sallamaq sözü azərbaycan dilində

sallamaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sallamaq • 95.1613%
  • Sallamaq • 3.2258%
  • SALLAMAQ • 1.6129%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

sallamaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bir şeyi üzüaşağı tutmaq, uzatmaq, sallaq vəziyyətdə saxlamaq, ucunu aşağı endirmək; asmaq. Xalçanı balkondan sallamaq. Həyətə ip sallamaq. – Yenə böyük oğlan qabağa yeriyib dedi ki, gərək [quyuya] məni sallayasınız. Çəmənzəminli. [Səməd] yoldaşlarına üz tutub, borulardan birini şaquli vəziyyətdə suya sallamağı xahiş eləyir. M.Hüseyn. 2. Aşağı əymək, sallaq vəziyyət vermək. Qurd quyruğunu sallayıb, dərənin bir o başına gedib, bir də dönüb gəlir. A.Şaiq. Başını sallayır şamlar, qovaqlar; Dillənib bir nəğmə ötür budaqlar. M.Rahim. 3. məc. dan. Qaşqabağını tökmək, üzünü turşutmaq, dinib-danışmamaq. Nə sallamısan? – Mənim malıma mallanırsan; Məni görəndə sallanırsan. (Ata. sözü). 4. Bir sıra sözlərin yanına gətirilərək, müxtəlif ifadələr və mürəkkəb feillər düzəldilir; məs.: qaşqabağını sallamaq, qarın sallamaq, damağını sallamaq və s.

    Azərbaycan dilinin izahlı lüğəti / sallamaq

sallamaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

sallamaq sözünün rus dilinə tərcüməsi

  • 1 свешивать, опускать вниз, спускать

    Azərbaycanca-rusca lüğət / sallamaq
  • 2 глаг. 1. свешивать, свесить: 1) опустить книзу, держа на весу. Ayaqlarını sallamışdı kim свесил ноги кто, qollarını sallayıb oturmaq сидеть, свесив руки 2) низко опустить, склонить. Qulaqlarını sallamaq свесить уши, başını sallamaq свесить голову 2. спускать, спустить: 1) переместить вниз что-л. расположенное наверху или на поверхности чего-л.; опускать, опустить. Aşağı sallamaq спустить вниз, quyuya sallamaq спустить в колодец, lampanı sallamaq спустить лампу 2) подать, сбросив вниз один конец чего-л. İp sallamaq спустить веревку, trap sallamaq спустить трап ◊ qaşqabağını sallamaq нахмуриться (нахмурить брови, лоб, лицо); qarın sallamaq отращивать, отрастить живот (брюхо); нагуливать, нагулять брюшко

    Azərbaycanca-rusca lüğət / sallamaq

sallamaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. to lower (d.); to hang* (d.); to wag (d.); to let* / to get*down; başını ~ to hang* one’s head; quyruğunu ~ to wag one’s tail; ip / kəndir ~ to let* the rope down, to lower the rope; ayaqlarını sallayıb oturmaq to sit* with one’s legs dangling

    Azərbaycanca-ingiliscə lüğət / sallamaq

sallamaq sözünün fransız dilinə tərcüməsi

sallamaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. куьрсарун; авадарун (мес. виняй агъуз еб); авудун (мес. виняй агъуз къуюдиз); 2. куьрсун, вегьин, къаткурун, агъузун (мес. ламра япар); 3. пер. рах. ччин чӀурун, ччин атӀугъун, ччинай маргъузар авадарун, луькӀуьн тавун, рахун тавун; ** dodaq sallamaq кил. dodaq; qarın sallamaq кил. qarın; qaş-qabağını sallamaq кил. qaşqabaq; qulağını sallamaq кил. qulaq; mısmırığını sallamaq кил. mısmırıq.

    Azərbaycanca-ləzgicə lüğəti / sallamaq

Oxşar sözlər

#sallamaq nədir? #sallamaq sözünün mənası #sallamaq nə deməkdir? #sallamaq sözünün izahı #sallamaq sözünün yazılışı #sallamaq necə yazılır? #sallamaq sözünün düzgün yazılışı #sallamaq leksik mənası #sallamaq sözünün sinonimi #sallamaq sözünün yaxın mənalı sözlər #sallamaq sözünün əks mənası #sallamaq sözünün etimologiyası #sallamaq sözünün orfoqrafiyası #sallamaq rusca #sallamaq inglisça #sallamaq fransızca #sallamaq sözünün istifadəsi #sözlük