Kazak sözü azərbaycan dilində

Kazak

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Kazak • 50.1529%
  • kazak • 49.2355%
  • KAZAK • 0.6116%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

kazak sözünün leksik mənası və izahı

  • 1 1. tar. XV-XVII əsrlərdə Rusiyada: feodal və mülkədarların zülmündən ucqarlara (Don, Yaik, Zaporojye) qaçıb azad olmuş təhkimli kəndlilərə, nökərlərə və şəhər yoxsullarına mənsub adam. XVI əsrdə rus dövlətinin hüdudunda, Donətrafı düzənlərdə çoxlu azad kazaklar yaşayırdı. Bunlar, əsasən, feodalların zülmündən qaçmış kəndlilər və nökərlər idi. 2. İnqilabdan qabaq Rusiyada: XVIII əsrdən başlayaraq imtiyazlı şərtlərlə torpaqdan istifadə müqabilində xüsusi qoşun hissələrində xidmət etməli olan Don, Kuban, Terek, Orenburq və b. vilayətlərdə doğulmuş adam; hərbi silk nümayəndəsi. // Həmin vilayətlərin əhalisindən düzəlmiş hərbi hissələrdə (adətən süvari qoşunlarda) öz atları və əsləhəsi ilə xidmət edən əsgər. Kazak süvariləri. – İrəvanda Cəfərabad məhəlləsində oturan kazak qoşunları iyunun ikisində Kənargir dağına, yaylağa gedəsi idilər. C.Məmmədquluzadə. // İnqilabdan əvvəl Rusiyada: inqilabi hərəkatı boğmaq, fəhlə tətillərini yatırmaq üçün istifadə edilən xüsusi süvari qoşunların əsgəri. Yanlarında çapar, kazak, yüzbaşı; Daşınır Hacının əmliyi, aşı. H.K.Sanılı. Keçmişdə kəndə pristav gələndə atlı kazaklar pristav düşən evin yüz metrliyinə adamları buraxmazdılar. Ə.Sadıq. 3. Keçmiş hərbi vilayətlərdə doğulmuş şəxs, kəndli. Don kazakları. Terek kazakları.

    Azərbaycan dilinin izahlı lüğəti / kazak
  • 2 əsgər; süvari dəstəsi; könüllü, sərbəst; qoçaq.

    Azərbaycan kişi adlarının izahlı lüğəti / kazak

kazak sözünün etimologiyası

  • 1 Radlov türk mənşəli hesab edir və mənasını belə açır: “свободный, не­за­висимый человек, искатель приключений…”. Söz rus mənbələrində ilk dəfə 1395-ci ildə işlədilib. Deməli, kazaklar Rusiyaya XIV əsrdən gəlmiş ola bilərlər. Güman edilir ki, türk xalqlarıdır, bizim Qazax rayonunun adı da onların adı ilə qohumdur. Sözün mənşəyi ozan, gəzən kəlmələri ilə bağlıdır. M.Fasmer onları qırğız hesab edir: qırğız-“qır” (çöl) və “gəzmək (çöldə gəzən)” deməkdir. Onlara kaysaki də deyiblər. Deməli, qırğız və qazax eyni kökə malik sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti) Orta əsrlərin sonlarında Şərqi Avropa tez-tez düşmən hücumlarına məruz qalırdı. Belə şəraitdə ən ağır vəziyyətdə və əsarət altında qalanlar kəndlilər idi. Onların bir qismi Qara dənizin şimalında yerləşən səhralara qaçmağa məcbur oldu. XV əsrdə oralar hələ də “yiyəsiz” torpaqlar idi. Türklər bu qaçqınları kusak (qusak), yəni fırıldaqçı, macəraçı adlandırırdılar. Beləliklə də, rus dilində “kazak”, ingilis dilində isə “cossack” sözləri yarandı. XVI əsrdə cənub-şərqdə, kazakların Ukraynada yerləşdikləri torpaqlar polyakların təsiri altına keçdi. Amma XVII və XVIII əsrlərdə ruslar polyakları məğlub edə bildilər və beləliklə də, 1800-cü ilə kazakların yaşadıqları torpaqlar artıq Rusiyaya məxsus idi. Kazaklar çox gözəl at minir və olduqca cəsur döyüşçü idilər. XIX əsrin sonu – XX əsrin əvvəllərində Rusiya hökuməti kazaklardan daxili çaxnaşmaların yatırılmasında istifadə edirdi. Yuxarıdan gələn əmrlə kazaklar üsyançılara hücum edir və elə yenə də yuxarıdan gələn əmrlə yəhudi talanları törədirdilər. (Ayzek Azimov. Sözlərin tarixi)

    Azərbaycan dilinin etimologiya lüğəti / kazak

kazak sözünün rus dilinə tərcüməsi

  • 1 1. казак; 2. казацкий;

    Azərbaycanca-rusca lüğət / kazak
  • 2 I сущ. казак: 1. в Русском государстве XV-XVII вв.: вольный человек из бежавших на окраины русского государства (Дон, Яик, Запорожье) крепостных крестьян, холопов и городской бедноты. Azad kazak вольный казак 2. в с XVIII в. до 1917 г.; представитель военного сословия-уроженец войсковых областей (Кубанской, Терской и др.), обязанный нести службу в особых войсковых частях за льготное пользование землей 3. рядовой особых войсковых частей, несущий военную службу со своим снаряжением и вооружением, имея собственного коня 4. в России до 1917 г.: боец особых кавалерийских частей, часто использовавшихся для подавления восстаний 5. крестьянин, уроженец бывших войсковых областей II прил. казацкий, казачий. Kazak dəstələri казацкие отряды, kazak alayı казачий полк, kazak kəndi казачья станица

    Azərbaycanca-rusca lüğət / kazak

kazak sözünün ləzgi dilinə tərcüməsi

"kazak" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kazak nədir? #kazak sözünün mənası #kazak nə deməkdir? #kazak sözünün izahı #kazak sözünün yazılışı #kazak necə yazılır? #kazak sözünün düzgün yazılışı #kazak leksik mənası #kazak sözünün sinonimi #kazak sözünün yaxın mənalı sözlər #kazak sözünün əks mənası #kazak sözünün etimologiyası #kazak sözünün orfoqrafiyası #kazak rusca #kazak inglisça #kazak fransızca #kazak sözünün istifadəsi #sözlük