Şarl sözü azərbaycan dilində

Şarl

Yazılış

  • Şarl • 99.6101%
  • şarl • 0.1949%
  • ŞARL • 0.1949%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Jak Şarl
Jak Şarl (fr. Jacques Charles; 12 noyabr 1746[…], Bojansi[d] – 7 aprel 1823, Paris, Fransa) — Fransız alim, ixtiraçı və riyaziyyatçı. Jak Şarl 1746-cı ildə Beogensi şəhərində anadan olmuşdur. O, hava şarı ilə ilk uçuşunu 1783-cü ilin 27 avqust tarixində etmişdir. Jak Şarl 1783-cü ilin 1 dekabr tarixində, Alin Roberts ilə birlikdə La Charlière adlı hava şarı ilə 550 metr hündürlüyə yüksəlmişdir.
Şarl Aznavur
Şarl Aznavur (erm. Շառլ Ազնավուր; fr. Charles Aznavour; 22 may 1924[…], VI arondisman – 1 oktyabr 2018[…], Muryes[…]) — erməni əsilli fransız musiqiçi, aktyor və diplomat. Aznavur daha çox tenor səsi ilə məşhurluq qazanmışdır. Pop, caz və şanson janrlarında ifa etmişdir. Musiqiçi tərəfindən 1.200 dən çox mahnı yazılıb və bu mahnılar səkkiz ayrı dildə ifa olunub. Yazılan və ifa edilən mahnıların günümüzə qədər 180 milyon nüsxə satıldığı bildirilir. Şarl Aznavur Fransanın ən məşhur müğənnilərindən biri hesab olunur. Gənclik illərində ifasına görə Fransanın Frenk Sinatrası adlandırılmışdır. Musiqi fəaliyyəti ilə yanaşı aktiv humanitar və diplomatik fəaliyyətlə də məşğul olan Şarl Aznavur ermənilərlə bağlı bir çox fəaliyyətin Avropada təşkil olunmsında fəal rol oynayıb.
Şarl Bodler
Şarl Pyer Bodler ( fr. Charles Pierre Baudelaire; 9 aprel 1821[…] – 31 avqust 1867[…], Paris) — fransız şair və tənqidçi, Fransa və dünya ədəbiyyatının klassiki, yazıçısı və tərcüməçisi; bütün sonrakı Avropa şeirlərinin inkişafına təsir göstərən simvolizm estetikasının təsisçisi. 1857-ci ildə özü tərəfindən nəşr olunan "Pislik çiçəkləri" şeirlər kolleksiyası onun işində ən məşhur və əhəmiyyətli mövqeyə çevrildi. == Bioqrafiyası == Şarl Pyer Bodler 9 aprel 1821-ci ildə Paris şəhərində anadan olmuşdur. Atası Fransua Bodler, Napoleon dövründə senator olmuşdur, kölələr, Böyük İnqilabın bir iştirakçısı idi. Oğlunun anadan olduğu ildə 62 yaşına çatdı və həyat yoldaşı yalnız 27 yaşında idi. Fransua Bodler bir sənətkardır və oğlunun erkən yaşdan bəri rəssamlıq sevgisinə aşılayırdı - muzeylər və qalereyalar aparıb, rəssamlarla tanış edib, onu atelyeye aparırdı. 11 yaşında olduqda Şarl , ailəsi ilə Lion şəhərinə köçdü və daha sonra Lion kral Kollecinə köçürülmüş bir internat evinə göndərildi. Uşaq şiddətli melankoliya əlamətlərinə məruz qalıb və təəccüblü, tənbəllik və tam yayınma ilə müəllimlərin tədqiqinə məruz qalmışdı. Ancaq Bodler ədəbiyyata və şeirə cazibəsi artıq burada özünü bildirirdi.
Şarl Defremeri
Şarl Fransua Defremeri (fr. Charles François Defrémery; 8 dekabr 1822, Kambre – 18 avqust 1883)— Fransız şərqşünası. == Həyatı == Şarl Defremeri 8 dekabr 1822-ci ildə Cambraidə doğulmuşdu. 1840-cı ildə Parisə gedərək Reinaud, Caussin de Perceval ve Quatremère kimi ünlü şərqşünaslardan Ərəbcə və Farsca dərslər aldı. Caussin de Percevalden sonra Collège de Franceda müəllim olaraq çalışdı (1868). Bir müddət sonra rahatsızlığı üzünden bu vəzifədən ayrılıb İran tarixi və ədəbiyatıyla məşğul olmağa başladı. Şarl Defremeri 18 avqust 1883-cü ildə Saint-Valery-en Cauxda vəfat etdi.
Şarl Despio
Şarl Despio — fransız heykəltaraş, qrafik. == Həyatı == Despionun ilk müəllimi (liseydə) heykəltaraş M.Moran olmuşdur. Parisdə Dekorativ Sənət Məktəbində E.Lemerdən (1892–95) və Zərif Sənətlər Məktəbində E. Barridən (1894–1901) dərs almışdır. 1890-cı illərin sonu-1900-cü illərin əvvəllərində bir sıra kiçik büst-heykəllər yaratmışdır (“Çıxışdanqabaq”, 1901; “Düşüncə”, 1904 və s.). == Fəaliyyəti == O.Rodenin köməkçisi olmuş Despio onun əsərini (Varvara Yeliseyevanın portreti, 1906–09, Ermitaj, Sankt-Peterburq) mərmərə köçürmüşdür. Despionun yaratdığı portertlərdə Rodenin təsiri hiss olunur (L.Levrin portreti, 1918, Zərif Sənətlər Muzeyi, Əlcəzair ş. və s.). “Madam Eli For” (1927), “Odetta” (1934; hər ikisi Müasir İncəsənət Milli Muzeyindədir, Paris) və s. kimi qadın portretlərinin müəllifidir. Despio insan fiquru üzərində də işləmiş, burada da gözəl və mükəmməl formalara nail olmuşdur (“Apollon”, 1937–46, Müasir İncəsənət Milli Muzeyi, Paris).
Şarl Dümulen
Şarl Dümulen (fr. Charles Dumoulin; lat. Carolus Molinaeus; 1500, Paris – 28 dekabr 1566, Paris, Fransa) — fransız hüquqşünas.
Şarl Dədəyan
Şarl Dədəyan (fr. Charles Dédéyan; 4 aprel 1910[…], İzmir, Aydın vilayəti – 21 iyun 2003[…], Paris) — erməni əsilli Fransa filoloqu və ədəbiyyatşünası, fransız ədəbiyyatı üzrə mütəxəssis. Şarl Dədəyan Sarbonnada dissertasiyanı müdafiə etmişdir. O, 1942-ci ildən Renn Universitetində müəllim, 1945–1949-cu illərdə isə Lion Universitetinin professoru olmuşdur. Dədəyan 1949-cu ildən Sarbonnada müqayisəli ədəbiyyat kafedrası işləmişdir. Şarl Dedeyan Fransa Akademiyasının bir neçə mükafatına layiq görülmüşdür. O, həm də "Fəxri legion" ordeninin laureatı olmuşdur. Dədəyan tarixçi Jerar Dədəyanın atasıdır. == Əsərləri == (direction d'ouvrage) Jean Mairet, La Sophonisbe, Paris 1945, 1969 (direction d'ouvrage) Montaigne, Journal de voyage en Italie par la Suisse et l'Allemagne en 1580 et 1581, Paris 1946 Le Thème de Faust dans la littérature européenne, 6 Bde., Paris 1954–1967 Madame de Lafayette, Paris 1955, 1965 Stendhal et les "Chroniques italiennes", Paris 1956 Gérard de Nerval et l'Allemagne, 3 tomes, Paris 1957–1959 Dante en Angleterre, 2 tomes, Paris 1961–1966 Rilke et la France, 2 tomes, Paris 1961–1963 Stendhal chroniqueur, Paris 1962 L'Italie dans l'œuvre romanesque de Stendhal, 2 tomes, Paris 1963 Victor Hugo et l'Allemagne, 2 tomes, Paris 1964–1965 Le cosmopolitisme littéraire de Charles du Bos, 6 tomes, Paris 1965–1971 Racine et sa "Phèdre", Paris 1965, 1978 Lesage et "Gil Blas", Paris 1965, 2002 Jean-Jacques Rousseau et la sensibilité littéraire à la fin du XVIIIe siècle, Paris 1966 Le nouveau mal du siècle de Baudelaire à nos jours, 2 tomes, Paris 1968–1972 Une guerre dans le mal des hommes, Paris 1971 Chateaubriand et Rousseau, Paris 1973 Le cosmopolitisme européen sous la Révolution et l'Empire, 2 tomes, Paris 1976 Lamartine et la Toscane, Genève 1981 Le Drame romantique en Europe. France, Angleterre, Allemagne, Italie, Espagne, Russie, Paris 1982 Dante dans le romantisme anglais, Paris 1983 Le Roman comique de Scarron, Paris 1983 Le Critique en voyage ou Esquisse d'une histoire littéraire comparée, Paris 1985, 1998 (italien : Il critico in viaggio.
Şarl Ermit
Şarl Ermit (24 dekabr 1822[…] – 14 yanvar 1901[…], Paris, Fransa) — Fransız riyaziyyatçı, ədədlər nəzəriyyəsi, kvadratik formaların invariant nəzəriyyəsi, ortoqonal polinomlar, elliptik funksiyalar və cəbr üzrə tədqiqat aparıb. == Həyatı == == Fəaliyyəti == 1873-cü ildə ilk dəfə e ədədinin transendent olduğunu isbat etmişdir. Riyazi analiz, ədədlər nəzəriyyəsi, cəbr üzrə əsərlərin müəllifidir.
Şarl Filije
Şarl Filije (fr. Charles Filiger; 28 noyabr 1863, Tann, Elzas — 11 yanvar 1928, Pluqastel, Bretan) — fransız rəssam. == Bioqrafiyası == Şarl Filije zəngin bir ailədə anadan olmuşdur, atası kağız fabriki sahibi idi. 1886-cı ildə Ş. Filije Parisdə Kolarossi İncəsənət Akademiyasında təhsil alır. 1889-cu ildə və 1890-cı ildə Müstəqil Salonunda rəsm əsərlərini sərgiləmişdir. Rəssam Pont-Aven məktəbinə daxil idi, Pol Qogen və Pol Serüzye kimi sənətkarların yaradıcılığından təsirlənmişdi. Ş. Filije öz rəsm əsərlərində daha çox dini mövzuları üstünlük verirdi (məsələn, «Məsih mələklər ilə (1892)») və Moris Deninin əsərlərinə yaxın idi. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Coll, Charles Filiger ( 1863-1928) Petite Encyclopédie des Peintres de Bretagne. éd. Le Télégramme, 2001.
Şarl Furye
Fransua Mari Şarl Furye (fr. François Marie Charles Fourier; 7 aprel 1772[…], Bezanson – 10 oktyabr 1837[…], Paris) — Fransız filosofu, sosioloq, ütopik sosializmin nümayəndələrindən biri, Furyeizm sisteminin qurucusu; "feminizm" termininin müəllifidir. İdeyalarına Furyeizm, ardıcıllarına Furyerist deyildi. == Bioqrafiyası == === Uşaqlıq və gənclik illəri === Şarl bezansonlu varlı bir tacirin yeganə oğludur. Zəif və xəstə, erkən uşaqlıqdan xəyal qurmağa meyli ilə seçilir və hər şeyi musiqi və kitab oxumaqdan üstün tuturdu. Yalnızlıq onda güclü bir xəyal inkişaf etdirdi və bütün sistemində sərt bir iz buraxdı. Fourierin uşaqlığı haqqında bilinən hər şey onu çox doğru və mehriban kimi boyayır. 12–13 yaşına qədər məktəbdə oxudu, ancaq bununla yanaşı məntiq, coğrafiya, fizika, riyaziyyat və digər mövzularda sistemsiz də olsa müstəqil dərslər var idi. Atasının ölümündən sonra məyus olan ticarət, məktəbi tərk etdikdən sonra dolanışıq üçün vəsait toplamağa başladı və tribunanın arxasında dayandı, baxmayaraq ki, məktəb təhsillərini davam etdirmək üçün uğursuz cəhdlər edildi. Sistemli bir təhsil almadı, özü öyrədildi, elmi işlərə qərəzli yanaşdı.
Şarl Hermit
Şarl Ermit (24 dekabr 1822[…] – 14 yanvar 1901[…], Paris, Fransa) — Fransız riyaziyyatçı, ədədlər nəzəriyyəsi, kvadratik formaların invariant nəzəriyyəsi, ortoqonal polinomlar, elliptik funksiyalar və cəbr üzrə tədqiqat aparıb. == Həyatı == == Fəaliyyəti == 1873-cü ildə ilk dəfə e ədədinin transendent olduğunu isbat etmişdir. Riyazi analiz, ədədlər nəzəriyyəsi, cəbr üzrə əsərlərin müəllifidir.
Monteskyö Şarl Lui
Şarl Lui Monteskyö (fr. Charles-Louis de Seconda, Baron de La Brède et de Montesquieu; 18 yanvar 1689[…] – 10 fevral 1755[…], Paris, Fransa krallığı) — fransız yazıçı, maarifçi filosof, siyasi mütəfəkkir, sosioloq və tarixçi. == Həyatı == XVIII əsr fransız filosofu, maarifçi, yazıçı, tarixçi, iqtisadçı və hüquqşünas olan Şarl de Monteskyo 18 yanvar 1689-cu ildə, Böyük Fransa burjua inqilabından 100 il əvvəl, Fransanın Bordo şəhəri yaxınlığında atalarının malikanəsi olan Le Brede qalasında orta səviyyəli hərbçi aristokrat ailəsində dünyaya gəlmişdir. O, Kalvinist-protestant kilsəsi rahibləri məktəbində oxumuş, latın və yunan dillərini öyrənmişdir. Monteskyo tibb və hüquq elmlərini dərindən öyrənmiş, fəlsəfə və ilahiyyat ilə də məşğul olmuşdur. O, 1714-cü ildə, hələ 25 yaşı olarkən, Bordo Ali Məhkəməsinə üzv təyin edilmiş, 1716-cı ildə isə əmisinin ölümündən sonra onun yerinə həmin məhkəmənin rəyasətinə gətirilmişdir. Monteskyo 12 il fasiləsiz olaraq öz doğma Bordo şəhərində "parlament"ə-yerli şuraya və məhkəməyə rəhbərlik etmişdir. Onun siyasi elmlərə marağı məhz bu illərdə yaranmışdır. Monteskyo 1712-ci ildə yaradılan Bordo Akademiyasının üzvü olmuşdur. Mütəfəkkir müxtəlif illərdə "Təfəkkür sistemi" (1716), "Düha fərqləri" (1717) və "İran Məktubları" (1721) əsərlərini nəşr etdirmişdir.
Şarl
Şarl (fr. Charles Fransızca tələffüz: [ʃaʁl]) — fransız kişi adı.
Şarl Kulon
Şarl Kulon (fransızca: Charles de Coulomb; 14 iyun 1736 − 23 avqust 1806) – fransız hərbi mühəndisi, fizika alimi. O, yüklənmiş cisimlərin, həm də maqnitlərin qütblərinin qarşılıqlı təsirini öyrənmiş, sürtünmə qüvvələrini tədqiq etmişdir. Elektrik yükünün vahidi və elektrik yüklərinin qarşılıqlı cazibə qüvvəsi qanunu onun şərəfinə adlandırılmışdır. == Tərcümeyi halı == Şarl Kulon 14 iyun 1736-cı ildə Anqulem şəhərində, dövlət məmuru ailəsində anadan olmuşdur. Saray əyanları üçün nəzərəd tutulan, o dövrün ən tanınmış məktəbində "Dörd millət kolleji"ndə ("Mazarani" kolleci) təhsil almışdır. Bu məktəbi bitirdikdən sonra 1760-cı ilin fevralında imtahan verərək, XVIII əsrin ən yaxşı məktəblərindən olan Mezyeredəki hərbi-mühəndis məktəbinə daxil olur. Həmin məktəbi 1761-ci ildə bitirir və leytenant rütbəsini alır. Bundan sonra o Brest şəhərinə göndərilir. Orada o kartoqrafik işlərlə məşğul olur. Sonra bir neçə il Kulon Fransaya mənsub olan, Martinka adalarında yerləşən hərbi-mühəndis hissələrdə xidmət edir.
Şarl Laval
Şarl Laval (fr. Charles Laval, 17 mart 1862, IX arondisman, İkinci Fransa İmperiyası – 27 aprel 1894, XIV arondisman, Üçüncü Fransa Respublikası) — sintetizm incəsənət cərəyanın (postimpressionizm) və "Pont-Aven Məktəbi" ilə bağlı fransız rəssamı. == Bioqrafiyası == Şarl Laval Parisdə anadan olub, anası — polyak, atası — fransız, peşə memarıdır idi. Leon Bonna və Fernan Kormonun şagirdi kimi Laval Paris salonuna bukolik mənzərə əsərləri "Barbizonda kənd həyəti" (Cour de ferme à Barbizon) göndərdi. 1883-cü ildə salona qatıldı. Onun dost sənətşünasları arasında Tuluz-Lotrek, Emil Bernar və Lui Anketen kimi məşhur rəssamlar var idi. === Qogenlə görüşü === Pol Qogen və Laval 1886-cı ildə Pont-Aven şəhərində yerləşən madam Qloanekin hostelində bir araya gəldi və daha sonra yoldaş oldular. 1887-ci ildə Qogen və Laval "digər" sənətə açar tapmaq üçün ekzotik axtarışları Panamaya yola düşdülər. Əlavə pul qazanmaq üçün Laval Leon Bonna studiyasında əldə etdiyi təcrübəsini istifadə edərək bir neçə akademik portret yazmışdır. Bir sıra uğursuzluqlar Laval və Qogenə materikdən ayrılaraq Martinikaya getməyə məcbur etdi.
Şarl Laveran
Şarl Laveran (tam adı: Şarl Lui Alfons Laveran, fr. Charles Louis Alphonse Laveran; 18 iyun 1845[…], Paris – 18 may 1922[…], Paris) — Fransa alimi, həkimi, protistoloqu, epidemioloqu və Fransa ekzotik patologiya cəmiyyətinin banisi. == Həyatı == Görkəmli fransız alimi, həkim, protistoloq, epidemioloq və fransız ekzotik patologiya cəmiyyətinin banisi Şarl Lui Alfons Laveran Parisdə hərbçi və həkim ailəsində anadan olmuşdur. Onun atası hərbi həkim müfəttişi vəzifəsində işləmişdir. Atasının yolunu davam etdirən Laveran Strasburqda İmperator hərbi-tibb məktəbinə daxil olmuş, 1867-ci ildə həkim diplomu almışdır. Gənc Laveran Fransa-Prussiya müharibəsində hərbi həkim kimi xidmət etmişdir. O, 1875-ci ildə yazdığı bir elmi əsərində malyariya xəstəliyini araşdırmışdır. Bu xəstəlik həmin illər Fransada geniş yayılmasa da, Əlcəzairdə qulluq edən fransız əsgərləri üçün təhlükə mənbəyi idi. Buna görə onu malyariya xəstəliyinin yaranmasının səbəblərini araşdırmaq üçün Əlcəzairə göndərmişdilər. Beləliklə, Laveran apardığı tədqiqatlar nəticəsində bu gün tibb elmində plazmodilər (birhüceyrəli heyvanlar — qan parazitləri) kimi tanınan malyariya mikrobunun kəşfinə nail olmuşdur.
Şarl Lekler
Şarl Lekler (16 oktyabr 1997, Monte Karlo) — Monakolu peşəkar Formula 1 pilotu. Ferrari komandasında çıxış edir. Lekler 2016-cı ildə GP3 Series çempionatında və 2017-ci ildə FIA Formula 2 çempionatında qalib gəldi. Lekler, 2018-ci ildə Ferrari Sürücü Akademiyasının üzvü olduğu zaman, Ferrari ilə əlaqəli bir komanda olan Sauber üçün debüt etdi. Sauberin bir il əvvəl sona çatması ilə, Lekler, iki Sauber sürücüsünün ən yüksək sırasına sahib olmaqla, mühəndislər çempionatında son vəziyyətini səkkizinciyə yüksəltmək tapşırığını verdi. Lekler, Sebastian Vettel ilə birlikdə sürdüyü Ferrari ilə 2019 mövsümü üçün müqavilə bağladı. Lekler, Bəhreyndə ilk Ferrari mövsümündə Formula 1-də ikinci ən gənc sürücü oldu. 2019 mövsümü də Lekler Belçikada ilk karyerasını qazandı, ardından bir həftə sonra Ferrari sürücüsü olaraq ilk dəfə İtaliya Qran Prisini qazandı. O, 2019 F1 mövsümündə "Pole Trophy" qazandı və bunu qazanan ən gənc sürücü oldu. == Karyerası == Lekler karyerasına 2005-ci ildə kartinq yarışları ilə başlamışdır.
Şarl Messye
Şarl Messye (fr. Charles Messier; 26 iyun 1730[…] – 12 aprel 1817[…], Paris) — fransız astronom. 1774-cü ildə dumanlıqlar və ulduz topaları kimi 45 dərin kosmos cismindən ibarət olan bir kataloq dərc elədi. Bu kataloqun hazırlanma məqsədi, özü kimi kometa həvəskarlarına və digər göyüzü müşahidəçilərinə, dəyişməyən göy cisimləri ilə hərəkətli göy cisimlərinin ayırd edilə bilinməsinə köməklik etməkdi. 1781-ci ildə 110, "Messier cisimlərini" əhatə edəcək formada genişləndirildi. M1-dən M110-a qədər bu cismlər, günümüzdə hələ də yüksək nisbətdə istifadə edilməkdədir. Bu katoloq, M1 olaraq adlandırılmış Xərçəng dumanlığından, Andromedanın yanındakı kiçik eliptik bir qalaktika olan M110-a qədər astronomik olaraq ən önəmli göy cismlərini ehtiva etməkdədir. Messier marafonlarında həvəskar kosmonavtlar, çoxluqla şərtlərin daha uyğun olduğu mart ayında, bu 110 göy cismini günbatışından gündoğuşuna qədər keçən bir gecə içərisində müşahidə etməyə çalışarlar. Aydakı Messier krateri və 7359 Messier meteoru, onun şərəfinə adlandırılmışdır.
Şarl Pero
Şarl Perro (fr.: Charles Perrault, Fransızca tələffüz: [ʃaʁl pɛʁo]; d. 12 yanvar 1628 - ö. 16 may 1703) — klassisizm dövrünün fransız yazıçı, şair və tənqidçisi. 1671-ci ildən etibarən Fransa Akademiyasının üzvü. == Həyatı == Dünya uşaq ədəbiyyatında ən tanınmış və ən sevimli sənətkarlardan biri olan fransız şair və tənqidçisi, Fransa Akademiyasının üzvi Şarl Perro ədəbiyyata kəskin mübarizə və coşqun yaradıçılıqla başlamışdır. O, burjua-məmur ailəsində doğuşla da və təhsil və ixtisasına görə hüquqçu olsa da əsl həyat yolu əbədi yaradıcılıq olmuşdur. Bütün dünyada əsl bədii-ədəbi nağıl janrının banisi-yaradıcısı Perro sayılır. Çünki o, həmin janrı demək olar ki, yenidən yaratmış, həm də bunun uğrunda çətin mübarizə aparmalı olmuşdur. Perronun yaşadığı dövrdə (1628-1703) Fransada hələ "gəmiçilər" və "yeniçilər" arasında sənətin hər sahəsində qızğın mübarizə gedirdi. Perroya əsl qələbə və dünya şöhrəti qazandıran, əlbəttə nağıl janrında yazdığı bədii əsərləri olmuşdur.
Şarl Perro
Şarl Perro (fr.: Charles Perrault, Fransızca tələffüz: [ʃaʁl pɛʁo]; d. 12 yanvar 1628 - ö. 16 may 1703) — klassisizm dövrünün fransız yazıçı, şair və tənqidçisi. 1671-ci ildən etibarən Fransa Akademiyasının üzvü. == Həyatı == Dünya uşaq ədəbiyyatında ən tanınmış və ən sevimli sənətkarlardan biri olan fransız şair və tənqidçisi, Fransa Akademiyasının üzvi Şarl Perro ədəbiyyata kəskin mübarizə və coşqun yaradıçılıqla başlamışdır. O, burjua-məmur ailəsində doğuşla da və təhsil və ixtisasına görə hüquqçu olsa da əsl həyat yolu əbədi yaradıcılıq olmuşdur. Bütün dünyada əsl bədii-ədəbi nağıl janrının banisi-yaradıcısı Perro sayılır. Çünki o, həmin janrı demək olar ki, yenidən yaratmış, həm də bunun uğrunda çətin mübarizə aparmalı olmuşdur. Perronun yaşadığı dövrdə (1628-1703) Fransada hələ "gəmiçilər" və "yeniçilər" arasında sənətin hər sahəsində qızğın mübarizə gedirdi. Perroya əsl qələbə və dünya şöhrəti qazandıran, əlbəttə nağıl janrında yazdığı bədii əsərləri olmuşdur.
Şarl qanunu
Şarl qanunu - Jak Şarl tərəfindən tapılmış qaz qanunu. == Qanunun kəşfi == Bu qanun 1787-ci ildə fransız fiziki J.Şarl tərəfindən təcrübədən tapılmışdır. Qanun izoxor prosesə aiddir. Şarl qanununa görə sabit həcmdə verilmiş kütləli ideal qazın təzyiqinin onun mütləq temperaturuna olan nisbəti sabitdir. Və yaxud da, qazın başlanğıc təzyiqinin ilk temperaturuna olan nisbəti bu parametrlərin ixtiyari andaki təzyiq-temperatur nisbətinə bərabərdir. P 1 T 1 = P 2 T 2 o r P 1 T 2 = P 2 T 1 . {\displaystyle {\frac {P_{1}}{T_{1}}}={\frac {P_{2}}{T_{2}}}\qquad \mathrm {or} \qquad {P_{1}}{T_{2}}={P_{2}}{T_{1}}.} == Xarici keçidlər == Şarl qanunu Gay-Lussac's Law of Combining Gas Volumes Amonton's Law == Həmçinin bax == Avoqadro qanunu == Xarici keçidlər == Castka, Joseph F.; Metcalfe, H. Clark; Davis, Raymond E.; Williams, John E. Modern Chemistry. Holt, Rinehart and Winston. 2002. ISBN 0-03-056537-5.
Şarl Şipye
Şarl Şipye (fr. Charles Chipiez; 11 yanvar 1835[…] və ya 12 yanvar 1835, Ekülli[d][…] – 9 noyabr 1901, VI arondisman) nüfuzlu bir Fransız memarı, Misirşünas, İranşünas və qədim dünya memarlığının həvəskar bir tarixçisidir. Fransanın Paris şəhərindəki École Spéciale d'Architectureda müəllim idi və 1887-ci ildə “École Nationale Professionnelle d'Armentières” və ya Armentièresin Milli Professional binasının inşasına kömək etmişdir. Chipiez, memar, hellenist və memarlıq tarixçi Georges Perrotun köməyi ilə Misir, Yunanıstan, Fars, Lidiya, Likiya və Aşşur kimi yerlərdə qədim dünyanın memarlıq nailiyyətlərinin ən təfərrüatlı təsvirlərindən bəzilərini yazmışdır. Chipiez eyni zamanda bir zamanlar ucaldılan qədim abidələrin ən detallı virtual memarlıq rəsmlərindən bəzilərini yaradaraq onları canlandırmışdır. Perrot ilə yazdığı görkəmli əsərlərdən bəzilərinə ibtidai Yunanıstandakı sənət tarixi: 1894-cü ildə Mikena sənəti, 1885-ci ildə Finikiya və onun koloniyalarında sənət tarixi, 1892-ci ildə Persiyada sənət tarixi, 1883-cü ildə Qədim Misirdə sənət tarixi, 1884-cü ildə Xaldeya və Aşşurda sənət tarixi, 1892-ci ildə Frigiya, Lidiya, Kariya və Likiyada sənət tarixi və Sardiniyada sənət tarixi, 1890-cı ildə Juda, Suriya və Kiçik Asiyada sənət tarixi əsərləri daxildir. Chipiezin rəsmləri sənətkarlıq qabiliyyətlərinin yanında texniki zəkasını da əks etdirir.
Şarl Mişel
Şarl Mişel (fr. Charles Michel; 21 dekabr 1975[…], Namür) — 2019-cu ildən Avropa Şurasının prezidenti vəzifəsini icra edən belçikalı siyasətçi. O, 2014–2019-cu illərdə Belçikanın baş naziri olub. 2007-ci ildə inkişaf əməkdaşlığı naziri və 2011-ci ilin fevralında Frankofoniya liberal İslahatçılar Hərəkatının (İH) lideri seçilənə qədər bu vəzifədə qaldı. O, İH-ni Nümayəndələr Palatasında üçüncü ən böyük partiya olduqları 2014 federal seçkilərinə apardı. Koalisiya danışıqlarından sonra Mişel MR- N-VA – OVLD – CD&V hökumətinin baş naziri vəzifəsinə təsdiq edildi. O, 11 oktyabr 2014-cü ildə and içərək, 1841-ci ildə Jan-Baptist Notombdan sonra Belçikanın ən gənc baş naziri oldu. 2018-ci ilin dekabr ayında N-VA-nın kabinetdən çıxması ilə Miqrasiya üzrə Qlobal Sazişin idarə edilməsi ilə bağlı daxili fikir ayrılıqlarından sonra hökumət dağıldı. Mişel daha sonra istefa ərizəsi verdi və vəzifəsində müvəqqəti olaraq qaldı. Qısa müddət sonra 2019-cu il federal seçkilərində İH bir sıra yerləri itirdi, baxmayaraq ki, Mişel koalisiya danışıqları zamanı müvəqqəti baş nazir vəzifəsində qaldı.
Şarl Longe
Şarl Feliks Sezar Longe (14 fevral 1839, Kann[d] – 5 avqust 1903, Paris) — jurnalist, Fransa işçi sinfi hərəkatının, o cümlədən 1871-ci il Paris kommunasının görkəmli nümayəndəsi, Birinci İnternasionalın Baş Şurasının prudonist üzvü (1866–1867, 1871–1872). == Həyatı == Şarl Longe 14 fevral 1839-cu ildə Fransanın Kann şəhərində dünyaya gəlmişdir. O, siyasi fəaliyyətə başladıqdan sonra Birinci İnternasionalın Belçika üzrə müxbir katibi (1866), eləcə də Lozanna (1867), Brüssel (1868) və London konfranslarında (1871) nümayəndə kimi çalışmışdır. O, həmçinin "Journal Officiel" nəşrinin redaktoru olub. Longe 1871-ci ildə Paris Kommunasında iştirak etmiş və cari hökumət məğlub olduqdan sonra qaçqın kimi İngiltərəyə köçmüş, burada isə Karl Marksla tanış olmuşdu. Longe 2 oktyabr 1872-ci ildə Londonda Marksın böyük qızı Cenni ilə evləndi. Cütlüyün bu nikahdan altı övladı dünyaya gəldi; onlardan ilk beşi oğlan, sonuncusu isə qız idi. Şarlın iki oğlu körpə ikən dünyasını dəyişmişdi. Şarlın jurnalist oğlu Jan və həkim oğlu Edqar sonralar Fransada tanınmış sosialist fəallara çevrildilər. 1880-ci ilin iyulunda Fransa hökuməti tərəfindən verilən siyasi amnistiyadan sonra Longe Fransaya qayıtdı.
Şarl Qarnye
Şarl Qarnye (fr. Charles Garnier; 6 noyabr 1825[…], Paris – 3 avqust 1898[…], Paris) — fransız memar. Parisdəki Qarnye Sarayının memarı olmuş.
Lassal, Antuan Şarl Lui
Antuan Şarl Lui Lassal (10 may 1775[…], Mets – 6 iyul 1809, Vəqram[d], Aşağı Avstriya[d]) — Diviziya generalı. == Həyatı == 10 May 1775-ci ildə Metzdə anadan olub. On bir yaşında zadagən mənşəyinə görə zabit vəzifəsinə yüksəldi (1786-cı ildə), amma həqiqi hərbi xidmətə16 yaşında 25 May 1791-ci ildə 24-cü Süvari Alayında başladı. Napoleon , Parisdəki Pont de la Concorde körpüsünün üzərində Lassalın heykəlinin tikintisinə əmr verdi. 1891-ci ildə Lassalle qalıqları Əlillər Evinə köçürüldü və 1893-cü ildə Lunevilledə Lassalın şərəfinə abidə ucadıldı.
Pyer-Şarl de Vilnyov
Pyer-Şarl de Vilnyov (fr. Pierre-Charles-Jean-Baptiste-Silvestre de Villeneuve; 31 dekabr 1763 — 22 aprel 1806) —fransız admiralı == Bioqrafiyası == 1778 ci ildən dəniz qvardiyasında xidmət edib. Fransa müsəmləkələrində - Cənubi Amerika və Şimali Amerikada hərbi əməliyyatlarda iştirak etmişdir. 1786 cı ildən Aralıq dənizində xidmət etmişdir Fransa inqilabından sonra Gəmi kapitanı olmuş, lakin həmin illər zadəgan əsilli olduğundan təqib və təzyiqlərə məriz qalmışdır. 1795 ci ildə Tulonda dəniz qvardiyasında Misir ekspedisiyasında iştirak edir. Əbukir döyüşündə, həlak olmuş donama komandanı admiral Büreys d Eqalye Fransua-Polu əvəz etsə də tam passivlik göstərir, Malta adasında ingilislərə təslim olur.
Savoyyalı Şarlotta
Savoyyalı Şarlotta (it. Carlotta di Savoia; fr. Charlotte de Savoie) (təq. 11 noyabr 1441, Şamberi – 1 dekabr 1483, Ambuaz[d]) — Fransa kralı XI Lüdovikin ikinci xanımı, Fransa kraliçası. Atası Savoyya hersoqu Lüdovik, anası isə Kipr kralı Yanoşun qızı Annadır. == Mənbə == Joachim W. Stieber, Pope Eugenius IV, the Council of Basel and the Secular and Ecclesiastical Authorities in the Empire, (E. J. Brill, 1978), 254 Sharon L. Jansen, Anne of France: Lessons For My Daughter, ed.
Sofiya Şarlotta
Sofiya Şarlotta (30 oktyabr 1668, Bad-İburq, Aşağı Saksoniya – 1 fevral 1705, Hannover bəzi mənbələrdə Sofi Şarlotta) Braunşveyq və Lüneburq hersoginyası olub. 30 noyabr 1668-ci ildə Bad-İburqda Sofi fon der Pflaz və Ernst Avqustun yeganə qızı olaraq anadan olmuşdur. 1701-ci ildə Prussiya krallığının ilk kraliçası olmuşdur. Sofiya Şarlotta fransız, ingilis və italyan dillərini mükəmməl bilirdi və Qotfrid Leybnitslə yaxın dost idi. 1705-ci il fevralın 1-də kraliça 36 yaşında boğaz infeksiyasından ölmüşdür.
Viktor Şarlaxov
Viktor Petroviç Şarlaxov (Lebedev) (rus. Виктор Петрович Шарлахов (Лебедев); 31 yanvar (12 fevral) 1898, Spasskoye[d], Tambov quberniyası – 31 oktyabr 1989, Moskva) — sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1943), "Stalin" mükafatı laureatı (1951). == Həyatı == Viktor Şarlaxov 31 yanvar (12 fevral) 1898-ci ildə anadan olmuşdur. 1911–1917-ci illərdə Penzada kişi gimnaziyasında, 1915–1918-ci illərdə isə M. V. Zeninanın özəl dram məktəbində təhsil almışdır. Viktor Şarlaxov səhnə fəaliyyətinə 1918-ci ildə başlamış, 1918–1919 illərdə Penza "Azad teatrı"nda işləmişdir. 1919–1930-cu illərdə hər il Rusiyanın və SSRİ-nin müxtəlif — Saransk (1919–1920), Alatır (yay, 1920), Bryansk (1920–1921), Səmərqənd (yay, 1921), Aşqabad (1921–1922), Penza (1922–1923), Nijni Novqorod (1923–1924), Krasnodar (1924–1925), Qomel (yay, 1925), Tiflis (1925–1926 və 1929–1930), Sızran (yay, 1926), Yaroslavl (1926–1927), Xarkov (yay, 1927), Kazan (1927–1928), İjevsk (yay, 1928), Simferopol (1928–1929) şəhərlərinin teatrlarında çıxış etmişdir. 1930–1934-cü illərdə Samara, 1935–1937-ci illərdə Kalininsk, 1937–1938-ci illərdə Smolensk dram teatrlarında işləmişdir. 1934–1935 və 1938–1953-cü illərdə Azərbaycan Dövlət Rus Dram Teatrında, 26 avqust 1953-cü ildən 25 mart 1980-ci ilədək isə Moskvada Malı Teatrda fəaliyyət göstərmişdir. Aktyor 31 oktyabr 1989-cu ildə vəfat etmişdir. == Təltif və mükafatları == "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940 "Stalin" mükafatı (3-cü dərəcə) — 14 mart 1951 (ADRDT-da İmran Qasımovun "Xəzər üzərində şəfəq" əsərində Məmmədov roluna görə) "Əmək igidliyinə görə" medalı — 25 fevral 1946 "Qafqazın müdafiəsinə görə" medalı — 19 yanvar 1945 "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 16 aprel 1946 == Teatrdakı əsas rolları == == Filmoqrafiya == == İstinadlar == == Xarici keçidlər == "Шарлахов Виктор Петрович".
İnfanta Şarlotta
İnfanta Şarlotta (isp. Carlota Joaquina Teresa Cayetana de Borbón y Borbón-Parma; port. Carlota Joaquina Teresa Caetana de Bourbon e Bragança) (25 aprel 1775 – 7 yanvar 1830) — Portuqaliya kralı VI Conun xanımı, İspaniya infantası. Atası İspaniya kralı IV Karl, anası isə Parma hersoqu Filippin qızı Mariya Luizadır. Hələ 10 yaşında ikən 1785-ci ildə Portuqaliya kraliçası Mariyanın ikinci oğlu İnfant Conla evləndirildi. Evliliyin əsas səbəbi İspaniya və Portuqaliya arasında sülhü təmin etmək olsa da, Şarlotta gəlin gəldiyi sarayda və əhali arasında heç sevilmədi. Buna səbəb isə əri üzərindəki nüfuzundan istifadə edərək ölkədə ispanların lehinə bir çox qərarı aldırması idi. Portuqaliyanın Napoleon Bonapart tərəfindən işğal edilməsinin ardından 1807-ci ildə bütün Portuqaliya monarx ailəsi Braziliyaya qaçdı. Şarlotta burada qaldığı 14 il ərzində, taxtın varisi olan ərinə qarşı propaqanda apararaq onun Portuqaliya səltənətini idarə edə bilməyəcəyini iddia etdi. Bunda əsas məqsədi isə ərinin taxta çıxmasının ardından kral naibəsi olaraq dövlət idarəsini ələ almaq istəməsi idi.
İnfanta Şarlotta (Portuqaliya kraliçası)
İnfanta Şarlotta (isp. Carlota Joaquina Teresa Cayetana de Borbón y Borbón-Parma; port. Carlota Joaquina Teresa Caetana de Bourbon e Bragança) (25 aprel 1775 – 7 yanvar 1830) — Portuqaliya kralı VI Conun xanımı, İspaniya infantası. Atası İspaniya kralı IV Karl, anası isə Parma hersoqu Filippin qızı Mariya Luizadır. Hələ 10 yaşında ikən 1785-ci ildə Portuqaliya kraliçası Mariyanın ikinci oğlu İnfant Conla evləndirildi. Evliliyin əsas səbəbi İspaniya və Portuqaliya arasında sülhü təmin etmək olsa da, Şarlotta gəlin gəldiyi sarayda və əhali arasında heç sevilmədi. Buna səbəb isə əri üzərindəki nüfuzundan istifadə edərək ölkədə ispanların lehinə bir çox qərarı aldırması idi. Portuqaliyanın Napoleon Bonapart tərəfindən işğal edilməsinin ardından 1807-ci ildə bütün Portuqaliya monarx ailəsi Braziliyaya qaçdı. Şarlotta burada qaldığı 14 il ərzində, taxtın varisi olan ərinə qarşı propaqanda apararaq onun Portuqaliya səltənətini idarə edə bilməyəcəyini iddia etdi. Bunda əsas məqsədi isə ərinin taxta çıxmasının ardından kral naibəsi olaraq dövlət idarəsini ələ almaq istəməsi idi.
Şarl-Lui Filipp
Şarl-Lui Filipp (fr. Charles-Louis Philippe; 4 avqust 1874, Seriyi , Alye — 21 dekabr 1909, Paris) — fransız yazıçı. == Bioqrafiyası == Başmaqçının oğlu, bir dilənçinin nəvəsi olmuşdur. 1895-ci ildə Parisə gəldikdən sonra, simvolist mətbuatda bir şair kimi debüt etmişdir. Bələdiyyə salonunda kiçik bir katib, Umanitada nəşr olunan sosialistlərə yaxın idi. Oktava Mirbo onu Goncourt mükafatına bir neçə dəfə namizəd göstərdi, lakin heç bir nəticə alınmadı. L.P. Farg, Margarita Ode, Valerie Larbo, Andre Gide ilə dost idi. Menenjit ilə ağırlaşan tif xəstəliyindən vəfat etmişdir. == Yaradıcılığı == Cəmiyyətin aşağı təbəqələrinin həyatından qısa hekayələr və romanlar müəllifidir. Rus ədəbiyyatından təsirləndi - L. Tolstoy, Dostoyevski.
Şarl-Mari Vidor
Şarl-Mari Vidor (fr. Charles-Marie Widor; 21 fevral 1844, Lion — 12 mart 1937, Fransa) — fransız orqan, bəstəkar və musiqi müəllimi. == Bioqrafiyası == Vidorun atası 19-cu əsrin ən böyük orqan ustası Aristide Kawaye-Koll adlı orqan qurucusu idi. Kursu bitirdikdən sonra, 1869-cu ildə Vidor, mərhum Lefebvour-Veli əvəzinə, Parisdəki Saint-Sulpike kilsəsindəki orqanist vəzifəsini müvəqqəti olaraq vəzifəyə götürməyə çağırdı və bu vəzifəni 64 il müddətinə tutdu, baxmayaraq daimi müqavilə onunla bağlanmadı Cənab Vidor yerini ən əhəmiyyətli tələbələri Marsel Dupre əvəz etdi. == Yaradıcılığı == Bəstəkarın irsi olduqca genişdir və daxildir: orqan üçün on simfoniya dörd opera bir çox orkestr əsərləri (ən məşhur simfonik şeir Walpurgis Night, piano və viyolonsevər konsertlərdir) mahnılar və romansları.
Şarl Adolf Vürs
Şarl Adolf Vürs (26 noyabr 1817 – 12 may 1884) — fransız kimyaçı, Paris Elmlər Akademiyasının üzvü (1867) və 1881-ci ildən onun prezidenti, Peterburq Elmlər Akademiyasının müxbir üzvü (1873). == Həyatı == Çarlz Adolf Vürts 26 noyabr 1817-ci il tarixində Volfisaymda anadan olmuşdu. Atası Lüteran pastoru olmuş, anası Sofiya Kress, savadlı qadın olaraq onun təhsili ilə məşğul olurdu. 1834-cü ildə Vürts Strasburqda protestant gimnaziyasını bitirdikdən sonra atası ona ilahiyyət əvəzinə tibbi öyrənməyə icazə vermişdi. Vürts həyatını kimya ilə bağlamağa qərar vermiş və buna da nail olmuşdu: 1839-ci ildə o, Strasburq Universitetinin tibb fakültəsində kimya üzrə aparılan tədqiqatlara rəhbər təyin olunmuşdu. 1843-ci ildə doktorluq dərəcəsi (Yustus Libexin rəhbərliyi altında Hessendə bir il ərzində tədqiq etdiyi albumin və fibrin haqqında dissertasiyaya görə) aldıqdan sonra o, Parisdə Jan-Batista Dümanın şəxsi laboratoriyasında işə başlamışdı. 1845-ci ildə Vürts Tibb Məktəbində köməkçi kimi çalışmış və dörd il sonra orada üzvi kimya kursu üzrə mühazirələr oxumağa başlamışdı. 1850-ci ildə Vürts Versalda yeni Aqronomluq İnstitutuna kimya professoru təyin edilmişdi, lakin 1852-ci ildə Institut III Napoleon tərəfindən bağlanmışdı. Növbəti ildə Düma istefaya getdikdə üzvi kimya, eləcə də qeyri-üzvi kimya və toksikologiya kafedraları birləşdirilmiş və Vürts buraya rəhbər təyin edilmişdi. O, mühazirə otağının yaxınlığında qanunsuz olaraq kimya laboratoriyası üçün yer ayıraraq tələbələrdən təhsil haqqı ödəmələrini tələb edirdi.
Şarl Anri Oqüst Şefer
Şarl Anri Oqüst Şefer (fr. Charles Henri Auguste Schefer; 16 noyabr 1820, Paris – 3 mart 1898)—fransız şərqşünası, tarixçisi və diplomatı. == Həyatı == Şarl Anri Oqüst Şefer 1820-ci ildə Paris şəhərində doğulmuşdu. Ali təhsilini École Nationale des Langues Orientales Vivantesdə tamamlamışdı. Fransanın Osmanlı ölkəsindəki Qüds, İzmir və İskəndəriyədə olan təmsilçiliklərində uzun müddət mütərcim kimi çalışdıqdan sonra 1849-cu ildə İstanbul səfirliyinin başmütərcimliyinə təyin edilmişdi. 1856-cı ildə Parisə döndü; ertəsi il École des Langues Orientales Vivantesin Fars dili müəllimi, 1867-ci ildə isə müdiri olaraq təyin edildi. 1860-cı ildə Suriya, 1862-ci ildə Qırmızı dənizlə ilgili olaraq dövləti təmsilən o bölgələrə göndərilmişdi. Ölümünə qədər işlədiyi məktəb müdiri kimi məktəbin kitabxanasını zənginləşdirən Şefer rəsmi vəzifələri ilə bağlı verilən bir çox dövlət nişanının sahibi idi. Şefer, İslam tarixi və coğrafiyasıyla ilgili önəmli çalışmalar işləyib hazırlamışdı. Bəzi Farsca İslam tarixi qaynaqlarının tənqidi nəşri və Fransızca tərcümələri ilə yanaşı İslam dünyasına dair Şərqdə və Qərbdə yazılmış bir çox səyahətnamə və xatiratı çap etmiş və Fransızcaya çevirmişdir.
Şarl Cozef Bartelemi, Baron Dümort
Şarl Jozef Bartelemi Dümortye (fr. Barthélemy Charles Joseph Dumortier; 3 aprel 1797, Turne (şəhər) – 9 iyul 1878[…], Turne (şəhər), Eno) — Belçika bitaniki, təbiətşünası və siyasi xadimi, Belçika parlamentinin nümayəndələr palatasının üzvü, Belçikanın Dövlət naziri. == Həyatı == Şarl Jozef Bartelemi Dümortye ilk növbədə Belçikanın florasını öyrənmiş, sonra isə onurğalı və onurğasız heyvanların tədqiqi ilə məşğul olmuşdur. Dümortyenin çoxsaylı elmi işlərində bitkilərin sistematikası və anatomiyasına, bağırsaqboşluqluların anatomiyası və fiziologiyası, molyuskların embriologiyası, insanabənzər meymunlarla delfinlərin müqayisəli anatomiyası yer almışdır. 1832-ci ildə ilk dəfə olaraq yosun hüceyrələrinin bölünməsini təsvir etmişdir. == Çap olunmuş əsərləri == Commentationes botanicae. Observations botaniques. Imprimerie de C. Casterman-Dieu, Tournay, 1823 Observations sur les graminées de la flore de Belgique. J. Casterman aîné, Tournay, 1823 Analyse des familles des plantes, avec l’indication des principaux genres qui s’y rattachent. J. Casterman aîné, Tournay, 1829 Lettres sur le manifeste du Roi et les griefs de la nation, par Belgicus.
Şarl Emil Blanşar
Şarl Emil Blanşar (fr. Charles Émile Blanchard; 7 mart 1819 – 11 fevral 1900, Paris) — Fransa zooloqu və entomoloqu. == Əsərləri == Histoire naturelle des insectes orthoptères, neuroptères, etc. (1840) Histoire des insectes (1845) L’organisation du règne animal (38 Aufsätze, 1851—1864) Zoologie agricole (1854—1856) Diese Arbeit ist bemerkenswert, da sie sehr präzise die Schädlinge darstellt. Das Werk wurde durch seinen Vater bebildert.

"şarl" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şarl nədir? #şarl sözünün mənası #şarl nə deməkdir? #şarl sözünün izahı #şarl sözünün yazılışı #şarl necə yazılır? #şarl sözünün düzgün yazılışı #şarl leksik mənası #şarl sözünün sinonimi #şarl sözünün yaxın mənalı sözlər #şarl sözünün əks mənası #şarl sözünün etimologiyası #şarl sözünün orfoqrafiyası #şarl rusca #şarl inglisça #şarl fransızca #şarl sözünün istifadəsi #sözlük