arxe sözü azərbaycan dilində

arxe

Yazılış

  • arxe • 58.4906%
  • Arxe • 41.5094%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arxe
Arxe (q.yun. ἀρχή — "başlanğıc, təməl, mənşə; birinci səbəb, prinsip") — Sokrataqədərki qədim yunan fəlsəfəsində dünyanın əsasını təşkil edən birinci prinsip, ilkin substansiya, ilkin element. Aristotel bu termindən ilk filosofların təlimlərini xarakterizə etmək üçün istifadə etmişdir. Fales üçün su arxe rolunda çıxış edir (ən "formasız" maddə, element kimi). Anaksimandrda arxe — apeyrondur (q.yun. ἄπειρον — hüdudsuz və ya qeyri-müəyyən) — hər hansı konkret bir şey olmayan, özlüyündə "heç nə" olan, lakin dörd elementi və müəyyən şeylərin bütöv bir dünyasını doğuran birinci element. Anaksimendə arxe "qeyri-müəyyən hava"dır (q.yun. ἀήρ ἄπειρος — aer (və ya airos) apeiros). Onun fikrincə, hava həm qeyri-müəyyən, həm də müəyyəndir. Konsepsiya ziddiyyəti izah etmək cəhdi kimi ortaya çıxmışdır: əsas prinsip müəyyən bir şey olmamalıdır ki, hər şey ondan qaynaqlana bilsin (axı, müxtəlif şeylər müxtəlif müəyyənliklərə malikdir, çox vaxt bir-birinə ziddir, məsələn, soyuq və isti), lakin müəyyən bir şeydən nəyinsə yarana bilməsi üçün bu bir şeyin artıq bir növ əminliyi olmalıdır.
Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi
Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi — Gəncə şəhərində yerləşən 2014-cü ildə istifadəyə verilmiş muzey kompleksi. == Haqqında == Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksinin inşasına 2012-ci ilin yanvarında başlanılmışdır. Kompleks 2014-cü ildə fəaliyyət göstərməyə başlayıb. Tarixi Gəncə qalasının beş qapısı olmuşdur. Yaradılmış abidə kompleksi şəhərin "Məqbərə qapısı" adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Qarşıda 75 metr hündürlüyündə dövlət bayrağı ucaldılmış, ətrafında park salınmışdır. Abidə kompleksinin sağ cinahında Gəncənin gerbi yaradılmışdır. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir. Bakıdan gələn yolun sağ cinahında xronoloji ardıcıllıqla İran-Turan müharibəsinin əks olunduğu pannolarda türk sərkərdəsi Əfrasiyabın fars hökmdarı Keyxosrovu məğlub etməsi və romalıların Gəncəyə hücumu, usta Bəndərin rəhbərliyi ilə gəncəlilərin xarəzmlərə, Cavad xanın isə ruslara qarşı mübarizə səhnələri, sol cinahda isə Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Gəncəyə gəlişi, 1920-ci ilin mayında bolşevizmə qarşı tarixi Gəncə üsyanı və nəhayət, Heydər Əliyevin Gəncədə vətəndaş müharibəsinin qarşısını alması əks olunmuşdur.
Hatay arxeologiya muzeyi
Hatay arxeologiya muzeyi və ya Antakya arxeologiya muzeyi — antik dövrə aid əsərlərin toplandığı bir incəsənət muzeyidir. == Qədim arxeologiya muzeyi == Antakya Cümhuriyyət dövründə Asi çayı kənarında və körpü yaxınlığında yer alırdı. Aktiv olduğu dövrdə dünyanın ən böyük üçüncü mozaika muzeyi və mozaika eksponat kolleksiyasına malik idi. Muzeydə Hitit, Helenistik, Roma və Bizans dövrlərinə aid olan və Hərbiye, Antakya, Atçana, Seleukia Pieria ilə İsgəndəriyyədən tapılmış eksponatlar nümayiş etdirirdi. Bu əsərlərin əksəriyyəti, 1932-1939 illər arasında aparılan qazıntı işləri nəticəsində aşkar edilmişdir. Dövründə dünyanın ən böyük ikinci arxeologiya muzeyi ünvanını daşıyan Hatay arxeologiya muzeyinin tikinti işlərinə 1934-cü ildə başlanılıb. Bu tikinti işləri 1932-ci ildə Antakya və ətrafında başlayan qazıntı işlərindən ruhlanaraq və Fransız arxeoloqu M. Prostun tövsiyəsi ilə başlanılmışdır. Muzey binası 1938-ci ildə tamamlanıb, və bir il sonra Hatay, Türkiyə Cümhuriyyətinin bir vilayəti oldu. Muzey 23 iyul 1948-ci il tarixində xidmətə açıldı. 1975-ci İldə muzey yenidən təmir olunub.
Kernave arxeoloji bölgəsi
Kyarnave (lit. Kernavë) – Litvada yerləşən və 10000 il əvvələ aid insan izləri aşkarlanan YUNESKO-nun Dünya irsi siyahısına daxil olan arxeoloji bölgə, qədim şəhər. == Tarixi == === Roma İmperiyası dövründə === Şimalı Litvada paytaxt Vilnüsdən 35 km məsafədə yerləşən Kyarnave arkeoloji bölgəsi 194,4 hektarlıq böyüklüyü ilə bu bölgədə insan məskunlaşmasının 10.000 illik tarixinə şahidlik etmiş bir bölgədir. Bəzı arxeoloqlar tərəfindən Litvanın Troyası olaraq adlandırılan bölgə Xristianlıq dövrü əvvəli haqqında vacib məlumatlar verməkdədir. Burada ilk yaşayış izləri e.ə IX əsrdə Payauta vadisindəki Neris çayı sahilində tapılmışdır. Xristianlığın ilk dövrlərində Baltik bölgəsi insanları üçün qızıl dövr olaraq xatırlanmaqdadır. Bataqlıqdan çıxarılan dəmir, əkin və heyvandarlığın inkişafı əhalinin də artmasına səbəb olmuş, IV əsrə qədər Payauta vadisindəki yaşayış yerlərinin sayı daima artmıştır. Roma dövrünün sonunda baş verən böyük köçlə birlikdə Aukuro Kalnasdaki yaşayış yerləri köçənlər tərəfindən yandırılmış və Payauta vadisi tərk edilmişdir. İqlimin sərtləşməsi ilə bərabər yeraltı sularının da ortaya çıxması bölgədə yaşayışı imkansız hala gətirmişdir. === Orta əsrlərdə === XIII əsrdə feodal bəylərin bölgədə qalalar qurması ilə bir zamanlar tərk edilmiş olan Payauta vadisi yenidən hərəkətlənməyə başladı.
Mahidaşt (arxeoloji abidə)
Mahidaşt — İran və ya İran İslam Respublikası ərazisində Kirmanşah şəhəri yaxınlığında Mərkəzi Zaqrosun dağlıq düzənliklərində yerləşən arxeoloji abidə.
Mingəçevir arxeoloji kompleksi
Mingəçevir arxeoloji kompleksi — ilkin bürünc (e. ə. III minillik) - son orta əsrlərə (XVII əsr) aid olan Bozdağ silsiləsinin cənub ətəklərində Kür çayının hər iki sahilində yerləşən arxeoloji abidə. Cənubi Qafqazın ən iri arxeoloji abidələrindən biri. Dörd yaşayış yerindən və dörd iri qəbiristanlıqdan ibarətdir. İlk dəfə burada 1871-ci ildə həvəskar arxeoloq Fridrix Bayern tərəfindən səthi tədqiqat işləri aparılmışdır. Bayern Mingəçeviri dirəklər üzərində qurulmuş şəhər kimi təsvir etmişdir. Bundan sonra Mingəçevir uzun illər arxeloqların diqqət mərkəzində olmamışdır. Yalnız 1935-ci ildə professor Yevgeni Paxomovun rəhbərliyi altında qazıntılara başlanmış, iki qədim yaşayış məskəni və müxtəlif qəbir növləri aşkar edilmişdir. Mingəçevir ərazisinin sistemli və planlı tədqiqi Böyük Vətən Müharibəsindən sonra burada Su-elektrik stansiyasının tikintisi ilə əlaqədar Respublika EA-nın Rəyasət Heyətinin qərarı ilə 1946-53-cü illərdə mərhum tarixçi-alim Saleh Qazıyevin rəhbərliyi altında Bozdağ silsiləsinin cənubunda, Kür çayının hər iki sahilində aparılmış və daha 2 yaşayış yeri və 4 böyük qəbristanlıq aşkar edilmişdir.
Naxçıvan mədəniyyəti (arxeologiya)
Naxçıvan mədəniyyəti, Qızılvəng mədəniyyəti və ya Boyalı Qablar mədəniyyəti - əsasən Naxçıvan MR ərazisində yayılmış Tunc və İlk Dəmir dövrlərində (e.ə. II minillik – I minilliyin əvvəlləri) aid arxeoloji mədəniyyət. 1896, 1904 və 1926-cı illərdə Qızılvəng məbədi yaxınlığında Naxçıvan mədəniyyətinə aid daş qutu qəbir abidələri aşkar olunmuşdur. Naxçıvan mədəniyyətini səciyyələndirən əsas saxsı məmulatı həndəsi naxışlarla, insan, heyvan, quş rəsmləri, müxtəlif piktoqrafik işarələrlə bəzədilmiş və yüksək sənətkarlıqla hazırlanmış boyalı qablardır. Naxçıvan mədəniyyəti üçün erkən şəhər (Kültəpə, Qədim Naxçıvan, Oğlanqala, Qazançı qalası, Govurqala, Qalacıq), yaşayış yerləri (Şortəpə, Nəhəcir, Meydantəpə, Kərki, Vayxır, Dəmirçilər və s.) , siklopik tikililər, istehkamlar, torpaq və daş qutu qəbirlər, kurqanlar xarakterikdir. == Mərhələləri == Naxçıvan mədəniyyəti dörd inkişaf mərhələsi keçmişdir: 1-ci mərhələ: e.ə. 20-17-ci əsrlər 2-ci mərhələ: e.ə. 17-15-ci əsrlər 3-cü mərhələ: e.ə. 14-11-ci əsrlər 4-cü mərhələ: e.ə. 10-7-ci əsrlər == Tarixi == 1896, 1904 və 1926-cı illərdə Qızılvəng monastırı yaxınlığında Naxçıvan mədəniyyətinə aid daş qutu qəbirlər abidələri aşkar olunmuşdur.
Nəsib Muxtarov (arxeoloq)
Nəsib Mirsaleh oğlu Muxtarov — Azərbaycan arxeoloqu. == Həyatı == Nəsib Muxtarov 3 oktyabr 1951-ci il tarixdə Nuxa şəhərində anadan olmuşdur. Əsgəri xidmətdən sonra Bakı şəhərindəki 21 saylı tikinti idarəsində fəhlə işləyir, 1974-1979-cü ilərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində əyani ali təhsil alır. Bundan sonra Şəkidəki R.b.Əfəndiyev adına Diyarşünaslıq muzeyində baş fond mühafizəçisi, daha sonra bu muzeyin direktoru, 1982-ci ildən isə Şəki rayon Mədəniyyət şöbəsində tarixi abidələrin baş mühafizi vəzifəsində işləyir. Şəki rayon Mədəniyyət şöbəsində işləyərkən, “Biz diyarı öyrənirik” adlı könüllülər qrupunu yaradır (Daha sonra bu qrupun bazasında “Ocaq” ədəbi-ictimai birliyi təşkil edilmişdir). Nəsib Muxtarov 1981-ci ildən Yevlax-Balakən dəmir yolunun çəkilişi ilə əlaqədar rayon ərazisində arxeoloji qazıntı işləri aparan ekspedisiyanın işini yaxından izləmiş və bu iş onun üçün o qədər maraqlı görünmüşdür ki, bundan sonra həyatını arxeologiyaya həsr etməyə qərar vermişdir. O, 1990-cı ildən Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki arxeologiya-folklor qrupunun baş elmi işçisidir. Onun iştirakı, yaxud rəhbərliyi altında fəaliyyət göstərən arxeoloji ekspedisiyalar Respublikanın şimal-qərb bölgəsində çoxlu sayda arxeoloji qazıntı işləri həyata keçirmiş və keçirməkdədirlər. 2015-ci il 17 apreldə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Xalça Muzeyində təşkil olunmuş “Milli irs-2015” mükafatının təqdimat mərasimində Nəsib Muxtarov diplom və pul mükafatı ilə təltif olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == Şəkillər: 1, 2, 3.
Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi
Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi — Azərbaycan Respublikasının Ağsu rayonunun Ülgüc kəndi ərazisində yerləşən örtülü arxeoloji turizm kompleksi. == Tarixi == Nadir Şah 1735-ci ilin ilin may ayında Ağsu şəhərinin əsasını qoyub. Bəzi tarixi mənbələrdə Ağsu həm də Yeni Şamaxı kimi göstərilir. Bu həmin dövrdə Şamaxı əhalisinin Ağsuya köçürülməsi ilə bağlıdır. Şəhər öz adını ərazisindən axan Ağsu çayından götürüb. XVIII əsrdə əhalisinin sayına görə Ağsu Azərbaycanın ən böyük şəhəri olub. Şəhər salınanda burada Nadir şah tərəfindən tikdirilən qala uzun müddət bu bölgədə əhəmiyyətli iqamətgah olub. Nadir şahın bölgəyə təyin etdiyi hakimlər, Şirvan xanları bu qalada otururdular. XVIII əsrin məşhur səyyahları Samuel Qmelin, Fridrix Biberşteyn, Semyon Bronevski və başqaları da bu qala haqqında yazıblar. Ağsu qalası Nadir şaha qarşı Şirvan zadəganlarının üsyanlarının mərkəzi də olub.
Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları
Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları (QAKA) (rus. А́кты Кавка́зской археографи́ческой коми́ссии (АКАК)) — Qafqaz Canişini Baş İdarəsi arxivindən əldə edilmiş sənədlərin rəsmi nəşri. == Nəşrin içindəçilər == Aktlar 12 cilddən ibarətdir (VI cild 2 hissədə olmaqla).
Qafqaz arxeoqrafiya komissiyası tərəfindən toplanmış aktlar
Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları (QAKA) (rus. А́кты Кавка́зской археографи́ческой коми́ссии (АКАК)) — Qafqaz Canişini Baş İdarəsi arxivindən əldə edilmiş sənədlərin rəsmi nəşri. == Nəşrin içindəçilər == Aktlar 12 cilddən ibarətdir (VI cild 2 hissədə olmaqla).
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi — 2008-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında yaradılmış muzey kompleksi. == Tarixi == Qala kəndi Abşeron yarımadasının mərkəzində, strateji əhəmiyyətli bir təpədə yerləşir. Qala kəndinin qədim hissəsi 1988-ci ildə tarixi-etnoqrafiya qoruğu elan edilmiş və 216 tarixi, arxeoloji və memarlıq abidələrini əhatə etmişdir. Kənddə 5 məscid, qala qalıqları, 3 hamam, 170-dən çox ev, habelə məqbərələr, türbələr və s. yerləşir. Abşeron yarımadasında tapılmış e.ə. 2-3-cü minilliklərdən ortə əsrlərə qədər olan dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları muzey kompleksində cəmlənmişdir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Abşeron” arxeoloji ekspedisiyası 2010-2011-ci illərdə qazıntı işləri aparmışdır. Qazıntılar zamanı e.ə. 3-2 minilliklərə, həmçinin 14-15-ci əsrlərə aid müxtəlif tapıntılar aşkar edilib.
San Aqustin Arxeoloji Parkı
San Aqustin Arxeoloji Parkı — San Aqustín Arxeoloji Parkı, Kolumbiyanın Huila şöbəsindəki San Aqustin şəhəri yaxınlığında yerləşən böyük bir arxeoloji ərazidir. Park Latın Amerikasında ən böyük dini abidələrin və meqalit heykəllərinin kolleksiyasını özündə birləşdirir, dünyanın ən böyük nekropolu hesab olunur. Sahə qədim San Aqustin mədəniyyətinə aid Kolumbiyadan əvvəlki arxeoloji yerləri ilə çox məşhurdur. İndi həm Kolumbiyalı, həm də xarici vətəndaşların çox olması səbəbiylə iqtisadiyyata əhəmiyyətli gəlir gətirən "San Aqustín Arxeoloji Parkı" kimi tanınır. San Aqustin mədəniyyətinə aid olan bu ərazi 1995-ci ildə YUNESKO tərəfindən dünya mirası elan edilib. Heykəllərin tarixləri bəlli deyil, lakin eramızın 5–400 arasında oyulduğuna inanılır. Ərazinin çox hissəsi kəşf edilmədiyi üçün oyma maşınlarının mənşəyi sirr olaraq qalır. Burada il ərzində orta temperatur 18 ° C olur. San Aqustinin əsas arxeoloji parkından əlavə olaraq, daha iki müstəqil yer, İdnların Hündürlüyü (Alto de los Ídolos) və Daşların Hündürlüyü (Alto de las Piedras) də var. Onlar San Aqustindən bir neçə kilometr aralıda Isnos bələdiyyəsində yerləşir.
Sarıbulaq arxeoloji abidələr kompleksi
Sarıbulaq arxeoloji abidələr kompleksi — Şərur rayonunda arxeoloji abidələr kompleksi. Sarıbulaq abidələr kompleksinə 5 tarixi-arxeoloji abidə daxildir: Sarıbulaq yaşayış yeri — orta əsrlərə aid qədim yaşayış yeri. I Sarıbulaq nekropolu — antik dövrə aid nekropol. II Sarıbulaq nekropolu — antik dövrə aid nekropol. Sarıbulaq oba yeri — orta əsrlərə aid arxeoloji abidə. Sarıbulaq yurd yeri — eyni adlı oba yerindən təqribən 5 km cənubda orta əsrlərə aid arxeoloji abidə.
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin strukturuna daxil olan elmi qurum. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli "Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında" sərəncamına müvafiq olaraq, Naxçıvan Regional Elm Mərkəzinin Arxeologiya və Etnoqrafiya şöbəsi əsasında yaradılmışdır. == Elmi nəticələr == Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun 06 dekabr 2005-ci il tarixli sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşması işi sistemli şəkildə davam etdirilməklə başa çatdırılmışdır. Haliyədə 1200-dən artıq abidə qeydə alınmış və pasportlaşdırılmışdır. Bu abidələrdən 800-dən artığı indiyədək elm aləminə məlum olmamış, ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilmişdir. Aparılan tədqiqatlarla yanaşı 2008-ci ildə Institutun həyatında mühüm hadisə kimi "Naxçıvan abidələri" ensiklopediyası, 2010-cu ildə isə "Naxçıvanın tarixi atlası" çap olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Sərəncamına əsasən 2013-2015-ci illər ərzində "Naxçıvan tarixi" çoxcildliyinin hazırlanması işi əsasən İnstitutun əməkdaşları tərəfindən həyata keçirilmişdir. Tədqiqatlar zamanı Ovçulartəpəsində aparılan arxeoloji araşdırmalar Eneolit dövründən Kür-Araz mədəniyyətinə keçidi, o cümlədən Naxçıvanın qədim mədəniyyətlərinin Şimali Mesopotamiya və Şərqi Anadolu ilə əlaqələrini öyrənməyə imkan verir. Ovçulartəpəsindəki araşdırmalar Eneolit dövrünün sonunda qəbilə quruluşunun dağıldığını, sosial bərabərsizliyin meydana çıxdığını göstərir. Oğlanqala yaşayış yerində aşkar olunan arxeoloji materialların təhlili Dəmir dövründə Naxçıvanda dövlətlərin olduğunu təsdiq edir.
Tell (arxeologiya)
Tell zamanla torpaqla örtülmüş və təpəyə çevrilmiş köhnə yaşayış məntəqələrinə verilən addır. Tellər, ümumiyyətlə, üst-üstə yığılmış çoxfazalı məskunlaşma çöküntüləridir və müasir dövr ilə müqayisədə ən yaxını yuxarıda olmaqla ən qədim dövrə qədər uzanan təbəqələşmə nümayiş etdirir. Onların hündürlüyü 1–40 metr, eni isə 1000–1500 metr ola bilər. Onlar sivilizasiyaların öyrənilməsində mühüm istinadlardırlar.
Tiya (arxeoloji ərazi)
Tiya — mərkəzi Efiopiyada arxeoloji ərazidir. Əddis-Əbəbədən cənubda yerləşən Quraqe zonasındadır. == Təsviri == Tiya Efiopiyanın Soddo bölgəsində yerləşir. Arxeoloji yeri, UNESCO-nun Ümumdünya İrsi ərazisi, böyük daş sütunları ilə diqqət çəkən bir çox formalaşmaya sahibdir. 32-si üzərində müəmmalı simvollar həkk olunmuş menhirlər ibtidai icmaya aid böyük bir məzarlıq kompleksini qeyd edir. Alman etnoqrafik ekspedisiyası 1935-ci ilin aprel ayında əraziyə baş çəkmiş və bir saatlıq səyahət zamanı üzərində qılınc simvolu olan daş monolitləri tapmışdır. Arxeoloji sahə 1980-ci ildə Ümumdünya irsi siyahısına daxil edilmişdir. Tiyada az araşdırma aparılmışdır və bu tip yerləri arxeoloji baxımdan anlamaqda bir sıra çətinliklər var. Birincisi meqalit qurucularının kimliyini müəyyənləşdirmək çətindir. İkincisi arxeoloqlar şifahi tarixi hesablar vasitəsilə etnik tarixlərin yenidən qurulması ilə məşğuldurlar, lakin bunlar bir çox hallarda əlçatmaz və ya məlumatsızdır.
Xəzər Universiteti Tarix və Arxeologiya Departamenti
Yeddi qardaş arxeoloji abidəsi
Yeddi qardaş arxeoloji abidəsi — Qazax rayonunun Dəmirçilər kəndində yerləşən arxeoloji abidə. == Haqqında == Bu yerə Yeddi daş da deyirlər. Yeddi qardaş arxeoloji abidəsi Dəmirçilər kəndinin cənub-qərbində, Qapaqlı dərə məhəlləsinin qurtaracağındadır. Bir-birinə sığınmış daşlardır. Deyilənə görə, vaxtilə yeddi bütöv daş olub. İkisi sonralar parçalanıb. İnsanlar buraya ziyarətə gələr, şam yandırıb daşların üstünə qoyar və niyyət edərlər. Qurban kəsənlər də olur. Tədqiqatlara görə bu arxeoloji abidənin tarixi erkən Dəmir dövrünə təsadüf olunur. Bura ilə bağlı maraqlı əfsanə var.
Yunqun arxetipləri
Arxetip - fransız dilində köhnə tip, ilkin nümunə mənalarını verir. Karl Qustav Yunqa görə arxetiplər kollektiv şüursuzluqun nəticəsidir və davranışlarımızın səbəbidir. == Ümumi məlumat == Yunqa görə, hər bir arxetip uyğun obyekt yaxud situаsiya ilə münasibətdə hissləri və fikirləri əks etdirir. Yunq sonralar bildirirdi ki, arxetip ideya və obrazlara tez-tez yuxugörmədə, həmçinin mədəniyyətlərdə simvol, əlyazısı, ədəbiyyat və dində rast gəlmək olar. Kollektiv şüursuzluqda arxetiplərin miqdarı hüdudsuz ola bilər. Lakin, Yunqun nəzəri sistemdə əsas diqqət persona, anima və animusa, kölgə və özəlliklərə ayrılır. == Persona arxetipi == Persona - (latınca “persona” – maska) Bu bizim ictimai üzümüzdür, yəni biz başqa insanlarla münasibətdə özümüzü necə göstəririk. Persona sosial tələbatlarımızı yerinə yetirmək üçün oynadığımız rol mənasını bildirir. Yunqa görə, persona bizə digər insanlara yaxşı təəssürat bağışlamağa və ya onlardan doğrunu gizlətmək üçün lazım olur. == Anima və animus arxetipi == Anima və Animus iki bir biri ilə bağlı arxetipdir.
Yurdçu arxeoloji abidələr kompleksi
Yurdçu arxeoloji abidələr kompleksi – Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Yurdçu kəndi ərazisində yerləşən arxeoloji abidələr kompleksi. Yurdçu arxeoloji abidələr kompleksinə 5 arxeoloji abidə daxildir: Yurdçu yaşayış yeri — Yurdçu kəndindən cənub-qərbdə İlk Dəmir dövrünə aid arxeoloji abidə. Yurdçu dəfinəsi — Yurdçu kəndi ərazisindən tapılmış müxtəlif dövrlərə aid gümüş və miss sikkə dəfinəsi. Yurdçu kurqanları — Yurdçu kəndinin qərbində son antik dövrə aid olan arxeoloji abidə. Yurdçu nekropolu — Yurdçu kəndi yaxınlığında Tunc və İlk Dəmir dövrlərinə aid arxeoloji abidə. Yurdçu sərdabəsi — Yurdçu kəndinin şimal-qərbində yerləşən Dəmir dövrünə aid arxeoloji abidə.
İstanbul Arxeologiya Muzeyi
İstanbul Arxeologiya Muzeyi müxtəlif mədəniyyətlərə aid olan bir milyondan artıq əsərlə dünyanın ən böyük muzeyləri arasındadır. Türkiyənin muzey binası olaraq tikilmiş ən qədim binasıdır. XIX əsrin sonlarında rəssam və muzeyşünas Osman Hamdi bəy tərəfindən İmperiya muzeyi olaraq inşa edilmişdir və 13 iyun 1891-ci ildə açılışı baş tutmuşdur. == Muzeyin binaları (hissələri) == Muzeyin kolleksiyasında Balkan yarımadasından Afrikaya, Anadolu və Mesopotamiyadan Ərəb Yarımadasına və Əfqanıstana qədər, Osmanlı İmperiyasına daxil olan bütün mədəniyyətlərə aid əsərlər mövcuddur. Muzey üç əsas binadan ibarət olduğu üçün "İstanbul Arxeologiya Muzeyləri" olaraq adlandırılır. Arxeologiya Muzeyi (əsas bina) Qədim Şərq Əsərləri Muzeyi Çinilii Köşk Muzeyi == Tarixi == Osmanlı İmperiyasından Türkiyə Cümhuriyyətinə miras qalan bir qurum olan İstanbul Arxeologiya Muzeyi Türkiyədəki ilk muzeyşünaslıq işlərini özündə birləşdirir. Qeyd etmək yerinə düşər ki, Osmanlı İmperiyasında tarixi əsərlərin toplanmasına olan maraq Fateh Sultan Mehmedin dövründən başlanıb. Lakin sistemli bir şəkildə muzeyşünaslığın inkişafı İstanbul Arxeologiya Muzeyinin 1869-cu ildə "Muzeyi-Hümayun" yəni, İmperiya Muzeyi olaraq qurulması ilə əlaqədardır. Aya İrini Kilsəsində o günə qədər toplanmış arxeoloji əsərlərdən ibarət olan Muzey-i Hümayun İstanbul Arxeologiya Muzeyinin bünövrəsini təşkil edir. Dövrün Maarif naziri Saffet Paşa muzeyin işləri ilə yaxından maraqlanmış, muzeyə əsər qazandırmaq üçün şəxsən özü də çox əmək sərf etmişdir.
Şahtaxtı arxeoloji abidələr kompleksi
Şahtaxtı arxeoloji abidələr kompleksi – Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndi ərazisində yerləşən arxeoloji abidələr kompleksi. Tanınmış arxeoloq Qəhrəman Ağayev 1979–1987-ci illərdə Şahtaxtı arxeoloji abidələr kompleksində tədqiqatlar aparmış, bu abidənin daha qədim dövrlərə aid olması qənaətinə gəlmişdir. 2007-ci ildən sonra başlayan arxeoloji qazıntılarla onun bu fikri təsdiqləndi. Şahtaxtı arxeoloji abidələr kompleksinə 4 arxeoloji abidə daxildir: Govurqala — Şahtaxtı kəndindən şimal-qərbdə Tunc-İlk Dəmir dövrlərinə aid qala. Şahtaxtı yaşayış yeri — Şahtaxtı kəndi yaxınlığında yerləşən orta əsrlərə aid qədim yaşayış yeri. I Şahtaxtı nekropolu — Govurqaladan şimal-şərqdə yerləşən, Orta, Son Tunc-İlk Dəmir dövrlərinə aid nekropol. II Şahtaxtı nekropolu — Govurqaladan cənub-qərbində yerləşən yerləşən Son Tunc-İlk Dəmir dövrlərinə aid nekropol.
Şərifan (arxeoloji abidə)
Şərifan yaşayış yer — Zəngilan rayonu ərazisində qədim şəhər xarabalığı. == Haqqında == Şərifan şəhər yeri Həkəri çayının sağ sahilində, onun Araz çayına töküldüyü yerin yaxınlığında, Zəngilan rayonunun Şərifan kəndindən şimal-qərbdə yerləşir. Düzbucaqlıya yaxın plan quruluşuna malik ş əhər yeri təxminən 9 hektar sahəni əhatə edir. Şəhər xarabalıqları bir tərəfdən dağla, digər tərəfdən isə çay ilə hüdudlanır. Abidənin ərazisinin şimal-qərb sərhədində, təpə üzərində XIV əsrə aid türbənin qalıqları vardır. 1974-cü ildə Şərifan şəhər yerinin mərkəzində iki sahədə aparılan arxeoloji qazıntılar orada mədəni təbəqə yatımının qalınlığının 3 m-ə çatdığını göstərmişdir. Üzə çıxarılan tikili qalıqları arasında bişmiş kərpicdən inşa olunmuş hamam kompleksi diqqətəlayiqdir. 1979-cu ildə şəhər yerində daha iki sahədə geniş qazıntılar aparılmış və abidə ərazisində 6 yerdə yoxlama qazıntıları qoyulmuşdur. Şimal yamacda 144 kv.m-lik ərazini əhatə edən, şərti olaraq III qazıntı adlanan sahədə mədəni təbəqə yatımının qalınlığının 2-2,75 m olduğu müəyyənləşdirilmişdir. Aparılmış qazıntılar nəticəsində yaşayış evlərinin bünövrələri, çəltik anbarı, təndirlər və külli miqdarda məişət əşyaları aşkara çıxarılmış, metalişləmə istehsalı ilə bağlı qalıqlar qeydə alınmışdır.
Ələsgər Ələkbərov, arxeoloq
Ələsgər Kazım oğlu Ələkbərov — Azərbaycan sovet arxeoloqu və etnoqrafı, ölkəşünas və folklorşünas. == Həyat və fəaliyyəti == Ələsgər Ələkbərov 1895-ci ildə Bakı şəhərində, xırda sənətkar ailəsində anadan olmuşdu. Uşaq yaşlarında ata-anasını itirir. Əvvəlcə mollaxanada, sonra Bakı rus-tatar məktəbində, 1906–1914-cü illərdə isə Bakı realnı məktəbinin pansionunda təhsil alır. 1914-cü ildə Kiyev Ticarət İnstitutuna daxil olur, lakin xəstəliyi səbəbindən, orada təhsilini başa vura bilmir. Sonralar təhsilini Azərbaycan Dövlət Universiteti Tarix və lisanə (filologiya) fakültəsinin Şərq şöbəsində davam etdirir. 1926-cı ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Universitetdə oxuyarkən V.V.Bartold, N.Y.Marr və İ.Meşaninov kimi görkəmli şərqşünas alimlərin mühazirələrini dinləmiş, sonuncunun rəhbərlik etdiyi etnoqrafik və arxeoloji ekspedisiyalarda iştirak etmişdi. 1927-ci ildən isə özü ekspedisiyalara rəhbərlik edir (1928-ci ildə Talışda və Gəncə rayonunda, 1931-ci ildə Qarabağda və Kürdüstanda, 1935–1937-ci illərdə Naxçıvanda). Örənqala qazıntılarının ilk təşkilatçılarından və tədqiqatçılarından biri olur, – qazıntıların nəticələri sonralar onun "Örənqala qazıntıları" adlı məqaləsində geniş şərh edilmişdi.
Ələsgər Ələkbərov (arxeoloq)
Ələsgər Kazım oğlu Ələkbərov — Azərbaycan sovet arxeoloqu və etnoqrafı, ölkəşünas və folklorşünas. == Həyat və fəaliyyəti == Ələsgər Ələkbərov 1895-ci ildə Bakı şəhərində, xırda sənətkar ailəsində anadan olmuşdu. Uşaq yaşlarında ata-anasını itirir. Əvvəlcə mollaxanada, sonra Bakı rus-tatar məktəbində, 1906–1914-cü illərdə isə Bakı realnı məktəbinin pansionunda təhsil alır. 1914-cü ildə Kiyev Ticarət İnstitutuna daxil olur, lakin xəstəliyi səbəbindən, orada təhsilini başa vura bilmir. Sonralar təhsilini Azərbaycan Dövlət Universiteti Tarix və lisanə (filologiya) fakültəsinin Şərq şöbəsində davam etdirir. 1926-cı ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Universitetdə oxuyarkən V.V.Bartold, N.Y.Marr və İ.Meşaninov kimi görkəmli şərqşünas alimlərin mühazirələrini dinləmiş, sonuncunun rəhbərlik etdiyi etnoqrafik və arxeoloji ekspedisiyalarda iştirak etmişdi. 1927-ci ildən isə özü ekspedisiyalara rəhbərlik edir (1928-ci ildə Talışda və Gəncə rayonunda, 1931-ci ildə Qarabağda və Kürdüstanda, 1935–1937-ci illərdə Naxçıvanda). Örənqala qazıntılarının ilk təşkilatçılarından və tədqiqatçılarından biri olur, – qazıntıların nəticələri sonralar onun "Örənqala qazıntıları" adlı məqaləsində geniş şərh edilmişdi.

"arxe" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#arxe nədir? #arxe sözünün mənası #arxe nə deməkdir? #arxe sözünün izahı #arxe sözünün yazılışı #arxe necə yazılır? #arxe sözünün düzgün yazılışı #arxe leksik mənası #arxe sözünün sinonimi #arxe sözünün yaxın mənalı sözlər #arxe sözünün əks mənası #arxe sözünün etimologiyası #arxe sözünün orfoqrafiyası #arxe rusca #arxe inglisça #arxe fransızca #arxe sözünün istifadəsi #sözlük