Sarac sözü azərbaycan dilində

Sarac

Yazılış

  • Sarac • 96.8750%
  • sarac • 3.1250%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sarac-Çuko (mağara)
Sarac-Çuko — Rusiya, Kabarda-Balkariya Respublikasının Baksan rayonunda arxeoloji abidə. == Yerləşməsi == Sarac-Çuko mağarası Fanduko çayının sol sahilində (yerli adı — Sarajuko; Kişpek çayının qolu — Baksan çayının qolu — Terek çayı hövzəsi), Rusiyanın Kabardia-Balkariya Respublikasında Nalçikdən 20 km şimal-qərbdə, Zayukovo kəndindən 4–6 km aralıda yerləşir. Sarac-Çuko mağarasının dəniz səviyyəsindən hündürlüyü 940 m-dir. Mağaranın hündürlüyü çayın indiki səviyyəsindən 30 m yüksəklikdədir. Sahəsi 300 kvadrat metrdən çoxdur. == Tarixi == 2016-cı ildə Sankt-Peterburq arxeoloqu E. V. Doroniçeva tərəfindən Sarac-Çuko mağarası arxeoloji yer olaraq kəşf edildi. Mağarada 2017-ci ildən bəri hərtərəfli araşdırmalar aparılır. Sarac-Çuko mağarasının tədqiqində Rusiyanın aparıcı elmi mərkəzlərindən olan arxeoloqlar, geomorfoloqlar, geoloqlar, geokimyacılar, fiziklər, palinoloqlar və paleontoloqlar iştirak edirlər. Sarac-Çuko mağarasının 6B qatında mövcud olan yer, Orta paleolit ​​dövründə Kabarda-Balkariya ərazisində məskunlaşma olduğunun ən qədim sübutudur. == Aparılan araşdırmalar == Sarac-Çuko mağarası, Şimali Qafqazdakı qədim zamanlarda vulkan mənşəli xammal yatağı — yeganə obsidian yatağından 4–7 km aralıda yerləşir.
Aşıq Hüseyn Saraclı
Aşıq Hüseyn Saraçlı (tam adı: Hüseyn Qurban oğlu Həsənov; 1916, Saraçlı, Borçalı qəzası – 12 iyul 1987, Saraçlı, Bolnisi rayonu) — Azərbaycan ustad aşığı. Borçalı aşıq məktəbinin görkəmli nümayəndəsi olmuşdur. == Həyatı == Aşıq Hüseyn Saraçlı 1916-cı ildə Gürcüstan Respublikası Bolnisi rayonunun Saraçlı kəndində Borçalının məşhur şəxslərindən olan Qurban kişinin ailəsində doğulub. Atası 1931-ci ildə kolxoz quruculuğu dövründə rus bolşevikləri tərəfindən güllələnib. Natamam orta təhsilini Saraçlı məktəbində alan Hüseyn onu sözün əsl mənasında şöhrətin zirvəsinə qaldıran, adını bütün Qafqazda, Türkiyə və Orta Asiyada dillər əzbəri edən aşıqlıq sənətinə hələ lap gənc yaşlarından başlayıb. Saz tutmağı Saraçlıda Aşıq İsmayıldan öyrənib, Aşıq İbrahim Quşçunun və Sarvan Bayramın yanında püxtələşib. Borçalının məşhur söz ustaları Faxralı Şair Nəbinin və Şair Ağacanın Allah vergisi ilə yoğrulmuş istedadından bəhrələnib. Aşıq Hüseyn Saraçlı boy-buxunu, oturuşu-duruşu, söz-söhbəti ilə yanaşı, həm də əxlaqı – yüksək mənəviyyatı ilə əsl ozan idi. Aşıq, yetişdirib ərsəyə çatdırdığı şəyirdləri Qəhrəman Süleymanlı, Əhməd Sadaxlı, Məhəmməd Sadaxlı, Sədi Ulaşlı, Nurəddin Qasımlı və başqaları ilə birlikdə dağlı-aranlı Borçalını at belində diyar-diyar dolaşar, dəvət olunduğu ellərdə ağır-ağır toylar edər, məclislər yola verərdi. Aşıq Hüseyn Saraçlı həm də yaradıcı aşıq idi.
Bığlı Hüseyn Saraclı
Bığlı Hüseyn, Bığlı Hüseyn Saraclı, Bığlı — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Sevan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Kəndin adı erməni mənbələrində Beqli Hüseyn, Bexlu formalarında da göstərilir. Kənd Kəvər (Kamo) rayonunun 22 km şimal-qərbində, Göyçə gölünün şimal-qərbində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930 - cu ildə Axta (Razdan) rayonunun ərazisinə daxil idi. Toponim Bığlı Hüseyn antroponimi ilə qazax tayfalarından biri olan saraclı etnonimi əsasında əmələ gəlib «Saraclı tayfasından olan Bığlı Hüseynə mənsub kənd» mənasını bildirir. Mürəkkəb quruluşlu etnotoponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 26 nəfər, 1873 - cü ildə 356 nəfər, 1886-cı ildə 505 nəfər, 1897-ci ildə 645 nəfər, 1908-ci ildə 658 nəfər, 1914 - cü ildə 846 nəfər, 1916-cı ildə 768 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri ermənilər tərəfindən qətlə yetirilmiş və vəhşicəsinə qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sağ qalan sakinləri geri dönmüşdür.
David Saracişvilinin evi
David Qabaşvilinin evi (gürc. მწერალთა სახლი) və ya Gürcüstan Yazıçılar Birliyinin binası – Tbilisi şəhərinin Sololaki rayonunda, Maçabeli küçəsi 13 ünvanında yerləşən malikanə tipli yaşayış binasıdır. Hazırda binada Gürcüstan Yazıçılar Birliyi yerləşir. == Tarixi == Bina, 1905-ci ildə xeyriyyəçi David Saracişvilinin (1848-1911) sifarişi ilə inşa edilmişdir. Binanın layihəsi berlinli memar Karl Zaar tərəfindən hazırlanmışdır. İnşaat işləri üçün seçilən yerdə daha əvvəl Saracişvilinin atasının evi olmuşdur. Tikinti 1903-1905-ci illərdə Aleksandr Ozorov və Korneli Tatsevin rəhbərliyi altında aparılmışdır. 1905-ci ilin mayında – Devid və Yekaterina Porakişvililərin gümüş toyuna kimi bina təhvil verilmişdir. Binanın memarlıq stili barokko və müasir memarlıq tərzlərinin qarışığından formalaşdırılmışdır. Malikanənin ineryerləri İlya Mamaçaşvili tərəfindən işlənmişdir.Evdə tez-tez yığıncaqlar, rəssamların görüşləri, müzakirələr, sərgilər və konsertlər təşkil olunurdu.
Fənərbaxça Şükrü Saracoğlu Stadionu
Fənərbaxça Şükrü Saracoğlu stadionu — Türkiyədə, İstanbul şəhərinin Kadıköy ilçəsində yerləşən futbol stadionu. Stadion 1908-ci ildə tikilmişdir. Türkiyənin ən böyük 4-cü stadionudur. Adını 1936-1950 illəri arasında Fənərbaxça prezidenti olmuş Türkiyənin keçmiş baş naziri Şükrü Saracoğludan almışdır. Dəfələrlə yenilənən stadion sonuncu dəfə 1999-2006 illərində təmir edilib. 2009-cu ildə Şaxtyor və Verder Bremen futbol klubları arasında baş tutmuş UEFA Kubokunun finalına ev sahibliyi edib. == Tarixi == Əvvəllər Silahdarağa, Papazın çayırı adlandırılan stadion ərazisində İngilis və yunan gənclər futbol oynayırdılar. 1908-ci ildə Cəmil Paşanın razılığı ilə stadion "Union Club" adı altında açıldı. Stadiondan illik istifadə dəyəri 30 qızıl idi. Stadionun tikilməsində 3000 qızıl pul xərclənmişdi və İngiltərədən gətirilmiş xüsusi ot örtüyü ilə örtülmüşdü.
Saraclı
Saraclı (Kəleybər) — İranda kənd. Saraçlı oymağı — Oğuz boylarından Bəydili boyuna mənsub oymaqlardan biri. Saraçlı (Borçalı) — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd Saraçlı (Manavqat) — Türkiyə Cümhuriyyəti Antalya ili, Manavgat ilçəsində kənd. Saraçlı (Aralıq) — Türkiyə Cümhuriyyəti İğdır ili, Aralıq ilçəsində kənd. Saraçlı (Geyvə) — Türkiyə Cümhuriyyəti Sakarya ili, Geyvə ilçəsində kənd. Saraçlı (Çərşənbə) — Türkiyə Cümhuriyyəti Samsun ili, Çərşənbə ilçəsində kənd. Saraçlı (Of) — Türkiyə Cümhuriyyəti Trabzon ili, Of ilçəsində kənd.OxşarBığlı Hüseyn Saraclı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Sevan rayonu ərazisində kənd.
Saraclı (Kəleybər)
Saraclı (fars. سراجلو‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 216 nəfər yaşayır (35 ailə).
Saraclı (Əhər)
Saraclı (fars. سراجلو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 359 nəfər yaşayır (79 ailə).
Saraclıdağ
Saraclıdağ — Şərur rayonu ərazisində, "Qurd qapısı" keçidindən 1,2 km cənub-qərbdə, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün cənub-şərq kənarında, Araz çayının sol sahilindəki Dəhnə-Vəlidağ tirəsinin suayırıcında, Dəhnə dağından (1154,2 m) 1,8 km şimal-şərqdə dağ. Hündürlüyü 1045 m-dir. Zirvə hissəsi Orta Devonun Eyfel mərtəbəsinə aid Qurdqapısı lay dəstəsinin, yamacları ondan yaşlı Danzik lay dəstəsinin əhəngdaşı, qumdaşı, kvarsit, şist və argillitlərindən təşkil olunmuş yastı təpəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının şimal-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli eyniadlı sinklinalının nüvə hissəsində yerləşir. Yamaclarında şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılma pozulmaları izlənilir.
Saracıq
Saracıq — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Saracıq kəndi öz adını "saraycıq" sözündən alıb. XVIII əsrin ikinci yarasında yaranıb. Öncə yurd yeri оlub. 1593-cü ilə bağlı Оsmanlı qaynağında kəndin adı Saraycıq kimi keçir. 1727-ci ilə bağlı Оsmanlı qaynağında Saracıq kəndinin adı çəkilmir. XIX əsrin əvvəllərində Xırdapara-Dizaq mahalının başkəndi оlub. Mahalın məliyi, qazısı və digər məmurları bu şenlikdə əyləşiblər. Mahalın məliyi Məlik Həsən Mоlla Səfi əfəndi оğlu idi. Оnun vəfatından sоnra оğlu Həmzə bəy mahala başçılıq etdi.
Saracıq (Urmiya)
Saracıq (fars. ساراجوق‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 125 nəfər yaşayır (30 ailə).
Solanum sarachidium
Solanum sarrachoides (lat. Solanum sarrachoides) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.
Solanum sarrachoides var. sarachidium
Solanum sarrachoides (lat. Solanum sarrachoides) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.
Şükrü Saracoğlu
Mehmet Şükrü Saracoğlu (1887[…], İzmir, Aydın vilayəti – 27 dekabr 1953, İstanbul) — Türk siyasətçi və dövlət xadimi, Türkiyənin 5-ci Baş Naziri, 1942–1946-cı illər ərzində Türkiyənin Baş naziri, 1938–1942-ci illər ərzində xarici işlər naziri, 1948–1950-ci illərdə isə TBMM-in sədri vəzifələrini icra etmişdir. Bundan başqa müxtəlif hökumətlərin tərkibində Təhsil, maliyyə və ədalət naziri vəzifələrini yerinə yetirmişdir. İsmət İnönü ilə birgə II Dünya müharibəsi illərində Türkiyənin tərəfsiz qalma siyasətinə yön verən şəxslərdən biridir. == Həyatı == Mehmet Şükrü Saracoğlu 1886-ci ildə İzmir əyalətinin Ödəmiş qəsəbəsində anadan olmuşdur. Atası Mehmet Tofiq Trabzonun Akçaabat qəsəbəsindən Ödəmişə köç etmiş və burada sərraclıqla məşğul olmuşdur. Anası Şərifə xanım isə ev qadını olan Şükrü Saracoğlu ailənin ilk uşağı idi. Köhnə maliyyə naziri Əhməd Zühdü paşanın nəvəsi Səadət Oraloğlu ilə evlənmiş, 3 övladı olmuşdur. == Təhsili və əmək fəaliyyəti == Orta məktəbi Ödəmişdə bitirdikdən sonra İzmir Atatürk liseyinə daxil olmuşdur. Buranı birinciliklə bitirərək təhsilini Məktəb-i Mülkiyyədə davam etdirmişdir. 1909-cu ildə təhsili başa çatdıraraq İzmir valiliyində məmur olaraq çalışmağa başlayır.
Şükrü Saracoğlu stadionu
Fənərbaxça Şükrü Saracoğlu stadionu — Türkiyədə, İstanbul şəhərinin Kadıköy ilçəsində yerləşən futbol stadionu. Stadion 1908-ci ildə tikilmişdir. Türkiyənin ən böyük 4-cü stadionudur. Adını 1936-1950 illəri arasında Fənərbaxça prezidenti olmuş Türkiyənin keçmiş baş naziri Şükrü Saracoğludan almışdır. Dəfələrlə yenilənən stadion sonuncu dəfə 1999-2006 illərində təmir edilib. 2009-cu ildə Şaxtyor və Verder Bremen futbol klubları arasında baş tutmuş UEFA Kubokunun finalına ev sahibliyi edib. == Tarixi == Əvvəllər Silahdarağa, Papazın çayırı adlandırılan stadion ərazisində İngilis və yunan gənclər futbol oynayırdılar. 1908-ci ildə Cəmil Paşanın razılığı ilə stadion "Union Club" adı altında açıldı. Stadiondan illik istifadə dəyəri 30 qızıl idi. Stadionun tikilməsində 3000 qızıl pul xərclənmişdi və İngiltərədən gətirilmiş xüsusi ot örtüyü ilə örtülmüşdü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.11 dəfə / 1 mln.
2007 ••••••• 0.21
2010 ••••••••••• 0.36
2019 •••••••••••••••••••• 0.70
2020 •••••••• 0.27

sarac sözünün etimologiyası

  • 1 Saracov soyadı, Saraclı kəndi var. Bu, sərrac sözünün dəyişmiş formasıdır. Alınma sözdür. Peşə bildirən söz olub yəhər, palan tikən ustalara deyiblər (Yusif Sərracı xatırlayın). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / sarac

sarac sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

yəhər, palan və s. hazırlayan, təmir edən və ya satan.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"sarac" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sarac nədir? #sarac sözünün mənası #sarac nə deməkdir? #sarac sözünün izahı #sarac sözünün yazılışı #sarac necə yazılır? #sarac sözünün düzgün yazılışı #sarac leksik mənası #sarac sözünün sinonimi #sarac sözünün yaxın mənalı sözlər #sarac sözünün əks mənası #sarac sözünün etimologiyası #sarac sözünün orfoqrafiyası #sarac rusca #sarac inglisça #sarac fransızca #sarac sözünün istifadəsi #sözlük