şarlatan sözü azərbaycan dilində

şarlatan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şarlatan • 88.5714%
  • Şarlatan • 5.7143%
  • ŞARLATAN • 5.7143%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

şarlatan sözünün leksik mənası və izahı

  • 1 [fr.] Bir şey bilmədiyi halda, özünü bilən, mütəxəssis kimi göstərərək adamları aldadan, nadan; yalançı, fırıldaqçı, cüvəllağı. Şarlatanın biridir. – Bunlar da yaxşı adamlardır, amma şarlatandırlar. C.Məmmədquluzadə. // zar. Yüngül söyüş mənasında. [Məşədi İbad:] Tuf!… Rədd ol, şarlatan!… Ü.Hacıbəyov. Namuslu insanların içində; Orda-burda şarlatanlar da vardır. R.Rza.

    Azərbaycan dilinin izahlı lüğəti / şarlatan

şarlatan sözünün etimologiyası

  • 1 Fransada bir vaxtlar bu adda məşhur fırıldaqçı olub, söz də onunla bağlı yaranıb və yayılıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti) Maliyyə sisteminin hələ yeni-yeni yaranmağa başladığı qədim dövr və orta əsrlərdə pul tədavülü tez-tez ciddi böhranla üz-üzə qalırdı. Orta əsrlər kilsəsi özünəməxsus dövlət lotereyası variantına malik idi. Dövlət büdcəsinə kifayət qədər pul yığılmayanda kilsə vaxtaşırı olaraq “indulgensiya” satışına göstəriş verirdi. Kilsəyə ianə verən hər bir kəsin günahından keçilirdi. Ancaq indulgensiya satışı ilə məşğul olan adamlar, əsasən, kasıb, öldükdən sonra göylərə düşmək istəyən savadsız insanlardan mümküm qədər çox pul qoparmağa çalışırdılar. İtalyanlar hansısa səbəbdən indulgensiya satanları Romadan 90 mil şimalda yerləşən Çerreto kəndinin adı ilə çerretano adlandırmağa başladılar. Ola bilsin, buna səbəb bədnam indulgensiya satanlardan birinin əslən buralı olması, bəlkə də, kənd sakinlərinin fəal şəkildə ticarət etmələri idi. Ticarətçilərin isə dilli-dilavər olması sonda ”çerretano” sözünün tədricən italyan dilində boşboğaz mənasını verən “şarlatano”ya çevrilməsinə gətirib çıxardı. İngilis dilində bu söz (“charlatou”) ilk vaxtlar yalnız çoxdanışan tacirlərə deyilirdi. Şarlatanlar çox zaman saxta dərmanlar satır və özlərini tibb sahəsində dərin biliklərə malik adamlar kimi aparırdılar. Amma əslində belə deyildi. Bundan sonra yalançı bilikləri və bacarıqları ilə lovğalanan istənilən adama şarlatan deyilməyə başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)  

    Azərbaycan dilinin etimologiya lüğəti / şarlatan

şarlatan sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 yalançı — fırıldaqçı — cüvəllağı

    Azərbaycan dilinin sinonimlər lüğəti / şarlatan
  • 2 ŞARLATAN, AVANTÜRİST, BİCHARAMZADƏ, MÜFƏTTİN [Qonaq:] De görüm, Şarlatanın toçnı mənası nədir? Mən bu sorğuya heç əhəmiyyət vermədim, qulağım ardını qaşıya-qaşıya cavab verdim: Şarlatanın toçnu mənası şarlantadır. Dedi: Daha sonra? – Bic-haramzadə. Dedi: Ayrı bir söz yoxmu? – Avantürist. Dedi: Bu kafi deyil, başqa bir sözlə aydınlaşdır. -Müfəttin... Dedi: Bildiyimi də unutdurdun. Müfəttin nədir? Mənə də görüm bu söz türk sözüdür, yoxsa rus? (Qantəmir); FIRILDAQÇI (bax), HİYLƏGƏR (bax).

    Azərbaycan dilinin sinonimlər lüğəti / şarlatan

şarlatan sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. шарлатан (невежда, выдающий себя за знатока, специалиста). Bu, həkim deyil, əsl şarlatandır это не врач, а настоящий шарлатан, şarlatanlara inanmayın не верьте шарлатанам II прил. шарлатанский (свойственный шарлатану)

    Azərbaycanca-rusca lüğət / şarlatan

şarlatan sözünün inglis dilinə tərcüməsi

şarlatan sözünün fransız dilinə tərcüməsi

şarlatan sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fr.] шарлатан; гьарамзада, тапрукь (са затӀ течир гьалда, вичи-вич чидайди хьиз, специалист хьиз къалуриз инсанар алцурардайди; // зар. кьезил экъуьгъун манада).

    Azərbaycanca-ləzgicə lüğəti / şarlatan

şarlatan sözünün türk dilinə tərcüməsi

"şarlatan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şarlatan nədir? #şarlatan sözünün mənası #şarlatan nə deməkdir? #şarlatan sözünün izahı #şarlatan sözünün yazılışı #şarlatan necə yazılır? #şarlatan sözünün düzgün yazılışı #şarlatan leksik mənası #şarlatan sözünün sinonimi #şarlatan sözünün yaxın mənalı sözlər #şarlatan sözünün əks mənası #şarlatan sözünün etimologiyası #şarlatan sözünün orfoqrafiyası #şarlatan rusca #şarlatan inglisça #şarlatan fransızca #şarlatan sözünün istifadəsi #sözlük