* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 qoş. Başqa, qeyri. Səndən savayı adamım yoxdur. Evdə uşaqdan savay adam yox idi. – Təsvir etdiyimiz Mirzə Mustafanın göstərdiyimiz sifətlərdən savayı bir başqa sifəti də var idi. E.Sultanov. [Gülpəri:] Ayrandan savay nəyim olacaqdır? N.Nərimanov. Başımı yavaşca qovzayıb yan-yörəmə baxdım. Heyvan sümüyündən və zibildən savayı bir şey görmədim. Çəmənzəminli.
Azərbaycan dilinin izahlı lüğəti / savayı1 SAVAY(I) [Xəlil:] Dükanda məndən savayı bir neçə kətdi də var idi (C.Məmmədquluzadə); BAŞQA Uğur: Səndən yaxşılıqdan başqa heç nə eşitməmişəm (İ.Əfəndiyev); QEYRİ Ey sevdiyim səndən qeyri kimim var?! (M.V.Vidadi); MAƏDA (köhn.) ..darülfünun yoldaşlarından maəda, mürəbbiyəsi olan Mariya da, böyük maneələr göstərməkdə idi (M.S.Ordubadi); MASƏVA (kl.əd.) Qurbanəli: Ondan masəva “doğrusunu demək, dörd-beş il bundan qabaq bir neçə ağaların uşaqları oxuyub.. (N.Nərimanov); ÖZGƏ Axund: Orada düyüdən savay, özgə şey yeməzlər (C.Məmmədquluzadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / savayı1 послел. кроме: 1. за исключением, не считая кого-л., чего-л. Səndən savayı кроме тебя, onun məndən savayı heç kəsi yoxdur кроме меня, у него (неё) нет никого 2. сверх кого-л., чего-л., вдобавок к кому-л., чему-л., помимо. Bu lüğətlərdən savayı onun çoxlu başqa kitabları da var кроме (помимо) этих словарей, у него есть много других книг
Azərbaycanca-rusca lüğət / savayı1 qoş. except; besides; bundan ~ besides (that); furthermore, in addition
Azərbaycanca-ingiliscə lüğət / savayı