Sallaq quşdarısı
Milium effusum L.
Hündürlüyü 60–90 (150) sm, qısa yeraltı
zoğları olan, kökümsovlu çoxillik bitkidir. Gövdəsi düz, hamar və çılpaqdır.
== Yarpaq ==
Yarpaqları enli-neştərşəkilli, uzun, lentşəkilli, hamar və ya biraz kələ-kötürdür, eni (5) 8–15 (18) mm-dir; dilcik nazikpərdəşəkilli, kütdür.
== Çiçək ==
Çiçək qrupu boş qollu-budaqlı süpügrə şəkilindədir, uzunluğu (10) 15–30 (35) sm-dir, üfüqi və ya aşağı əyilmiş nazik budaqlıdır. Sünbülləri yumurtaşəkillidir, yaşıl, tutqun və yaxud bənövşəyi rəngdədir, uzunluğu 3 mm-ə qədərdir. Sünbül pulcuqları az nahamardır, üç ədəd aydın bilinməyən damarı vardır. Çiçək pulcuqları bar verəndə qalın dərili, parlaqdır, darını sıx əhatə edir və sünbüldən onunla birgə düşür.
== Çiçəkləməsi ==
İyun
== Meyvə verməsi ==
İyun-Avqust (Sentyabr)
== Azərbaycanda yayılması ==
BQ (Quba), BQ qərb, KQ şimal, KQ mərkəzi. Yuxarı və orta dağ qurşağında üstünlük təşkil edir, nadir halda aşağı dağ qurşağı və dağətəyi yerlərdə.
== Yaşayış mühiti ==
Meşələrdə, meşə kənarında, talalarda, kollar arasında, çəmənlərdə, çay sahilində rast gəlinir.