üry" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#üry nədir? #üry sözünün mənası #üry nə deməkdir? #üry sözünün izahı #üry sözünün yazılışı #üry necə yazılır? #üry sözünün düzgün yazılışı #üry leksik mənası #üry sözünün sinonimi #üry sözünün yaxın mənalı sözlər #üry sözünün əks mənası #üry sözünün etimologiyası #üry sözünün orfoqrafiyası #üry rusca #üry inglisça #üry fransızca #üry sözünün istifadəsi #sözlük