* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər.] Bilən, qanan, başa düşən, anlaqlı, mərifətli. Arif adam. – Dünyada bir şey var ki, hər bir arif adam ondan gərək xəbərdar olsun. C.Məmmədquluzadə. Üstü unlu olan hər arif qoca; Öz ürək sözünü deyər doyunca. S.Vurğun. // İs. mənasında. Harda olsa, dövləti-didarın olsun cilvəgər; Arifə məqsəd nə məscid, nə kəlisadır qərəz. S.Ə.Şirvani. Arif çalışır ki, millət azad olsun; Zahid çığırır ki, məscid abad olsun. M.Ə.Sabir. Ey ariflər, nəzər salın təbiətin qurğusuna! S.Vurğun. // Xəbərdar, yaxşı tanış, aşna, vaqif. Yüzbaşı da ki, məsələsinə arifdi. Ə.Haqverdiyev.
Azərbaycan dilinin izahlı lüğəti / arif3 ə. 1) bilən, bilikli, bilik sahibi; 2) tanıyan; 3) klassik Şərq şerində mistik sufi haqqında işlədilir.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / arif2 I прил. 1. знающий, смышлёный, мудрый. Arif adam мудрый человек 2. догадливый. Çox arif oğlandır он очень догадливый парень II сущ. мудрец, мыслитель, человек большого ума
Azərbaycanca-rusca lüğət / arif1 I. i. sage, a wise man, man of wisdom II. s. wise, sage; clever, bright; ~ qoca sage old man; yaşına görə ~ olmaq to be* wise for one’s age III. z. sagely, wisely
Azərbaycanca-ingiliscə lüğət / arif1 is. 1) sage m ; penseur m ; homme m de grand esprit ; 2) adj instruit, -e ; compétant, -e ; intelligent, -e ; compréhensi||f, -ve ; sage avisé, -e ; ~ adam homme sage (instruit, intelligent)
Azərbaycanca-fransızca lüğət / arif1 [ər.] 1. прил. ариф, хци кьатӀун авай, чирвилер авай, чидай, гъавурда акьадай; arif adam ариф кас; 2. сущ. ариф, ариф кас, арифдар.
Azərbaycanca-ləzgicə lüğəti / arif