Karl sözü azərbaycan dilində

Karl

Yazılış

  • Karl • 99.5944%
  • KARL • 0.2317%
  • karl • 0.1738%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cəsur Karl
Cəsur Karl (fr. Charles le Téméraire; 10 noyabr 1433, Dijon – 5 yanvar 1477, Nansi— Burqundiya hersoqu (1467-ci ildən), Valua sülaləsinin yan qolunun nümayəndəsi. Xeyirxah Filipp və Portuqaliyalı İzabellanın (1397–1471) oğlu. Flandriyada tərbiyə almışdır. Gentdə baş vermiş üsyanın (1452–53) yatırılmasında iştirak etmişdir. Burqundiya hersoqluğunun geniş, lakin pərakəndə yerləşən torpaqlarını birəşdirib müstəqil krallıq yaratmağa çalışırdı. Fransa fyeflərinin Paris parlamentinin tabeliyindən çıxarılması məqsədilə məhkəmə sistemində islahat keçirmişdir. 1473-cü ildə (Tionvil ordonansı) Mehelendə özünün şimal mülkləri üçün vahid ali məhkəmə orqanı (parlament) və maliyyə idarəsini (hesablama palatası) yaratmışdır. Peşəkar ordunun (1471 və 1473-cü illərin ordonansları) təşkili onun adı ilə bağlıdır. Fransadakı mülklərinin müstəqilliyini əldə etmək məqsədi ilə öz süzereni kral XI Lüdoviklə siyasi rəqabət aparmış, onun mərkəzləşdirmə siyasətinə qarşı çıxmışdır.
Fridrix Karl
Fridrix Karl Lüdviq Konstantin von Hesse (alm. Friedrich Karl Ludwig Konstantin Prinz und Landgraf von Hessen-Kassel‎) — Finlandiyanın son kralı, Hesse landqrafı. 1868-ci ildə Hesse landqrafı II Fridrix Vilhelmin və Prussiya şahzadəsi Anna Hohenzollernin 3-cü oğlu olaraq dünyaya gəlmişdi. Atası 1875-ci ildə Danimarkadan Almaniyaya köçmüşdü. 1884-cü ildə atası vəfat etdikdən sonra, ailənin başına böyük qardaşı III Fridrix Vilhelm keçmişdi. 9 oktyabr 1918-ci ildə Finlandiya parlamenti tərəfindən Finlandiya və Kareliya kralı taxtına seçilmiş və Fredrik Kaarle adı ilə kral elan olunmuşdu. Lakin Birinci Dünya Müharibəsində II Vilhelmin taxtdan əl çəkməsindən sonra 14 dekabr 1918-ci ildə taxtdan əl çəkmişdir. 16 mart 1925-ci ildə Hesse sülaləsinin ailə başçısı olmuşdur.
III Karl
III Karl (İspaniya kralı)
II Karl
II Karl (İspaniya kralı)
IX Karl
IX Karl (fr. Charles IX de France; 27 iyun 1550, Sen-Jermen-an-Le[d] – 30 may 1574, Vensen) — Fransa kralı. 1559–1560-cı illərdə hakimiyyətdə olmuşdur.
I Karl
I Karl (Avstriya imperatoru) — Avstriya-Macarıstan İmperiyasının son imperatoru. I Karl (İngiltərə kralı) — İngiltərə, Şotlandiya və İrlandiya kralı.
Karl
Karl — kişi adı. Karl Qulbrandsen — Norveçli kişi velosipedçi. Karl Marks — alman filosofu, siyasətçisi, marksizm-leninizm nəzəriyyəsinin banisi. Karl Llevellin — Amerika mülki hüquq mütəxəssisi. Karl Lundquist — İsveçli kişi velosipedçi. Karl Manneim — Macarıstan filosofu və siyasətçisi. Karl Olsen — Norveçli kişi velosipedçi. Karl Rayner — ABŞ aktyoru. Karl Rulye — Bioloq, tibb elmləri doktoru, Moskva Universitetinin professoru. Karl Veyerştrass — Məşhur alman riyaziyyatçısı Karl Vilhelm Şeyele — isveç kimyaçısı.
Karl Faberje
Karl Faberje (30 may 1846, Sankt-Peterburq – 24 sentyabr 1920[…]) — milliyətcə alman olan tanınmış Rusiya zərgəri, Faberje Evinin rəhbəri və dünya şöhrətli Faberje yumurtasının yaradıcısı. Peter Karl Faberje Rusiya imperiyasının Sankt-Peterburq şəhərində alman ailəsində dünyaya gəlmişdir. Onun atası Qustav Faberje Estoniyada doğulsa da əsli Fransa almanlarından idi. Onun anası Şarlotta Yunqştadt danimarkalı rəssamın qızı olmuşdur. 1842-ci ildə Böyük Faberje Sankt-Peterburqda zərgərlik firmasını yaradır. Faberje ailəsinin tarixi Favri soyadı altında XVII əsr Fransasına qədər gedib çıxır. Favrilər ailəsi Fransanın şimalındakı Pikardiya əyalətində yaşamışlar. 1685-ci ildə onlar Fransanı dini ayrı-seçkilik ucbatından tərk etməli olurlar. İlkin sənədlərə əsasən ailə öz soyadını Fabri, sonralar isə Fabryer, 1825-ci ildən isə Faberje olaraq dəyişmişdir. O da məlumdur ki, XVIII əsrin ortalarında Jan Favri tütün plantajı sahibi kimi fəaliyyət göstərmişdir.
Karl Froynd
Karl Froynd (ing. Karl Freund) — Almaniya və ABŞ rejissorudur. 1906-cı ildən etibarən Berlin şəhərində ilk rejissorluq peşəsində çalışmış, 1929-cu ildə isə ABŞ-yə köçərək kinooperator kimi çalışmışdır. Karl Froynd ömrünün axırına kimi burada yaşamışdır.
Karl Gerstner
Karl Gerstner (2 iyul 1930[…], Bazel – 1 yanvar 2017[…], Bazel) — İsveçrəli poliqrafik tərtibatı rəssamı. Gerstner mətbəəçi kimi 1949-cu ildə şagird kimi fəaliyyətə başlamışdır. Bir müddətdən sonra öz qrafik dizayn studiyası açmışdır. 1963-cü ildə o, həmtəsisçi kimi GGK — aparıcı İsveçrə reklam agentliyini yaratmışdır. Gerstner 1 yanvar 2017-ci ildə Bazel Universiteti Xəstəxanasında dünyasını dəyişmişdir. Gerstner, Karl. Programme Entwerfen [Designing Programmes]. Teufen, Switzerland: Arthur Niggli. 1964. Gerstner, Karl.
Karl Geyer
Karl "Vogerl" Geyer (24 mart 1899, Vyana – 21 fevral 1998) — Avstriyalı beynəlxalq futbolçu və məşqçi idi. O, 1955-1956-cı illərdə Avstriya Milli Futbol Komandasının məşqçisi olub.
Karl Hardman
Karl Hardmen (ing. Karl Hardman; 22 mart 1927-22 sentyabr 2007) — ABŞ aktyorudur. Karl Hardmen 22 mart 1927-ci il tarixində Pensilvaniya ştatının Pittsburq şəhərində anadan olmuşdur. Karyera boyu cəmi 2 filmə çəkilmişdir. İlk filmi olan Yaşayan ölülərin gecəsi filmində aktyor olmaqla yanaşı filmin prodüserlərindən biri olmuş və aktyor heyətinin yığılmasında böyük rolu olmuşdur. 1996-cı ildə isə "Santa Klaus" filmində "Brüs Brunsvik" rolunu canlandırmışdır. Bu filmdə "Yaşayan ölülərin gecəsi" filmində Helen personajını canlandırmış Merilin İstman da iştirak etmişdir. Karl Hardmen 22 sentyabr 2007-ci ildə 80 yaşında mədəaltı xərçəngi xəstəliyindən vəfat etmişdir.
Karl Hardmen
Karl Hardmen (ing. Karl Hardman; 22 mart 1927-22 sentyabr 2007) — ABŞ aktyorudur. Karl Hardmen 22 mart 1927-ci il tarixində Pensilvaniya ştatının Pittsburq şəhərində anadan olmuşdur. Karyera boyu cəmi 2 filmə çəkilmişdir. İlk filmi olan Yaşayan ölülərin gecəsi filmində aktyor olmaqla yanaşı filmin prodüserlərindən biri olmuş və aktyor heyətinin yığılmasında böyük rolu olmuşdur. 1996-cı ildə isə "Santa Klaus" filmində "Brüs Brunsvik" rolunu canlandırmışdır. Bu filmdə "Yaşayan ölülərin gecəsi" filmində Helen personajını canlandırmış Merilin İstman da iştirak etmişdir. Karl Hardmen 22 sentyabr 2007-ci ildə 80 yaşında mədəaltı xərçəngi xəstəliyindən vəfat etmişdir.
Karl Hippius
Karl Qustav Hippius (rus. Карл Густавович Гиппиус, alm. Karl Gustav Hippius‎) — alman əsilli Rusiya incəsənət xadimi, memar. 1833-cü ildə sənətkar və litoqraf Qustav Hippiusun ailəsində doğulmuşdur. Otto Hippiusun kiçik qardaşıdır. Rusiya Rəssamlıq Akademiyasını 1855-ci ildə bitirmişdir. Dünyanı səyahət etdikdən sonra Rusiyaya qayıtmış, 1857-ci ildə Bakı və Astrabadda ticarət məntəqələri olmuşdur. 1859-cu ildə Qafqaz canişinliyində vəzifə verilmiş, Şamaxı zəlzələsindən sonra quberniyanın paytaxtının Bakıya köçürülməsini məhz özünün apardığı tədqiqatlardan sonra təklif etmişdir. Bakı şəhərinin əsas planını salmış, küçələrinin çertyojunu çəkmiş, Şirvanşahlar sarayının həbsxanaya çevrilməsi fikrinə qətiyyətlə etiraz etmişdi. 1867-ci ildə İrəvan quberniyasının memarı təyin olundu.
Karl Knis
Karl Knis (alm. Karl Gustav Adolf Knies‎; 29 mart 1821, Marburq, — 3 avqust 1898, Heydelberq) — Almaniya iqtisadçısı. 1853-cü ildə Marburq, Freyburq və Heydelberq universitetlərinin professoru, tarix məktəbinin üçüncü nümayəndəsi K. Knisin "Tarixi metod nöqteyi-nəzərdən siyasi iqtisad" kitabı çap olundu ki, burada tarix məktəbinin metodoloji yanaşmalarının sistemli ifadəsi verilmişdi. Onun digər mühüm əsəri iki cildlik "Pul və kredit" (1885–86-cı illər) əsəridir. Knis də tarix məktəbinin digər nümayəndələri kimi siyasi iqtisad klassik məktəbinin antitarixliyini tənqid edirdi. Cəmiyyətin iqtisadi inkişafının obyektiv qanunauyğunluğu ideyası Knis tərəfindən xüsusi tənqid olunur. O, təbii qanunların cərəyan etdiyi təbiəti hər hansı qanunların təsirindən azad olan cəmiyyətə qarşı kəskin surətdə qoyurdu. Knis tarix məktəbinin digər nümayəndələri kimi müxtəlif xalqların tarixində iqtisadi təzahürlərin təkrarlanmasını, bununla da iqtisadi inkişafın ümumi qanunlarının mümkünlüyünü rədd edirdi. Tarix məktəbi Fridrix Listin siyasi iqtisada olan baxışını tarixi inkişafda təbiətin müstəsna xüsusiyyətləri, xalqın və onun idarələrinin xarakteri ilə müəyyən edilən milli təsərrüfatı öyrənməyə qadir olan milli elm kimi əks etdirirdi.
Karl Knorrinq
Karl Fyodroviç Knorrinq (alm. Karl Heinrich von Knorring‎, 22 may 1746-12 fevral 1820)—Rusiya hərbçisi, Qafqaz canişini. Məlumdur ki, Cənubi Qafqazda rus ordusunun baş komandanı K.F.Knorrinq P.D.Sisianovla əvəz olunduqdan sonra rus dövlətinin Cənubi Qafqaz bölgəsində siyasətinin istiqaməti də dəyişdi. Rusiyanın hakim dairələri dövlətin cənub sərhədlərini Kür və Araz çaylarına, qərb sərhədini isə Qara dənizə qədər uzatmaq qərarına gəldi. Bu işdə lazım gələrsə, İran və Osmanlı ilə müharibə etmək əzmində olduğunu da bildirdi.
Karl Kunt
Karl Kunt (alm. Karl Sigismund Kunth‎; 18 iyun 1788, Leypsiq, Saksoniya elektoratlığı – 22 mart 1850, Berlin) — alman botaniki.
Karl Lagerfeld
Karl Lagerfeld, əsl adı Karl Otto Lagerfeldt (10 sentyabr 1933[…], Hamburq, Üçüncü Reyx – 19 fevral 2019[…], Nöyi-sür-Sen, Fransa) — XX əsrin ən önəmli dəb təmsilçilərindən biri. Karl Lagerfeld 10 sentyabr 1933-cü ildə Hamburqda imkanlı bankir Otto Lagerfeldin ailəsində anadan olmuşdur. Onun doğma bacı və ya qardaşı olmamışdır. 1952-ci ildə o, Paris şəhərinə gəlmiş, burada Montenya Liseyində təhsil almışdır. 1955-ci ildə Karl, Beynəlxalq Yun Katibliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə palto dizaynına görə ilk mükafatını qazanmışdır. Bundan sonra o, 1958-ci ilə kimi Pyer Balmenin köməkçisi kimi çalışmışdır. 1980-ci illərin başlarında özünə aid parfümeriya və geyim əşyasını çıxararaq öz markasını tanıtmışdır. Karyerası ərzində Chloé, Fendi və Chanel kimi büyük dəb evləri ilə birlikdə işləmişdir. Lagerfeld 19 fevral 2019-cu ildə 85 yaşında vəfat etmişdir.
Karl Landsberq
Karl Landsberq (13 may 1890 — 4 avqust 1964) — İsveçli keçmiş peşəkar velosiped yarışçısı. Karl Landsberq İsveçi 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. Karl Landsberq birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Karl Landsteyner
Karl Landsteyner (alm. Karl Landsteiner‎; 14 iyun 1868[…], Vyana, Avstriya-Macarıstan – 26 iyun 1943[…], Nyu-York, Nyu-York ştatı) — Yəhudi milliyətindən olan Avstriya mənşəli amerikalı immünolog və patoloq. Başlıca qan qruplarını tapması və qan nəqlinin tibbdə sadə bir əməliyyat halına gəlməsini təmin edən ABO qan qrupları sistemini inkişaf etdirməsi ilə 1930 Nobel Fiziologiya və ya Tibb Mükafatını almışdır. Karl Landsteyner 14 iyun 1868-ci ildə Avstriya-Macarıstan İmperiyasında, Vyana şəhərində anadan olmuşdur. 1922-ci ildə Amerika Birləşmiş Ştatlarına köçmüşdür. Karl Landsteyner 26 iyun 1943-cü ildə ABŞ-də, Nyu-York şəhərində vəfat edib. Karl Landsteyner 22 nəfərdə apardığı işdə eritrositlər və serum arasındakı reaksiyaları tərif edərək 1901-ci ildə nəticələrini dərc etmişdir. O, əvvəllər A, B, C olmaq üzrə üç qan qrupu təyin etdi. 1902-ci ildə tələbələri olan Decastello və Sturli 155 nəfəri əhatə edən daha geniş bir araşdırma ilə qan qrup sistemini A, B, O, AB olaraq xarakterizə etdilər. Karl Landsteyner 1930-cu ildə insanın qan qruplarını kəşf etdiyinə görə tibb üzrə Nobel mükafatına layiq görülmüşdür.
Karl Libknext
Karl Libknext (alm. Karl Paul Friedrich August Liebknecht‎; 13 avqust 1871[…], Leypsiq – 15 yanvar 1919[…], Berlin) — beynəlxalq fəhlə və sosialist hərəkatının alman xadimi, Almaniya Kommunist Partiyasının banilərindən biri (1918).
Karl Lindeman
Karl Lindeman (ing. Ferdinand von Lindemann; 12 aprel 1852[…], Hannover – 6 mart 1939[…], Münxen) — Alman riyaziyyatçısıdır; 1882-ci ildə π (pi) ədədinin transendent olduğunu göstərmişdir.
Karl Linney
Karl Linney (isveç Carl von Linné, lat. Carolus Linnaeus; 23 may 1707[…], Roshult[d] – 10 yanvar 1778[…]) — canlı orqanizmlərin təsnifləşdirilməsinin əsasını qoymuş məşhur İsveçli həkim, naturalist və fizik. 1739-cu ildən İsveç Kral Elmlər Akademiyasının üzvü, onun yaradıcılarından biri, 1762-ci ildən Paris Elmlər Akademiyasının və bir sıra digər elmi cəmiyyətlərin və akademiyaların üzvü olmuşdur. Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.6.
Karl Llevellin
Karl Llevellin (ing. Karl Nickerson Llewellyn; 22 may 1893, Sietl, Vaşinqton – 13 fevral 1962, Çikaqo) — Amerika mülki hüquq mütəxəssisi. XX əsrin ilk onilliklərində ABŞ hüquqşünaslığında sosioloji hüquqşünaslığın təsiri altında "realistlər" hərəkatı meydana gəlmişdir; burada əsasən, müxtəlif sahəvi hüquqi fənlərin — mülki, kommersiya, sahibkarlıq və s. hüquq sahələrinin nümayəndələri birləşmişdi. Bir çox realistlər elmi araşdırmalara müraciət etməzdən əvvəl vəkillik praktikası ilə məşğul olmuşlar. Bu hərəkatın lideri Karl Llevellin olmuşdur. Karl Llevellin konsepsiya üçün xarakterik olan xüsusiyyətləri müəyyənləşdirmiş və ona "hüquqi realizm" adını vermişdir. Llevellinin nəzəri görüşləri onun "Böyürtkən kolu" (1930) adlı mühazirələr kursunda, həmçinin "Hüquqşünaslıq: realizm nəzəriyyə və praktikada" adlı məqalələr toplusunda əks olunmuşdur. "Böyürtkən kolu" toplusunun başlığında amerikan laylasındakı sözlərdən söz oyunu kimi istifadə olunmuşdur. Llevellin ABŞ Vahid ticarət məcəlləsi layihəsini — ölkə tarixində ticarət hüququnun ən geniş sistemləşdirilməsini hazırlayan komissiyaya başçılıq etmişdir.
Karl Lundquist
Karl Lundquist (30 oktyabr 1891 — 10 yanvar 1916) — İsveçli keçmiş peşəkar velosiped yarışçısı. Karl Lundquist İsveçi 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. Karl Lundquist birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Daniela Karlan
Daniela Karlan (18 sentyabr 1980, Sibiu, Rumıniya) — Rumıniyanı təmsil edən marafonçu. Daniela Karlan Rumıniyanı 2004 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Daniela Karlan birinci dəfə Olimpiya Oyunlarına 2004-cü ildə qatıldı. Həmin il Afinada baş tutan yarışlarda Daniela Karlan 20 km. məsafəyə qaçış yarışlarında 1 saat 37 dəqiqə 14 saniyəlik nəticə ilə 57 atlet sırasında 37-ci yeri tutdu. Daniela Karlan növbəti Olimpiadasına 12 il sonra, 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona gədər qət edə bilmədi.
Dreyer Karl Teodor
Dreyer Karl Teodor (3.2.1889, Kopenhagen - 20.3.1968, Kopenhagen) - Danimarka rejissoru, ssenarist, Danimarka kinematoqrafiyasının yaradıcılarından biri. Avropanın ən tanınmış kinematoqraflarından biri . 1908-ci ildən jurnalist işləmişdir. Dreyer Ensa Kristiana Torpanın nigahdan kənar uşağı idi. Ensa fermer idi və uşağın anası yanında işləyən Yozefina Bernardina Nilson idi. Yozefina abort zamanı ölmüşdür. İlk iki ilini uşaq sığınacaqda yaşamış, daha sonra ciddi lüteran ailəsi, tipoqraf olan Karl Teodor Dreyerin yanında böyümüşdür. Məhs Dreyer Karl Teodor adını da onu şərəfinə almışdır. 16 yaşında Dreyer yüksək qiymətlərlə klassik qimnaziyanı başa vurmuşdur. Daha sonra qəyyumlarını (himayəçiləri) tərk edərək jurnalistlika ilə məşğul olaraq pul qazanmışdır.
Erik Karlfeldt
Erik Aksel Karlfeldt (isv. Erik Axel Karlfeldt; 20 iyul 1864[…] – 8 aprel 1931[…]) — isveçli şair, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1931). İsveç şairi Erik Aksel Karlfeldt sadə ailənin yetirməsidir. Onun uşaqlıq illəri İsveçin mərkəzi hissəsində, mənzərəli guşədə yerləşən ailə malikanələrində keçmişdi. Həqiqi familiyası Eriksson idi. Yaradıcılığa başlayanda fermer təsərrüfatlarının yerləşdiyi kəndin adını özünə təxəllüs götürmüşdü. Soyadını dəyişməyin başqa və daha trivial səbəbi bir məsələyə görə cinayət məsuliyyətinə cəlb edilmiş atası ilə aralarında müəyyən məsafə saxlamaq idi. Erik Aksel Upsala universitetində oxuduğu dövrdə atası müflisləşmiş və borclarını ödəmək üçün ailə mülkünü satmışdı. Maddi imkanları məhdudlaşan gənc həyatını repetitorluqla təmin etməli olmuşdu. Ona görə də universiteti yalnız 1902-ci ildə başa vura bilmişdi.
Girts Karlsons
Girts Karlsons (latış. Ģirts Karlsons‎; d. 7 iyun 1981, Liepaya) — Latviya futbolçusu, Ventspils futbol klubunun hücumçusu. Karyerasının çox hissəsini Latviyanın Metallurq Liepaya klubunda keçirən (203 oyun, 107 qol) Girts, Latviyanın digər klubu Venta-da (6 oyun), Rusiyanın Şinnik Yaroslavl (8 oyun) və Hollandiyanın De Qrafsxap (5 oyun) klubunda oynayıb. 2009—2012-ci illərdə İnter Bakı klubunda oynayıb. Karlsons 2003-cü ildən çıxış etdiyi Latviya milli futbol komandasında 49 oyunda 9 qol vurub.
Helmut Karl Bernhard fon Moltke
Helmut Karl Bernhard fon Moltke (alm. Helmuth Karl Bernhard Graf von Moltke‎; 26 oktyabr 1800[…] – 24 aprel 1891[…], Berlin) — Almaniya sərkərdəsi və hərbi nəzəriyyəçi, qraf (1870), Prussiya baş qərargah rəisi, general-feldmarşal (1871). Bismark və Roon ilə birlikdə Alman imperiyasının qurucularından biri hesab olunur. Alman Baş Qərargah rəisi general-polkovnik Helmut fon Moltkenin (Kiçik Moltke) əmisi.
III Karl (İngiltərə kralı)
III Çarlz, III Karl və ya tam adı ilə Çarlz Filip Artur Mauntbatten-Vindzor (əsil adı: ing. Charles Philip Arthur George Mountbatten-Windsor; 14 noyabr 1948[…], Vestminster borosu, Böyük London) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı (8 sentyabr 2022-ci ildən). Kraliça II Elizabetin oğlu. Kral taxtını ən uzun müddət gözləmiş varis. Çarlz 8 sentyabr 2022-ci ildə anasının ölümündən sonra kral oldu. 73 yaşında o, Britaniya tarixində ən uzun ömür sürən varis və Uels şahzadəsi olduqdan sonra Britaniya taxtına çıxan ən yaşlı şəxs oldu. 6 may 2023-cü ildə Vestminster abbatlığı'nda tacqoyma mərasimi oldu. Karl 14 noyabr 1948-ci ildə Bukingem sarayında anadan olmuşdur. O, Edinburq hersoginyası Şahzadə Elizabet və Edinburq hersoqu Şahzadə Filipin ilk övladı və Kraliça Elizabetlə VI Corcun ilk nəvəsidir. Şahzadənin xaç valideynləri Kral (doğma babası), Norveç kralı VII Haakon, Mariya Tek (doğma böyük nənəsi), Şahzadə Marqaret (doğma xalası), Yunanıstan və Danimarka şahzadəsi Corc, Şahzadə Viktoriya, Xanım Brebon və Devid Bouz-Layon olmuşdur.
III Karl (İspaniya kralı)
III Karl (isp. Carlos Sebastián de Borbón y Farnesio) (20 yanvar 1716[…], Madrid – 14 dekabr 1788[…], Madrid) — İspaniya, Neapol və Siciliya kralı. Mütləqiyyətçi fraksiyadan olan Karl, sonsuz olan ögey qardaşı VI Ferdinandın vəfatının ardından 1759-cu ildə İspaniya taxtına əyləşdi. 1731-ci ildə 15 yaşlı Karl anasının dayısı olan Antonio Farnesinin varissiz vəfatının ardından Parma və Pyaçentsa hersoqu elan edildi. 1738-ci ildə Polşa kralı III Avqustun qızı Mariya Amaliya ilə evləndi. 19 il boyunca Neapolda yaşayan cütlüyün bu nikahdan 13 övladı dünyaya gəlsə də, bunlardan beşi uşaq yaşlarında vəfat etdi. İspaniya kralı olaraq III Karl saray gəlirlərini artıraraq ölkədəki xarici qüvvələrə qarşı güclü islahatlar apardı. Maliyyə və ticarət münasibətlərini nizama salaraq dövlətin kilsə üzərindəki nüfuzunu artırdı. Yezuitlər imperiya torpaqlarından sürgün edildi. İspaniya ordusu və donanması böyüdüldü.
III Karl Filipp (Pfals kürfürstü)
III Karl Filipp (4 noyabr 1661 - 31 dekabr 1742) Pfals kürfürstü və Pfals-Noyburq hakimi, 1716-1742-ci illərdə Yuliç və Berq hersoqu idi. 1728-ci ilə qədər o, həm də Megen qrafı idi. 1661-ci ildə Noyburq an der Donau şəhərində anadan olan Karl Filipp Pfals kürfürstü Filipp Vilhelm və Hessen-Darmştadlı Elizabet Amaliyanın 17 övladından yeddincisi idi. Bacısı Düsseldorflu Eleonora Maqdalena Müqəddəs Roma imperatriçası olub VI Karl və I Jozefin anası idi. Qardaşların kiçiyi kimi onun üçün ənəvi olaraq dini kariera nəzərdə tutulmuşdu. Karl Filipp on dörd yaşında Kölndə, 1677-ci ildə Zalsburqda və yenidən 1679-cu ildə Maynsda din xadimi və Malta Cəngavəri olsa da, təqdis olunmadı, buna görə də əks istiqamətdə gedərək 1684-cü ildə hərbi karyeraya başladı. Daha sonra Osmanlı-Habsburq müharibələrində iştirak etdi və imperiya feldmarşallığına yüksəldi və 1604-cü ildə Qızıl Yun ordeninə daxil oldu. 1705-ci ildə bacısıoğlu Jozef İnsbrukda onu 1690-cı ildən bəri boş qalmış Yuxarı və Aşağı Avstriyanın qubernatoru təyin etmişdi. Jozefin dayısını bu posta təyin etməsi həm də İspaniya mirası uğrunda müharibə vaxtı ölkəni müdafiəsiz qoymamaq üçün idi. Karl Filipp 1716-cı ildəki ölümündən sonra qardaşı Pfals kürfürstü İohann Vilhelmin yerinə keçdi.
II Karl (Pfals kürfürstü)
II Karl (31 mart 1651, Heydelberq – 26 may 1685, Heydelberq) — Vittelsbax sülaləsindən 1680–1685-ci illərdə Pfals kürfürstü. Karl kürfürst I Karl Lüdviq (1617–1680) və Hessen landqrafı V Vilhelmin qızı Şarlotta (1627–1686) ilə evliliyindən doğulmuş böyük oğlu idi. Karlın kiçik bacısı daha sonra Orlean hersoqinası olan Pfalslı Lizelotta idi. Valideynlər pozulmuş nikahdan sonra ayrıldılar və Karlın anası yenidən Kasselə köçdü. Nəticədə Karl avtoritar atasının müşaiyəti altında anasız böyüdü. Atası ikinci evliliyini kasıblamış bir baron olan Kristof fon Deqenfeldin qızı Luiza ilə etdiyi üçün ondan olan övladları Pfals taxtına rəsmi varis kimi tanınmadılar. Şahzadənin təhsilinə alimlər Samuel von Pufendorf və Ezekiel Spanheim cəlb olunmuşdu. Karl 1670-ci ildə İsveçrə və Fransaya səyahətə çıxdı. İsveçrədə Karl üzünü əbədi olaraq eybəcərləşdirən çiçək xəstəliyinə tutuldu. Karl çox dindar idi və 1672-ci ildə Symbola Christiana adlı bir kitabı "Philotheus" psevdonimi ilə nəşr etdirmişdi.
II Karl (hersoq)
II Karl Fransisk (alm. Karl II. Franz von Innerösterreich‎) (3 iyun 1540, Vyana – 10 iyul 1590, Qrats) — Avstriya hersoqu. Atası Müqəddəs Roma imperatoru I Ferdinand, anası isə Bohemiyalı Annadır. Priebatsch, Felix (1908), "Wladislaw II.", Allgemeine Deutsche Biographie (ADB) (in German), vol. 54, Leipzig: Duncker & Humblot, pp. 688–696 Boureau, Alain (1995). The Lord's First Night: The Myth of the Droit de Cuissage. Translated by Cochrane, Lydia G. The University of Chicago Press. p. 96 Noubel, P., ed.
II Karl (İngiltərə kralı)
II Karl (ing. Charles II of England) (d. 29 may 1630 – ö. 6 fevral 1685) — İngiltərə, Şotlandiya və İrlandiya kralı. Stüart ailəsinə mənsub olub, I Karlın oğlu olaraq Sent-Ceyms sarayında dünyaya gəldi. Atasının edamından bir neçə gün sonra 5 fevral 1649-cu ildə Şotlandiya parlamenti tərəfindən Şotlandiya kralı elan olundu. Buna baxmayaraq İngiltərə artıq Kromvel tərəfindən respublika olaraq idarə edilirdi və bu səbəblə taxta çıxdıqdan sonra atasının parlamentlə olan mübarizəsini davam etdirdi. 3 sentyabr 1651-ci ildə baş tutan son döyüşdə məğlub olan II Karl Avropaya qaçdı və növbəti 9 ili Fransa və Hollandiyada keçirdi. Şotlandiya isə Kromvelin diktaturası altına keçdi. 1658-ci ildə Kromvelin ölümünün ardından başlayan siyasi qarışıqlıq İngiltərədə monarxiyanın bərpası ilə nəticələndi və II Karl vətənə dəvət olundu.
II Karl (İspaniya kralı)
II Karl (isp. Carlos II) və ya Ovsunlu Karl (isp. Carlos el Hechizado) (6 noyabr 1661[…], Madrid – 1 noyabr 1700[…], Madrid) — Habsburq sülaləsinə mənsub son İspaniya kralı. Fiziki qüsurları və ölümünün ardından başlayan taxt mübarizəsi ilə İspaniya tarixində məşhurlaşmışdır. 2 dəfə evlənməsinə baxmayaraq övladı olmamış, 1700-cü ildə vəfatının ardından bacısı Mariya Tereza və Fransa kralı XIV Lüdovikin şəcərəsindən Anjulu Filipp İspaniya taxtına gətirildi. İspaniyada II Karlosun səltənət illəri çox iztirablı keçmişdi. İqtisadiyyat pisləşdi, qıtlıqlar başladı və monarxiyanın gücü zəiflədi. Karlosun ölkəyi idarə edə bilməməsi ciddiyə alınmamasına səbəb oldu. Ölkə əsasən Fransanın təsiri altında qaldı. Hökmdarlığı, İspaniyanın gücünü və prestijini bir xeyli sarsmışdı.
II Karlos
II Karl (İspaniya kralı)
IV Karl (İspaniya kralı)
IV Karl (isp. Carlos Antonio Pascual Francisco Javier Juan Nepomuceno José Januario Serafín Diego de Borbón y Sajonia) (11 noyabr 1748, Portiçi, Kampaniya – 20 yanvar 1819, Roma) — İspaniya kralı. Atası Neapol və Siciliya kralı III Karl, anası isə Polşa kralı III Avqustun qızı Mariya Amaliyadır. 10 avqust 1759-cu ildə sonsuz əmisi VI Ferdinandın vəfatının ardından atası İspaniya taxtına əyləşdi. Atasının ikinci oğlu olmasına baxmayaraq İspaniya taxtının varisi — infant elan edildi. Çünki III Karlın ilk oğlu Antonio əqli xəstə idi və taxt sırasından çıxarılmışdı. 1788-ci ildə atasının vəfatının ardından İspaniya taxtına əyləşən Karlın səltənəti İspaniya tarixi üçün dönüm nöqtəsi oldu. Belə ki, böyük oğlu və varisi olan İnfant Ferdinand 1807-ci ildə tərtib etdiyi saray çevrilişi ilə atasını hakimiyyətdən devirdi. 1808-ci ilin martında tərəflər arasında bağlanan sazişə əsasən IV Karl öz istəyilə taxtdan çəkildi və oğlu VII Ferdinand adıyla taxta çıxdı. Üstəlik ata-oğul arasında vasitəçi olan, dövrün hegemon qüvvəsi Napoleon Bonapart qardaşı Jozefi də İspaniya taxtının varisliyinə gətirtdi.
I Karl (Avstriya imperatoru)
I Frans İosif (alm. Karl I. Franz Joseph Ludwig Hubert Georg Maria‎; 17 avqust 1887[…] – 1 aprel 1922[…], Funşal[d], Portuqaliya) — Avstriya-Macarıstan İmperiyasının son imperatoru (1916–1918). 1919-cu ildə kral I Karl ölkədən çıxarıldı və İsveçrəyə yollandı.
I Karl (İngiltərə kralı)
I Karl (ing. Charles I of England) (19 (29) noyabr 1600[…], Danfermlin sarayı[d], Fayf[d] və ya Danfermlin[d], Fayf[d] – 30 yanvar (9 fevral) 1649[…], London) — İngiltərə, Şotlandiya və İrlandiya kralı. Stüart ailəsinə mənsub olub, Şotlandiya kralı VI Ceymsin oğlu olaraq Danfermlin sarayında dünyaya gəldi. 1603-cü ildə atasının taxta çıxmasıyla İngiltərəyə gətirildi və bundan sonrakı həyatını burada yaşadı. Uels şahzadəsi olan qardaşı Henri Frederikin tifus xəstəliyi səbəbilə vəfatının ardından 1612-ci ildə İngiltərə, İrlandiya və Şotlandiya taxtlarının varisi elan olundu. 1623-cü ildə baş tutan və 8 ay davam edən İspaniya səyahəti əsnasında kralın bacısı Mariya Anna ilə evlənməsi müzakirə edilsə də, bu cəhd nəticəsiz qaldı. Səyahətdən 2 il sonra Burbon ailəsindən Henretta Mariya ilə evləndirildi. 1625-ci ildə taxta keçdikdən sonra monarxın səlahiyyətlərini məhdudlaşdıran İngiltərə parlamenti ilə münasibətləri pisləşdi. I Karl ölkəni öz vicdanıyla idarə etmək arzusunda idi və bu səbəblə ölkəni ikiyə ayırdı. Katolik bir xanımla evlənməsi və katolik məzhəbinə bəzi dini azadlıqlar verməsi ölkədəki digər dini qrupları qorxuya saldı.
I Karl Lüdviq (Pfals kürfürstü)
Karl Lüdviq (alm. Karl Ludwig‎, lat. Carolus Ludovicus, 22 dekabr 1617, Heydelberq – 28 avqust 1680) — Vittelsbax sülaləsindən Pfals kürfürstü (1648–1680). Ömrünün birinci yarısını Otuzillik Müharibə və İngiltərə vətəndaş müharibəsi zamanı sürgündə yaşadıqdan sonra, 1649-cu ildə atasının keçmiş ərazilərinin əksəriyyəti ilə birlikdə Pfals kürfürstlüyünü geri almışdı. 1617-ci ildə Heydelberqdə V Frederik və Elizabet Stüartın ailəsində anadan olmuşdur. O, 1618-ci ilin martında Sedan knyazı Henri Buyon və Uels şahzadəsinin nümayəndəsi olan dövlət katibi Albertus Mortonun iştirakı ilə vəftiz olundu. 1632-ci ildə sürgündə olan atasının ölümündən sonra Karl atasının Pfalz Elektoratındakı mülklərini miras aldı, çünki onun böyük qardaşı Henri Frederik 1629-cu ildə Niderlandda vəfat etmişdi. Əmisi Lüdviq Filipp tərəfindən böyüdülən hələ 1633-cü ildə Bant ordenini almışdı. 1635-ci ildəki Praqa sülhü onun Pfalsdakı hüquqlarını tanımadığına görə qardaşı Rupert ilə birlikdə dayısı I Karlın sarayına, İngiltərəyə köçmüşdü. 1638-ci ildə o, ingilis vəsaiti ilə kiçik bir ordu yaratmağa və Almaniyanın şimal-qərbindəki Meppeni baza kimi satın almağa nail oldu.
I Karlın atlı portreti
I Karlın atlı portreti (fr. Charles Ier à cheval avec Monsieur de Saint Antoine) - Flomand rəssam Antonio Van Deyk tərəfindən 1637-1638-ci illər ərzində çəkilmiş rəsm əsəri. Kralın bu əzəmətli portreti bizə I Karlın bütün döyüş yaraq-sursatları ilə birlikdə gözəl at belində təsvirini verir. Burada kral millətin əzmli və mənəvi öndəri kimi təqdim olunmuşdur. Kralın görünüşü qəsbkar hökmdarın Böyük ingilis möhüründəki surətindən götürülmüşdür ki, həmin möhürlə də bütün mühüm sənədlər təsdiqlənirdi, lakin portret də Bağlantı ordeni ilə təsvir olunur ki, bu da van Deykə Kralı cəngavərlər sərkərdəsi və ədalət müdafiəçisi kimi təqdim etmək imkanı verir. Atlı portret kralın mədhinə xidmət etməli idi və Uaytholl sarayının divarlarından birinin bəzədilməsi üçün nəzərdə tutulmuşdu.
I Xuan Karlos
I Xuan Karlos de Burbon (isp. Juan Carlos I de Borbón y Borbón-Dos Sicilias; 5 yanvar 1938, Roma, İtaliya) — 22 noyabr 1975-ci ildən İspaniyanın kralı, 1978-ci il konstitusiyasına görə ispan dövlətinin rəhbəri və ölkənin hərbi qüvvələrinin ali baş komandanı. General-kapitan (1975). İspaniya diktatoru Fransisko Frankonun 1969-cu ildə Xuan Karlosu öz varisi elan etməsinə əsasən, onun ölümündən 2 gün sonra hakimiyyətə gəlmişdir. Kral Xuan Karlos İspaniyanın diktaturadan parlamentli monarxiyaya keçid prosesini uğurla icra etmişdir. 14 may 1962-ci ildə Yunanıstan və Danimarka şahzadəsi Sofiya ilə ailə quran Xuan Karlosun 2 qızı, 1 oğlu və 8 nəvəsi var. 2 iyun 2014-cü ildə taxt-tacdan əl çəkdiyini bəyan etmişdir. Yerinə oğlu - Asturiya knyazı Felipe keçdi.

karl sözünün etimologiyası

  • 1 Qədim tevton dilində (alman və ingilis dilləri bu dildən yaranıb) ”eorl” və “ceorl” insan demək idi. İlk vaxtlar, ola bilsin, bu sözlər eyni mənanı verirdi, ancaq sonradan onların inkişaf yolları ayrıldı. Birincisi ancaq yüksək təbəqədən olan insanlara, ikincisi isə rəiyyətə şamil edildi. İngilis dilində “earl” (erl) sözü birincidən törəyərək geniş yayılmış zadəgan titulu olan qraf mənasında işlənməyə başlandı. “Ceorl” sözünə gəldikdə isə o, “churl”a (kəndli) çevrildi. Alman dilində bu sözlərdən Karl adı törədi. Təxminən 698-ci ildə Geriştaldan olan frank zadəganı Pepinin qeyri-qanuni oğlu dünyaya gəlir. Atası, çox güman, anasının aşağı təbəqədən olduğuna işarə olaraq adını Karl qoyur. Karl böyüyərək çox güclü bir hökmdara çevrilir və 732-ci ildə Tur ətrafında müsəlmanlar üzərində qələbə çalır. Onu ən çox Çəkic Karl (və ya Karl Martell) kimi tanıyırlar. Bu ad ona döyüşlərdə düşmənə sanki çəkiclə endirdiyi zərbələrinə görə verilmişdi. Onun nəvəsi də Karl, daha əzəmətli Karl – Böyük Karl oldu. Tezliklə bu ad Qərb monarxları arasında ən populyar ada çevrildi. Avstriya, Böyük Britaniya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Rumıniya, İspaniya və İsveç krallarının adları Karl idi. (Ayzek Azimov. Sözlərin tarixi)

    Azərbaycan dilinin etimologiya lüğəti / karl

"karl" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#karl nədir? #karl sözünün mənası #karl nə deməkdir? #karl sözünün izahı #karl sözünün yazılışı #karl necə yazılır? #karl sözünün düzgün yazılışı #karl leksik mənası #karl sözünün sinonimi #karl sözünün yaxın mənalı sözlər #karl sözünün əks mənası #karl sözünün etimologiyası #karl sözünün orfoqrafiyası #karl rusca #karl inglisça #karl fransızca #karl sözünün istifadəsi #sözlük