halla sözü azərbaycan dilində

halla

Yazılış

  • halla • 86.0412%
  • Halla • 13.9588%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fövqəladə Hallar Nazirliyi
Fövqəladə Hallar Nazirliyi (Azərbaycan) — Azərbaycan Respublikasının fövqəladə hallar sahəsində fəaliyyət göstərən qurumu. Fövqəladə Hallar Nazirliyi (Özbəkistan) — Özbəkistanın mülki müdafiə sahəsində dövlət orqanı. Fövqəladə Hallar Nazirliyi (Qazaxıstan) — təbii və texnogen fövqəladə halların qarşısının alınması və aradan qaldırılması, mülki müdafiə, yanğın və sənaye təhlükəsizliyi sahəsində sahələrarası koordinasiya, dövlət maddi ehtiyatının formalaşdırılması və inkişafı sahəsində dövlət siyasətinin formalaşdırılmasından məsul olan mərkəzi icra hakimiyyəti orqanı.
Fövqəladə Hallar Nazirliyi (Azərbaycan)
Fövqəladə Hallar Nazirliyi — Azərbaycan Respublikasının fövqəladə hallar sahəsində fəaliyyət göstərən qurumu. Nazirliyə hazırda Kəmaləddin Heydərov rəhbərlik edir. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılmış Fövqəladə Hallar Nazirliyi ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Mülki müdafiə əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunması, neft və neft məhsullarının qəza nəticəsində axımları ilə əlaqədar yaranmış fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayır və həyata keçirilməsini təmin edir. Mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahələrində, eləcə də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir. Nazirliyin səlahiyyətlərinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət-yoxlama funksiyalarını həyata keçirir. Mülki müdafiəni əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunmasını, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunmasını, dövlət material ehtiyatları fondlarının yaradılmasını və idarə olunmasını, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini, fövqəladə hallarda çevik reaksiya verilməsini və humanitar yardımların idarə olunmasını təşkil edir və həyata keçirir. Nazirliyin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir. Nazirlik qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət göstərir.
Fövqəladə Hallar Nazirliyi (Qazaxıstan)
Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyi (qaz. Қазақстан Республикасының төтенше жағдайлар министрлігі) — təbii və texnogen fövqəladə halların qarşısının alınması və aradan qaldırılması, mülki müdafiə, yanğın və sənaye təhlükəsizliyi sahəsində sahələrarası koordinasiya, dövlət maddi ehtiyatının formalaşdırılması və inkişafı sahəsində dövlət siyasətinin formalaşdırılmasından məsul olan mərkəzi icra hakimiyyəti orqanı , fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üçün dövlət sisteminin işləməsini və gələcək inkişafını təmin etmək, yanğının qarşısının alınması və söndürülməsini təşkil etmək. Qazaxıstan müstəqillik qazandığı gündən bu şöbə statusunu dəyişdirdi. 6 avqust 2014 - nazirlik ləğv edildi, maddi ehtiyat və sənaye təhlükəsizliyi məsələləri xaricində səlahiyyətlər Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinə verildi. Qazaxıstan Respublikası Prezidentinin 9 sentyabr 2020-ci il tarixli "Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında" 408 nömrəli Fərmanı ilə fövqəladə hallar orqanları yenidən hökumətdəki ayrı bir şöbəyə ayrıldı.
Fövqəladə Hallar Nazirliyi (Özbəkistan)
Özbəkistan Fövqəladə Hallar Nazirliyi — Özbəkistanın mülki müdafiə sahəsində dövlət orqanı. Respublika Mülki Müdafiə və Fövqəladə Hallar İdarəetmə Mərkəzi 1992-ci ildə yaradılıb və 1996-cı ilə qədər fəaliyyət göstərib. 16 avqust 1995-ci ildə Özbəkistan Respublikası Prezidentinin təklifi ilə Fövqəladə Hallar Nazirliyinin yaradılması qərarı verilmişdir.
Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı Komitəsi
Fövqəladə Hallar Nazirliyinin Akademiyası (Azərbaycan)
Fövqəladə Hallar Nazirliyinin Akademiyası — Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi. İlham Əliyev 2 iyun 2008-ci il tarixində "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması haqqında" sərəncam imzalamış, 2009-cu il 10 iyul tarixli fərmanı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsini təsdiq etmişdir. Sərəncama görə, akademiya FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı Yanğın-Texniki Məktəbinin, S.Ə.Dadaşov adına Elmi Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun, Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun və Tədris-Təlim Mərkəzinin bazasında yaradılır. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Baba Salayevdir.
Fövqəladə hallar
Fövqəladə hallar — qəza, təbii fəlakət və digər hallar nəticəsində müəyyən ərazidə yaranmış şərait. Bunun nəticəsində insan təlafatı, onun sağlamlığına və ətraf mühitə zərər böyük maddi ziyan vurulur və insanların normal həyat şəraiti pozula bilir. Fövqəladə hal — ətraf mühitə və insan səhhətinə ziyan vura, maddi və mənəvi itkilərə səbəb ola bilən təhlükəli hadisədir. Fövqəladə hallar təbii və texnogen mənşəli olmaqla iki qrupa bölünür. Təbii mənşəli fövqəladə hallar baş verən fəlakətli təbiət hadisələridir. Bunlar – zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, vulkan püskürməsi, qar uçqunu, sunami, fırtına və s. bu kimi təbii fəlakətlərdir. Texnogen mənşəli fövqəladə hallar isə insan fəaliyyəti nəticəsində baş verən hadisələrdir. Bunlardan — yanğın, partlayış, nəqliyyat qəzaları, kimyəvi qəzalar, radioaktiv qəzalar, tikililərin uçması, dəm qazı təhlükəsi, kommunal təsərrüfatda qəzalar və s. göstərə bilərik.
Hallabonq
Dekopon (yap. デコポン) və ya hallabonq (kor. 한라봉)— sitrus meyvəsi. Bu meyvənin vətəni Yaponiyadır. Dekopon Yaponiyada ilk dəfə XX əsrin 70-ci illərində təbii seleksiya yolu ilə yetişdirilmişdir. Belə ki, bu meyvə 1972-ci ildə kiyomi və ponkan adlı mandarin sortlarının hibridi kimi yaradılmışdır. 2006-cı ildən bəri isə hər il mart ayının 1-i Yaponiyada "Dekopon günü" kimi qeyd olunur. Yaponiyadan sonra bu bitki Cənubi Koreyada əkilmişdir. Daha sonra bu meyvənin ABŞ və Braziliyada yetişdirilməsinə başlanılmışdır. Hazırda dekopon dünyada cəmi 5 ölkədə əkilir ki, onlardan biri də Azərbaycandır.
Hallacabad (Pərsabad)
Hallacabad (fars. حلاج اباد‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 696 nəfər yaşayır (125 ailə).
Hallasan
Hallasan Cənubi Koreyanın Çejudo adasında yerləşən Qalxanvari vulkandır. Cənubi Koreyadakı ən yüksək dağdır. Dağ və ətrafındakı ərazi Hallasan Milli Parkı (한라산국립공원, 漢拏山國立公園) kimi təyin olunmuşdur. Cirisan və Soraksan ilə birlikdə Hallasan Cənubi Koreyanın üç əsas dağından biri hesab olunur. Hallasan Cənubi Koreyadakı ən yüksək zirvədir və koreyalılar burda müxtəlif allahların və ruhların yaşadığına inandığı üçün bu dağa sitayiş edir. Bu dağın adı Şimali Koreyada Çosungulda Hannasan (한나산) kimi yazılır, lakin yenə də Hallasan olaraq tələffüz olunur. Keçmişdə bu dağ Buaq (부악/釜岳), Vonsan (원산/圓山), Cinsan (진산/鎭山), Sonsan (선산/仙山), Dumuaq (두무악/頭無岳), Burasan (부라산/浮羅山), Yonqcusan (영주산/瀛州山), və Hyolmanqbonq (혈망봉/穴望峯) kimi bir çox digər adları ilə tanınmışdır. Bu adların hər birinin mənaları və əfsanələri var. Han kainatı təmsil edir və la isə "dartmaq" mənasına gəlir. Hər iki söz birlikdə dağın kainatı dartacaq qədər hündür olduğunu ifadə edir.
Hallavar
Hallavar (Oğuz) — Azərbaycanın Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Hallavar (Sarvan) — Gürcüstanın Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Hallavar (Pəmbək) — Pəmbək mahalında kənd. Hallavar çayı — Hacı Qara və Hallavar kənd cəmiyyətləri ərazisində çay.
Hallavar (Oğuz)
Hallavar — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Yerli məlumata görə, oykonim "hündür yer" mənasındadır. "Hallavar"ın tayfa adından yaranmış etnotoponim olduğu ehtimal edilir. Tiflisdə Hallavar adlı məhəllə var. Kəndin adındakı "alaçıq, yeri, otlaq yeri" mənası daşıyan "var" sözü Şotavar (Qax), Qızılavar, Mahmudavar (Masallı), Horavar (Yardımlı), Əmirvar (Daşkəsən) və s. toponimlərdə iştirak edir. Əkinçiliklə əlaqədar yaranmış şifahi xalq ədəbiyyatının bir növü "holavarlar"dır. Əkinçilər "holar" çəkib birlikdə oxuyar, kotan sürərdilər. "Hallavar"ı "holavar"ın dəyişilmiş variantı kimi qəbul etsək, bu toponim "bir yerdə olan, toplu olan el, oba" mənasını verir. Kənd Baş Qafqaz silsiləsinin ətəyində, Alazan-Əyriçay çökəkliyində, rayon mərkəzindən 8 km cənub-şərqdə, Qumlaq kəndinin qərbində, Xalxalçayın sol sahilindən 1 km aralıda, dəniz səviyyəsindən 485 m.
Hallavar (Pəmbək)
Hallavar — Qərbi Azərbaycanın (indiki Ermənistan) Pəmbək mahalının Böyük Qarakilsə şəhərinində azərbaycanlıların yaşadığı kəndir.Quqark (Kirovakan Böyük Qarakilisə) şəhərindən 18 km Bakıdan isə 687 km uzaqlıqda yerləşir. Çar Rusyası dövrində İrəvan qubernatorluğu Gömrü (Aleksandropol) qazası, Sovyet döneminde Yaquplu (bu gün Gugark) Rayonu`na bağlanmışdır. Yaqublu`dan 17 km güneybatıda, Yuxarı Kilisə ve Heydərlı kəndlərinin arasında, Hallavar çayı`nın yaxınlığında və Pəmbek Çayı`nın sağ sahilində yerləşmektədir. Hallavar kəndi qədim alban vilayəti olan Qoqarena (Quqark rayonu) vilayətində yerləşir.Kəndin tarixi v-vı əsrə qədər uzanır. Kənddə çoxlu tarixi abidələr və qayaüstü rəsmlər bunu deməyə imkan verir.Qədim tarixə malik olan bu kəndin yerli əhalisi atəşpəstliyə sitayiş etmiş və ərəb işğalları dövründə müsəlmanlığı qəbul etmış qədim alban tayfalarından biridir. Səlcuqların Azərbaycanda yerləşməsindən sonrakı dövrlərdə bu ərazilər bayat tayfasının iqtası olaraq qəbul olunmuşdur. Bir sözlə bu kənd və ətraf qonşu kəndlərin türk əhalisi əsasən bayat tayfasına mənsubdurlar. Hallavar kəndinin yerləşdiyi bayat dağlarinda qədim alban yazılarına və işarələrinə rast gəlinir. Kənd dağlıq və dağətəyi ərazidə yerləşir.Subtropik iqlimə malikdir.Qışda temperatur -16 yayda isə +32,+35 dərəcə olmuşdur. Kəddə 1831.de 111, 1873.də 625, 1886.də 664, 1897.də 913, 1914.də 445, 1916.da 781, 1919.da 455 kişilik sadəcə Türk nüfus yaşamışdır.
Hallavar (Sarvan)
Hallavar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Hallavar çayı
Hallavar çayı (erm. Լեռնապատ գետի (Lernapat qeti)) — Ermənistanda, hazırkı Loru vilayətinin (erm. Լոռու մարզ (Lorru marz)) əsasən Hacı Qara və Hallavar kənd cəmiyyətləri ərazisində çay. Pəmbək çayının sağ qoludur. Ən böyük qolu (sol sahildə çaya tökülür) Qaraçoban çayıdır. Mənsəbindən sol qolu Qaraçoban çayı ilə birləşdiyi məntəqəyədək Hallavar çayının sahilində Mollaqışlaq, Aşağı Kilsə, Yuxarı Kilsə, Hallavar və Heydərli kəndləri, Qaraçoban çayı birləşdikdən sonra isə Pəmbək çayına az qalmış Hacı Qara kəndi yerləşir. 1988-ci ildə azərbaycanlıların qovulması: 1988-ci ilədək Mollaqışlaq, Aşağı Kilsə, Yuxarı Kilsə, Hallavar və Heydərli kəndləri monoetnik azərbaycanlı kəndləri idi. 1988-ci ilin dekabr ayında Mollaqışlaq kəndindən 200 nəfərdən çox, Aşağı Kilsə kəndindən 120 nəfər, Yuxarı Kilsə kəndindən 575 nəfər, Hallavar kəndindən 2.760 nəfərdən çox və Heydərli kəndindən 1.240 nəfər etnik azərbaycanlı zorla qovulmuşdur. Azərbaycanlıların çıxarılmasından sonra Heydərli və Hallavar kəndlərinə az sayda ermənilər yerləşsələr də sonradan onlar Heydərlini də tərk etmiş və yalnız az sayda Hallavar kəndində qalmışdır. 1990-cı illərin əvvəllərində xaraba qalmış Aşağı Kilsə kəndi ləğv edilmiş və ərazisi Mollaqışlaq kəndinə verilmişdir.
Lauren Hallaselka
Maddənin aqreqat halları
Maddənin aqreqat halları (lat. aggrego 'toplaşma') — Maddələr əsasən dörd aqreqat halında olur: bərk, maye, qaz və plazma. Maye və bərk hallar həmçinin kondensləşmiş hal adlanır. Bu və ya digər aqreqat halının mövcudluğu maddəni təşkil edən hisəciklərin təbiətindən və onların qarşılıqlı təsir xarakterindən asılıdır.maye öz formasını asanlıqla dəyişir,həcmini isə sabit saxlayır.Qazların xüsusi hecmi yoxdur,verilen bütün həcmi tutur. Bütün maddələr kifayət dərəcədə alçaq temperaturda bərk halda olur. Bərk maddəni təşkil edən hissəciklərin hərəkəti olduqca məhduddur. Buna əsasən hissəciklərin həmin yerlərdə olma ehtimalı maksimuma çatır. Bütün bunların sayəsində bərk maddələr müəyyən forma və həcmə malik olur. Mayedə hissəciklər arasındakı məsafə əksər hallarda bərk maddələrə nisbətən böyük, cazibə qüvvələri isə nisbətən zəif olur. Maye aqreqat halı öz təbiətinə görə müəyyən quruluşa malik olan bərk və heç bir quruluşu olmayıb, nizamsız hərəkətdə olan hissəciklərdən ibarət qaz aqreqat halları arasınd aralıq yer tutur.
Sarışan hallar nevrozu
Obsessiv-kompulsiv pozuntu və ya qısaca OKP , həmçinin sarışan hallar nevrozu — narahatıq yaradan sarışan fikirlərin (obsessiyalar) meydana çıxması və həmin fikirlərin öz növbəsində müəyyən sarışan hərəkətləri (kompulsiyalar) təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur. OKP yetişkin insanlarda görünən ən yayılmış psixiki pozuntudur. Nevrozun bu növündə sarışan fikirlər psixoloji diskomfort varadır, ondan xilas olmaq üçün insan müəyyən sarışan hərəkətlər edir və bu daxili gərginliyin müvvəqəti azalmasına gətirir. Lakin vəziyyətin bu cür yüngülləşməsi çox davam etmir və sarışan fikirlər yenidən qayıdır. Beləliklə hisslərin və hərəkətlərin "qüsurlu dövranı" yenidən işə düşür. Bu nevrozun müalicəsində iki əsas üsuldan istifadə edilir: dərman müalicəsi və psixoterapiya.
Vətəndaşsızlıq hallarının azaldılması haqqında Konvensiya
Vətəndaşsızlıq hallarının azaldılması haqqında Konvensiya — suveren dövlətlərin vətəndaşlıqsızlığı azaltmağa razı olduqları 1961-ci il Birləşmiş Millətlər Təşkilatının çoxtərəfli müqaviləsidir. Konvensiya əvvəlcə Qaçqınların Statusuna dair Konvensiyanın Protokolu kimi hazırlanmışdır, Vətəndaşsızların Statusuna dair 1954-cü il Konvensiyası isə qaçqın olmayan və buna görə də Konvensiyaya tabe olmayan vətəndaşlığı olmayan şəxsləri əhatə etmək Qaçqınların Statusu üçün qəbul edilmişdir. . II Dünya Müharibəsi dövründə və ondan dərhal sonra siyasi qeyri-sabitliyin yaratdığı miqrasiya, faktiki olaraq vətəndaşı olmayan şəxslər da daxil olmaqla, görünməmiş sayda köçkünün yaratdığı problemlərin beynəlxalq miqyasını vurğuladı. Ümumdünya İnsan Haqları Bəyannaməsinin (1948) 15-ci maddəsində deyilir: Hər kəsin vətəndaşlıq hüququ var. Heç kim könüllü olaraq vətəndaşlıq və ya vətəndaşlığını dəyişdirmək hüququndan məhrum edilə bilməz.
İsmin hallanması
İsmin hallanması — isimlərin əlaqəyə girdiyi sözlərin tələbi ilə formaca dəyişməsinə deyilir. İsimlərin cümlədə asılı olduğu sözlərin tələbi ilə formaca dəyişməsi, yəni müəyyən qrammatik şəkilçilər qəbul etmiş formasıdır. Azərbaycan dilində ismin altı halı var: Adlıq hal, Yiyəlik hal, Yönlük hal, Təsirlik hal, Yerlik hal, Çıxışlıq hal Adlıq hal: Bu hal başlıca olaraq, subyekt halı olub, şəxs, əşya, hadisə və s.-in adını bildirir. Morfoloji əlaməti yoxdur. Isimlər lüğətlərdə adlıq halda verilir. Bu halda olan isím kim? nə? hara?suallarından birinə cavab verir. Adlıq halda olan isimlər cümlədə, əsasən, dörd mövqedə işlənir: 1) mübtəda: İnsan yer üzünün əşrəfidir. 2) xəbər: Yer üzünün əşrəfi insandır.
İsmin halları
İsmin hallanması — isimlərin əlaqəyə girdiyi sözlərin tələbi ilə formaca dəyişməsinə deyilir. İsimlərin cümlədə asılı olduğu sözlərin tələbi ilə formaca dəyişməsi, yəni müəyyən qrammatik şəkilçilər qəbul etmiş formasıdır. Azərbaycan dilində ismin altı halı var: Adlıq hal, Yiyəlik hal, Yönlük hal, Təsirlik hal, Yerlik hal, Çıxışlıq hal Adlıq hal: Bu hal başlıca olaraq, subyekt halı olub, şəxs, əşya, hadisə və s.-in adını bildirir. Morfoloji əlaməti yoxdur. Isimlər lüğətlərdə adlıq halda verilir. Bu halda olan isím kim? nə? hara?suallarından birinə cavab verir. Adlıq halda olan isimlər cümlədə, əsasən, dörd mövqedə işlənir: 1) mübtəda: İnsan yer üzünün əşrəfidir. 2) xəbər: Yer üzünün əşrəfi insandır.
Azərbaycan fövqəladə hallar nazirlərinin siyahısı
Azərbaycan fövqəladə hallar nazirlərinin siyahısı — 18 oktyabr 1991-ci ildən sonra ölkədə müstəqillik elan edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın fövqəladə hallar nazirlərinin nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın fövqəladə hallar nazirlərinin nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
Avstriyada Katolik Kilsəsində cinsi istismar halları
Avstriyadakı cinsi zorakılıq qalmaqalı müxtəlif Qərb yurisdiksiyalarında katolik kilsələrinin cinsi təcavüz qalmaqalları silsiləsində cinayət işinin əsas hissələrindən biridir. Ona görə qərb ölkələrində baş vermiş həmin qalmaqallardan onu xüsusilə qeyd etmək lazımdır. Kardinal alm. Hans Hermann Groër‎ cinsi sui-istifadə ittihamı ilə II İohann Paul tərəfindən Vyana arxiyepiskopu vəzifəsindən uzaqlaşdırıldı. Papa Qroerin 75 illik yubileyi münasibətilə yazdığı istefa məktubunu rəsmi olaraq qəbul etdi. Ölümünə qədər iddiaları ictimaiyyət qarşısında şərh etməkdən qəti şəkildə imtina edən Qroer cinsi istismar qalmaqallarında iştirak edən ən yüksək səviyyəli katolik ruhanilərindən biri idi. Qroer bir neçə ay Drezdendə qaldı və daha sonra təqaüdə çıxdı. O, 83 yaşında Sankt Pöltendə vəfat etdi və Avstriyanın Marienfeld şəhərindəki Sistersiya qəbiristanlığında dəfn edildi. Yepiskop Kurt Krenn 2004-cü ildə seminariyada bir tələbə tərəfindən yükləndiyi iddia edilən uşaq pornoqrafiyası ilə bağlı qalmaqaldan sonra tutduğu vəzifədən istefa verməli oldu. Seminariyada birinin kompüterində 40.000-ə qədər fotoşəkil və açıqlanmayan sayda filmlər, o cümlədən uşaq pornoqrafiyası tapıldı, lakin Krenn bu görüntüləri "uşaq oyunu" adlandıraraq çoxlarını qəzəbləndirdi.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
Fövqəladə Hallar Nazirliyi — Azərbaycan Respublikasının fövqəladə hallar sahəsində fəaliyyət göstərən qurumu. Nazirliyə hazırda Kəmaləddin Heydərov rəhbərlik edir. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılmış Fövqəladə Hallar Nazirliyi ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Mülki müdafiə əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunması, neft və neft məhsullarının qəza nəticəsində axımları ilə əlaqədar yaranmış fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayır və həyata keçirilməsini təmin edir. Mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahələrində, eləcə də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir. Nazirliyin səlahiyyətlərinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət-yoxlama funksiyalarını həyata keçirir. Mülki müdafiəni əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunmasını, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunmasını, dövlət material ehtiyatları fondlarının yaradılmasını və idarə olunmasını, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini, fövqəladə hallarda çevik reaksiya verilməsini və humanitar yardımların idarə olunmasını təşkil edir və həyata keçirir. Nazirliyin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir. Nazirlik qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət göstərir.
Azərbaycanda UNO müşahidə halları
Azərbaycanda UNO müşahidə halları — bu Azərbaycanda UNO görülməsi hallarının tamamlanmamış siyahısıdır. Xəzər əjdahası Bakının Suraxanı rayonunda olması ehtimal olunan UNO bazasıdır. Qax rayonunun Fıstıqlı kəndi sakinləri ışıq kütləsini və onun sonradan böyüyərək şaxələnməsini müşahidə ediblər.

"halla" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#halla nədir? #halla sözünün mənası #halla nə deməkdir? #halla sözünün izahı #halla sözünün yazılışı #halla necə yazılır? #halla sözünün düzgün yazılışı #halla leksik mənası #halla sözünün sinonimi #halla sözünün yaxın mənalı sözlər #halla sözünün əks mənası #halla sözünün etimologiyası #halla sözünün orfoqrafiyası #halla rusca #halla inglisça #halla fransızca #halla sözünün istifadəsi #sözlük