Saday sözü azərbaycan dilində

Saday

Yazılış

  • Saday • 99.1525%
  • saday • 0.5085%
  • SADAY • 0.3390%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Saday Abbasov
Saday Həmid oğlu Abbasov — fizika riyaziyyat elmləri namizədi (1984), dosent (2005-2012). == Həyatı == Saday Həmid oğlu Abbasov 1955-ci il iyunun 19-da Bərdə rayonu Mirzalıbəyli kəndində anadan olub. 1962-1972-ci illərdə Salyan şəhəri 4 saylı məktəbdə oxuyub. 1972-1977-ci illərdə BDU-nun (köhnə ADU-nun) fizika fakültəsində təhsil alıb. 1977-1978-ci illərdə Azərbaycan EA-nın “Kaspi” EM-də mühəndis işləyib. 1978-ci ildən BDU-da çalışan Saday Abbasov Fizika fakültəsinin “Optika və molekulyar fizika” kafedrasında mühəndis (1978-1979) işləmişdir. 1979-1994-cü illərdə isə BDU-nun Fizika fakültəsinin Molekulyar biofizika kafedrasında və ETL-da kiçik elmi işçi vəzifəsində çalışmışdır. Sonrakı illərdə BDU-nun Fizika fakültəsində baş müəllim (1994-1996), böyük elmi işçi (1996-2005), 2005-ci ildən ömrünün sonuna qədər (6 may 2012) isə “Optika və molekulyar fizika” kafedrasında dosent vəzifəsində çalışmışdır. 1984-cü ildə “Heksadeka-Valinomisin molekulunun və onun bir neçə üzvü ionlarla qeyri-valent komplekslərinin nəzəri konformasiya analizi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika–riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Molekulyar fizika və Biomolekulların fizikası Saday Abbasovun tədqiqat sahəsi idi.
Saday Budaqlı
Saday Budaqlı (13 noyabr 1955, Qazax) — Azərbaycanlı yazıçı, tərcüməçi. Azərbaycan Yazıçılar Birliyinin Qazax şöbəsinin katibi (1989-1993), Azərbaycan Dövlət Radiosunda baş redaktor (1993-2009), Maksim Qorki adına Ümumittifaq Mükafatı, Moskvada nəşr edilən "Nedelya" həftəlik məcmuəsinin laureatı, "Drujba Narodov" jurnalının "İlin ən yaxşı hekayəsi" mükafatını alıb (1982). 2009-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" mükafatına layiq görülüb. == Həyatı == Saday İsmayıl oğlu Budaqlı 1955-ci il noyabrın 13-də Qazax rayonunda anadan olub. 1984-cü ildə M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. == Fəaliyyəti == 1984-1989-cu illərdə "Yazıçı" nəşriyyatında redaktor işləyib. 1989-1993-cü illərdə Yazıçılar İttifaqının Qazax şöbəsinin katibi olub. 1993-2009-cu illərdə Azərbaycan Dövlət Radiosunda baş redaktor vəzifəsində çalışıb. Povest və hekayələrdən ibarət kitabları Bakıda və Moskvada Azərbaycan və rus dillərində çapdan çıxıb. Hekayələri ingilis, yapon, litva, türk və başqa dillərə də tərcümə olunub.
Saday Məmmədəliyev
Saday Rza oğlu Məmmədəliyev (1 mart 1998, Darkənd, Naxçıvan Muxtar Respublikası – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin maxeyi, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Saday Məmmədəliyev 1998-ci il martın 1- də Ordubad rayonunun Darkənd kəndində anadan olmuşdur. Orta təhsilini Aza kənd məktəbində aldıqdan sonra hərbi xidmət üçün Şahbuz rayonuna yollanmışdır. == Hərbi xidməti == Hərbi xidmətini xüsusi təyinatlı olaraq etmiş, hərbi xidmət müddəti bitdikdən sonra hərbiyə olan marağına görə hərbidə qalıb MAXE olaraq Vətəninə xidməti davam etdirmişdir. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Saday Məmmədəliyev 2020-ci il oktyabrın 11-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Müharibə zamanı XT qrup kəşfiyyatçı-radioteleqrafçı kimi hərbi xidmətini yerinə yetirib, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ailəsi ilə ən son 24 oktyabrda danışmış, Şuşaya çox az qaldığını söyləmişdir. Saday Məmmədəliyev 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Naxçıvan şəhəri,Ordubad rayonu Darkənd kəndində dəfn edilmişdir. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Saday Məmmədəliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Saday Məmmədəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Saday Şəkərli
Şəkərov Saday Əsəd oğlu (Şəkərli) — şair, 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Saday Şəkərli 1959-cu il sentyabrın 7-də Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olmuşdur. Burada səkkizillik məktəbi bitirmişdir. Bakıda 18 saylı texniki-peşə məktəbində, Bakı sənaye-pedaqoji texnikumunda təhsil almışdır (1976-1980). Rusiyada Saratov Kənd Təsərrüfatı Mexanizasiyası İnstitutunda təhsilini davam etdirmişdir (1980-1985). Bədii yaradıcılığa tələbəlik illərində başlamışdır. "Məhəbbət ağacı" adlı ilk şeirlər toplusu 1985-ci ildə Saratov şəhərində dərc edilmişdir. 1984-cü ildə Gənc yazıçıların Moskvada keçirilən 8-ci Ümumittifaq seminar-müşavirəsinin iştirakçısı olmuşdur. Əmək fəaliyyətinə 1988-ci ildən Cəlilabad rayonunun suvarma idarəsində başlamışdır. Sonra burada kiçik müəssisə təşkil etmişdir.
Saday Əliyev
== Həyatı == Saday Əliyev 1948-ci il iyulun 1-də Hacıqabul rayonunun Navahı kəndində, ziyalı ailəsində dünyaya göz açmışdır. 1966-cı ildə Nizami adına Navahı kənd orta məktəbinin 11-ci sinifini qızıl medalla bitirmişdir. Elə həmin il N.Nərimanov adına Azərbaycan Tibb Universtetinin müalicə-profilaktika fakultəsinə daxil olmuş, 1972-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. == Fəaliyyəti == Saday Əliyev 1972-1974-cü illərdə Almaniyadakı Sovet Qoşun qruplarının tərkibində hərbi həkim, 1974-1978-ci illərdə Bakı şəhəri,Qaradağ rayonunun 23 saylı birləşmiş xəstəxanasında cərrah işləmişdir. Lakin, Saday Əliyev həkim işləməklə yanaşı, elmin sirlərinə yiyələnmək arzusu ilə yaşayırdı. Bu istəklə o,1978-ci ildə ATU-nun “Cərrahiyyə” ixtisası üzrə kliniki ordinaturasına daxil olmuş,1980-cı ildə oranı bitirdikdən sonra I hospital cərahiyyə kafedrasında baş laborant vəzifəsində saxlanmışdır. 1988-cı ilədək I cərrahi xəstəliklər kafedrasının assisenti, 1996-2006-cı illərdə dosent vəzifələrində işləmişdir. 1988-ci ildə “Yüksək risk qrupundan olan xəstəliklərdə öd daşı xəstəliyinin müasir operativ müalicəsinin təhlili” mövzusunda namizədlik dissertasiyasını, 2001-ci ildə isə “Çənbər bağırsağın şiş mənşəli obturasion keçməzliyinin cərrahi müalicəsinin nəticələrinin yaxşılaşdırılması yolları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Saday Ağalar oğlu Əliyev 2006-cı ildə ATU-nun Elmi şurasının qərarı ilə I cərrahi xəstəliklər kafedrasının professoru seçilmişdir. O, Tibb Universitetinin Elmi şurasının üzvü, Doktorluq Dissertasiya Şurasının Elmi katibidir.
Vladimir Saday
Vladimir Saday (çuvaşca: Владимир Сатай, Vladimir Leotyeviç Saday (Sırılnikov), 31 mart 1926, Ulyanovsk vilayəti – 22 iyul 1991, Çeboksarı) — çuvaş yazıçısı, tərcüməçisi, 1951-ci ildən SSRİ Yazıçılar Birliyinin üzvü == Həyatı == Vladimir Saday 31 mart 1926-cı ildə Rusiya Federasiyasının, Ulyanovsk vilayəti, Silininsk rayonu, Kaşa kəndində anadan olmuşdur.Orta məktəbi bitirdikdən sonra İkinci Dünya müharibəsinə getmişdir. Müharibə bitdikdən sonra Uşaq Şərqdə Yaponiyaya qarşı müharibədə iştirak etmiş, daha sonra Monqolustan,Çin və Koreyada hərbi xidmətini davam etdirmişdir. Ehtiyata göndərildikdən sonra iki il “Ümumi iş” («Пĕрлешӳллĕ ĕç») qəzetində məsul katib vəzifəsində çalışmışdır. 1951-ci ildə Çeboksarıya gələrək “Bayraq” («Ялав») ədəbi dərgisində və «Çамрăк коммунист» qəzetində çalışmışdır. M.Qorki adına Ədəbiyyat İnstitunda təhsil almışdır. 1951-ci ildə SSRİ Yazıçılar Birliyinin üzvü seçilmişdir. 22 iyul 1991-ci ildə Çuvaşiyanın paytaxtı Çeboksarı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == === Yaradıcılığı === Vladimir Saday çuvaş dilində yazılmış bir çox hekayə və romanların müəllifidir. Onun 20-dən artıq kitabı nəşr olunmuşdur. Əsərlərinin xeyli hissəsi rus dilinə tərcümə edilmişdir.
Baba Sadayoşi
Baba Sadayoşi (馬場貞由, 1787 – 12 sentyabr 1822) – Edo dövründə yaşamış Yaponiya tərcüməçisi və ranqaku alimi. Sacuro (佐十郎), Kokuri (穀里) və Teyyu (貞由) adlarından da istifadə etmişdir. Yaponiyada vaksinasiyaya və Qərb metallurgiyasına dair ilk əsərlərin müəllifi olmuşdur. == Karyerası == Baba Sadayoşi Şizuki Tadaonun şagirdi olmuş, holland dilini öyrənmiş və Yaponiyanın Naqasaki şəhərində yerləşən Tərcüməçilik Bürosunda işləmişdir. 1808-ci ildə Edo şəhərinə dəvət olunaraq Astronomiya Bürosunun tərcüməçisi olmuşdur.1811-ci ildə yaradılmış Barbar Kitablarının Tərcüməsi Ofisində işləməyə başlamış və buradakı ilk işi Vasili Qolovninin gəmisində tapılmış məktubları tərcümə etmək olmuşdur. O, Ezo adasına gedərək Qolovnindən rus dili təlimi almışdır. 1811–1839-cu illərdə nəşr olunmuş "Kosey şinpen" (azərb. "Sağlamlıq üçün yeni kompendium"‎) əsərinin tərtibində iştirak etmişdir. == Əsərləri == O, holland dilində bir neçə kitabın müəllifi olmuşdur. Holland dili ilə yanaşı rus dilini də öyrənmiş, Mixail Lomonosovun şeirlərini rus dilindən yapon dilinə tərcümə etmişdir.
Vaynay Sadayuki
Vaynay Sadayuki (和井内貞行, 29 mart 1858 – 16 may 1922) – Yaponiya balıq seleksiyaçısı. Heç bir balığın yaşaya bilməyəcəyi düşünülən Tovada gölü üçün alabalıq cinsi yetişdirməsinə görə tanınır.1858-ci ildə Yaponiyanın Mutsu əyalətində (hazırda Akita prefekturası) anadan olub. 1884-cü ildə Tovada gölü üçün iki karp cinsi yetişdirsə də, uğur qazana bilməyib. 1902-ci ildə Hokkaydonun Şikotsu gölündən gətirilmiş nerkaları gölə uyğunlaşdırmağa çalışıb. 1905-ci ildə nəhayət göl üçün balıq cinsi yetişdirməyi bacarıb. Daha sonra Yaponiyada bir çox balıq yaşamayan gölə də bu cinsi təqdim edib. Yetişdirdiyi balıq cinsi onun şərəfinə Vaynay alabalığı kimi tanınır.1922-ci ildə ölmüşdür. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan. VIII cild. Tokio: Kodansha.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.15 dəfə / 1 mln.
2003 ••• 1.57
2004 ••• 1.35
2005 •••• 2.02
2006 ••• 1.13
2007 0.42
2008 0.24
2009 ••••• 2.72
2010 •••• 2.18
2011 •• 1.03
2012 •• 0.86
2013 •••• 2.04
2014 0.34
2015 •••••••••• 5.10
2016 •••••••••••••••••••• 10.93
2017 ••••••• 3.41
2018 ••••••• 3.30
2019 ••• 1.11
2020 0.13

saday sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

sayılan, hörmət edilən, hörmətli.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"saday" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#saday nədir? #saday sözünün mənası #saday nə deməkdir? #saday sözünün izahı #saday sözünün yazılışı #saday necə yazılır? #saday sözünün düzgün yazılışı #saday leksik mənası #saday sözünün sinonimi #saday sözünün yaxın mənalı sözlər #saday sözünün əks mənası #saday sözünün etimologiyası #saday sözünün orfoqrafiyası #saday rusca #saday inglisça #saday fransızca #saday sözünün istifadəsi #sözlük