saxla sözü azərbaycan dilində

saxla

Yazılış

  • saxla • 91.9776%
  • Saxla • 7.6493%
  • SAXLA • 0.3731%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bor-azot-kükürd saxlayan alkilfenolyat aşqarları
Bor-azot-kükürd saxlayan alkilfenolyat aşqarları - molekul tərkiblərinə müxtəlif fraqmentlər halında daxil edilən azot, kükürd, bor atomları daxil edilən aşqarlardır. == Ümumi məlumat == Alkilfenol tipli aşqarların dünya miqyasında yağlara əlavələri kimi alınması və tətbiqi 70-80 il əvvələ təsadüf edir. Sovetlər birliyində bu aşqarların sənayedə istehsalı 1950-ci illərdən başlamışdır. Onların nümayandələri yüksək kül ədədinə və aşağı qələviliyə malik barium duzlarından ibarət olmuşdur. Inkişaf edən texnika ilə bağlı, mühərriklərin müasir tələblərinə cavab verə bilmədikləri üçün az küllü və yüksək qələvili kalsium duzları ilə əvəz edilmişlər. Alkilfenolyatları əlverişli motor yağı əlavələri edən onların çoxfunksiyalı olmalarıdır. Bu keyfiyyətlər neytrallaşdırıcı-yuyucu və dispersedici, korroziya, oksidləşmə, yeyilməyə qarşı, termiki stabillik, mühafizə edici, suya davamlıq kimi xassələrdir. Göstərilən xassələr onların molekul tərkiblərinə müxtəlif fraqmentlər halında daxil edilən azot, kükürd, bor, heteroatomları, karboksil, hidroksil qrupları, fenolyat, karbonat, karboksilat kimi qələvilik mərkəzləri ilə bağlıdır. Bütün bunlar motor yağı vasitəsi ilə mühərrik detallarına çatdırılaraq, onun istismar müddətinin uzanmasına səbəb olur. == Alınması == Fenolyatların alınmasında mühüm şərtlərdən biri korroziyon aqressiv fenol OH-larının qapanmasıdır ki, bunun da ən əlverişli yolu qələvi metal hidroksidləri, xüsusən Ca(OH)2 ilə mümkün olur.
Ehtiyatda saxlanmış söz
Ehtiyatda saxlanmış söz (ing. Reserved word,rus. зарезервированное слово) – proqramlaşdırma dillərinin əksəriyyərində: özəl anlamı, konkret funksiyası olan söz; açar söz (KEYWORD) də deyilir. Ehtiyatda saxlanmış sözlərdən prosedurları, funksiyaları, dəyişənləri, yaxud istifadəçinin ad verdiyi başqa obyektləri adlandırmaq üçün identifikator kimi istifadə etmək olmaz. Ancaq elə dillər var ki, (məsələn, Fortran) onlarda açar sözlər ehtiyatda saxlanmış sözlər deyil. Komanda sətri interfeysinə malik əməliyyat sistemlərində qurğuların məntiqi adları (məsələn, LPT1, COM1), eləcə də bəzi komandaların adları ehtiyatda saxlanılır. == Həmçinin bax == İdentifikator Açar söz == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Enerjinin saxlanması qanunu
Enerjinin saxlanması qanunu – təbiətdə ümumi qanunlarından biri (saxlanma prinsipləri). Qanuna görə enerji bir formadan digər formaya çevrilərkən itmir və yenidən yaradılmır. Maddi sistem bir haldan digər hala keçdikdə onun enerjisinin dəyişməsi sistem ilə qarşılıqlı təsirdə olan cisimlərin enerjisinin artmasına və ya azalmasına ciddi uyğun gəlir. Enerjinin bir formadan digər formaya çevrilməsi prosesləri müəyyən miqdari ekvivalentlər ilə tənzimlənir. Enerjinin saxlanması qanunu XX əsrin ortalarında R. Mayer, C. Coul, Helmholts və başqalarının səyi ilə kəşf edilmişdir. Bu kəşfə qədər materiya və hərəkətin saxlanması haqqında Dekart, Leybnits, Lomonosov tərəfindən söylənilmiş ideyalar mövcud olmuşdur. Bu qanunda maddi dünyanın vəhdəti özünü göstərir. Onun kəşfi ilə təbiətdə bütün fəaliyyətin vəhdəti mülahizəsi fəlsəfi mühakimədən çıxaraq elmi fakta çevrilmişdir.
Nüvə silahı saxlanılmayan zona
Nüvə silahı saxlanılmayan zona (NSSZ; daha çox NWFZ; ing. Nuclear-weapon-free zone) — beynəlxalq hüquqda atom və nüvə silahı saxlanılmayan ərazi. Nüvə silahlı saxlanılmayan zona beynəlxalq sülh və təhlükəsizliyi müdafiə formalarından biridir. Bu, BMT Nizamnaməsinin prinsip və tələblərinə uyğundur. Təcrübədə nüvə silahı saxlanılmayan zona ideyası ilk dəfə Antarktika haqqında beynəlxalq müqavilədə (1959-cu il) həyata keçirilmişdir. Aland adaları, Şpitsbergen arxipelaqı, Aralıq dənizində bəzi adalar və kosmik fəza nüvə silahı saxlanılmayan zona hesab edilməsi haqqında qətnamə (1961-ci il), Latın Amerikasının nüvə silahı saxlanılmayan zona elan edilməsi haqqında qətnamə (1967), dəniz və okeanların divində nüvə silahlarının yerləşdirilməsinin qadağan olunması haqqında qətnamə (1971) qəbul edilmişdir. 1978-ci ildə SSRİ Latın Amerikasının nüvə silahı saxlanılmayan zonaya çevirməsi haqqında Tlatelolko müqaviləsinin zamini olmuşdur. 2009-cu il üçün nüvə silahı saxlanılmayan zona elan edilən ərazilər: Antarktida (1959-cu il müqaviləsi); Latın Amerikası (Tlatelolko müqaviləsi 1967); Cənubi Sakit okean (1985 Rarotonqa müqaviləsi); Cənub-Şərqi Asiya (Banqkok müqaviləsi 1995); Afrika (1996 Pelindaba müqaviləsi); Mərkəzi Asiya (2007 Semipalatinsk müqaviləsi). 1984-cü ildən Yeni Zelandiya özünü nüvə silahı saxlanılmayan dövlət elan etdi. Monqolustan və Belarus nüvə silahı saxlanılmayan dövlət statusuna malikdir.
Reyestr saxlayıcısı
Reyestr saxlayıcısı - (ing. Registrar )istiqraz və səhm sahiblərinin qeydiyyatını (reyestrini) aparan təşkilat. Azərbaycan Respublikasında reyestr saxlayıcı və depozitar fəaliyyəti ilə Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi məşğul olur.
Rusiya və Zaqafqaziya qanunların müvəqqəti saxlanması
Rusiya və Zaqafqaziya qanunların müvəqqəti saxlanması — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin reallıqla hesablaşaraq, qəbul etdiyi müvəqqəti qərarlardan biri. == Tarixi == Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətə başladığı dövrdə dövlət quruluşunun, bütövlükdə, siyasi sistemin dəyişdirilməsi yeni qanunların qəbulunu zəruri edirdi. Lakin bunun üçün müvafiq təşkilati tədbirlər və qanunvericilik prosesi tələb olunurdu. Buna görə də, çıxış yolu kimi müvəqqəti olaraq köhnə qanunvericilik sistemi saxlanıldı. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti bu məqsədlə 1918-ci il 23 iyun tarixli qərarı ilə idarəetmə və məhkəmənin bütün sahələri üzrə mövcud olan qanunları, həmin qanunlar hökumət tərəfindən ləğv olunana və ya dəyişdirilənədək qüvvədə saxlanıldı. Eyni zamanda, Milli Şura, Parlament və Hökumət qanunvericilik sahəsində gərgin çalışaraq, bu qanunlann xeyli hissəsini ləğv etməyə və yenilərini qəbul etməyə nail oldu. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti == Ədəbiyyat == Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), c.1-2, B., 1998; Азербаиджанская Демократическая Республика (1918-1920). 3aкондательные акты (сборник документов), Б., 1998.
Saxlanma itkisi
Dayaq və ya saxlanma itkisi — mayelər dinamikasında, bir maye içərisində hərəkət edən cismə təsir edən daşıma qüvvəsinin - hücum bucağının (AOA) kritik qiyməti keçməsinə görə - azalması və ya yox olması nəticəsində cismin maye içərisində özünü saxlaya bilməməsidir. Cismin özünü saxlaya bilməməsinin müxtəlif səbəbləri mövcuddur. Ən əsas olan iki səbəb aşağıdakılardır: Daşıyıcı səth üzərində tələb olunan maye sürətinin əldə edilməsinin mümkün olmaması; Nəzarət və ya daşıma səthləri üzərində meydana çıxan axıntı ayrılığı. == Aviavasitələrdə == Aviavasitələrdə dayaq kritik hücum bucağının aşıldığı hər vəziyyətdə “sürətdən müstəqil olaraq” reallaşır. Yəni dayaq bu bucağın keçildiyi bütün sürətlərdə reallaşır. Saxlanma itkisinə bütün qanad məruz qala biləcəyi kimi, nəzarət səthlərinin olduğu qanad hissələri də qala bilər. Hər ikisi də nəzarət itkisinə, dolayı yolla saxlanma itkisinə səbəb olacaqdır. Məsələn, ox bucağı verilmiş qanadlarda qanad ucunda olan nəzarət səthləri, təyyarədən və qanadın hamısından daha əvvəl saxlanma itkisinə uğrayır. Buna görə də, daşınma mərkəzi ağırlıq mərkəzinin qabağına keçir və bu da pozitiv yunuslama momenti meydana gətirir. Yəni təyyarə, burnunu qaldırma meylinə girir.
Sidik saxlamamazlıq
Sidik qaçırma (və ya Sidik tutmamazlıq, və ya Sidik saxlamamazlıq, və ya enurez) - bilincsiz sidik axması. == Növləri == Gərginlik (stress) sidik qaçırması - fiziki gərginlik, öskürmə və asqırma zamanı meydana gələn qeyri-iradi sidik qaçırması. Dolma (çağırış) tipli - təcili sidiyə getmə tələbatı zamanı sidiyi saxlamama. Daşma tipli - sidik kisəsinin tam boşaldıla bilməməsi nəticəsində damcılama tərzində davamlı sidik qaçırması Qarışıq tipli - gərginlik və çağırış tipli sidik qaçırmanın qarışığı: sidiyə getmə çağırışı və fiziki gərginlik, öskürmə, asqırma sonucu meydana gəlir. Funksional növ - neyro-uroloji səbəblər xaricində yaranan sidik qaçırması (məs., delirium, psixiki pozuntular, sidik infeksiyası, azhərəkətlilik və s.) == Diaqnostika == Xəstəliyin diaqnostikasında əsas üsullar sorğulama, fiziki müayinə, sidik analizidir. Bəzi xəstələrdə əlavə müayinə metodlarına ehtiyac ola bilər: Sidik gündəliyi (günlüyü) Pambıqlı bez sınağı Öskürək sınağı İşəyəndən sonra qalıq sidiyin ölçülməsi Sistoskopiya Urodinamik sınaqlar == Müalicə == Müalicə növləri nasazlığı yaradan səbəblərdən asılıdır: gərginlik tipli sidik qaçırması - çanaq diafraqmasının əzələlərini gücləndirən fizioterapiya, sidik qaçırmaya qarşı cihazlar, cərrahiyə dolma tipli sidik qaçırması - pəhriz, davranış dəyişiklikləri, çanaq əzələlərinin gücləndirilməsi, dərmanlar və/və ya cərrahi müdaxilə qarışıq tipli sidik qaçırması - çanaq əzələlərinin məşqi, antixolinergik dərmanlar, cərrahiyə daşma tipli sidik qaçırması - kateter funksional tipli sidik qaçırması - əsas xəstəliyin müalicəsi. == Qaynaqlar == == Xarici keçidlər == Enurez nədir?
Türkiyədə saxlanılmalar (1927)
1927-ci ildə Türkiyədə saxlanılmalar — 1927-ci ilin payızında Türkiyədə gizli fəaliyyət göstərən Türkiyə Kommunist Partiyası üzvlərinə qarşı həyata keçirilən genişmiqyaslı həbslər. Dövrün TKP MK baş katibi Vədət Nədim Tör partiyanın gizli sənədlərini və üzvlük siyahılarını polisə təhvil verdikdən sonra Türkiyədə Kominterndən məsul olan Şəfik Hüsnünün də daxil olduğu, həmçinin TKP MK üzvlərini də əhatə edən böyük bir həbs kampaniyasına start verilmişdir. 1928-ci ildə TKP işi başladılmışdır. Bu həbslər zamanı Mərkəzi Komitənin üzvü Şövkət Sürəyya Aydəmir Vədət Nədim Törlə birlikdə fəaliyyət göstərmiş və daha sonra "Kadro" jurnalını təsis etmişdir. == Həbslər == Bir çox kommunist, o cümlədən yüksək səviyyəli partiya liderləri həbslər zamanı saxlanılmışdılar: Şəfik Hüsnü 3 ay müddətinə azadlıqdan məhrum edilib. Vədət Nedim Tör bəraət almışdır. Şövkət Sürəyya Aydəmir bəraət almışdır. Nazım Hikmət xaricdə olduğu üçün 3 ay qiyabi həbs cəzası almışdır. Hikmət Qıvılcımlı 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.66 dəfə / 1 mln.
2003 •••• 0.79
2004 •• 0.34
2006 •• 0.45
2007 ••••• 1.06
2008 •• 0.24
2009 ••••• 0.96
2010 ••••• 1.18
2011 •••• 0.94
2012 ••••• 1.03
2013 •••••••• 1.75
2014 ••••••••••• 2.40
2015 •••••••• 1.70
2016 •••••••• 1.74
2017 ••••• 1.14
2018 •••••••••••••• 3.30
2019 •••••••••••••• 3.34
2020 •••••••••••••••••••• 4.77

"saxla" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#saxla nədir? #saxla sözünün mənası #saxla nə deməkdir? #saxla sözünün izahı #saxla sözünün yazılışı #saxla necə yazılır? #saxla sözünün düzgün yazılışı #saxla leksik mənası #saxla sözünün sinonimi #saxla sözünün yaxın mənalı sözlər #saxla sözünün əks mənası #saxla sözünün etimologiyası #saxla sözünün orfoqrafiyası #saxla rusca #saxla inglisça #saxla fransızca #saxla sözünün istifadəsi #sözlük