sallama sözü azərbaycan dilində

sallama

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sallama • 89.6552%
  • Sallama • 10.3448%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2011 •••••••••••• 0.09
2018 •••••••••••••••••••• 0.15

sallama sözünün leksik mənası və izahı

  • 1 1. “Sallamaq”dan f.is. 2. zərf Bir ucunu aşağı salladaraq, uzadaraq. Belbağını sallama bağlamaq. Kəlağayını sallama örtmək. – Zərnigar xanım uzun donunun ətəyi ilə gözlərini silə-silə Şamxalın arxasınca cığıra düşdü və oğlunun enli kürəyinə yapışmış tərli köynəyinə, belindəki sallama kəmərinə … baxdı. İ.Şıxlı. 3. bax çobanbayatısı. [Cəbi:] İndi sən bir sallama bayatı çal, gör mən necə oyadıram. S.S.Axundov. 4. Sırğadan, çilçıraqdan və s.-dən bəzək kimi sallanan hissəciklər. Sallama sırğa taxmaq. Sallama çilçıraq.

    Azərbaycan dilinin izahlı lüğəti / sallama

sallama sözünün sinonimləri (yaxın mənalı sözlər)

sallama sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. от глаг. sallamaq 1. свешивание; опускание 2. висюлька (небольшое висячее украшение, подвеска) 3. см. çobanbayatısı II прил. 1. вислый (висящий, свешивающийся); отвислый. Sallama bığlar вислые усы 2. висячий (приспособленный для висения), подвесной, подвешенный. Sallama çilçıraq висячая люстра; “Sallama kərəmi” “Саллама кереми” (азербайджанская ашугская мелодия – одна из семи мелодий на тему “Кереми”)

    Azərbaycanca-rusca lüğət / sallama

sallama sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. f.is. кил. sallamaq; 2. нареч. куьрсна, са кьил агъуз авадарна, агъуз агалдарна; 3. кил. çobanbayatısı; 4. япагьанрин, люстрадин ва мс. сирсилар хьиз дамах гваз куьрс хьайи паяр; // гьахтин паярикай ибарат тир (мес. люстра, япагьанар).

    Azərbaycanca-ləzgicə lüğəti / sallama

sallama sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Gəncə) yanlarından qızıl, gümüş və s. bəzək şeyləri sallanan toqqa. – Belində sallama toqqası var II (Balakən, Cəbrayıl, Füzuli, Göyçay, Xocavənd, Kürdəmir, Laçın, Şamaxı, Zaqatala, Zəngilan) 1. asanlıqla qoşmaq üçün arabanın qolları altına qoyulan dayaq, dəstək (Zaqatala). – Sallama arabanın qolunnan düşüfdü 2. evin çardağında üzərinə qabırğa vurulmaq üçün maili düzülən ağac (Cəbrayıl, Füzuli, Göyçay, Xocavənd, Kürdəmir, Laçın, Şamaxı, Zəngilan). – Evin damı üçün yüz dənə sallama lazımdı (Zəngilan); – Öyün sallamasının biri qırılıp (Kürdəmir); – Bizim öydə otuz dənə sallama var (Göyçay); – Səkkizdiy taxtadan gözəl sallamalar olur (Şamaxı)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"sallama" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sallama nədir? #sallama sözünün mənası #sallama nə deməkdir? #sallama sözünün izahı #sallama sözünün yazılışı #sallama necə yazılır? #sallama sözünün düzgün yazılışı #sallama leksik mənası #sallama sözünün sinonimi #sallama sözünün yaxın mənalı sözlər #sallama sözünün əks mənası #sallama sözünün etimologiyası #sallama sözünün orfoqrafiyası #sallama rusca #sallama inglisça #sallama fransızca #sallama sözünün istifadəsi #sözlük