* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 20.56 |
2003 | ••••••• | 6.69 |
2004 | •••••••• | 8.09 |
2005 | •••••••••• | 10.12 |
2006 | ••••••••••• | 11.26 |
2007 | •••••••••••••••• | 15.86 |
2008 | ••••••••• | 8.77 |
2009 | ••••••••••••• | 13.12 |
2010 | •••••••••••••• | 13.89 |
2011 | ••••••••••••••• | 15.10 |
2012 | ••••••••••••• | 13.17 |
2013 | •••••••••••• | 11.96 |
2014 | ••••••••••••• | 12.53 |
2015 | ••••••••••• | 10.89 |
2016 | ••••••••••• | 10.59 |
2017 | •••••••••• | 9.27 |
2018 | ••••••••••••• | 12.59 |
2019 | ••••••••••••••••• | 16.69 |
2020 | ••••••••••••••••• | 17.24 |
1 is. 1. Padşahın, dövlət başçısının, yaxud padşah ailəsinin daimi yaşadığı həşəmətli bina, ev. Şirvanşahlar sarayı. Qış sarayı. – Oxu tar… Səsini dinləmiş; Şahların, xanların sarayı. M.Müşfiq. // Ümumiyyətlə, öz həşəmət və əzəməti ilə nəzəri cəlb edən bina, ev. Mərmər saraylar. 2. İctimai təşkilatların olduğu bəzi böyük binaların adlarının tərkibində işlənir. Səadət sarayı. Hökumət sarayı. – Klub və mədəniyyət saraylarında xalq çalğı alətləri ansamblları təşkil edildi. Ə.Bədəlbəyli. [Fərman] bu qızı bir həftə bundan əvvəl tikintinin mədəniyyət sarayında görmüşdü. Ə.Sadıq. ◊ Saray çevrilişi – geniş ictimai qüvvələrin bilavasitə iştirakı olmadan bir padşahın saraydaxili qrup tərəfindən zorakı yolla başqası ilə əvəz edilməsi. II Əbdülhəmid 1876-1909-cu illərdə Türkiyə sultanı olmuşdur. Liberal dairələrin başçısı Midhət Paşanın rəhbərliyi altında həyata keçirilən saray çevrilişi nəticəsində taxta əyləşmişdi. “Hophopnamə”.
Azərbaycan dilinin izahlı lüğəti1 imarət
Azərbaycan dilinin sinonimlər lüğəti2 SARAY (padşah sarayı) [Xacə:] ..bu saray məni elə dərdə salmayıb ki, mənə kəbin kəsə biləsiniz (A.Şaiq); BARGAH (tənt.) Nurəli: ..bir gün İsfahanda Şah Abbas öz barigahında əyləşib vəzirinə dedi: Ey vəzir, mənə bir yaxşı hekayət nağıl elə (C.Məmmədquluzadə); İMARƏT Mən bəzək vurmalıyam imarətə əlimlə; İftixar etməliyəm şadlanıb əməlimlə (M.Rahim); KAŞANƏ Ürəyindən vurdu, gözündən vurdu; Qabarlı əllərlə kaşanə qurdu (S.Rüstəm); QƏSR Tavanda çilçıraqlar, döşəmədə xalçalar; Qəsrdəki ziynətə şahlar belə əl çalar (B.Vahabzadə).
Azərbaycan dilinin sinonimlər lüğəti1 1. дворец, чертог, замок, палата; 2. дворцовый;
Azərbaycanca-rusca lüğət2 I сущ. 1. дворец: 1) здание, являвшееся жилищем, постоянным местопребыванием главы государства, а также членов правящей семьи. Şirvanşahlar sarayı дворец Ширваншахов, Şəki xan sarayı Шекинский ханский дворец 2) здание, отличающееся великолепием и роскошью. Bu, ev deyil, saraydır это не дом, а дворец 3) в составе названий некоторых больших зданий, занятых общественными организациями. İdman sarayı дворец спорта, mədəniyyat sarayı дворец культуры, səadət sarayı дворец счастья 2. в монархических странах: двор (правитель и его приближённые, ближайшее окружение) II прил. 1. дворцовый (относящийся к дворцу). Saray mühiti дворцовая сфера, saray çevrilişi дворцовый переворот 2. придворный (связанный с дворцом, с пребыванием или службой при дворе). Saray şairi придворный поэт, saray adamları (saray əhli) придворные
Azərbaycanca-rusca lüğət1 I. i. palace; mansion; government house; Mədəniyyət ~ı Palace of Culture; Qurultaylar ~ı Palace of Congresses; Əmək ~ı Palace of Labour II. s. palace; ~ həyatı palace life; ~ çevrilişi palace revolution; ~ şairi palace poet
Azərbaycanca-ingiliscə lüğət1 is. palais m ; ~ çevrilişi coup de palais
Azərbaycanca-fransızca lüğət1 сущ. сарай (1. гзаф гьайбатлу, зурба кӀвал, дарамат (пачагь ва я адан хзандин ва мс. гьахьтин); 2. дворец (общественный крар патал менфят къачудай зурба кӀвалер, дараматар); ** saray çevrilişi жемятдин иштираквал галачиз, сарайдин къенепатан къуллугъчийрин группади гужуналди пачагь тахтунай акъудун, масадалди эвез авун.
Azərbaycanca-ləzgicə lüğətiI (Quba) eyvan II (Cəlilabad, Dərbənd) tövlə. – Sarayda mallar da uladu (Dərbənd); – Bizdə pəyə demeylər, hamı saray dey. Saraya heyvannarı saleylar (Cəlilabad) III saray olmağ: (Salyan) başbeyni getmək, dəng olmaq. – Sizi saray olasuz, sə:rdən baş-qulağımı aparduz
Azərbaycan dilinin dialektoloji lüğəti.sar-çar (hökmdar) ailəsinin yaşadığı həşəmətli bina, ev.
Azərbaycan qadın adlarının izahlı lüğəti.