saxlan sözü azərbaycan dilində

saxlan

Yazılış

  • saxlan • 57.1429%
  • Saxlan • 42.8571%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ehtiyatda saxlanmış söz
Ehtiyatda saxlanmış söz (ing. Reserved word,rus. зарезервированное слово) – proqramlaşdırma dillərinin əksəriyyərində: özəl anlamı, konkret funksiyası olan söz; açar söz (KEYWORD) də deyilir. Ehtiyatda saxlanmış sözlərdən prosedurları, funksiyaları, dəyişənləri, yaxud istifadəçinin ad verdiyi başqa obyektləri adlandırmaq üçün identifikator kimi istifadə etmək olmaz. Ancaq elə dillər var ki, (məsələn, Fortran) onlarda açar sözlər ehtiyatda saxlanmış sözlər deyil. Komanda sətri interfeysinə malik əməliyyat sistemlərində qurğuların məntiqi adları (məsələn, LPT1, COM1), eləcə də bəzi komandaların adları ehtiyatda saxlanılır. İdentifikator Açar söz İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Enerjinin saxlanması qanunu
Enerjinin saxlanması qanunu – təbiətdə ümumi qanunlarından biri (saxlanma prinsipləri). Qanuna görə enerji bir formadan digər formaya çevrilərkən itmir və yenidən yaradılmır. Maddi sistem bir haldan digər hala keçdikdə onun enerjisinin dəyişməsi sistem ilə qarşılıqlı təsirdə olan cisimlərin enerjisinin artmasına və ya azalmasına ciddi uyğun gəlir. Enerjinin bir formadan digər formaya çevrilməsi prosesləri müəyyən miqdari ekvivalentlər ilə tənzimlənir. Enerjinin saxlanması qanunu XX əsrin ortalarında R. Mayer, C. Coul, Helmholts və başqalarının səyi ilə kəşf edilmişdir. Bu kəşfə qədər materiya və hərəkətin saxlanması haqqında Dekart, Leybnits, Lomonosov tərəfindən söylənilmiş ideyalar mövcud olmuşdur. Bu qanunda maddi dünyanın vəhdəti özünü göstərir. Onun kəşfi ilə təbiətdə bütün fəaliyyətin vəhdəti mülahizəsi fəlsəfi mühakimədən çıxaraq elmi fakta çevrilmişdir.
Nüvə silahı saxlanılmayan zona
Nüvə silahı saxlanılmayan zona (NSSZ; daha çox NWFZ; ing. Nuclear-weapon-free zone) — beynəlxalq hüquqda atom və nüvə silahı saxlanılmayan ərazi. Nüvə silahlı saxlanılmayan zona beynəlxalq sülh və təhlükəsizliyi müdafiə formalarından biridir. Bu, BMT Nizamnaməsinin prinsip və tələblərinə uyğundur. Təcrübədə nüvə silahı saxlanılmayan zona ideyası ilk dəfə Antarktika haqqında beynəlxalq müqavilədə (1959-cu il) həyata keçirilmişdir. Aland adaları, Şpitsbergen arxipelaqı, Aralıq dənizində bəzi adalar və kosmik fəza nüvə silahı saxlanılmayan zona hesab edilməsi haqqında qətnamə (1961-ci il), Latın Amerikasının nüvə silahı saxlanılmayan zona elan edilməsi haqqında qətnamə (1967), dəniz və okeanların divində nüvə silahlarının yerləşdirilməsinin qadağan olunması haqqında qətnamə (1971) qəbul edilmişdir. 1978-ci ildə SSRİ Latın Amerikasının nüvə silahı saxlanılmayan zonaya çevirməsi haqqında Tlatelolko müqaviləsinin zamini olmuşdur. 2009-cu il üçün nüvə silahı saxlanılmayan zona elan edilən ərazilər: Antarktida (1959-cu il müqaviləsi); Latın Amerikası (Tlatelolko müqaviləsi 1967); Cənubi Sakit okean (1985 Rarotonqa müqaviləsi); Cənub-Şərqi Asiya (Banqkok müqaviləsi 1995); Afrika (1996 Pelindaba müqaviləsi); Mərkəzi Asiya (2007 Semipalatinsk müqaviləsi). 1984-cü ildən Yeni Zelandiya özünü nüvə silahı saxlanılmayan dövlət elan etdi. Monqolustan və Belarus nüvə silahı saxlanılmayan dövlət statusuna malikdir.
Rusiya və Zaqafqaziya qanunların müvəqqəti saxlanması
Rusiya və Zaqafqaziya qanunların müvəqqəti saxlanması — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin reallıqla hesablaşaraq, qəbul etdiyi müvəqqəti qərarlardan biri. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətə başladığı dövrdə dövlət quruluşunun, bütövlükdə, siyasi sistemin dəyişdirilməsi yeni qanunların qəbulunu zəruri edirdi. Lakin bunun üçün müvafiq təşkilati tədbirlər və qanunvericilik prosesi tələb olunurdu. Buna görə də, çıxış yolu kimi müvəqqəti olaraq köhnə qanunvericilik sistemi saxlanıldı. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti bu məqsədlə 1918-ci il 23 iyun tarixli qərarı ilə idarəetmə və məhkəmənin bütün sahələri üzrə mövcud olan qanunları, həmin qanunlar hökumət tərəfindən ləğv olunana və ya dəyişdirilənədək qüvvədə saxlanıldı. Eyni zamanda, Milli Şura, Parlament və Hökumət qanunvericilik sahəsində gərgin çalışaraq, bu qanunlann xeyli hissəsini ləğv etməyə və yenilərini qəbul etməyə nail oldu. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), c.1-2, B., 1998; Азербаиджанская Демократическая Республика (1918-1920). 3aкондательные акты (сборник документов), Б., 1998.
Saxlanma itkisi
Dayaq və ya saxlanma itkisi — mayelər dinamikasında, bir maye içərisində hərəkət edən cismə təsir edən daşıma qüvvəsinin - hücum bucağının (AOA) kritik qiyməti keçməsinə görə - azalması və ya yox olması nəticəsində cismin maye içərisində özünü saxlaya bilməməsidir. Cismin özünü saxlaya bilməməsinin müxtəlif səbəbləri mövcuddur. Ən əsas olan iki səbəb aşağıdakılardır: Daşıyıcı səth üzərində tələb olunan maye sürətinin əldə edilməsinin mümkün olmaması; Nəzarət və ya daşıma səthləri üzərində meydana çıxan axıntı ayrılığı. Aviavasitələrdə dayaq kritik hücum bucağının aşıldığı hər vəziyyətdə “sürətdən müstəqil olaraq” reallaşır. Yəni dayaq bu bucağın keçildiyi bütün sürətlərdə reallaşır. Saxlanma itkisinə bütün qanad məruz qala biləcəyi kimi, nəzarət səthlərinin olduğu qanad hissələri də qala bilər. Hər ikisi də nəzarət itkisinə, dolayı yolla saxlanma itkisinə səbəb olacaqdır. Məsələn, ox bucağı verilmiş qanadlarda qanad ucunda olan nəzarət səthləri, təyyarədən və qanadın hamısından daha əvvəl saxlanma itkisinə uğrayır. Buna görə də, daşınma mərkəzi ağırlıq mərkəzinin qabağına keçir və bu da pozitiv yunuslama momenti meydana gətirir. Yəni təyyarə, burnunu qaldırma meylinə girir.
Türkiyədə saxlanılmalar (1927)
1927-ci ildə Türkiyədə saxlanılmalar — 1927-ci ilin payızında Türkiyədə gizli fəaliyyət göstərən Türkiyə Kommunist Partiyası üzvlərinə qarşı həyata keçirilən genişmiqyaslı həbslər. Dövrün TKP MK baş katibi Vədət Nədim Tör partiyanın gizli sənədlərini və üzvlük siyahılarını polisə təhvil verdikdən sonra Türkiyədə Kominterndən məsul olan Şəfik Hüsnünün də daxil olduğu, həmçinin TKP MK üzvlərini də əhatə edən böyük bir həbs kampaniyasına start verilmişdir. 1928-ci ildə TKP işi başladılmışdır. Bu həbslər zamanı Mərkəzi Komitənin üzvü Şövkət Sürəyya Aydəmir Vədət Nədim Törlə birlikdə fəaliyyət göstərmiş və daha sonra "Kadro" jurnalını təsis etmişdir. Bir çox kommunist, o cümlədən yüksək səviyyəli partiya liderləri həbslər zamanı saxlanılmışdılar: Şəfik Hüsnü 3 ay müddətinə azadlıqdan məhrum edilib. Vədət Nedim Tör bəraət almışdır. Şövkət Sürəyya Aydəmir bəraət almışdır. Nazım Hikmət xaricdə olduğu üçün 3 ay qiyabi həbs cəzası almışdır. Hikmət Qıvılcımlı 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir.
Nəzarət altında saxlanma
Nəzarət altında saxlanma və ya müvəqqəti həbs cinayət törətməkdə şübhəli bilinən şəxsin həmin cinayəti törətdiyinə dair sübutların olması halında dövlət ittihamçısının qərarı ilə, ibtidai istintaqın aparılması və ya istintaqın başa çatdırılması üçün lazım gəldikdə məcburi formada, hüquq-mühafizə orqanları tərəfindən müəyyən müddətə həbsdə saxlanması prosesidir. Həbs şübhəli bilinən şəxsin dövlətin hüquq-mühafizə orqanları tərəfindən qanuni əsaslarla müvəqqəti olaraq nəzarət altında saxlanılmasıdır. Çox vaxt saxlanılan şəxs əvvəlcə təcridxanaya aparılaraq burada ifadə verir, daha sonra isə qarşısına çıxarıldığı prokuror onun azadlığa buraxılmasını və ya məhkəməyə göndərilməsini tələb edir.

"saxlan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#saxlan nədir? #saxlan sözünün mənası #saxlan nə deməkdir? #saxlan sözünün izahı #saxlan sözünün yazılışı #saxlan necə yazılır? #saxlan sözünün düzgün yazılışı #saxlan leksik mənası #saxlan sözünün sinonimi #saxlan sözünün yaxın mənalı sözlər #saxlan sözünün əks mənası #saxlan sözünün etimologiyası #saxlan sözünün orfoqrafiyası #saxlan rusca #saxlan inglisça #saxlan fransızca #saxlan sözünün istifadəsi #sözlük