ARS sözü azərbaycan dilində

ARS

Yazılış

  • ARS • 96.3986%
  • Ars • 2.7611%
  • ars • 0.8403%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ars Technica
"Ars Technica" (tələffüzü – /Ars-teknika/; latın dilindən – "texnologiya incəsənəti") — ABŞ xəbər və analitik onlayn nəşri. Publikasiyanın məzmunu informasiya texnologiyalarına həsr olunmuşdur. IT mövzusundakı ən populyar şəbəkə nəşrlərindən biridir. Müxtəlif hesablamalara görə, internet portalı 1,5 milyondan 4,5 milyona qədər unikal ziyarətçi cəlb etmişdir. "Ars Technica" 1998-ci ildə Ken Fişer və Con Stoks tərəfindən yaradılmışdır. Burada elm, texniki icmallar, video oyunlar kimi mövzularda xəbərlər, resenziyalar, təlimatlar, kompüter avadanlıqları və proqram təminatı dərc olunur. Saytdakı məqalələr çox vaxt müəlliflərin subyektiv fikrini əks etdirir, qəzet və jurnallardan fərqli olaraq qeyri-rəsmi dildə yazılır.
III Qılınc Arslan
III Qılınc Arslan (XII əsr – XIII əsr) — III Qılınc Arslanın yaşı çox az olduğundan türkmən bəyləri taxta I Keyxosrovu dəvət etdilər.
II Arslanşah
Arslanşah — Səlcuq şahzadəsi, Toğrul şahın ortancıl oğlu. == Hakimiyyəti == Hakimiyyəti qısa çəkmiş, 1177-ci ildə qardaşı Turanşaha məğlub olmuşdu.
II Qılınc Arslan
II Qılınc Arslan (osm. قلج أرسلان‎ — Kılıc Arslân, türk. Kılıç Arslan) tam adı — İzzəddünya və din Qılınc Arslan ibn Məsud 1155–1192) — Rum sultanlığının sultanı. == Həyatı == İkinci Sultan İzzəddin Qılınc Aslan, 1116-cı ildə Konyada dünyaya gəldi. Türkiyənin dördüncü hökmdarı olan Rum sultanlığı sultanı I Məsudun oğludur. Atasının taxta çıxdığı gün dünyaya gəldi və onun 39 illik səltənəti dövründə tək varis olaraq qaldı və atası öldükdən sonra isə sultan oldu. Qılınc Aslan İsfahan sarayında Sultan Məlikşahın himayəsində çox yaxşı təhsil görmüşdü. Kiçik yaşlarından etibarən döyüş meydanlarında olmuş, savaş sənətində təcrübə qazanmışdı. II Qılınc Aslan haqqında məlumata keçməzdən əvvəl bir qədər onun yaşadığı dövrə qədərki hadisələr haqqında sizlərə qısa məlumat vermək istərdik. Rum sultanlığı səlcuqların Anadoluda qurduğu dövlətdir.
IV Artakserks Arses
Artakserks (/ ˌɑːrtəˈzɜːrksiːz /; qədim farsca: 𐎠𐎼𐎫𐎧𐏁𐏂𐎠, romanlaşdırılan: Artaxšaçā) və ya Arses (qədim farsca: 𐎠𐎼𐏁𐎣, romanlaşdırılan: Aršaka) və ya Arşaka ilə də tanınan e.ə. 338 - 336-cı illər arasında On ikinci Əhəmənilər Kralı idi. Əhəmənilər İmperiyasının yenidən canlanmasına səbəb olan atası III Artakserksin Bagoas tərəfindən zəhərlənməsindən sonra Arses taxta çıxdı. İmperiyanı idarə edə biləcəyi umudu ilə Arses taxta oturdu. Əhəmənilər İmperiyasının III Artakserks sui-qəsdindən zəifləməsi və Arsesin canişinliyindən sonra Yunan Korinf ittifaqı 336-cı ildə Asiyaya qoşun yeritdi. Arses, özünü Bagoasın təsirlərindən qurtarmaq üçün onu zəhərləməyə çalışdı ancaq müvəffəq olmadı, əksinə Bagoasın əmri ilə zəhərləndi. Bagoas, sonra Arsesin əmisi oğlu III Daranı taxta oturdu.
I Arslanşah (Kirman)
Arslanşah (1072 – 1142) — Səlcuq şahzadəsi, Kirmanşahın oğlu. == Hakimiyyəti == İranşahın hakimiyyəti dövründə saraydan qaçıb sadə bir ayaqqabıçı ailəsində yaşayırmış.Onun ölümündən sonra Kirman əyanları tərəfindən taxta çıxarılmışdır. 40 illik hakimiyyəti 1141-ci ildə sonlanmışdır. Ölümü ilə Yəzd Atabəylər dövlətinin hakimi Sam ibn Vərdanruz Yəzdi ələ keçirmiş, Səlcuqlarla problemlər yaranmışdı.
I Arslanşah (Kirman Səlcuq hökmdarı)
Arslanşah (1072 – 1142) — Səlcuq şahzadəsi, Kirmanşahın oğlu. == Hakimiyyəti == İranşahın hakimiyyəti dövründə saraydan qaçıb sadə bir ayaqqabıçı ailəsində yaşayırmış.Onun ölümündən sonra Kirman əyanları tərəfindən taxta çıxarılmışdır. 40 illik hakimiyyəti 1141-ci ildə sonlanmışdır. Ölümü ilə Yəzd Atabəylər dövlətinin hakimi Sam ibn Vərdanruz Yəzdi ələ keçirmiş, Səlcuqlarla problemlər yaranmışdı.
I Qılınc Arslan
I Qılınc Arslan — Rum Səlcuqlu dövlətinin sultanı. == Həyatı == Rum Səlcuqlu dövlətinin qurucusu Süleyman Şahın oğludur. Urfalı Mateos onun 1085-ci ildə dünyaya gəldiyini qeyd edir . Ancaq 1107-ci də vəfat etdiyində on bir yaşında bir uşağı olduğu diqqətə alınaraq daha öncəki bir tarixdə doğulduğu söylənə bilər. Adı Bizans qaynaqlarında Klitziasthlas , Latın xronikalarında atasının adıyla (Soliman) zikr edilir . Qaynaqlarda Qılıcarslana dair ilk bilgi, atası Süleyman Şahın 1084-cü ildə Antakiya səfəri sırasında onun yanında olduğudur. Atasının iyun 1086-cı ildə Tutuş ilə apardığı savaşda ölümündən sonra Qılıcarslan, vəzir Həsən ibn Tahirin himayəsi altında Antakiyada qaldı. 1087-ci ilin baharında Antakiyaya gələn Sultan Məlikşah tərəfindən İsfahana göndərilərək göz dustaqlığında tutuldu. Sultan Məlikşahın 1092-ci ildə vəfatı üzərinə qardaşı Kulanarslan ilə birlikdə Sultan Börkiyaruqun izniylə İsfahandan Anadoluya dönmək üçün yola çıxan Qılıcarslan, qədimdən atası Süleyman Şaha tabe olan Orta Anadoludan böyükcə bir qüvvə toplayaraq hicri 485-ci ilin sonlarında (1092 sonları, 1093 başları) İznikə gəldi. Bu sırada İznikdə idarəni əlində tutan Əbülqazinin iqtidarı ona təslim etməsiylə də Rum Səlcuqlu taxtına çıxdı.
Kutlu Arslan
== Kutlu Arslan == Gürcüstanın qədim dövlət xadimi, 1184-cü ildə Gürcüstanda ilk Qanunverici Məclisin (Parlamentin) banisi və ilk Başçısı, Çariça Tamarın maliyyə naziri (meçurçuxucesi).
Luis Arse
Luis Alberto Arse Katakora (isp. Luis Alberto Arce Catacora; 28 sentyabr 1963, La-Pas) — 2020-ci ildən etibarən Boliviyanın 67-ci Prezidenti vəzifəsində çalışan Bolivya siyasətçisi. Arse La-Pasda anadan olub. 1984-cü ildə La-Pazdakı Bank Təhsili İnstitutundan mühasib olaraq məzun olub, San Andres Ali Universitetində və İngiltərədəki Uorvik Universitetində iqtisadiyyat dərəcəsi alıb. 1990-cı illərin çox hissəsini dövlət məmuru olaraq bir-birinin ardınca dövlət postlarında və müxtəlif universitetlərdə iqtisadiyyat müəllimi olaraq keçirdi. 2006-cı ildə yeni seçilmiş Prezident Evo Morales tərəfindən Maliyyə Naziri təyin edildi. Arse Boliviyada iqtisadi yüksəliş dövrünə nəzarət etdi və SUH üzvü olaraq texnokrat olduğu üçün şöhrət qazandı. Arse ilk turda səslərin 55.1%-i aldığı 2020-ci il ümumi seçkilərində Sosializm Hərəkatından prezidentliyə namizəd olaraq seçildi. == Həyatı == Luis Arse 28 sentyabr 1963-cü ildə La-Pasda anadan olub. Hər iki valideyni müəllimdir, Karlos Arse Qonzales və Olqa Katakoranın oğludur.
Lyuba Arsaliyeva
Lyuba Arsaliyeva (10 oktyabr 1979, Axçoy-Martan, Çeçen-İnquş MSSR) — Çeçen şairəsi, Rusiya Federasiyası Yazıçılar Birliyinin üzvü, Rusiya Federasiyası Jurnalistlər Birliyinin üzvü, "Qroznı" televiziya və radio şirkətinin baş redaktoru. Əsərlərini rus və çeçen dillərində yazır. == Bioqrafiya == === Gənclik dövrü === 10 oktyabr 1979-cu ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Açxoy-Martan rayonunun Açxoy-Martan kəndində anadan olmuşdur. Lyuba 2 nömrəli orta məktəbdə oxuyur, sonra Çeçenistan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur. Eyni zamanda Gənc Müxbirlər Məktəbində oxuyur. Sonra 7 nömrəli Axçoy-Martan orta məktəbində uşaqlara rus dili və ədəbiyyatından dərs deyir. == Karyerası == Məktəb illərindən şeir yazmağa başlayır. Ruh halının incə bir şəkildə köçürülməsi romantizminə qapılır. Əvvəlcə düşüncələrini kağıza köçürmək qorxunc olur. Daxili təcrübələri, xəyalları və xəyalları haqqında əsasən qızcığaz lirik sətirlər yazır.
Morinaga arsenli süd zəhərlənməsi insidenti
Morinaga arsenli süd zəhərlənməsi insidenti (森永ヒ素ミルク中毒事件) – 1955-ci ildə Yaponiyada 130-dan çox körpənin ölümü ilə nəticələnmiş qida zəhərlənməsi insidenti. Hadisəyə səbəb "Morinaga Milk" şirkəti tərəfindən istehsal olunmuş süd tozuna yanlışlıqla əlavə olunan arsen olmuşdur. İnsident 12.000-dən çox körpənin sağlamlığına mənfi təsir göstərmişdir. Hadisənin leqal tarixi 18 il davam etmiş və istehsal menecerenin həbsi ilə nəticələnmişdir. == Zəhərlənmə == 1955-ci ildə iyulunda Yaponiyanın qərbində yeni doğulmuş körpələr arasında qızdırma, iştahsızlıq, səpmə, ishal, qıcolma, dəridə qara nöqtələrin çıxması halları və bu əlamətlərin ölümlə nəticələnməsi müşahidə olunmağa başlamışdır. Avqust ayında Okayama Universiteti Tibb Məktəbinin professoru bu hallara səbəb olan şeyin "Morinaga Milk" şirkəti tərəfindən istehsal olunan süd tozundakı arsen olduğunu müəyyən etmişdir. Arsenin mənbəyi "Morinaga Milk" şirkəti tərəfindən südü daha həll olan hala salmaq üçün stabilləşdirici kimi istifadə olunan natrium dihidrofosfat idi. Şirkət sənayedə istifadə olunmağa uyğun olan, lakin insanların istehlakı üçün uyğun olmayan böyük miqdarda natrium dihidrofosfat almışdır. Natrium dihidrofosfatın tərkibində 0,0021–0,0035 % arsen mövcud idi. Şirkət stabilləşdirici və son məhsul üçün heç bir təhlükəsizlik testi aparmamışdır.
Mülki-Arslan nahiyəsi
== Tarixi == XVI əsrdə Naxçıvan ölkəsinə daxil olan nahiyələrdən biri də Mülki-Arslan nahiyəsi olmuşdur. AMEA-nın müxbir üzvü A. Bağırovun fikrincə bu ad Azərbaycan Atabəylər dövlətinin başçısı Müzəffərəddin Özbəyin (1210–1225) oğlu Qızıl Arslanın adı ilə bağlıdır. Tədqiqatçı qeyd edir ki, atasının ölümündən sonra Naxçıvanın hakimi olmuş Qızıl Arslana (1225–1229) məxsus torpaq sahələri və kəndlər "Mülki-Arslan" adlandırılmışdır. Qeyd edək ki, tədqiqatçı bu fikri ifadə edərkən tarixdə daha çox Xamuş ləqəbi ilə qalmış Qızıl Arslanı nəzərdə tutmuşdur. Tarix üzrə fəlsəfə doktoru E. Kəlbizadənn fikrincə də bu ərazinin adının formalaşmasının Atabəylər dövrü ilə bağlı olduğu şəksizdir. Lakin "Mülki-Arslan" sözündəki "Arslan" hissəsinin məhz Qızıl Arslan Xamuşla niyə əlaqələndirilməsi maraq doğurur. Qeyd edək ki, Azərbaycan Atabəylər dövlətinin mövcudluğu illərində Eldənizlər sülaləsində 2 Qızıl Arslan olmuşdur. Bunlardan biri Şəmsəddin Eldənizin Möminə Xatından olan ikinci oğlu Müzəffərəddin Qızıl Arslan (1186–1191), digəri isə Eldənizlərin sonuncu — 5-ci hökmdarı Müzəffərəddin Özbəyin İraq Səlcuqlu Sultanı III Toğrulun qızı Məlikə Xatından olan oğlu Qızıl Arslan Xamuşdur I Qızıl Arslanın daha böyük ərazilərin hakimi və Atabəylər dövlətinin hökmdarı, II Qızıl Arslanın isə xarəzmşahlar və monqollar dönəmində qısamüddətli Naxçıvanın hakimi olması faktını nəzərə alsaq, bu əsaslandırmanı məntiqi qəbul etmək lazımdır. == Səfəvilər dövrü == Bu nahiyə şimaldan Məvaziyi-Xatın, şərqdən Dərəşahbuz, cənubdan Naxçıvan nahiyələri, qərbdən Qarabağlar sultanlığı ilə həmsərhəd olmuşdur. Nahiyənin ərazisi, təqribən, 320 km2 -dən artıq olmuşdur.
Müzəffərəddin Yavlak Arslan
Müzəffərəddin Yavlak Arslan və ya Yavlak Arslan Bəy (türk. Muzaffereddin Yavlak Arslan; ?, Çobanoğulları bəyliyi-1292, Konya, Anadolu Səlcuqlu Dövləti) - 1280-1292 Çobanoğlulları bəyi. "Saltuknamə"-də adı "Məlik Müzəffərəddin" olaraq keçməkdədir.
Məlik Arslan bəy Zülqədər
Məlik Arslan bəy Süleyman bəy oğlu Zülqədər — hökmdar, (1454-1466), XV yüzillik. == Həyatı == Süleyman bəyin üçüncü oğlu Məlik Arslan bəy 1454-cü ildən 1466-cı ilədək bəyliyə başçılıq etmişdi. 1354-ci ildə atasının ölümündən sonra Məlik Arslan bəy Zülqədər taxtına sahib oldu. Onun zamanında Zülqədərlilər ilə Ağqoyunlular arasında savaşlar baş verdi. Zülqədərlilərin əlində olan Xarput (Elazığ) Uzun Həsən tərəfindən alındı və Zülqədərlilərin paytaxtı Əlbistan, Ağqoyunlular ordusu tərəfindən dağıdıldı. Məmlük Dövləti ilə arası açılan Məlik Arslan Bəy, məmlük sultanı Xoşqədəmin bir fədaisi tərəfindən Əlbistanda məsciddə ibadət edərken 1466-cı ildə öldürüldü. == Ailəsi == Məlik Arslan bəyin Əmir Aslan bəy adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu, Zülqədər eli, Bakı: Şərq-Qərb, 2011,-156 səh.
Mənsur Arslan xan
Mənsur bin Əli xan Qaraxani - Qaraxanilər dövlətinin xaqanı. 1015. ildə qardaşı Əhməd xanın ölümündən sonra hakimiyyətə gəlmişdir.
Nataliya Arsenyeva
Nataliya Arsenyeva (tam adı: Nataliya Arsenyeva, belar. Наталля Аляксееўна Арсеньева, rus. Ната́лья Алексе́евна Арсе́ньева; 20 sentyabr 1903, Bakı – 25 iyul 1997, Roçester[d], Nyu-York ştatı) — Belarus dramaturqu, şairə və tərcüməçi. Françişak Kuşalın həyat yoldaşıdır. == Həyatı == 1903-cü il sentyabrın 20-də Bakıda Rusiya işçilərinin ailəsində anadan olmuşdur. Birinci Dünya müharibəsi zamanı (1915) Arsenyev ailəsi Yaroslavl şəhərinə köçürülür, burada şairə ilk şeirini (rus dilində) yazır. 1920-ci ildə ailə Vilnüsə qayıdır. Nataliya gəncliyini Vilnüsdə keçirmiş və burada 1921-ci ildə Belarus gimnaziyasından məzun olmuşdur. Vilnüs Universitetinin incəsənət fakültəsində təhsil almışdır. Maksim Qoretski onun poetik bacarığına xüsusi diqqət ayırırdı.
Nüsrətəddin Arslan Aba
Nüsrətəddin Arslan Aba Xassbəy (?-1174) — Əmir Ağsunqurun oğlu, Marağanın, sonra Azərbaycanın hakimi. == Həyatı == Nüsrətəddin Xassbəy Arslan Aba Ağsonqurlu hökmdarı [1133–1174], Marağa hakimi Ağsonqurun oğludur. 1161/62-ci ildə Şəmsəddin Eldənizin vassalı kimi onun Gürcüstana hərbi səfərində iştirak etmişdi. Eldənizlilərin tabeliyindən qurtarmaq maqsədi ilə Nüsrətəddin Xassbəy mərkəzi hakimiyyətə qarşı çıxan feodal hakimləri müdafiə edir və atabəyi olduqu Səlcuq şahzadəsi Mahmudun sultan elan olunmasına çalışırdı. Məhz buna görə də Marağaya hücuma keçən Eldənizlilər Nüsrətəddin Xassbəyi hakimiyyətdən uzaqlaşdırıb, yerinə oğlu Əlaəddin Körpə Arslanı təyin etdilər. == Hakimiyyəti == Nüsrətəddin Arslan Aba 1133-cü ildən 1174-cü ilədək Azərbaycanın hakimi olmuşdu. == Ədəbiyyat == Нүсрәтәддин Хассбәј // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.
Qallium arsenid
Qallium arsenid (ing. gallium arsenide (GaAs)) — mikroelektronikada yüksək sürətli mikrosxemlərin hazırlanmasında istifadə olunan kimyəvi birləşmə. Qallium arsenid əsasında hazırlanmış mikrosxemlər onların silisiumdan olan analoqlarından sürətli işləyir, temperatur dəyişikliklərinə daha dözümlüdür, daha az enerji istifadə edir və radiasiyaya daha dayanıqlıdır. Superkompüterlərdə və hərbi məqsədlər üçün istifadə olunan kompüterlərdə də bu texnologiya əsas götürülüb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qılınc Arslan Bayandur
Qılınc Arslan Bayandur — Qara Yuluq Osman bəyin qardaşı Əhməd bəyin oğlu, Ağqoyunluların Palu hakimi Qara Yuluq Osman ölümündən sonra başlamış Ağqoyunlular arasındakı ara müharibələrində taxt uğrunda mübarizə aparmağa başladı. Bu məqsədlə Qara İsgəndər ilə müttəfiqlik etdi. Qılınc Arslan Qaraqoyunlu dəstəyi ilə Harputu ələ keçirməyi bacardı. O Məmlüklər və Osmanlılar ilə də müttəfiqlik qursa da Ağqoyunlu taxtını ələ keçirmək səyləri uğursuzluqla nəticələndi. 1453-cü ildə hakimiyyətə gələn Uzun Həsən Qılıç Arslanı məğlub etdi və müstəqil hakimiyyətinə son qoydu.
Qızıl Arslan
Qızıl Arslan (XII əsr, Təbriz – 1191, Təbriz) – Azərbaycan atabəyi və Məhəmməd Cahan Pəhlavanın qardaşı. 1186-cı ildə taxta çıxmış və 1191-ə qədər hakimiyyətdə olmuşdur. == Həyatı və Hakimiyyəti == Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz olmuşdur. Ondan sonra hakimiyyət oğlu Məhəmməd Cahan Pəhləvana keçmiş, o on ilə yaxın bir müddətdə dövləti idarə etmişdi. Onun dörd oğlu və bir neçə qızı vardı. Qanuni arvadı – Rey hakimi İnancın qızından iki oğlu olmuşdu – Qutluq İnanc Mahmud və Əmir Əmiran Ömər. Türk qızı Quteybə xatun ona Əbu Bəkri vermiş, kənizlərindən birindən isə Özbək doğulmuşdu. Qızı Cəlaliyyə Zahidə xatundan olmuşdu. Hələ öz sağlığında Məhəmməd Cahan Pəhləvan Sultanlığı oğlanları arasında bölüşdürərək, onlara əmiləri Qızıl Arslana tabe olmağı, nominal hakim Toğrula və dini rəhbər olan xəlifəyə sədaqətlə qulluq etməyi tapşırmışdı. Azərbaycan və Arran Əbu Bəkrə tapşırılmış, Qızıl Arslan isə ona tərbiyəçi təyin olunmuşdu.
Qızıl Arslan Xamuş
Atabəy Qızıl Arslan Xamuş və ya II Qızıl Arslan — Atabəylər dövlətinin hakimliyinə iddiaçı. Sultan Özbəyin oğlu. = Həyatı = Dövlətin süqutundan və atasının ölümündən sonra Məlik Qızılarslan özünü sultan və atabəy elan etdi. O, Sultan Cəlaləddinin yanına gəldi və ona tabeliyini bildirdi. Daha sonra nizari-xaşxaşi hökmdarı III Məhəmmədin yanına gəldi və orada öldü.
Qızıl Arslan dağı
Qızıl Arslan dağı (azər. - Qızıl Ərslan, fars-قزل ارسلان. ) — İranda, Zaqros dağlarının Əlvənd zirvəsində 3250 m yüksəklikdə şiş(pik).
Rajden Arsenidze
Rajden Arsenidze(ing. Razhden Arsenidze ; 28 sentyabr 1880 – 24 may 1965, Paris)— gürcü hüquqşünas, jurnalist və siyasətçi idi. Karl Kautski, Gürcüstan Sosial Demokratları ilə, Tbilisi, 1920. Birinci cərgədə: S. Devdariani, Noy Ramişvili, Noy Jordaniya, Karl Kautski həyat yoldaşı Louise, Silibistro Cibladze, Razhden Arsenidze ilə birlikdə; ikinci sırada: Kautskinin katibi Olberg, Viktor Tevzaya, K. Gvardzhaladze, Konstantin Sabaxhtarashvili, S. Tevzadze, Avtandil Urushadze, R. Tsintsabadze. Rusiya Sosial Demokrat İşçi Partiyasının bir qolu olan Gürcüstan Sosial Demokrat İşçi Partiyası ilə əlaqəli idi və 1903-cü ildə Menşevik qanadına keçdi. Daha sonra inqilabi jurnalistikaya başladı və Rusiya imperiyası rəhbərliyi tərəfindən yalnız geri dönə biləcəyi Sibirə sürgün edildi. 1917-ci il fevral inqilabından sonra çar hökuməti devrildi. Arsenidze 26 may 1918-ci ildə Gürcüstanın İstiqlal Aktının müəlliflərindən biri idi və 1919-cu ildə Gürcüstanın Təsis Məclisinə seçildi. Elə həmin il Noy Jordaniya kabinetində Ədliyyə Naziri oldu. 1921-ci ildə qısa müddətdə Yevgeni Gegeçkori ilə əvəzlənənə qədər Ədliyyə Naziri olaraq çalışdı.
Sergey Arsenyeviç Nevski
Sergey Arsenyeviç Nevski (rus. Серге́й Арсе́ньевич Не́вский; 24 sentyabr 1908, Tver quberniyası[d] – 2 iyul 1938, Leninqrad) — Rusiya botaniki, səhləmkimilər və taxıllar üzrə mütəxəssis. == Nevskinin botaniki adlandırmaya dair işləri == Nevski tərəfindən əsasən Paxlakimilər (Leguminosae), Səhləbkimilər (Orchidaceae), Qırtıckimilər (Poaceae) fəsiləsindən 30-a yaxın cins və bir neçə yüz bioloji növ təsnif edilmişdir. Bəzi növlər: Taeniatherum caput-medusae (L.) Nevski Psathyrostachys juncea (Fisch.) Nevski == Nevskinin şərəfinə adlandırılan taksonlar == === Bitki yarımnövü === Bromus L. subg. Nevskiella === Bitki növləri === Agropyron nevskii N.A.Ivanova ex Grubov Agrostis nevskii Tzvelev Allium nevskianum Vved. Astragalus nevskii Gontsch. Cancrinia nevskii Tzvelev Corydalis nevskii Popov Critesion nevskianum (Bowden) Tzvelev Dactylorhiza × nevskii H.Baumann & Künkele Delphinium nevskii Zakirov Elymus nevskii Tzvelev Elytrigia nevskii (N.A.Ivanova ex Grubov) N.Ulziykh. ex Tzvelev Ferula nevskii Korovin Hordeum nevskianum Bowden Impatiens nevskii Pobed. Juncus nevskii V.I.Krecz. & Gontsch.
Sergey Arsenyeviç Nevskiy
Sergey Arsenyeviç Nevski (rus. Серге́й Арсе́ньевич Не́вский; 24 sentyabr 1908, Tver quberniyası[d] – 2 iyul 1938, Leninqrad) — Rusiya botaniki, səhləmkimilər və taxıllar üzrə mütəxəssis. == Nevskinin botaniki adlandırmaya dair işləri == Nevski tərəfindən əsasən Paxlakimilər (Leguminosae), Səhləbkimilər (Orchidaceae), Qırtıckimilər (Poaceae) fəsiləsindən 30-a yaxın cins və bir neçə yüz bioloji növ təsnif edilmişdir. Bəzi növlər: Taeniatherum caput-medusae (L.) Nevski Psathyrostachys juncea (Fisch.) Nevski == Nevskinin şərəfinə adlandırılan taksonlar == === Bitki yarımnövü === Bromus L. subg. Nevskiella === Bitki növləri === Agropyron nevskii N.A.Ivanova ex Grubov Agrostis nevskii Tzvelev Allium nevskianum Vved. Astragalus nevskii Gontsch. Cancrinia nevskii Tzvelev Corydalis nevskii Popov Critesion nevskianum (Bowden) Tzvelev Dactylorhiza × nevskii H.Baumann & Künkele Delphinium nevskii Zakirov Elymus nevskii Tzvelev Elytrigia nevskii (N.A.Ivanova ex Grubov) N.Ulziykh. ex Tzvelev Ferula nevskii Korovin Hordeum nevskianum Bowden Impatiens nevskii Pobed. Juncus nevskii V.I.Krecz. & Gontsch.

"ars" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ars nədir? #ars sözünün mənası #ars nə deməkdir? #ars sözünün izahı #ars sözünün yazılışı #ars necə yazılır? #ars sözünün düzgün yazılışı #ars leksik mənası #ars sözünün sinonimi #ars sözünün yaxın mənalı sözlər #ars sözünün əks mənası #ars sözünün etimologiyası #ars sözünün orfoqrafiyası #ars rusca #ars inglisça #ars fransızca #ars sözünün istifadəsi #sözlük