Viktor Şarlaxov
Viktor Petroviç Şarlaxov (Lebedev) (rus. Виктор Петрович Шарлахов (Лебедев); 31 yanvar (12 fevral) 1898, Spasskoye[d], Tambov quberniyası – 31 oktyabr 1989, Moskva) — sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1943), "Stalin" mükafatı laureatı (1951).
== Həyatı ==
Viktor Şarlaxov 31 yanvar (12 fevral) 1898-ci ildə anadan olmuşdur. 1911–1917-ci illərdə Penzada kişi gimnaziyasında, 1915–1918-ci illərdə isə M. V. Zeninanın özəl dram məktəbində təhsil almışdır.
Viktor Şarlaxov səhnə fəaliyyətinə 1918-ci ildə başlamış, 1918–1919 illərdə Penza "Azad teatrı"nda işləmişdir. 1919–1930-cu illərdə hər il Rusiyanın və SSRİ-nin müxtəlif — Saransk (1919–1920), Alatır (yay, 1920), Bryansk (1920–1921), Səmərqənd (yay, 1921), Aşqabad (1921–1922), Penza (1922–1923), Nijni Novqorod (1923–1924), Krasnodar (1924–1925), Qomel (yay, 1925), Tiflis (1925–1926 və 1929–1930), Sızran (yay, 1926), Yaroslavl (1926–1927), Xarkov (yay, 1927), Kazan (1927–1928), İjevsk (yay, 1928), Simferopol (1928–1929) şəhərlərinin teatrlarında çıxış etmişdir. 1930–1934-cü illərdə Samara, 1935–1937-ci illərdə Kalininsk, 1937–1938-ci illərdə Smolensk dram teatrlarında işləmişdir. 1934–1935 və 1938–1953-cü illərdə Azərbaycan Dövlət Rus Dram Teatrında, 26 avqust 1953-cü ildən 25 mart 1980-ci ilədək isə Moskvada Malı Teatrda fəaliyyət göstərmişdir.
Aktyor 31 oktyabr 1989-cu ildə vəfat etmişdir.
== Təltif və mükafatları ==
"Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943
"Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940
"Stalin" mükafatı (3-cü dərəcə) — 14 mart 1951 (ADRDT-da İmran Qasımovun "Xəzər üzərində şəfəq" əsərində Məmmədov roluna görə)
"Əmək igidliyinə görə" medalı — 25 fevral 1946
"Qafqazın müdafiəsinə görə" medalı — 19 yanvar 1945
"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 16 aprel 1946
== Teatrdakı əsas rolları ==
== Filmoqrafiya ==
== İstinadlar ==
== Xarici keçidlər ==
"Шарлахов Виктор Петрович".