Kağan sözü azərbaycan dilində

Kağan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Kağan • 89.6552%
  • kağan • 10.3448%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kağan
Xaqan (q.türk 𐰴𐰍𐰣) — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu. "Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi. Monqol imperiyasında kaan şəklində idi. == İstifadəsi == Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər. 551-ci ildə avarlar və göytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları — xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər.
Kağan (Özbəkistan)
Kağan (özb. Kogon) — Özbəkistanın Buxara vilayətində şəhər. 1989-cu ildə əhalisi 48.054 nəfər imiş. Kağan keçmişdə Yeni Buxara (özb. Yangi Buxoro) kimi tanınarmış. == Tarix == Rus imperatorluğu yeni torpaqları imperiyanın mərkəzi ilə sürətli bir şəkildə çağdaş ticarət yolları ilə birləşdirməyə çalışırdı. Bu problemin ən yaxşı həlli dəmir yollarının tikintisi idi. Kağan dəmiryolu işçiləri üçün Rusiyanın Yeni Buxara kəndi kimi quruldu. 1888-ci ildə Transxəzər dəmir yolu xəttindəki stansiyalara və yollara qulluq göstərmək üçün Buxaradan 12 kilometr aralıda tikilən kənd, neçə ildən sonra bir növ səfirlik şəhərinə çevrildi. O dönəmlərdə yaşayış binalarının tikintisi üçün torpaq sahələri Buxara hökumətindən hər kvadrat sazen üçün təxminən 50 qəpik (3 Buxara tengəsi) qiymətinə satılırdı.
Movses Kağankatvatsi
Moisey Kalankatlı və ya Movses Kağankatvatsi (900, Kalankat, Uti – bilinmir) — tarixçi. Etnik mənşəyi haqqında məsələ mübahisəli olaraq qalır. Moisey Kalankatlı qüdrətli alban hökmdarı Cavanşirin müasiri idi. Məhz bu dövr Qafqaz Albaniyasının siyasi və mədəni dirçəlişi dövrü sayılırdı. Hərbi istedadı, müdrik və çevik siyasəti ilə Albaniyanı öz əzəli hüdudlarında - cənubda Araz çayından, şimalda Dərbəndədək olan ərazidə birləşdirən və bərpa edən, müstəqil daxili və xarici siyasət yürüdən, alban kilsəsinin müstəqilliyini qoruyub saxlayan Cavanşir, şübhəsiz ki, xüsusi yazılı abidədə öz dövrünün inkişafını görmək arzusu ilə Moisey Kalankatlıya "Alban tarixi" kitabını sifariş verir. Həmin kitabın meydana gəlmə səbəblərindən biri də budur. Moisey Kalankatuklu, "Albaniya tarixi". Mxitar Qoş, "Alban salnaməsi". Ziya Bünyadovun tərcüməsində, Bakı, Elm, 1993. Təkrar nəşr: Moisey Kalankatuklu, "Albaniya tarixi".

kağan sözünün etimologiyası

  • 1 Mənbələrdə bu sözün yerinə bağan kəlməsi işlədilib və “halqa” kimi izah olunur. Ehtimal ki, boğmaq, bağlamaq feili zəminində yaranıb. Kağan boyun­du­ruq­la qolu birləşdirən halqaya deyilir. Deyim də var: kotan nə bilir ki, kağan nə çəkir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / kağan

kağan sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. диал. ремень из кожи буйвола или быка, используемый в дышловой запряжке быков и буйволов

    Azərbaycanca-rusca lüğət / kağan

kağan sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Çənbərək, Gədəbəy, Gəncə, Qazax, Tovuz) xışın və ya arabanın qolunu boyunduruğa birləşdirən qayış. – Boyunduruğun kağanı yiyilif, onu düzəlt (Tovuz); – Kağan xam ağ gönnən qayrılır (Gəncə); – Öküzün ağzı yoxuşa tüşəndə qırılmadımı kağan qəfil (Gədəbəy); – Kağan keşmişdə olordu (Qazax)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"kağan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kağan nədir? #kağan sözünün mənası #kağan nə deməkdir? #kağan sözünün izahı #kağan sözünün yazılışı #kağan necə yazılır? #kağan sözünün düzgün yazılışı #kağan leksik mənası #kağan sözünün sinonimi #kağan sözünün yaxın mənalı sözlər #kağan sözünün əks mənası #kağan sözünün etimologiyası #kağan sözünün orfoqrafiyası #kağan rusca #kağan inglisça #kağan fransızca #kağan sözünün istifadəsi #sözlük