Saracıq
Saracıq — Azərbaycan Respublikasının Füzuli rayonunun Qarakollu kənd inzibati ərazi dairəsində kənd.
== Tarixi ==
Saracıq kəndi öz adını "saraycıq" sözündən alıb. XVIII əsrin ikinci yarasında yaranıb. Öncə yurd yeri olub. 1593-cü ilə bağlı Osmanlı qaynağında kəndin adı Saraycıq kimi keçir. 1727-ci ilə bağlı Osmanlı qaynağında Saracıq kəndinin adı çəkilmir. XIX əsrin əvvəllərində Xırdapara-Dizaq mahalının başkəndi olub. Mahalın məliyi, qazısı və digər məmurları bu şenlikdə əyləşiblər. Mahalın məliyi Məlik Həsən Molla Səfi əfəndi oğlu idi. Onun vəfatından sonra oğlu Həmzə bəy mahala başçılıq etdi.