* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 zərf Arabir, bəzən, hərdənbir, bəzi vaxt, bəzi hallarda, vaxtdan-vaxta. Səhərlərə məxsus olan nəsimdən ara-sıra yarpaqlar qımıldanır… Yarpaqlar arasına sığınmış quşcuğazlar səs-səsə verib ötüşürdü. A.Şaiq. Kənddə həmişəki kimi sakitlik aram idi. Ancaq ara-sıra kəndin kənarında biriki köpəyin hürməsi eşidilirdi. B.Talıblı. Ara-sıra bu işıq sütunu sanki dairəvi bir şüşəyə rast gələrək sınırdı. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / ara-sıra1 Qaynaqlarda arası-ara kimi də qeyd olunub. Görünür, “məsafə (ara) vermək” mənası ilə bağlıdır. Seyrək (qədim mənası “az” deməkdir) kəlməsi də sıra sözü ilə qohumdur, kökləri bir olub; ifadə bəzən ara-seyrək kimi də işlədilir. Bu da sübut edir ki, sıra və seyrək tarixi baxımdan eyni söz olub. Seyrək sözü ilə müqayisədə sıra sözünün tələffüzü bir qədər asandır. Dil həmişə ağır ifadələrdən yüngül ifadələrə döğru meyilli olur. Ona görə də sıra sözü seyrək kəlməsini üstələmişdir.
Azərbaycan dilinin etimologiya lüğəti / ara-sıra1 ARA-SIRA – HƏMİŞƏ Ara-sıra bu işıq sütunu sanki dairəvi bir şüşəyə rast gələrək sönürdü (M.İbrahimov); Ömrünün tarlasına qəm kotanında; Həmişə gül əkdi, vay dərdi babam (B.Vahabzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / ara-sıra1 1. иногда, временами, изредка, кое-когда, время от времени; 2. местами, редко, вразброску;
Azərbaycanca-rusca lüğət / ara-sıra1 zərf. parfois ; rarement ; de temps en temps ; quelquefois
Azərbaycanca-fransızca lüğət / ara-sıra1 нареч. арум-арум, ара-ара, гагь-гагь, ара гуз, вахтунилай-вахтуналди.
Azərbaycanca-ləzgicə lüğəti / ara-sıra