arx sözü azərbaycan dilində

arx

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • arx • 92.1241%
  • Arx • 6.6826%
  • ARX • 0.7160%
  • arX • 0.4773%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arx
Arx ya da kanal — insan əli ilə düzəlmiş, sulama ya da nəqliyyat məqsədi ilə istifadə edilən su yollarıdır. Axma sürəti çox olmayan çaylar keçmişdən günümüzə dək həmişə nəqliyyat üçün istifadə edilmişdilər. Bu çayların bir-birlərinə yaxınlaşdığı yerlərdə kanallar açılmaq surətiylə nəqliyyat daha da asan hala gətirilmişdir. Suyu mənbədən sahəyə axıtmaq üçün dayaz suvarma kanalı. Arxlardan, əsasən, Cənubi Qafqazda, Orta Asiya və Qazaxıstanda, Yaxın və Orta Şərq ölkələrində geniş istifadə olunur; səhra və yarımsəhra zonaları şəraitində sahələr il boyu Arxların öz axını ilə suvarılır. Arxlar daimi və müvəqqəti olur. Daimi Arxlar şəbəkəsinə əsas (magistral) və paylayıcı Arxlar daxildir. Magistral Arx mənbədən (çay, göl və s.) götürdüyü suyu paylayıcı Arxlara verir. Su paylayıçı Arxlar vasitəsilə əkin sahələrinə, oradan da müvəqqəti Arxlarla suvarma zolaqlarına axıdılır. == Tarixi == Arxların çəkilməsinin tarixi çox qədimdir.
Söyüdlü arx
Söyüdlü arx İlyas Əfəndiyev tərəfindən yazılmışdır. Roman 1958-ci ildə dərc olunub. == Haqqında == İlyas Əfəndiyev yaradıcılığa lirik ruhlu hekayələrlə başlayıb və 1939-cu ildə onun "Kənddən məktublar" adlı beş hekayədən ibarət ilk kitabı çıxıb. Gənc yazıçının şirin, lirik, dəqiq və ifadəli nəsr dili, cazibədar təhkiyə tərzi ilk yazılarından diqqəti çəkib."Söyüdlü arx" (1958) romanının əsas qəhrəmanı, şəhərdən kəndə işləməyə gəlmiş Nuriyyə xanım gənc aktirasıdır, lakin əsərin süjetində yenilik ondadır ki, Nuriyyə ancaq kənddə mədəni quruculuqla məşğuldur, kitabxana müdiridir. O, burada dram dərnəyi təşkil edir, cavanları kitabxanaya cəlb edir. Təsərrüfat məsələlərində yenilikçilərlə mühafizəkarlar arasında konfilikt Söyüdlü arxın uzadılması problemiylə bağlıdır və mübahisələr kəndin rəhbər işçiləri arasında gedir. Romanın uğur qazanmasında əsas rolu Nuriyyənin mədəniyyət sahəsində fəaliyyəti yox, onun mənəvi aləmi, şəxsi həyatı oynayır. Yazıçı qəhrəmanın həyatının bu tərəflərinə xüsusi diqqət yetirir.Roman birinci şəxsin-Nuriyyənin dilindən, onun xatirələri kimi verilir. Nuriyyə altı il ərzində sevib ürəyində gəzdirdiyi Murada təsadüfən rast gəlir, lakin onun ailəsi olduğunu bildikdə nəcib qız sevgisini qəlbinin dərinliyində basdırmağa qərar verir. Romanın sonunda bu gözəl təbiətli qadın, nəhayət ki, öz taleyini tapır və əsər nikbin sonluqla bitir.
Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi
Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi — Gəncə şəhərində yerləşən 2014-cü ildə istifadəyə verilmiş muzey kompleksi. == Haqqında == Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksinin inşasına 2012-ci ilin yanvarında başlanılmışdır. Kompleks 2014-cü ildə fəaliyyət göstərməyə başlayıb. Tarixi Gəncə qalasının beş qapısı olmuşdur. Yaradılmış abidə kompleksi şəhərin "Məqbərə qapısı" adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Qarşıda 75 metr hündürlüyündə dövlət bayrağı ucaldılmış, ətrafında park salınmışdır. Abidə kompleksinin sağ cinahında Gəncənin gerbi yaradılmışdır. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir. Bakıdan gələn yolun sağ cinahında xronoloji ardıcıllıqla İran-Turan müharibəsinin əks olunduğu pannolarda türk sərkərdəsi Əfrasiyabın fars hökmdarı Keyxosrovu məğlub etməsi və romalıların Gəncəyə hücumu, usta Bəndərin rəhbərliyi ilə gəncəlilərin xarəzmlərə, Cavad xanın isə ruslara qarşı mübarizə səhnələri, sol cinahda isə Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Gəncəyə gəlişi, 1920-ci ilin mayında bolşevizmə qarşı tarixi Gəncə üsyanı və nəhayət, Heydər Əliyevin Gəncədə vətəndaş müharibəsinin qarşısını alması əks olunmuşdur.
Habomai arxipelaqı
Habomai arxipelaqı (yap. 歯舞群島) — əslinə qalanda Habomai adı əslində Hokkaydo adasında yerləşən eyni adlı rayonun eyni adlı kəndindən götürülmüşdür. Bu adalar qrupuna ümumilikdə 20 ada daxildir. Onlar arasında Polonski adası, Oskolki adaları, Zelyonı adası, Dyomin adaları, Yuri adası, Anuçin adası, Tanfilev adası sahəsinə görə xüsusi ilə seçilir. Bu qrupun adaları Hokkaydodan Sovet boğazı ilə ayrılır. Adaların ümumi sahəsi km² təşkil edir. == Etimalogiyası və adın istifadəsi == Yaponlara məxsus olan Habomai adı onların işğalından öncə mövcud olmuşdur. Hətta 1959-cu ilin 1 aprelinə qədər burada Hamboi uezdi mövcud idi. Bir ara hətta bu adın rəsmi rus mənbələrində işlədilməsi Saxalin vilayət dumasında qərar qəbul olunur. Onlar hətta bu adın rus kütləvi informasiya mənbələrində səslənməsini və beynəlxalq iki tərəfli müqavilələrdə belə bu adın işlənməsini əsas gətirirdilər.
Hatay arxeologiya muzeyi
Hatay arxeologiya muzeyi və ya Antakya arxeologiya muzeyi — antik dövrə aid əsərlərin toplandığı bir incəsənət muzeyidir. == Qədim arxeologiya muzeyi == Antakya Cümhuriyyət dövründə Asi çayı kənarında və körpü yaxınlığında yer alırdı. Aktiv olduğu dövrdə dünyanın ən böyük üçüncü mozaika muzeyi və mozaika eksponat kolleksiyasına malik idi. Muzeydə Hitit, Helenistik, Roma və Bizans dövrlərinə aid olan və Hərbiye, Antakya, Atçana, Seleukia Pieria ilə İsgəndəriyyədən tapılmış eksponatlar nümayiş etdirirdi. Bu əsərlərin əksəriyyəti, 1932-1939 illər arasında aparılan qazıntı işləri nəticəsində aşkar edilmişdir. Dövründə dünyanın ən böyük ikinci arxeologiya muzeyi ünvanını daşıyan Hatay arxeologiya muzeyinin tikinti işlərinə 1934-cü ildə başlanılıb. Bu tikinti işləri 1932-ci ildə Antakya və ətrafında başlayan qazıntı işlərindən ruhlanaraq və Fransız arxeoloqu M. Prostun tövsiyəsi ilə başlanılmışdır. Muzey binası 1938-ci ildə tamamlanıb, və bir il sonra Hatay, Türkiyə Cümhuriyyətinin bir vilayəti oldu. Muzey 23 iyul 1948-ci il tarixində xidmətə açıldı. 1975-ci İldə muzey yenidən təmir olunub.
Kabrera Arxipelaqı Milli Parkı
Kabrera Arxipelaqı Milli Parkı (isp. Parque Nacional Marítimo-Terrestre del Archipiélago de Cabrera; kat. Parc Nacional Maritimoterrestre de l'Arxipèlag de Cabrera) — İspaniyanın Balear adaları muxtar birliyinin (isp. Islas Baleares; kat. Illes Balears) tərkib hissəsi olan Kabrera arxipelaqını əhatə edən milli park. Milli parkın sahəsi 100 km2-dir, amma sahəsinin 87 km2-lık hissəsi Aralıq dənizinin sularıdır. Buna görə də həm də dəniz milli parkıdır. Uzaqlığına görə milli parkın ziyarətçiləri azdır. Kabrera Arxipelaqı Milli Parkının daimi əhalisi yoxdur, lakin burada 100-ə yaxın milli park işçisi fəaliyyət göstərir. Arxipelaq böyük təbii dəyərə malikdir.
Kadyak arxipelaqı
Kadyak arxipelaqı (ing. Kodiak Archipelago) — Alyaskanın cənubunda yerləşir. 2003-ci il məlumatına əsasən arxipelaqda 13,913 nəfər yaşayır. == Coğrafiyası == Arxipelaqı materikdən Şelixov boğazı ayırır və materikə arasında olan məsafə 450 kilometrdir. Arxipelaqın uzunluğu 285 km. Eni isə 108 km təşkil edir. Ən iri adası Kadyak adasıdır, ikinci böyük adası isə ondan 5 km şimalda yerləşən Afoqnak adasıdır. Nisbətən şimalda yerləşən Şuyak adası çoxlu sayda əsrarəngiz buxtaıarı ilə seçildiyindən qoruma altındadır. Bundan əlavə arxipelaqa Berren, Semidi adaları, Elovıy, Çirikova və bir sıra kiçik adalar daxildir. Ümumilikdə arxipelaqın sahəsi 13,890 km² təşkil edir.
Kanada Arktik arxipelaqı
Kanada Arktik arxipelaqı (ing. Canadian Arctic Archipelago, fr. Archipel arctique canadien, Kanadada onu sadəcə Аrktika arxipelaqı adlandırırlar) — dünyanın ən iri arxipelaqlarında biri, 1,4 milyon km² sahəyə malikdir. Şimali Amerikanın şimalında yerləşir. == Coğrafiyası == Arxipelaqın böyük hissəsi Nunavut, az bir hissəsi isə Şimal-Qərb ərazilərinə daxildir. Adaların çoxu Şimal Buzlu okeanının, cənub-şərq hissədəki az bir qism adalar isə Atlantik okeanın akvatoriyasına aiddir. Arxipelaqa daxil olan üç ada (Baffin Torpağı, Viktoriya (ada) və Elsmir (ada)) dünyada ölçüsünə görə ilk onluğa daxildir. Ümumuilikdə burada 36,563 ada vardırki onunda 15-nin sahəsi 10-min km² çodur. İqlimi çox sərtdir, sahil əraziləri əsasən Tundra geniş yayılmışdır. Ərazinin böyük hissəsini arktik səhralar təşkil edir.
Kazanka (Arxangel)
Kazanka (başq. Казанка, rus. Казанка) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd İnzer kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 13 km, kənd sovetliyindən (Mışatkan): 5 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 5 km. Kənd ərazisindən İnzer çayı axır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (74%) üstünlük təşkil edir.
Kernave arxeoloji bölgəsi
Kyarnave (lit. Kernavë) – Litvada yerləşən və 10000 il əvvələ aid insan izləri aşkarlanan YUNESKO-nun Dünya irsi siyahısına daxil olan arxeoloji bölgə, qədim şəhər. == Tarixi == === Roma İmperiyası dövründə === Şimalı Litvada paytaxt Vilnüsdən 35 km məsafədə yerləşən Kyarnave arkeoloji bölgəsi 194,4 hektarlıq böyüklüyü ilə bu bölgədə insan məskunlaşmasının 10.000 illik tarixinə şahidlik etmiş bir bölgədir. Bəzı arxeoloqlar tərəfindən Litvanın Troyası olaraq adlandırılan bölgə Xristianlıq dövrü əvvəli haqqında vacib məlumatlar verməkdədir. Burada ilk yaşayış izləri e.ə IX əsrdə Payauta vadisindəki Neris çayı sahilində tapılmışdır. Xristianlığın ilk dövrlərində Baltik bölgəsi insanları üçün qızıl dövr olaraq xatırlanmaqdadır. Bataqlıqdan çıxarılan dəmir, əkin və heyvandarlığın inkişafı əhalinin də artmasına səbəb olmuş, IV əsrə qədər Payauta vadisindəki yaşayış yerlərinin sayı daima artmıştır. Roma dövrünün sonunda baş verən böyük köçlə birlikdə Aukuro Kalnasdaki yaşayış yerləri köçənlər tərəfindən yandırılmış və Payauta vadisi tərk edilmişdir. İqlimin sərtləşməsi ilə bərabər yeraltı sularının da ortaya çıxması bölgədə yaşayışı imkansız hala gətirmişdir. === Orta əsrlərdə === XIII əsrdə feodal bəylərin bölgədə qalalar qurması ilə bir zamanlar tərk edilmiş olan Payauta vadisi yenidən hərəkətlənməyə başladı.
Kolya, Olya və Arximed (cizgi filmi, 1972)
Kolya, Olya və Arximed (rus. Коля, Оля и Архимед) — 1972-ci ildə çəkilmiş Arximed qanunundan bəhs edən cizgi filmi. == Məzmun == Kolya adında oğlan, Olya adında qız qədim Sirakuz şəhərində böyük həndəsi kəşflər etmiş Arximedlə görüşürlər. Uşaqlar Arximedin kəşflərinə baxan zaman Roma legionu onlar üzərinə hücuma keçir. Və uşaqlar evə qayıdırlar.
Kompüterin arxitekturası
Arxitektura anlayışı geniş bir anlayış olub, sistemin komponentlərinin birləşmə konstruksiyasını ifadə edir. Bu termin adətən prosessorlara, hesablama sistemlərinə və eynilə istənilən mürəkkəb sistemə tətbiq oluna bilər- məsələn, "əməliyyat sisteminin arxitekturası", "mikroprosessorun arxitekturası", "kompüterin arxitekturası" və s. Baxılan mövzuda "arxitektura" termini iki məna kəsb edir. Onun birincisi mikroprosessorun icra edə biləcək əmrlər toplusu və əmr sisteminin mikroprosessorda icra olunmasının texnologiyasını əks etdirirsə, ikinci halda o, operativ yaddaşın və sistem şininin strukturu, giriş/çıxışın təşkili prinsiplərini və ümumiyyətlə hesablama sisteminin əsas hissələrinin əlaqələndirilmə prinsiplərini əks etdirir. "Kompüterin arxitekturası" dedikdə, onun hesablama sistemi olaraq əsas hissələrinin fiziki və məntiqi baxımdan əlaqələndirilmə prinsipləri nəzərdə tutulur. == Mənbə == M.A. Camalbəyov, R.Ə. Fərəməzov. IBM PC tipli kompüterlərin arxitekturası, sistem proqram təminatı və əməliyyat sistemləri. Bakı, H.Əliyev adına AAHM, 2009. – 307 səh.
Kompüterlərin arxitekturası
Müasir kompüterlərin yaradılmasının əsas prinsipləri XX əsrin 40-cı illərində Amerikanın alimləri Con fon Neyman və Bers tərəfindən verilmişdir. Başqa sözlə desək, hələ ki kompüterlər Fon Neyman arxitekturası ilə işləyir. Bu arxitekturaya görə kompüter iki hissədən ibarətdir: mərkəzi və perferiya hissələrindən. Mərkəzi hissə hesab məntiqi qurğusundan (HMQ); idarəetmə qurğusundan (IQ) və daxili yaddaş qurğularından ibarətdir. Daxili yaddaşlar — operativ yaddaş (RAM); daimi yaddaşdan (ROM) ibarətdir. Müasir kompüterlər HMQ və IQ prosessor adlanan qurğuda birləşir. Perferiya hissəsində xarici yaddaş qurğuları, daxiletmə qurğuları, xaricetmə qurğuları və idarəetmə pultu perferiya qurğularına aiddir. == Kompüterlərin təsnifatı == Kompüterlərin imkanlarını qiymətləndirmək üçün müəyyən əlamətlərə görə qruplara bölürlər, yəni təsnif edirlər. Təsnifat əlamətləri ölçülərinə, məhsuldarlığına, qiymətinə və element bazasına görə seçilə bilər. Kompüterlər ölçülərinə görə aşağıdakı siniflərə bölünürlər.
Konstantin Arxipçikov
Konstantin Yakovleviç Arxipçikov (rus. Константин Яковлевич Архипчиков; 1888 – 1952) — Rusiya və SSRİ hərbi xadimi, general-mayor. Birinci Dünya, Rusiyada vətəndaş, SSRİ–Finlandiya və İkinci Dünya müharibələrinin iştirakçısı olmuşdur. == Həyatı == Konstantin Yakovleviç Arxipçikov 5 may 1888-ci ildə Rusiya imperiyasında, Kostroma quberniyasının Yuryevets mahalının Kosolapika kəndində (indiki İvanovo vilayətinin Puçejski rayonu) anadan olmuşdur. Arxipçikov 1909-cu ildən Rusiya İmperator Ordusunda xidmət etmişdir. O, 37-ci Yekaterinburq piyada alayının tərkibində 7-ci rotanın baş serjantı, sonra 10-cu piyada diviziyasının 16-cı rotasının çavuş mayoru və leytenantı kimi Birinci Dünya müharibəsində iştirak etmişdir. Arxipçikov1909 döyüşlər zamanı dörd dərəcəli Müqəddəs Georgi xaçı və üç Georgi medalı ilə təltif edilib. Arxipçikov 1918-ci ildə Qızıl Ordu tərəfinə keçmişdir. O, 1920-ci ildən Kikvidze adına 16-cı atıcı diviziyasının 48-ci Nırnenski atıcı alayının komandiri olmuşdur. Arxipçikov 1922-ci ilin iyunundan həmin diviziyanın 46-cı Novqorod atıcı alayının komandiri olmuşdur.
Koreya arxipelaqı
Koreya arxipelaqı (kor. 연평도) — Sarı dənizdə, Koreya boğazı və Çecu boğazı sularında yerləşən 3,5 min ada və qayalıqdan ibarət olan Cənubi Koreyaya məsub olan arxipelaq. Arxipelaqın ən iri adaları: Kocedo, Namhedo, Çindo. Arxipelaqa daxil olan adaların sahilləri girintili-çıxıntılıdır. Adalar əsasən təpəlik və alçaq dağlıq ərazilərdən ibarətdir. Üzəri subtropik meşə və kolluqlarla örtülüdür. Sahil suları bioresurslarla zəngindir. Balıqçılıq və molyusk ovlama tədərufatı inkişaf etmişdir.
Kurqaş (Arxangel)
Kurqaş (başq. Ҡурғаш, rus. Кургаш) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Bakaldı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 16 km, kənd sovetliyindən (Bakaldı): 6 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 22 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (73%) üstünlük təşkil edir.
Kuznesovka (Arxangel)
Kuznesovka (başq. Кузнецовка, rus. Кузнецовка) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Qızıl Ezem kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 18 km, kənd sovetliyindən (Qızıl Ezem): 5 km. ən yaxın dəmiryol stansiyasından (Rriural stansiyası): 21 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə ruslar (100%) üstünlük təşkil edir.
Kömərli (Arxangel)
Kömərle (başq. Көмәрле, rus. Кумурлы) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Lipov kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 27 km, kənd sovetliyindən (Blaqoveşenka): 7 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 38 km. Kənd ərazisindən İnzer çayı axır.
Laqutovka (Arxangel)
Laqutovka (başq. Лагутовка, rus. Лагутовка) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd İnzer kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 29 km, kənd sovetliyindən (Mışatkan): 10 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 32 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (49%), beloruslar (39%) üstünlük təşkil edir.
Ligitan arxipelaqı
Ligitan arxipelaqı və ya Ligitan adaları (malay Kepulauan Ligitan, ing. Ligitan group of islands) — adalar qrupu qumlu sualtı bankələrdən, mərcan və riflərdən ibarətdir. Adalar Malay arxipelaqının tərkibinə daxildir. İnzibati cəhətdən Malayziyanın Sabah ştatı ərazisinə daxildir. Adaların ümumi sahəsi 1 km² təşkil edir. Ən iri adaları Ligitan və Mabul adaları. Adalarda ümulikdə 1999-cu il məlumatına görə 2000 nəfər yaşayır. Hazırda adalarda kurort turizm inkişaf etmişdir. == Fiziki-coğrafi göstəriciləri == === Coğrafi yerləşməsi === Arxipelaqın coğrafi koordinatları: 4°20′00″ şm. e.
Mahidaşt (arxeoloji abidə)
Mahidaşt — İran və ya İran İslam Respublikası ərazisində Kirmanşah şəhəri yaxınlığında Mərkəzi Zaqrosun dağlıq düzənliklərində yerləşən arxeoloji abidə.
Maskalı beşlər intiqam arxasında (film, 2005)
Maskalı beşlər intiqam arxasında (türk. Maskalı Beşler İntikam Peşinde) — 2005-ci il istehsalı Türkiyə komediya filmi.
Mikroprosessorun arxitekturası
Mikroprosessorun arxitekturası onun bir neçə xüsusiyyəti ilə təyin edilir. Bunlardan başlıcası təlimat sistemini təşkil edən təlimatların (əmrlərin) xüsusiyyəti və onların icra mexanizmi ilə bağlıdır. Mikroprosessorların əsasən iki tip arxitekturası mövcuddur: RISC arxitekturası CISC arxitekturası RISC (Reduced Instruction Set Computer- sadələşdirilmiş təlimat sisteminə malik kompüter) arxitekturası ilk dəfə 1979-cu ildə IBM801 mini-kompüterində gerçəkləşdirildi. Bu arxitektura üç əsas prinsipə söykənir: sistemin mükəmməl kompilyator vasitəsilə yüksək səviyyə proqramlaşdırma dillərini dəstəkləməsi; tamamilə aparat vasitələri ilə icra olunan primitiv təlimatlar toplusundan istifadə; əksər təlimatların prosessor tərəfindən bir taktda icra edilməsinə imkan verən yaddaş və giriş-çıxışın təşkili. İlk RISC arxitekturalı mikroprosessorlar 80-ci illərin əvvəllərində Kaliforniya (Berkli şəhəri) və Stəndford universitetlərində işləndi və hazırlandı. Bu mikroprosessorların müəlliflərinin qarşılarına qoyduqları məqsəd mümkün qədər sadə quruluşa malik daha məhsuldar mikroprosessora nail olmaq idi. Bu məsələnin həllində iki yol var idi. Birinci yol registr faylı tutumunu artırmaqla yaddaşa müraciət sayını azaltmaqdan ibarət idi. Bu prinsipə əsaslanan arxitektura ilk dəfə RISC I mikroprosessorunda istifadə olundu və Berkli arxitekturası adı ilə tanındı. İkinci yolun mahiyyəti kompilyatorun optimallaşdırmasının köməyilə konveyerdə təlimatların ardıcıllığını dəyişməklə mikroprosessor registrlərinin intensiv işini təmin etmək və nəticədə konveyerin boşdayanmalarını aradan qaldırmaqdan ibarət idi.
Milli Arxiv və Sənədlər İdarəsi (ABŞ)
Milli Arxiv və Sənədlər İdarəsi (ing. National Archives and Records Administration (NARA)) və ya sadəcə ABŞ Milli arxivi — Amerika Birləşmiş Ştatları hökumətinin müstəqil agentliyidir. 1984-cü ildə yaradılmışdır. Milli Arxiv Amerika Birləşmiş Ştatlarının İstiqlaliyyət Bəyannaməsi, ABŞ Konstitusiyası, Hüquqlar haqqında Bill kimi fundamental tarixi sənədlərin orijinallarının saxlanmasına, ABŞ hökumətinin fəaliyyətinin sənədləşdirilməsinə, həmin sənədlərə ictimaiyyətin çıxışının sərhədlərinin genişləndirilməsinə cavabdehdir. NARA rəsmi olaraq ABŞ Konqresi Aktlarının, Prezident müraciətlərinin və icra sərəncamlarının və federal qaydaların hüquqi cəhətdən dəqiq və nüfuzlu nüsxələrinin saxlanması və dərc edilməsi üçün məsuliyyət daşıyır. NARA-nın Baş Administratoru Amerika Birləşmiş Ştatlarının arxivariusudur və o, ABŞ Konstitusiyasına düzəlişlərin ştatların qanunvericilik orqanları tərəfindən qəbul edilməsinə dair rəsmi sənədləşməyə nəzarət edir.
Milli Arxiv İdarəsi (Azərbaycan)
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi — Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» 816 Nli Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış dövlət idarəsi. == Tarixi == Arxiv işinin əsası yalnız 1920-ci il dekabr ayının 6-da Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov tərəfindən imzalanmış «vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkili haqqında» dekretlə qoyulmuşdur. Həmin dekretə müvafiq olaraq Azərbaycan ərazisində keçmişdə mövcud olmuş və dekret verilərkən fəaliyyətdə olan idarə, təşkilat və müəssisələrin arxivləri Vahid dövlət arxiv fondunun tərkibinə daxil edilməli və kargüzarlıqdan qurtarmış işlər isə mərkəzi dövlət arxivinə verilməli idi. 1921-ci ilin yanvarından Bakıda fəaliyyətə başlayan Azərbaycan SSR Mərkəzi Dövlət Arxivi Qafqazda ilk dövlət arxivi oldu. Azərbaycanda sovet hakimiyyətinin ilk illərində respublikanın arxivçiləri çar hakimiyyəti orqanlarının Bakı və Yelizavetpol quberniyalarındakı idarələrin, Azərbaycan ərazisində fəaliyyət göstərmiş xüsusi firmaların, ictimai təşkilatların, habelə 1918-1920-ci illərdə yaranmış ilk müstəqil Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə aid sənədlərin toplanılması və qaydaya salınması sahəsində fəaliyyət göstərmişlər. 1922-ci ilin avqustunda Mərkəzi Dövlət Arxivinə rəhbərlik bilavasitə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət (MİK) Heyətinə həvalə olunur ki, bu da arxiv orqanlarının nüfuzu və rolunun artmasına kömək edir. 20-ci illərdə yerlərdə də arxiv təşkilatları yaradılırdı. 1925-ci il dekabrın 13-də Naxçıvan Muxtar Respublikasında Mərkəzi arxiv, 1928-ci ildən isə Azərbaycanın qəzalarında qəza arxiv bürolarının yaradılmasına başlanılır. 1930-cu ildə arxivlərin fəaliyyət dairəsi genişləndirilir və onların işlərinin canlandırılması üçün Azərbaycan SSR MİK Rəyasət Heyəti Respublika Mərkəzi Arxiv İdarəsinin yaradılması haqqında qərar qəbul edir və onun Əsasnaməsini təsdiq edir. Bu Əsasnaməyə görə Mərkəzi Arxiv İdarəsinə yalnız sənədlərin komplektləşdirilməsi, sistemləşdirilməsi və mühafizəsi deyil, həmçinin siyasi, xalq təsərrüfatı və mədəni quruculuq işlərinə kömək məqsədilə elmi-tədqiqat işlərində arxiv sənədlərindən istifadənin təşkili işi də tapşırılır.
Mingəçevir arxeoloji kompleksi
Mingəçevir arxeoloji kompleksi — ilkin bürünc (e. ə. III minillik) - son orta əsrlərə (XVII əsr) aid olan Bozdağ silsiləsinin cənub ətəklərində Kür çayının hər iki sahilində yerləşən arxeoloji abidə. Cənubi Qafqazın ən iri arxeoloji abidələrindən biri. Dörd yaşayış yerindən və dörd iri qəbiristanlıqdan ibarətdir. İlk dəfə burada 1871-ci ildə həvəskar arxeoloq Fridrix Bayern tərəfindən səthi tədqiqat işləri aparılmışdır. Bayern Mingəçeviri dirəklər üzərində qurulmuş şəhər kimi təsvir etmişdir. Bundan sonra Mingəçevir uzun illər arxeloqların diqqət mərkəzində olmamışdır. Yalnız 1935-ci ildə professor Yevgeni Paxomovun rəhbərliyi altında qazıntılara başlanmış, iki qədim yaşayış məskəni və müxtəlif qəbir növləri aşkar edilmişdir. Mingəçevir ərazisinin sistemli və planlı tədqiqi Böyük Vətən Müharibəsindən sonra burada Su-elektrik stansiyasının tikintisi ilə əlaqədar Respublika EA-nın Rəyasət Heyətinin qərarı ilə 1946-53-cü illərdə mərhum tarixçi-alim Saleh Qazıyevin rəhbərliyi altında Bozdağ silsiləsinin cənubunda, Kür çayının hər iki sahilində aparılmış və daha 2 yaşayış yeri və 4 böyük qəbristanlıq aşkar edilmişdir.
Moonzund arxipelaqı
Qərbi Estoniya arxipelaqı (est. Lääne-Eesti saarestik) və ya Moonzund arxipelaqı — Baltik dənizində adalar qrupu. == Coğrafiyası == Estoniyanın ərazisindədir. 4 böyük (Saaremaa, Hiyumaa, Muhu, Vormsi) və 500-dən çox kiçik adadan ibarətdir. Sahəsi 4,000 km2, hündürlüyü 54 metrə qədərdir. Ərazisinin çox hissəsi meşələr və çəmənlərlə örtülüdür. Sahillərində qum dünləri var. == İqtisadiyyatı == Balıqçılıq, əkinçilik və heyvandarlıqla məşğul olunur. Mühüm şəhəri Kingiseppdir (Saaremaa adası).

arx sözünün leksik mənası və izahı

  • 1 is. Tarlaya, bostana və s.-yə su axıtmaq üçün açılan yol. Arxlar axır çay olur. – Yolun iki yanı ilə axan balaca arxlar axşamdan donmuşdu. M.Hüseyn. ◊ Arxa bir də su gələr – “ümidini kəsmə” mənasında məsəl. Sirişki-çeşm töküb ağla yar üçün, Seyyid; Bu arxa su gəlib, ümmid var bir də gələ. S.Ə.Şirvani.

    Azərbaycan dilinin izahlı lüğəti / arx

arx sözünün etimologiyası

  • 1 Əvvəllər ayrıq kimi olub. Ayırmaq feilindən əmələ gəlib. Arx, “böyük çaydan ayrılmış qol” deməkdir. Arxdan ayrılan daha kiçik qol isə qac adlanır. Belə güman edirəm ki, sonuncu kəlmə (dialektlərdə bu söz qaj kimi də işlədilir) qazmaq feli zəminində yaranıb. Çay və arx öz məcrasını təbii yolla yaradır (su özünə yol açır), qac isə süni yolla (qazmaq vasitəsilə) əmələ gətirilir. Irmaq sözü də arx kəlməsi ilə eyni kökə malikdir. 

    Azərbaycan dilinin etimologiya lüğəti / arx

arx sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 ARX Çinar altı, arx kənarı; Axar sular nəğmə deyir (M.Rahim); CU (kl.əd.) Sərvət, dilərəm yanımda bir cu; Gülzari-cəmalimə gərək su (Xətayi); QAC (məh.) Gəl yoldaş, çalışaq, eyləyək birlik; Arada xəndək, qac daha olmasın (Miskin Əli); QANOV “Jiquli”nin altından tozlu sel axıb darvazanın qırağındakı qanova tökülürdü (H.Abbaszadə).

    Azərbaycan dilinin sinonimlər lüğəti / arx

arx sözünün rus dilinə tərcüməsi

  • 1 канава, арык

    Azərbaycanca-rusca lüğət / arx
  • 2 сущ. арык, канава, канавка, канал. Arx aşağı вниз по арыку, arx boyu вверх по арыку, arxın başı начало арыка, arxa düşmək провалиться в канаву (арык), arx açmaq открыть арык, arx qazmaq рыть канаву, arxdan keçmək перейти канаву, arxdan tullanmaq перепрыгнуть через канаву, arx çəkmək проводить арык (канаву), suyu arxa axıtmaq пустить воду в арык ◊ arxa bir də su gələcək не теряй надежды, будет и на нашей улице праздник

    Azərbaycanca-rusca lüğət / arx

arx sözünün inglis dilinə tərcüməsi

  • 1 i. aryk, irrigation ditch / channel; ~ aşağı getmək to go* down the aryk; ~ boyunca getmək to go* along the aryk; ~ qazmaq to dig* an aryk; ~ın başı the head / beginning of the aryk; f. Su gələn arxa bir də gələr at. söz. ≅ Our day will come

    Azərbaycanca-ingiliscə lüğət / arx

arx sözünün fransız dilinə tərcüməsi

arx sözünün ləzgi dilinə tərcüməsi

"arx" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#arx nədir? #arx sözünün mənası #arx nə deməkdir? #arx sözünün izahı #arx sözünün yazılışı #arx necə yazılır? #arx sözünün düzgün yazılışı #arx leksik mənası #arx sözünün sinonimi #arx sözünün yaxın mənalı sözlər #arx sözünün əks mənası #arx sözünün etimologiyası #arx sözünün orfoqrafiyası #arx rusca #arx inglisça #arx fransızca #arx sözünün istifadəsi #sözlük