* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. tar. Qədim türk və monqol hökmdarlarına verilən ad, titul. Xəzər xaqanı. – [Cəllad:] Xaqan, ulu xaqan! Əfv et onu, ver qətlimə fərman! H.Cavid. // köhn. Padşah, hökmdar, sultan. Xaqanlar başına şeşpər çaldıran; Qulac qollar buran qoç Koroğludur. “Koroğlu”. Neçə firon, neçə xaqan ölüb getdi bu dünyadan. O.Sarıvəlli.
Azərbaycan dilinin izahlı lüğəti / xaqan3 Qədim türk xalqlarında hökmdarlara verilən ad, titul. (“Koroğlu” dastanının lüğəti) Düşmanın üstünü quştək aldıran, Aslanlar dişindən ovlar saldıran, Xaqanlar başına şeşpər çaldıran, Qulac qollar buran qoç Koroğludur. (“Eyvazın Çənlibelə gətirilməyi”)
Azərbaycan dastanlarının leksikası / xaqan1 Mətinin (Metenin) atası Tuman hakimiyyətdə (e.ə. 220-209) olarkən tanhu sözü titul bildirib. Tanhu (“ululuq”, “ucalıq” deməkdir) sonradan yabqu, o isə kağan, nəhayət, xaqan formasını kəsb edib. Deməli, xaqan “ulu” deməkdir. O, Göy Tanrının yerdə təmsilçisi hesab olunurmuş. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / xaqan1 сущ. истор. каган: 1. титул главы государства у тюркских народов в средние века 2. лицо, носившее этот титул 3. наименование Хазарского хана в VIII-X вв
Azərbaycanca-rusca lüğət / xaqan1 i. 1. Khakan (the title of Mongolian, Chinese and Turkish rulers); 2. arx. sovereign, ruler, monarch
Azərbaycanca-ingiliscə lüğət / xaqan1 сущ, ист. хакъан (къадим туьрк ва монгол гьукумлдарриз ганвай тӀвар, титул); // куьгьн. пачагь, султан, гьукумдар.
Azərbaycanca-ləzgicə lüğəti / xaqan