* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [alm. əsli ital.] 1. Hər birinin dörd növü olmaqla, üzərindəki şəkil və işarələrlə bir-birindən fərqlənən qumar kağızlarının hər biri, qumar kağızı. Kart vermək. Kart almaq. Kart paylamaq. – Mehriban səfillər, kefləri çağdır; Kart masa üstündə daraqdaraqdır. M.Müşfiq. 2. Həmin kağızlarla oynanılan oyun. Kart oyunu. Kartda udmaq. Kartda bəxti gətirmək. Kart oynamaq. □ Kart çəkmək – oyun zamanı kartların içərisindən bir və ya bir neçəsini çəkib götürmək. Kart vurmaq – kartla oyun (qumar) oynamaq. [Nəbi:] [Bəylər] çox vaxt gecəni gündüzə qatıb o biri günə kimi kart vururlar. S.S.Axundov. ◊ Kart basmaq – aldatmaq, hiylə işlətmək, kələk gəlmək.
Azərbaycan dilinin izahlı lüğəti / kart2 is. [fr. carte] □ Standart kartlar – bu kartlar maqnit zolağına malik olur. Sözügedən zolaqda bankomat vasitəsilə bank hesabına keçid etməyə imkan verən məlumat saxlanılır; çipli kartlar – bu kartlarda maqnit zolağı ilə yanaşı, mikroprosessor da olur. Mikroprosessorda saxlanan informasiyanın həcmi maqnit zolağında saxlanılan məlumatın ölçüsü ilə müqayisədə 80 dəfə daha çoxdur. Bank hesabı üzrə olan bütün məlumatları bu kartlarda saxlamaq mümkündür; klassik kartlar – standart xidmət növünü nəzərdə tutan bu kartlar istifadəçilərə adi xidmət və kredit xətti təklif edir. Bütün müştərilər üçün xüsusi təyinatla rəsmiləşdirilir; qızıl kartlar – yüksək kredit limitinə malikdir. Hesab xidməti üzrə nisbətən sadələşdirilmiş şərtlər təklif olunur. Malların və xidmətlərin ödənilməsi müqabilində xüsusi təkliflər təqdim edilir; platin kartlar – imtiyazlı kartlar olmaqla yanaşı, həmçinin kart sahibinin yüksək nüfuzundan xəbər verir. Sözügedən kartların üstünlükləri sırasına əlavə xidmət (məsələn, sutka ərzində bank mütəxəssisinə dəstək verilməsi formasında), konsyerj xidməti (taksi çağırılması, soraq məlumatı), xarici ölkələrə gedən zaman təklif olunan əlavə sığorta, mağazalarda alış-veriş edən zaman endirimlər edilməsi daxildir; kobrend kartlar – bonus proqramları (əksər hallarda, aviaşirkət və ya ticarət şəbəkələri) ilə birlikdə istifadəçilərə təqdim olunur. Kartdan xərclədiyiniz məbləğlər istifadəçiyə bonus xallar qazandırır. Onların vasitəsilə bir sıra ütünlüklər əldə etmək mümkündür.
Yeni sözlər və yeni mənalar lüğəti / kart2 1 сущ. карты (набор листов из плотной бумаги одинакового размера с изображенными на них фигурами или очками четырех мастей, служащий для игры). Kart dəsti колода карт, kart paylamaq раздавать карты, kart qarışdırmaq тасовать карты, мешать карты, kart çəkmək тянуть карты из колоды 2. игра при помощи таких листов. Kart oynamaq играть в карты II прил. карточный. Kart oyunu карточная игра, kart kağızı карточная бумага ◊ karta qoyulmaq быть поставленным на карту, kart basmaq подтасовывать карты 2 сущ. спорт. карт (гоночный микролитражный автомобиль с мотоциклетным двигателем без кузова, предназначенный для соревнований на картинге)
Azərbaycanca-rusca lüğət / kart1 i. (playing-) card; pasteboard; bir dəst ~ a pack of cards; ~la qumar (oyunu) gambling; ~ oynamaq to play cards; ~la qumar oynamaq to gamble; ~ paylamaq (oyunda) to deal* (round) the cards; ~ı kəsmək to cut* the cards; ~da bəxti gətirmək to be* lucky at cards; ◊ ~ basmaq to cheat, to swindle
Azərbaycanca-ingiliscə lüğət / kart1 is. carte f ; bir dəst ~ jeu m de cartes ; ~la qumar oynamaq jouer au jeu de hasard ; ~ paylamaq battre les cartes
Azərbaycanca-fransızca lüğət / kart1 [alm. əsli ital.] 1. карт, ччар (къумар къугъвадай ччарарикай гьар сад); kart almaq карт (ччар) къа(х)чун; kart vermək карт (ччар) гун; kart paylamaq картар (ччарар) паюн; 2. гьа ччарарал къугъвадай къугъун, къумар; kart oynamaq картарал (ччарарал) къугъун; kart çəkmək карт чӀугун, картарин арадай сад ва я са шумуд карт къачун; kart vurmaq карт ягъун, картарал (къумарал, ччарарал) къугъун; ** kart basmaq алцурарун, гьилле туькӀуьрун, гьилле атун.
Azərbaycanca-ləzgicə lüğəti / kart