Sadako və min kağız durna
Sadako və Min Kağız Durna — 1977-ci ildə nəşr olunan Amerikalı yazıçı Eleanor Koerin uşaqlar üçün yazdığı kitabdır.
İbtidai məktəblərdə sülh təhsil proqramları üçün istifadə etmək məqsədilə kitab dünyanın bir çox dilinə tərcümə edilib. Yapon məktəblisi Sadako Sasakinin hekayəsi Sietldə Xeyirxahlıq oyunlarının açılış mərasimində teatrda oynanıldı, 400 yerli məktəbli camaata 20000 kağız durna payladı, bununla da Sadakonun xatirəsi anıldı. Sietldəki suvenir durnalar ehtimal olunur ki, Yaponiyadan uşaqlar tərəfindən göndərilmiş 1000 ədəd orijinal hissədən hazırlanmışdır.
== Məzmun ==
Sadako Sasaki Xirosima və Naqasakinin ABŞ tərəfindən atom bombardmanı zamanı Xirosimada yaşayırdı. Xirosima bombalanarkən Sadako iki yaşında idi. Sadako partlayış baş verən vaxt evdə — partlayışın baş verdiyi yerdən 1 mil uzaqlıqda idi. Onun boynu və qulaqları arasında şişlər, 1955-ci ilin yanvarında isə ayaqları üzərində bənövşəyi ləkələr əmələ gəlir. Sonralar ona, leykemiya diaqnozu qoyulur.
Sadakoya leykemiya diaqnozu qoyulandan sonra, xəstəxanada o, min kağız durna düzəltmək ümidilə vaxtını keçirirdi.