aran-saran sözü azərbaycan dilində

aran-saran

Yazılış

  • aran-saran • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Saran (Bostanabad)
Saran (fars. ساران‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 333 nəfər yaşayır (50 ailə).
Aran
Aran bölgəsi — Azərbaycanda coğrafi bölgə. Aran (Yevlax) — Azərbaycanın Yevlax rayonunda qəsəbə. Aran (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Aran (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Aran (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Aran (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Aran (Qırxbulaq) — Azərbaycanın Qırxbulaq nahiyəsində kənd. Aran (film, 1985) — Aran bölgəsi haqqında 1985-ci ildə çəkilmiş qısametrajlı sənədli film. Aran iqtisadi rayonu — Azərbaycan Respublikasının şərti iqtisadi rayonlarından biri. Aranlı Arançı Aranilər Arran Arran – Qafqaz Albaniyasının yarıəfsanəvi hökmdarı.
ARB Aran
EL TV — 2009-cu ildə Yevlax şəhərində yayıma başlayan televiziya kanalı. EL Televiziya Şirkəti 2 mart 2009-cu ildə yaradılmış, 17 iyul 2009-cu il tarixində isə yayıma başlamışdır. Kanalın əsas məqsədi yayımın əhatə dairəsində yerləşən regionların sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələrin işıqlandırılması, əhaliyə göstərilən informasiya xidmətinin səviyyəsinin yüksəldilməsidir. Ötən 5 il ərzində EL TV bölgənin ictimai həyatında aktiv iştirak edən KİV kimi öz mövqeyini möhkəmləndirib. Telekanalın auditoriyasına bütün yaş kateqoriyasında olan tamaşaçılar daxildir. "EL TV" kanalının efir vaxtı 19 saatdır. Yayımının 73,3%-ni şəxsi istehsalı olan, 8,3%-ni digər yerli telekanallar və prodüser mərkəzləri tərəfindan istehsal olunan, 18,4%-ni isə xaricdə istehsal olunan proqramlar təşkil edir. Xəbər verilişlərin sayi, vaxtı, uzunluğu – 5 dəfə, 09:00 (səhər proqramının içində, 15 dəq.), 13:30, 16:30, 20:30 (əsas buraxılış, 30 dəq), 23:30 buraxılışları 15 dəqiqə həcmindədir. Kanalın efir vaxtının 6 %-i xəbərlərdən, 17,6%-i musiqili ə əyləncəli verilişlərdən, 33,1%-i idrak və informasiya verilişlərindən, 2,2 %-i postprodakşn proqramlarından, 1,8%-i seriallardan, 18,4 %-i xarici bədii filmlərdən, 1,1 %- Azərbaycan filmlərindən, 3,7 %-i sənədli filmlərdən, 7,5 %-i İctimai – siyasi və sosial proqramlardan, 1,5 %-i uşaq verilişləridən, 3,3 %- cizgi filmlərdən, 1,1 %-i idman proqramlarından, 2,7 %-i isə digər proqramlardan ibarətdir. 19 sentyabr 2016-cı il tarixində "EL TV" olan telekanalın adı dəyişdirələrək "ARB Aran" olmuşdur.
Aran (Ağcabədi)
Aran (əvvəlki adı: Kuybişev) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Aran kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Yeni Qaradolaq kənd inzibati-ərazi vahidi tərkibindəki Kuybişev kəndi Aran kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə Ağcabədi rayonunun Aran kəndi Yeni Qaradolaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Aran kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kəndin daha qədim adı Qaradolaq olmuşdur. Yaşayış məntəqəsi kəngər tayfalarının bir qolu tərəfindən salındığı üçün belə adlandırılmışdı. 1935-ci ildən kənd SSRİ partiya və dövlət xadimi V. V. Kuybışevin (1888–1935) xatirəsinə Kuybışev adlandırılmışdır. Memorial toponimdir. Bu kəndin adı ərazinin coğrafi mövqeyi ilə əlaqədar belə adlanmışdır. Vaxtilə düzəngah, susuz sahələr olan bu ərazilər ötən əsrin əvvəllərində məşhur Gavur arxının əsasında böyük Orçenikidze adına kanalın çəkilməsi ərazinin təsərrüfata yararlılığını artırdı. XX əsrin 30-cu illərin sonunda Kürün daşıb, məcrasından çıxması nəticəsində Kürqırağı ərazilərdə yaşayan əhalinin təhlükəsizliyini təmin etmək üçün kəndi indiki olduğu əraziyə köçürülüb, Aran kəndi salınmışdı.
Aran (Lerik)
Aran — Azərbaycan Respublikasının Lerik rayonunun Kirəvud inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir.
Aran (Tovuz)
Aran — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd. Kənd yerli əhali arasında Aran Yanıqlı kimi tanınır. Vaxtilə Yanıqlı kəndinin Aran adlı ərazisində əkin sahələri olmuş, İkinci Dunya müharibəsindən sonra isə həmin kənddən ayrılmış əhali burada yeni yaşayış məntəqəsi salmışdır. Oykonim "Aranda yerləşən Yanıqlı kəndi" mənasındadır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Çınqıldağ silsiləsinin ətəyində yerləşir. Heydərov Vasif Nazim oğlu (1997-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Aran (Yevlax)
Aran (əvvəlki adı: 28 Aprel) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Yevlax rayonunun 28 Aprel qəsəbəsi Aran qəsəbəsi adlandırılmışdır. Qəsəbə 1935-ci ildə qurulub. Yevlax rayonunun ən böyük yaşayış məntəqəsidir. Aran qəsəbəsi sovet vaxtlarında maldarlıqla ad göstərib. Aran qəsəbəsində 7.263 nəfər yaşayır. Onlardan 4.103 kişi, 3.160 qadındır. Qəsəbədə Seyid Maral Seyid Bayram qızının ziyarətgahı vardır. Aran qəsəbəsi Yevlax rayonunun ən böyük qəsəbəsidir və iki hissədən ibarətdir: Aran 1 və Aran 2, Aran qəsəbəsində 2 tam orta məktəb və 1 ümumi tam ora məktəb var 1-№-li ümumi tam orta məktəb Aran-1 ərazisində yerləşirə, 2-№-li orta məktəb isə Aran-2 ərazisində yerləşir. Yaxın gələcəkdə isə Aran-Duzdağ yolunun çəkilməsi gözlənilir.
Aran (Şəki)
Aran — Azərbaycan Respublikasının Şəki rayonunun Şəki kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Şəki kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Aran kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Kəndin əhalisi 501 nəfər təşkil edir ki, onun da 242 nəfəri kişi, 259 nəfəri isə qadındır.
Aran Borçalı
Aran Borçalı — qədim Borçalı mahalı vilayətinin alçaq dağlıq və aran zonası. Borçalının əsasən Gürcüstan SSR-in tərkibində qalan hissəsini ehtiva edir. 1918-ci ilin dekabrında baş vermiş erməni-gürcü müharibəsindən sonra Borçalı 2 yerə parçalanmış, Dağ Borçalı Ermənistan SSR-ə verilmiş Aran Borçalı isə Gürcüstanda qalmışdır. 1929-cu ildə Borçalıda qəza üsul-idarəsi ləğv edildikdən sonra Aran Borçalı 6 rayona (Sarvan (hazırkı Marneuli), Çörük Qəmərli (hazırkı Bolnisi), Başkeçid (hazırkı Dmanisi), Qaratəpə (hazırkı Qardabani), Ağbulaq (hazırkı Tetritskaro) və Barmaqsız (hazırkı Tsalka və ya baqa adı ilə Salka ) rayonları) parçalanmışdır. Gürcüstan 2-ci dəfə müstəqillik əldə etdikdən sonra 90-cı illərdə bu rayonlar mərkəz şəhəri Rustavi olmaqla Kvemo Kartli adlı yeni inzibati-ərazi vahidi – mxare (quberniya) çərçivəsində birləşdirildi. Gürcüstanın cənub-şərqində yerləşən Aran Borçalı Qaraxaç və Cocer silsilələri, eləcə də Gürcüstanın Ermənistan və Azərbaycan Respublikaları ilə sərhəd xətti ilə hüdudlanır. Paytaxt Tiflisdən cənubdadır. Borçalının bölüşdürülməsindən sonra sahəsi 4360 kv. km. təşkil etmişdir.
Aran Film
Aran Film Yaradıcılıq Mərkəzi və ya qısaca Aranfilm — 2016-2020-ci illərdə ARB Aran televiziyasının nəzdində fəaliyyət göstərmiş istehsalçı qurum. Aran Film Yaradıcılıq Mərkəzi 2016-cı ildə ARB Aran televiziyasının nəzdində yaradılıb. Fəaliyyəti dövründə onlarla sənədli, elmi-kütləvi və araşdırma filmləri istehsal edib. Onların yüksək səviyyədə təqdimatı keçirilib. Bir çox festivallarda mükafatlara layiq görülüb. 2017-ci ildən qısametrajlı bədii filmlərin istehsalına başlanılıb. Azərbaycanın folkloru, memarlığı, mədəniyyəti, tarixində iz buraxmış mühüm hadisələri və görkəmli şəxsiyyətləri haqqında bir çox filmlərə imza atıb. Yaradıcılıq mərkəzində kino və televiziya sahəsində tanınan peşəkar mütəxəssislər fəaliyyət göstərmişdir. Qurumun direktoru İqbal Məmmədəliyev, bədii rəhbəri Tahir Tahiroviç olmuşdur. Aranfilm Yaradıcılıq Mərkəzi 2020-ci ildə fəaliyyətini dayandırmışdır.
Aran Sarvan
Aran Sarvan Marneuli rayonunda kənd adı. Aran Sarvan- Marneuli rayonunda kənd adı. Kənd Sarvan elinin və Qızıl Hacılı elindən bir qrup ailənin aranda (düzdə, yəni, qışlaq yerində) məskunlaşması nəticəsində yaranmışdır.
Aran Yanıxlı
Aran — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd. Kənd yerli əhali arasında Aran Yanıqlı kimi tanınır. Vaxtilə Yanıqlı kəndinin Aran adlı ərazisində əkin sahələri olmuş, İkinci Dunya müharibəsindən sonra isə həmin kənddən ayrılmış əhali burada yeni yaşayış məntəqəsi salmışdır. Oykonim "Aranda yerləşən Yanıqlı kəndi" mənasındadır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Çınqıldağ silsiləsinin ətəyində yerləşir. Heydərov Vasif Nazim oğlu (1997-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Aran bölgəsi
Aran — Azərbaycanda tarixi — coğrafi məfhumdur. Yayla və dağlıq ərazilərin əksinə olaraq, respublikanın ərazisində isti və quru iqlimə malik olan bütün düzənlik sahələrinə aran deyilir. Toponimi qıpçaqların uran tayfasının adı ilə bağlayırlar. Türk dillərində aran sözü "düzənlik, isti yer, qışlaq yeri, tövlə" mənalarında işlənir. Azərbaycan ərazisində bu sözlə bağlı butun coğrafi obyekt adlarında həmin məna özünü doğruldur. Aran bölgəsi Aran iqtisadi rayonunu əhatə edir. Bu iqtisadi rayon Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab inzibatı rayonlarını və Şirvan, Mingəçevir, Yevlax şəhərlərini əhatə edir. Aran iqtisadi rayonu əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi rayonun ümumi sahəsi 21,43 min km² olmaqla ölkə ərazisinin 24,7 %-ni, əhatə edir. Aran iqtisadi rayonun ərazisinin yarıdan çoxu dəniz səviyyəsindən aşağıda yerləşən düzənliklərdən ibarətdir.
Aran bələdiyyəsi
Aran bələdiyyəsi (Ağcabədi) — Ağcabədidə bələdiyyə
Aran xalçaları
Aran xalçaları — Qarabağ tipinin yüksək kateqoriyalı xalça növü. Qarabağ tipinə aid olan bu xalçaların istehsalının mərkəzi Bərdə olmuşdur. XIX əsrin II yarısından başlayaraq, bu xalçalar Cəbrayılın xalçaçılıq müəssisələrində də istehsal edilməyə başladı. Haqqında danışılan xalçanın əsil adı – "Ərran"dır. Ərran (Aran) – Azərbaycanın şimal hissəsindən başlayan və Şirvanın cənub-qərb rayonlarını əhatə edən (Kür və Araz çayları arasında) çox geniş bir ərazidir. Tarixi mənbələrdən məlumdur ki, IX–X əsrlərdə Aranın mərkəzi Bərdə şəhəri olmuşdur. Son zamanlar "Aran" xalçaları Cəbrayılın xalçaçılıq müəssisələrində geniş istehsal olunmağa başlandığı üçün onu "Cəbrayıl" adlandırırlar. "Aran" xalçalarının orta sahəsindəki kompozisiyanın bəzəyi "Qotazlı buta"dan ibarətdir. Bu butalar – əsas elementlər – orta sahədə tək – tük, lakin butalı xalçalar üçün səciyyəvi olan qaydada yerləşdirilmişdir. Butanın arasında quş və müxtəlif formalı elementlərin təsviri verilir.
Aran xalçası
Aran xalçaları — Qarabağ tipinin yüksək kateqoriyalı xalça növü. Qarabağ tipinə aid olan bu xalçaların istehsalının mərkəzi Bərdə olmuşdur. XIX əsrin II yarısından başlayaraq, bu xalçalar Cəbrayılın xalçaçılıq müəssisələrində də istehsal edilməyə başladı. Haqqında danışılan xalçanın əsil adı – "Ərran"dır. Ərran (Aran) – Azərbaycanın şimal hissəsindən başlayan və Şirvanın cənub-qərb rayonlarını əhatə edən (Kür və Araz çayları arasında) çox geniş bir ərazidir. Tarixi mənbələrdən məlumdur ki, IX–X əsrlərdə Aranın mərkəzi Bərdə şəhəri olmuşdur. Son zamanlar "Aran" xalçaları Cəbrayılın xalçaçılıq müəssisələrində geniş istehsal olunmağa başlandığı üçün onu "Cəbrayıl" adlandırırlar. "Aran" xalçalarının orta sahəsindəki kompozisiyanın bəzəyi "Qotazlı buta"dan ibarətdir. Bu butalar – əsas elementlər – orta sahədə tək – tük, lakin butalı xalçalar üçün səciyyəvi olan qaydada yerləşdirilmişdir. Butanın arasında quş və müxtəlif formalı elementlərin təsviri verilir.
Aran İyesi
Səyyad Aran
Səyyad Aran və ya Səyyad Salahlı (tam adı: Səyyad Adil oğlu Salahlı; 15 yanvar 1952, İmişli) — Azərbaycan ictimai-siyasi xadimi, filologiya elmləri namizədi (2005), Yeni Azərbaycan Partiyasının qurucularından biri, yazıçı-publisist, Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi, 1995-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini (16 noyabr 2012-ci ildən). Azərbaycan Respublikasının əməkdar jurnalisti. Səyyad Adil oğlu Salahov 15 yanvar 1952-ci ildə İmişli rayonunun Qaradonlu kəndində müəllim ailəsində dünyaya gəlmişdir. Ailələrində 10 uşaq olublar; o, ailənin ilk övladıdr. 1958–1968-ci ilərdə İmişli şəhər 1 saylı orta məktəbdə oxumuşdur. 1968-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuş və 1972-ci ildə həmin fakültəni bitirmişdir. İkinci ali təhsilini Bakı Dövlət Universitetində almış və 2001-ci ildə BDU-nun Hüquq fakültəsini bitirmişdir. 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda "1960–1980-ci illər Azərbaycan nəsrində psixologizm (Mövlud Süleymanlının yaradıcılığı üzrə)" mövzusunda "Azərbaycan ədəbiyyatı" ixtisasından (ixtisas şifri: 10.01.01) dissertasiya müdafiə edərək filologiya elmləri namizədi olmuşdur. 1972–1973-cü illərdə ali məktəbi bitirdikdən sonra təyinatla göndərildiyi İmişli rayonu Əzizbəyov (indiki Aşağı Qaralar) kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir. 1973–1974-cü illərdə Naxçıvanda, Qıvraq kəndində yerləşən Sovet Ordusunun 69626 nömrəli hərbi hissəsində hərbi qulluqda olmuşdur.
Yanoş Aran
Yanoş Aran (mac. Arany János; 2 mart 1817[…], Salonta[d], Bihor judeçi – 22 oktyabr 1882[…], Budapeşt) — Macarıstan jurnalisti, yazıçısı, şairi və tərcüməçisi. Ona tez-tez "balladaların Şekspiri" deyə xitab edirdilər – ən məşhur əsəri olan "Toldi trilogiyası" da daxil olmaqla yazdığı 102-dən çox ballada 50-yə yaxın dilə tərcümə edilmişdir. Avstriya imperiyasının Macarıstan Krallığında Salonta şəhərində anadan olmuşdur. Evin 10 övladından ən balacası idi, lakin ailədə mövcud olan vərəm xəstəliyinə görə bu uşaqlardan yalnız ikisi sağ qaldı. Anadan olanda böyük bacısı Sara artıq ailəlidi idi və valideynləri Aran və Sara Meqyerin 60 və 44 yaşları vardı. Yanoş erkən yaşlarında yazmağı və oxumağı öyrənmişdi; deyilənlərə görə kiçik yaşlarından macar və latın dilində oxumağı bacarırdı. Ailəsinin ehtiyac içində olduğu üçün 14 yaşından müəllim köməkçisi kimi işləməyə başladı. 1833-cü ildə Debreçen Universitetində alman və fransız dillərində təhsil almağa başladı, lakin tezliklə elmi həyatdan yoruldu və müvəqqəti olaraq bir aktyor truppasına qoşuldu. Daha sonra isə Salonta, Debreçen və Budapeşt şəhərlərində müəllim, qəzet redaktoru və katib vəzifələrində fəaliyyət göstərdi.
Yuxarı Aran
Yuxarı Aran (əvvəlki adı: Komsomol) — Azərbaycan Respublikasının Beyləqan rayonunun Yuxarı Aran qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Beyləqan rayonunun Komsomol qəsəbəsi Yuxarı Aran qəsəbəsi adlandırılmışdır.
Məhəmməd Azər Aran
Məhəmməd Azər Aran (1911, Qarabağ – 8 aprel 1993, Ankara) — Müsavat Partiyası başqanı. Məhəmməd Azər Aran 1911-ci ildə Azərbaycanın Qarabağ bölgəsində anadan olub. Atası və bütün qohumları Məhəmməd Əmin Rəsulzadənin qurduğu Azərbaycanın istiqlal və hürriyyətə qovuşmasını, Azərbaycan Milli Cumhuriyyətinin qurulmasını istəyən Milli Müsavat Xalq Partiyasına mənsub olub. M. Azər Aran gənc yaşlarından kommunistlərin Azərbaycanda törətdiyi ölümləri, cinayətləri gördüyü üçün mövcud rejimə dərindən nifrət edib. 1920-ci ildə məktəbi bitirdikdən sonra M. Azər Aran Türkiyəyə getmək qərarına gəlir. Sərhədi keçərkən Əli Aran adlı bir riyaziyyat müəllimi ilə tanış olur, birlikdə İrana, oradan isə Türkiyəyə gəlirlər. Azər Aran İstanbulda əsgəri tibb fakültəsini bitirib. İstanbulda olarkən Azərbaycan Milli Qurtuluş hərəkatının böyük ideoloqu M. Ə. Rəsulzadə ilə yaxından tanış olub. Sonradan nevrologiya sahəsində ixtisas alaraq mütəxəssis həkim kimi fəaliyyət göstərən, polkovnik rütbəsinə qədər yüksələn Azər Aran Əsgəri xəstəxanalarda Baş həkim olub, sonrakı illərdə öz arzusu ilə təqaüdə çıxıb. Azər Aran Tibb fakültəsinin üçüncü kursunda oxuyarkən, M. Ə. Rəsulzadə və bir çox siyasi mühacirlər Türkiyədən getmək məcburiyyətində qaldılar.
Məmməd Sadıq Aran
Mirzə Məmmədsadıq Axundzadə (türk. Mehmet Sadık Aran; dekabr 1895, Urud, Zəngəzur qəzası – 28 may 1971, İstanbul) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, yazıçı. Həyatının böyük hissəsini Türkiyədə türklüyə və Azərbaycana xidmətdə keçirən, lakin təəssüf ki, şəxsiyyəti, fəaliyyəti və yaradıcılığı hələ də diqqətdən kənarda qalan siyasi-ədəbi mühacirlərdən biri də Mehmet (Məhəmməd) Sadıq Aran olub. Siyasi mühacirət nümayəndələrinin bir çoxu kimi onun da 1920-ci ildə İran üzərindən keçərək Türkiyəyə üz tutmasının əsas səbəbi Azərbaycanın müstəqilliyi uğrunda mübarizlərin sıralarına qoşulması, qısa ömürlü Azərbaycan Cümhuriyyətinin fəal tərəfdarlarından biri olması idi. Xatirələrdən də göründüyü kimi, Mehmet Sadıq Türkiyəyə gələnə qədər artıq ziyalı və siyasətçi olaraq bəlli təcrübə qazanmış, əqidə və məslək adamı kimi müəyyən yol keçmişdi. Rus, fars və ərəb dillərini bilməsi, Azərbaycan Cümhuriyyətinin Parlamentində təmsil olunması, türkçülüyün qızğın tərəfdarlarından biri kimi tanınması tezliklə onu Türkiyədəki Azərbaycan mühacirətinin ön sıralarına çıxarmışdı. Mirzə Sadıq Axundzadənin parlamentdə məhz Zəngəzuru təmsil etməsini parlamentin 11 oktyabr 1919-cu il tarixli 82 nömrəli stenoqramındakı aşağıdakı fikir sübut edir: "İclası açmadan bərayi-məlumat xəbər verirəm ki, bugünkü iclasda Zəngəzur nümayəndəsi Cəlil bəy Sultanov iştirak edir. Keçən iclasda yenə haman qəzanın nümayəndəsi olan Mirzə Sadıq Axundzadə iştirak edirdi". . Mehmet Sadıq Aran 1924–1931-ci illərdə Ankarada fəaliyyət göstərən və öz ətrafında Cümhuriyyətin Ə. Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, X. Xasməmmədli, Ş. Rüstəmbəyli, N. Şeyxzamanlı, C. Hacıbəyli, Mir Yaqub Mehdizadə və s. görkəmli nümayəndələrini birləşdirən Azərbaycan Milli Mərkəzi İdarə Heyətinin üzvü olmuşdu.
Vaqan Dərbət Aran
Vaqan Dərbət Aran — Yuxarı Qarabagın Xacın nahiyəsində kənd adı Vaqan Dərbət Aran — Yuxarı Qarabağın Xaçın nahiyəsində kənd adı. XIII əsrdə gəlmiş monqol mənşəli Dərbət tayfası Qarabağda məskunlaşdıqda iki Dərbət adlı kənd yaranmışdı. Onlardan biri Dərbət-Aran (yəni Aran kəndi yaxınlığında Dərbət kəndi), digəri isə Cinli-Dərbətli (yəni Cinli kəndi yaxınlığında Dərbət kəndi) adlandırılmışdır. Daha sonra Dərbət-Aran kəndindən Daş-Dərbət Aran və Vaqan Dərbət Aran kəndləri yaranmışdır. Bax: Aran və Aran-Daş. Qarabağ Ədəbiyyat Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966.
Yuxarı Aran bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Val-d'Aran
Val-d'Aran Kataloniyanın şimal-qərb hissəsində yerləşən bir dairədir. Dairənin ərazisi 620.5 km², əhalisi isə 7130 nəfər təşkil edir. Regionun rəsmi dili Aranes dilidir. Paytaxtı isə Vielha e Mijaran şəhəri hesab edilir.

aran-saran sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Bakı, Salyan) çox az, az-maz, azca, ötəri. – Bu ö:n tikilmegi aransaran yadıma gəlir; – Aran-saran yadımda qalıv (Salyan); – Sona yadıma lap aransaran gəlir (Bakı)

Azərbaycan dilinin dialektoloji lüğəti.

Oxşar sözlər

#aran-saran nədir? #aran-saran sözünün mənası #aran-saran nə deməkdir? #aran-saran sözünün izahı #aran-saran sözünün yazılışı #aran-saran necə yazılır? #aran-saran sözünün düzgün yazılışı #aran-saran leksik mənası #aran-saran sözünün sinonimi #aran-saran sözünün yaxın mənalı sözlər #aran-saran sözünün əks mənası #aran-saran sözünün etimologiyası #aran-saran sözünün orfoqrafiyası #aran-saran rusca #aran-saran inglisça #aran-saran fransızca #aran-saran sözünün istifadəsi #sözlük