saxlamaq sözü azərbaycan dilində

saxlamaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • saxlamaq • 99.7825%
  • Saxlamaq • 0.1692%
  • SAXLAMAQ • 0.0483%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 42.18 dəfə / 1 mln.
2002 •••••••••••••• 41.11
2003 •••••••••••••••• 49.60
2004 •••••••••••••• 42.78
2005 •••••••••• 31.04
2006 •••••••••••• 37.61
2007 •••••••••• 30.23
2008 •••••••••• 29.72
2009 •••••••••••• 36.64
2010 ••••••••••••• 40.21
2011 •••••••••••••• 42.21
2012 ••••••••••••• 40.18
2013 •••••••••••••••• 49.45
2014 •••••••••••••••• 49.25
2015 ••••••••••••••••• 52.40
2016 •••••••••••••••• 48.94
2017 •••••••••••• 37.40
2018 ••••••••••• 34.01
2019 ••••••••••• 34.08
2020 •••••••••••••••••••• 62.86

saxlamaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bir şeyi əlində (ağzında, dişində və s.-də) tutub düşməyə qoymamaq. Açarı əlində saxlamaq. İpi dişində saxlamaq. – Başımı aşağı dikib durduğum halda əlimdəki çörək qismətini yumruğumda saxlamağa başladım. A.Divanbəyoğlu. Bayram pulu açıb bir neçə dəqiqə əlində saxladı. M.Hüseyn. 2. Hərəkətini kəsmək, dayandırmaq, əyləmək. Maşını qapıda saxlamaq. Avtobusu dayanacaqda saxlamaq. – Aralarında ən yaşlıları olan Rəşid atı saxladı. H.Nəzərli. [Leytenant] elektrik fanarları ilə işıqlanmış küçənin ortasında motosikli saxladı. İ.Əfəndiyev. 3. Getməsinə, irəli hərəkətinə mane olmaq, qabağını kəsmək, dayandırmaq. Uşaqları meydanda saxlamaq. Adamların qabağını saxlamaq. – İnsanlar isə bu köhlən ata kəmənd atır, onu saxlamağa çalışırdılar. Ə.Vəliyev. Dürrə… polislərə çatmağa az qalmışdı ki, kimsə onu saxladı… S.Vəliyev. 4. Sahib olmaq, həvəskarı olmaq, bəsləmək (heyvan haqqında). İnək saxlamaq. Arı saxlamaq. İt saxlamaq. – Əmioğlumun peşəsi qoyun saxlamaq idi və qoyunları da kürd çobanlarına tapşırmışdı… C.Məmmədquluzadə. …Güman etdim ki, Eldarın saxladığı ya poçt göyərçinləridir, ya da eləcə quşlara rəhmi gəlib onlar üçün hin qayırmışdır. M.Rzaquluzadə. 5. Yaşamaq üçün lazım olan vəsaitlə təmin etmək, dolandırmaq. Yetimləri saxlayıb böyütmək. Ev saxlamaq. Uşaqlarını saxlamaq. – Nənəcan mamalıq edib qızını saxlardı və yaxşı da saxlardı. N.Nərimanov. [Ana Nərgizə:] Axı indi mən evi təkbaşıma saxlayıram, qızım, nahaq yerə niyə pul xərcləyək? Ə.Məmmədxanlı. 6. Mühafizə etmək, qoruyub saxlamaq. Ana gəlinlikdən bir örpək saxlayırdı. C.Cabbarlı. Kərimbəy, kim bilir, haçandan saxladığı təzə, tiftik əlcəyi Nərimana verdi. Mir Cəlal. 7. Gizlətmək, heç kəsə göstərməmək. Qiymətli şeyləri sandıqda saxlamaq. Sənədləri seyfdə saxlamaq. – [Gülbahar Məmmədkərimə:] Portfelinizi ayaq altına niyə qoymusunuz? Veriniz, şkafda saxlayım. H.Nəzərli. // Bir sözü, sirri və s.-ni heç kəsə deməmək, yaymamaq, gizli saxlamaq. [Dəmirqaya:] Hərbi sirri möhkəm saxlamamışdır. H.Nəzərli. 8. Dayaq olmaq, yıxılmağa, uçmağa qoymamaq. Tirləri divar saxlayır. Balkonu dörd sütun saxlayır. 9. Ehtiyat görmək, qoruyub saxlamaq. Qışa buğda saxlamaq. – Saxla samanı, gələr zamanı. (Ata. sözü). 10. Müəyyən bir məqsəd ünün özünə köməkçi, xidmətçi tutmaq. Qulluqçu saxlamaq. – Varlıların çoxu özlərini və mədənlərini qorumaq məqsədilə yanlarında qoçu saxlayırdılar. A.Şaiq. [Yaşlı kişi:] Hacı Mirzə Baba mənə bir xidmətçi və ya aşpaz saxlamağı təklif etmişdisə də, qəbul etməmişdim. S.Hüseyn. Hacı Səmsam … oğlu üçün lələ saxlamırdı. P.Makulu. 11. Əvvəlki keyfiyyətini mühafizə etmək, qorumaq. Gözəlliyini saxlamaq. Dişini yaxşı saxlamaq. – “Molla Nəsrəddin” realizmi və satirası yenə də öz inkaredici, ifşaedici xüsusiyyətlərini saxlayır. M.İbrahimov. Yarpaqlar hələ də öz təravətini saxlayırdı. M.Hüseyn. 12. Bir yerdə qalmağa, durmağa məcbur etmək. Komandanı arxların dərin bir yerində saxlamaq lazım idi. H.Nəzərli. Firidunu polk qərargahının qarşısında saxlamışdılar. Mir Cəlal. // Hər hansı bir vəziyyətdə qalmağa məcbur etmək. Şəhəri mühasirədə saxlamaq. Cəhalətdə saxlamaq. Şeyləri səliqəli saxlamaq. Təhlükə altında saxlamaq. 13. Sözünü, işini və s.-ni davam etdirməyə qoymamaq, yarımçıq kəsmək. Elə burda saxla. Yığıncağı saxlamaq. – Saxlayıb iclası elə bu zaman; Süzür vuruşmanı igid pilotlar. M.Rahim. 14. Bir sıra isimlərə qoşularaq müxtəlif ifadələr düzəldilir; məs.: ayaq saxlamaq, dilini saxlamaq, başını saxlamaq, özünü saxlamaq, göz üstə saxlamaq və s.

    Azərbaycan dilinin izahlı lüğəti / saxlamaq

saxlamaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

saxlamaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. хранить, сохранять, беречь, оберегать, оставлять, откладывать, выдерживать; 2. держать, содержать, разводить; 3. задерживать, придерживать, консервировать;

    Azərbaycanca-rusca lüğət / saxlamaq
  • 2 глаг. 1. держать: 1) взяв в руки (в рот, в зубы и т.п.), не давать выпасть. Kitabı əlində saxlamaq держать книгу в руке, dişində saxlamaq держать в зубах, uşağı qucağında saxlamaq держать ребенка на руках 2) ухватив за что-л., не давать вырваться, двигаться. Atı saxla держи коня, qapını saxla держи дверь 3) сохранять, сохранить за собой. Birinciliyi saxlamaq держать первенство 4) сохранять, удерживать. İstiliyi saxlamaq держать тепло 5) служить опорой чему-л.; поддерживать. Damı tirlər saxlayır крышу держат балки 6) заставлять, принуждать находиться, оставаться где-л. Əsirlikdə saxlamaq держать в плену, iki saat saxlamaq держать два часа 7) заставлять находиться в каком-л. состоянии, положении. Atəş altında saxlamaq держать под обстрелом, təhlükə altında saxlamaq держать под угрозой, cəhalətdə saxlamaq держать в невежестве 8) придав чему-л. известное положение, оставлять в нем на некоторое время. Pəncərələri açıq saxlamaq держать окна открытыми, darvazanı bağlı saxlamaq держать ворота закрытыми 9) помещать куда-л. на какое-л. время, хранить где-л. Sandıqda saxlamaq держать в сундуке, şkafda saxlamaq держать в шкафу 10) иметь у себя, в своем хозяйстве кого-л., что-л., владеть кем- чем-л. İnək saxlamaq держать корову, at saxlamaq держать лошадь; silah saxlamaq держать оружие 11) иметь у себя в качестве работника. Qulluqçu saxlamaq держать служанку 12) иметь какое-л. дело, предприятие. Kababxana saxlamaq держать шашлычную 13) предоставлять кому-л. за плату помещение, содержать у себя. Kirayənişin saxlamaq держать квартиранта 2. держать, удерживать, удержать: 1) держа, поддерживая, не давать упасть. Mən onu güclə saxladım я его еле удержал 2) приостанавливать, приостановить ход, движение кого-л., чего-л. Maneə qarşısında atı saxladı он удержал коня перед препятствием, düşmən tanklarının qabağını saxlamaq удержать танки противника 3) держа кого-л., не давать уйти, вырваться. Əlindən tutub saxlamaq kimi удержать кого за руку 4) заставить кого-л. остаться в каком-л. положении. İtaətdə saxlamaq удерживать в повиновении 5) не давать сделать что-л. Cinayət eləməkdən saxlamaq удержать от совершения преступления 6) подавлять проявление чего-л. Hirsini saxlamaq удерживать гнев, göz yaşlarını saxlamaq удерживать слезы 7) сохранять за собой, не уступая другому. Birinciliyi saxlamaq удерживать первенство, çempion adını saxlamaq удерживать звание чемпиона 8) сохранять какое-л. положение. Müvazinətini saxlamaq удерживать равновесие 9) запечатлевать в уме, памяти. Yadında saxlamaq удерживать в памяти, beynində saxlamaq удерживать в голове 10) не сдавать неприятелю какую-л. позицию, город, крепость и т.п. Şəhəri saxlamaq удержать город, mövqeyi saxlamaq удержать позицию 3. держать, сдерживать, сдержать: 1) мочь, смочь удержать, не давать упасть. Taxılın nazik gövdəsi ağır sünbülləri saxlaya bilmirdi тонкие стебли хлебов не выдерживали тяжесть колосьев 2) мочь, смочь удержать натиск, напор кого-л., чего-л. Suyun qabağını saxlamaq сдержать напор воды 3) устоять перед натиском противника, остановить его продвижение. Düşmənin qabaqını saxlamaq сдержать натиск врага 4) не давать, не дать чему-л. обнаружиться, проявиться в полной мере. Gülməyini saxlamaq сдерживать смех, göz yaşlarını saxlamaq сдерживать слёзы, öz sevincini saxlamaq сдерживать свою радость 4. содержать: 1) обеспечивать средствами к жизни, иметь на своем иждивении. Ailəsini saxlamaq содержать семью 2) быть хозяином, владельцем какого-л. заведения. Dükan saxlamaq содержать лавку, yeməkxana saxlamaq содержать столовую 3) поддерживать, сохранять в каком-л. виде, состоянии, положении. Təmiz saxlamaq содержать в чистоте 4) держать где-л., помещать куда-л. Quşları qəfəsdə saxlamaq содержать птиц в клетке 5) заключать куда-л., заставить находиться где-л. Həbsdə saxlamaq содержать под арестом 5. хранить: 1) беречь, заботиться о сохранении чего-л. Əlyazmalarını saxlamaq хранить рукописи, muzeydə saxlamaq хранить в музее 2) держать, поместив куда-л., в какие-л. условия, чтобы избежать порчи, ущерба и т.п. Tərəvəzi saxlamaq хранить овощи, sərin yerdə saxlamaq хранить в прохладном месте 3) перен. не забывать, не забыть; запомнить, удержать в памяти; сохранять, сохранить. Yadında saxlamaq сохранить в памяти 4) не нарушать, не нарушить, не давать, не дать измениться; сохранять, сохранить. Adətləri saxlamaq сохранить обычаи 5) не утрачивать, не утратить, не лишаться, не лишиться чего-л. присущего кому-л.; сохранить. Səhhətini saxlamaq сохранить здоровье, milli qürurunu saxlamaq сохранить национальную гордость, həyata inamını saxlamaq сохранить веру в жизнь, gözəlliyini saxlamaq сохранить красоту, təravətini saxlamaq сохранить свежесть 6) не разглашать, скрывать что-л. Sirr saxlamaq хранить в тайне, gizli saxlamaq хранить в секрете 6. оставлять, оставить: 1) приберечь, отложить, сохранить для кого-л., чего-л. с какой-л. целью. Axşama saxlamaq оставить на вечер, qışa saxlamaq оставить на зиму; toxumluq saxlamaq оставить на семена; ehtiyat saxlamaq оставить на запас 2) не уничтожать, не уничтожить, не трогать, не тронуть, сохранять, сохранить. Bığ saxlamaq оставить усы, deşik-baca saxlamaq оставить лазейку 3) задерживать, задержать с какой-л. целью. Şəhərdə saxlamaq оставить в городе, dərsdən sonra saxlamaq оставить после уроков 4) предоставить место, должность. İnstitutu qurtaran kimi onu kafedrada saxladılar по окончании института его оставили на кафедре 5) не лишить должности, не уволить откуда-л. Müəssisədə cəmi əlli işçi saxladılar на предприятии оставили всего 50 работников 6) не переводить, не перевести в следующий класс. Sinifdə saxlamaq оставить в классе (на второй год), kursda saxlamaq оставить на курсе 7. задерживать, задержать: 1) приостанавливать, приостановить, отсрочивать, отсрочить что-л. Bu hadisə toyu saxlayacaq этот случай задержит свадьбу, yağışlar səpini saxladı дожди задержали сев 2) медлить, замедлить что-л., прекращать, прекратить какое-л. действие. Nəfəsini saxlamaq задерживать дыхание, ayaq saxlamaq задерживать шаги 8. останавливать, остановить: 1) прекратить движение, ход кого-л., чего-л. Qatarı saxlamaq остановить поезд, maşını saxlamaq остановить машину 2) прервать, приостановить (течение, ход, развитие и т.п. чего-л.). İşi saxlamaq остановить (приостановить) работу, oyunu saxlamaq остановить (приостановить) игру ◊ ağzını saxla! придержи язык!, ağzını təmiz saxla! не выражайся!, Allah saxlasın! да сохранит Бог!, дай Бог здоровья!; baş saxlamaq коротать дни кое-как; başını saxlamaq жить кое-как, (еле) сводить концы с концами, перебиваться; qanadı altında saxlamaq держать под крылышком; qulağında saxlamaq мотать на ус, не забывать, держать в памяти; dilini saxlamaq придержать язык (язычок), держать язык за зубами; ovcunun içində saxlamaq носить на руках, лелеять; özünü saxlamaq сдерживать, сдержать себя; cilovda saxlamaq kimi (cilovunu əlində saxlamaq kimin) держать в узде кого

    Azərbaycanca-rusca lüğət / saxlamaq

saxlamaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to keep* (d.); to preserve (d.); pulu əmanət kassasında ~ to keep* one’s money in a savings-bank; yadda ~ to keep* / to retain in one’s memory; təmiz ~ to preserve in purity (d.); bir şeyi gizli ~ to keep* smth. in secret; ərzaq ~ to preserve foodstuffs pl.; yadigar ~ to keep* as a souvenir; sirr ~ to keep* a secret; sağlamlığını ~ to preserve one’s health; Allah saxlasın! May God keep!; 2. to take* care (of); uşaq ~ to take* care of a child, to keep* a child; 3. (heyvan və s.) to keep* (d.); arı / quş və s. ~ to keep* bees / poultry, etc.; 4. to hold*; əlində ~ to hold* in one’s hand (d.); hazır ~ to hold* in readiness; bir kəsi əlində ~ to hold* smb. in hand, to have* smb. under one’s thumb; tabelikdə ~ to hold* in submission (d.); dilini ~ to hold* one’s tongue; nəfəsini ~ to hold* one’s breath

    Azərbaycanca-ingiliscə lüğət / saxlamaq

saxlamaq sözünün fransız dilinə tərcüməsi

saxlamaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. хуьн; uşaq saxlamaq аял хуьн; pişik saxlamaq кац хуьн; ailə saxlamaq хзан хуьн; başlı başını saxlasın. Ata. sözü кьил авайда вичин кьил хуьрай; 2. кьун, хуьн; matəm saxlamaq яс хуьн, яс кьун; qulluqçu saxlamaq къуллугъчи хуьн; 3. акъвазарун, тун (мес. машин рикӀинив); 4. тун, хуьн; ac saxlamaq гишила тун; 5. хуьн, чуьнуьхарун, винел акъуд тавун; садазни къалур тавун, илисарун; садазни лугьун (ччир) тавун (мес. сир, гаф); gizli saxlamaq чинеба хуьн; ** ağzını saxlamaq кил. ağız; ayaq saxlamaq кил. ayaq; başını saxlamaq кил. baş; dilini saxlamaq кил. dil; əl saxlamaq кил. əl; göz bəbəyi kimi saxlamaq кил. göz; qəfəsdə saxlamaq кил. qəfəs; qulaqda saxlamaq кил. qulaq.

    Azərbaycanca-ləzgicə lüğəti / saxlamaq

"saxlamaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#saxlamaq nədir? #saxlamaq sözünün mənası #saxlamaq nə deməkdir? #saxlamaq sözünün izahı #saxlamaq sözünün yazılışı #saxlamaq necə yazılır? #saxlamaq sözünün düzgün yazılışı #saxlamaq leksik mənası #saxlamaq sözünün sinonimi #saxlamaq sözünün yaxın mənalı sözlər #saxlamaq sözünün əks mənası #saxlamaq sözünün etimologiyası #saxlamaq sözünün orfoqrafiyası #saxlamaq rusca #saxlamaq inglisça #saxlamaq fransızca #saxlamaq sözünün istifadəsi #sözlük