xalqa sözü azərbaycan dilində

xalqa

Yazılış

  • xalqa • 96.0523%
  • Xalqa • 3.9237%
  • XALQA • 0.0240%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Faşizmə ölüm, xalqa azadlıq
Faşizmə ölüm, xalqa azadlıq — İkinci Dünya müharibəsi dövründə Yuqoslaviya Xalq Qurtuluş müharibəsi zamanı, xüsusilə Yuqoslav partizanları olmaqla, Yuqoslaviyadakı bütün müqavimət hərəkatının rəsmi şüarı kimi tanınan şüar. Bu şüar müharibədən sonra da Yuqoslaviya Sosialist Federativ Respublikasında və Dünya Kommunist Hərəkatı tarixində əhəmiyyətli bir yerə sahib olmuşdur. Müharibə və müharibədən sonrakı illərdə Partizan Müqavimət Hərəkatı üzvləri rəsmi və ya qeyri-rəsmi yazışmalarda və çıxışlarda "SFSN" şəklində şüarın qısaldılmış formasından son qeyd və ya təbrik sözü olaraq istifadə edirdilər. İkili söhbətlərdə bir şəxs "Smrt fašizmu" deyəndə, digər şəxs cavab olaraq "Sloboda narodu" deyərək qarşılıq verirdi. == Tarixi == 22 may 1942-ci ildə Yuqoslaviya partizanı Stepan Filipovic edamından bir neçə saniyə əvvəl bu şüarı söylədikdən sonra şüar məşhur oldu. Filipovic edam edilmək üçün ip boynuna keçirildiyində iki əlini yumruq şəklində havaya qaldıraraq "Faşizmə ölüm, xalqa azadlıq" deyə qışqırmışdı. Filipovicin bu anı bir çox yerlərdə təsvir edilmiş və heykəli düzəldilmişdi. Müharibə illərində Partizan Müqavimət Hərəkatının əsas nəşri olan Xorvat qəzeti "Vjesnik" 1941-ci il avqust nömrəsində həmin şüar başlıq kimi istifadə edilmişdir. Yuqoslaviya Kommunist Partiyası Yuqoslaviyanı işğal edən Üçüncü Reyxin ordularına qarşı səfərbərlik elan etmiş, 1841-ci ildə Yuqoslav xalqına bu şüarla müraciət edərək müqavimət hərəkatları yaratmaq üçün çağırış etmişdir. Partizan Baş Qərargah Bülleteni bu sözü 16 avqust 1941-ci il tarixli ilk nömrəsində istifadə etmişdir.
Türk (türk xalqalrının əfsanəvi əcdadı)
Türk — türklərin əfsanəvi əcdadı, bəzi mənbələrə görə Bibliyadakı Yafətin oğlu, Nuhun nəvəsi. Türkün Yafətin nəslindən gəlməsi erkən dövr müsəlman etnogenealogiyalarında qeyd edilir. Əbulqazi Bahadır xanın "Şəcərəyi türk" əsərinə görə Türk Yafətin səkkiz oğlundan biridir və Yafət Türkü öz yerinə seçərək digər oğullarına onu hökmdar kimi tanımağı və ona tabe olmağı əmr edir. Əfsanəyə görə oğuz türklərinin əcdadı Oğuz xan Türkün nəslindəndir. Hələ VIII əsrə aid ərəb dilində yazılmış əsərlərdə görülən ilk müsəlman etnogenealogiyalarında türklər slavyanlar və Yəcuc və Məcuc xalqları ilə birlikdə Yafət nəslinə aid edilir. Təbəri (IX–X əsrlər) Yafətin nəslindən gələnlər arasında ət-Türkün adını çəkir, digər bir yerdə isə ibn İshaqa (VIII əsr) istinad edərək təkrar onun adını çəkir. X əsr yaşamış Məsudi "oğlaq altında", yəni şimalda yaşayan Yafət nəslinin nümayəndələri haqqında yazırdı; onların arasında ət-Türk də var idi. X əsrə aid anonim müəllif tərəfindən yazılmış "Müxtəsər əl-əcaib" əsəri Yafətin nəslindən gələnlərə ət-Türkü də aid edirdi. Anonim müəllif tərəfindən farsca yazılmış "Mücmal-ət-təvarix" əsəri (XII əsr) türklərin Yafətin nəslindən olduğu qeyd edilir, soy başlarının arasında Türkün də adını çəkir. Tarix, ilahiyyat və tibb mövzusunda ərəbcə əsərlər yazmış İsgəndəriyyə patriarxı II Evtixiy və ya daha çox tanındığı adı ilə Səid ibn Batrik(en) (X əsr) də Ət-Türkü Yafətin nəslindən gələnlər arasında çəkir.

xalqa sözünün türk dilinə tərcüməsi

"xalqa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xalqa nədir? #xalqa sözünün mənası #xalqa nə deməkdir? #xalqa sözünün izahı #xalqa sözünün yazılışı #xalqa necə yazılır? #xalqa sözünün düzgün yazılışı #xalqa leksik mənası #xalqa sözünün sinonimi #xalqa sözünün yaxın mənalı sözlər #xalqa sözünün əks mənası #xalqa sözünün etimologiyası #xalqa sözünün orfoqrafiyası #xalqa rusca #xalqa inglisça #xalqa fransızca #xalqa sözünün istifadəsi #sözlük