Karr sözü azərbaycan dilində

Karr

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Karr • 90.6250%
  • karr • 6.2500%
  • KARR • 3.1250%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Edvard Karr
Edvard Holit Karr (28 iyun 1892, London – 3 noyabr 1982, Kembric) — Britaniya siyasət alimi, tarixçisi və jurnalisti Təhsilini Kembricdə başa vurmuş Edvard Karr 1916-cı ildə Britaniya Xarici İşlər Nazirliyinə qoşulmuş, 1919-cu ildə Paris Sülh Konfransında iştirak etmiş, daha sonra Riqada Britaniya səfirliyində işləmışdir. Riqada olarkən Karr Rusiya ilə maraqlanmağa başlamış və daha sonralar Rusiya haqqında bir çox fundamental əsərlər yazmışdır. 1936-cı ildə diplomatik xidməti tərk edən Karr Aberistvitdə Uels Universitetində Beynəlxalq siyasət üzrə Vudro Vilson professoru işləmiş, 1939-cu ildə özünün məşhur İyirmi İlin Böhranı əsərini çap etdirmişdir. 1941-1946-cı illərdə Tayms qəzetində redaktor köməkçisi işləmiş, sonra Oksfordda, daha sonra isə Kembricdə dərs demişdir. Karr İyirmi İlin Böhranı əsəri ilə beynəlxalq münasibətlər elmində siyasi realizmin əsaslarını qoyanlardan biri olmuş və bu əsərində iki dünya müharibəsi arasındakı dövr üçün hakim olan beynəlxalq münasibətlər nəzəriyyəsini ciddi tənqid etmişdir. Karrın idealistləri və idealizmi tənqidi zamanı üçün elə böyük əks-səda doğurmuşdu ki, idealistlər mənfi təəsssürat yaratmaqdan yaxa qurtarmaq üçün öz adlarını liberalizm və liberalist anlayışlarına dəyişmək qərarına gəlmişdilər Başlıca əsərləri Dostoyevski: yeni bioqrafiya (1931) Romantik sürgünlər: XIX əsr portret qalereyası (1933) Karl Marks: fanatizmin tədqiqi (1934) Mixail Bakunin (1937) İyirmi ilin böhranı, 1919-1939: beynəlxalq münasibətlərə giriş (1939) Sülhün şərtləri (1942) Millətçilik və sonrası (1945) Sovet Rusiyasının tarixi (10 cilddə:1950-1978) Yeni cəmiyyət (1951) Tarix nədir?
Karr döyüşü
Karr döyüşü — Mesopotamiyanın şimal-qərbində yerləşən qədim Karr(indiki Harran, Türkiyə) şəhərinin yaxınlığında e.ə 9 may 53-cü ildə Roma-Parfiya müharibələrinin ilk həlledici döyüşü baş verdi. Mark Krassın başçılığı altında 50 minlik Roma ordusu Parfiya hüdudlarına daxil oldu. 10 min döyüşçüsü olan İran-Parfiya sərkərdəsi Surena həlledici döyüşdən boyun qaçıraraq, düşməni ölkənin içərilərinə çəkmək və onu yoraraq məğlub etməyi düşünürdü. Bu geriyə çəkilmə vaxtı parfiyalılar Krassın oğlu Publinin başçılığı altında olan romalı süvarilərini darmadağın etdilər. Sonra isə, romalıların Karrdan cənubda olmağından, susuz səhrada uzun yol gəlməyindən və vəziyyətin dolaşıq olması səbəbi ilə ruhdan düşmələrindən istifadə edərək, əks-hucuma keçdilər. Romalıları hər iki cinahdan bağlayaraq və onların sıx döyüş səflərinə ox yağdıraraq, onları darmadağın etdilər. Romalıların yaxın döyüş cəhdləri nəticə vermədi. Parfiyalılar yaxın döyüşə girişməyərək və düşməni oxa tutaraq, geriyə çəkilirdilər. Əkshucuma 500 oxçu və 1300 suvari ilə gücləndirilmiş 8 koqorta piyada göndərən Krass bununla böyük səhvə yol verdi. O göndərdiyi korpusun əsas qüvvələrdən aralanmasına imkan verdi.
Eli-Abel Karryer
Eli-Abel Karryer (fr. Élie-Abel Carrière, 4 iyun 1818 – 17 avqust 1896) — fransız botaniki. == Elmi işləri == Jardin fruitier – Fruits à pépins – Poires, 1845. Pépinières, 1855. Traité général des conifères ou description de toutes les espèces et variétés, Carriere, Elie Abel. París. 1855. Entretiens familiers sur l'horticulture, 1860. (Les) Arbres et la civilisation, Carriere, E. A. París. 1860.
Eyşa Karrera
Eyşa Karrera (6 avqust 1973, Nyu-York, ABŞ) — ABŞ pornoaktrisası, ssenaristi və modeli. 300-dən artıq pornoqrafik filmdə iştirak etmişdir. Ateistdir. == Həyatı == Eyşa Karrera 1973-cü ildə ABŞ-nin Nyu-York şəhərində anadan olmuşdur. Atası yapon, anası alman əsillidir. Ailədə 4 uşaqdan biridir. Uşaqlıq vaxtında piyano dərsləri almışdır. 1990-cı ildə barlarda striptizçi olaraq çalışmışdır. 1993-cü ildə isə artıq porno kassetlər yayımlamışdır. Bəzən "Cessika Bennett" ləqəbi ilə də filmlərdə iştirak etmişdir.
HESA Karrar
İranın HESA şirkəti tərəfindən 2010-cu ildən istehsal olunana “Karrar” PUA-ları 1970-ci illərdə ABŞ-də istehsal olunan “Beechcraft Streaker” hədəf tipli pilotsuz vasitənin törəməsidir. Onun üzərinə, əlavə olaraq Cənubi Afrika istehsalı elementlərin və silah asqılarının yerləşdirildiyi ehtimal edilir. Bu PUA-lar Mahmud Əhmədinejadın prezidentliyi dövründə inkişaf etdirildi. Pilotsuz uçuş aparatı hava hədəfini təqlid edərək hava hücumundan müdafiə qruplarına təlim vermək üçün istifadə olunur. Onlar müntəzəm olaraq İranın hava hücumundan müdafiə təlimlərində diqqəti cəlb edir. Onların İranın köhnə ABŞ istehsalı “Beechcraft Streaker” (DMK-107) pilotsuz hədəflərini əvəz etdiyi bildirilir. Ənənəvi olaraq parlaq narıncı rəngli “Karrar” hədəf dronlarının kiçik üçkünc qanadlarının aşağısında, silindrik və küt burun hissəli füzelyaj yerləşir. Mühərrikin hava qəbuledicisi arxa tərəfdə yerləşir. Mərkəzi asqıda Mk 82 bombası yerləşdirilə bilər. “Karrar” buraxılmaq üçün raketlə təchiz edilən sistemdən, enmək üçün isə paraşütdən istifadə edir.
Huan Karreno de Miranda
Huan Karreno de Miranda (isp. Juan Carreño de Miranda, 25 mart 1614[…], Aviles, Asturiya – 3 oktyabr 1685[…], Madrid) — Barokko dövründə yaşamış ispan rəssam. == Həyatı == Huan Karreno de Miranda, Avstriyadakı Aviles şəhərində özü ilə eyni ada malik bir atanın oğlu olaraq doğuldu. Ailəsi 1623-cü ildə Madridə köçdü. Rəssam, Pedro de Las Kuevas ve Bartolomeo Romanın şagirdi olaraq 1620-ci ilin sonuna qədər bu şəhərdə təhsil aldı. İşləri ilə Velaskesin marağına səbəb oldu. 1658-ci ildə Alkasar sarayındakı freskləri boyamaq üçün saray komissiyası tərəfindən köməkçi seçildi. 1671-ci ildə Sebastyan de Herreranın vəfatı ilə kraliçanın saray rəssamı oldu və portretlər çəkməyə başladı. Daha çox portretler rəssamı olaraq tanınan Miranda, Madriddə vəfat etdi. Tələbələri arasında Mateo Cerezo, Kabezalero, Donoso ve Ledesma Sotomayor olmuşdur.
Karra döyüşü
Karr döyüşü — Mesopotamiyanın şimal-qərbində yerləşən qədim Karr(indiki Harran, Türkiyə) şəhərinin yaxınlığında e.ə 9 may 53-cü ildə Roma-Parfiya müharibələrinin ilk həlledici döyüşü baş verdi. Mark Krassın başçılığı altında 50 minlik Roma ordusu Parfiya hüdudlarına daxil oldu. 10 min döyüşçüsü olan İran-Parfiya sərkərdəsi Surena həlledici döyüşdən boyun qaçıraraq, düşməni ölkənin içərilərinə çəkmək və onu yoraraq məğlub etməyi düşünürdü. Bu geriyə çəkilmə vaxtı parfiyalılar Krassın oğlu Publinin başçılığı altında olan romalı süvarilərini darmadağın etdilər. Sonra isə, romalıların Karrdan cənubda olmağından, susuz səhrada uzun yol gəlməyindən və vəziyyətin dolaşıq olması səbəbi ilə ruhdan düşmələrindən istifadə edərək, əks-hucuma keçdilər. Romalıları hər iki cinahdan bağlayaraq və onların sıx döyüş səflərinə ox yağdıraraq, onları darmadağın etdilər. Romalıların yaxın döyüş cəhdləri nəticə vermədi. Parfiyalılar yaxın döyüşə girişməyərək və düşməni oxa tutaraq, geriyə çəkilirdilər. Əkshucuma 500 oxçu və 1300 suvari ilə gücləndirilmiş 8 koqorta piyada göndərən Krass bununla böyük səhvə yol verdi. O göndərdiyi korpusun əsas qüvvələrdən aralanmasına imkan verdi.
Karrar
Karrar (Kürdəmir) — Kürdəmir rayonunun inzibati ərazi vahidində qəsəbə. Karrar (tank) — İran tankı.
Karrar (Kürdəmir)
Karrar — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Karrar qəsəbəsi Karrar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Karrar qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Din == Qəsəbədə "Seyid Əhməd" məscidi və "İmam Hüseyn" məscidi dini icmaları fəaliyyət göstərir.
Karrar (tank)
Karrar (fars. کرار‎ – Zərbə) — İran istehsalı əsas döyüş tankı. Bu tank ilk dəfə 12 mart 2017-ci ildə ictimaiyyətə təqdim olunmuşdur. İctimaiyyətə verilən məlumata əsasən elektro-optik atəş nəzarət sistemi, lazer məsafəölçən, ballistik kompüter, gündüz və gecə görünüş sistemlərinə sahibdir. T-90 tankı ilə oxşarlığına baxmayaraq, Rusiyanın İranla lisenziya altında bu tankları istehsal etmək haqqında müqaviləsi yoxdur. == Tarixi == Karrarın ictimaiyyətə təqdimatından sonra, Tehran 12 mart 2017-ci ildə kütləvi istehsalın ediləcəyini açıqladı. Tasnim Xəbər Agentliyinə danışan briqada generalı olan Kiomars Heidari, Karrarın 2018-ci ildə təslim ediləcəyini söylədi. Tasnim Xəbər Agentliyinin 18 iyul tarixində yayımlanmış bir xəbərinə görə İnqilab keşikçiləri korpusuna 800 Karrar əsas döyüş tankının verilməsi planlaşdırılır. == Dizayn == Karrarın əsas silahı tüstü bombası və termal qol ilə təchiz edilmiş 125 mm-lik yivsiz topdur. Tankın tank qülləsinin damına 12.7 mm-lik uzaqdan idarəedilən zenit pulemyotu mərkəzi quraşdırılmışdır.
Karrar bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Karrar qəsəbə bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Karrara
Karrara (it. Carrara) — İtaliyanın Toskana regionunda şəhər.
Karri
Karri — Cənubi Asiya mənşəli ədviyyatlı sous. Karriyə əlavə olunan ədviyyat qarışıqları da karri adlanır. Bəzən karrilərə karri ağacının (lat. Murraya koenigii) yarpaqları da əlavə olunur, amma bu mütləq deyil. == Etimologiya == Bu söz "sous" mənasını verən Tamil mənşəli sözdən (tam. கறி) yaranmışdır. Demək olar ki, Cənubi Asiya üslubunda sous əsasında və ədviyyatlarla hazırlanmış hər hansı bir yeməyi Qərb dünyasında karri kimi adlandırmaq olar. Hindistanın cənubunda yayılmış müxtəlif növ pörtlədilmiş tərəvəzdən, paxlalılar və ya ətdən hazırlanmış ətirli duru, qatı maye yeməklər. Avropa mətbəxində "karri" termini, bir qayda olaraq, karri ədviyyatlarını sousa əlavə etməklə hazırlanmış quru halda, tavada və yaxud qrildə qızardılmış yeməklərə aiddir.
Karri çörəyi
Karri çörəyi (カレーパン, karē pan) – populyar Yaponiya yeməyi. Bir miqdar Yapon karrisi xəmirlə qarışdırılır, xəmirə çörək qırıntıları əlavə edilir, daha sonra qızardılır. Bəzən isə qızardılmır, lakin qızardaraq bişirmək çörəyin ən geniş hazırlanma metodudur. Karri çörəyini çörəkçilərdə və mağazalarda tapmaq olar. == Populyar mədəniyyətdə == Kare pan man ("Karri çörəyi adamı") "Anpanman" kitab seriyasının superqəhrəmanlarından biridir. Onun başı karri çörəyindəndir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Karri çörəyi ilə əlaqəli mediafayllar var. Necə karri çörəyi bişirməli.
Karrlar
Karrlar və ya Şrattlar (rus. карры, ing. karren, clints) — çılpaq karst sahələri üçün səciyyəvi olan xırda relyef formaları, paralel sıralarla yerləşən dik yamaclı dərin qırışıq formasında (dərinliyi bir necə sm-dən 1–2 m-ə qədər). Əhəng daşlarının səthi ilə ayrı-ayrı şırnaq şəklində axan atmosfer sularının həlletmə fəaliyyəti nəticəsində yaranır.
Karronada
Karronada — hamar lüləli artilleriya topu. İlk dəfə ingilis donamasında XVIII əsrlərin sonlarında, sonralar isə sahil mühafizəsində tətbiqini tapmışdır. Uzun məsafəli top ixtiraçısı general Robert Melvill yeni silah ideyasını 1759-cu ildə təklif etmiş, ilk istehsalına 1769–1779-cu illərdə Şotlandiyanın Stirlinq qraflığında Qaskoyn tərəfindən "Karron" zavodunda başlanılmışdır. Adıda məhz buradan götürülmüşdür. İlk olaraq silah ixtiraçı və hazırlayanın şərəfinə "mellviliada" və "qaskonada" adlandırılmışdır.
Marisol Karratu
Marisol Karratu (d. 15 iyul 1986; Buenos-Ayres, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Marisol Karratu Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Polar Pena Karraso
Mariya del Pilar Pena (d. 4 aprel 1986) — İspaniyanı təmsil edən su poloçusu. Mariya del Pilar Pena, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Mariya del Pilar Pena, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Puerto-Karreno
Puerto-Karreno (isp. Puerto Carreño) — Kolumbiyada yerləşən şəhər və bələdiyyə. Viçada departamentinin inzibati mərkəzi. Şəhər departamentin şimal-şərq hissəsində, Orinoko çayının sol sahilində, paytaxt Boqota şəhərindən təxminən 740 kilometr uzaqlıqda, Meta çayının birləşməsi yaxınlığında yerləşir. Mütləq hündürlük dəniz səviyyəsindən 39 metrdir. Şəhərin sahəsi 12 410 km²-dir. Kolumbiya Milli Statistika İdarəsinin məlumatlarına görə 2012-ci ildə şəhər və bələdiyyənin ümumi əhali 15.012 idi. İl ərzində şəhər əhalisinin statistikası: 2005-ci il əhalinin siyahıya alınmasına əsasən, kişi əhalinin 50,5% -ni, qadınlar isə müvafiq olaraq 49,5% -ni təşkil edirdi. İrqi ağ və mestizo şəhər əhalisinin 70,7% -ni; hindlilər — 23,8%; zəncilər — 5,5% təşkil edirdi. 15 yaşdan yuxarı əhali arasında oxuma yazma səviyyəsi 85,8% təşkil etmişdir.
Set Karri
Set Adam Karri (1990, 23 avqust) amerikalı peşəkar basketbolçu. Hazırda Milli Basketbol Liqasında Şarlott Hornets komandasında çıxış edir. O, Şimali Karolinanın Şarlott şəhərində anadan olub. Atası Del Karri keçmiş və qardaşı Stefen Karri də peşəkar basketbolçudurlar. Karri Şarlottda yaşayarkən atası Del Şarlott Hornets komandasında çıxış edirdi. O, uşaq olanda atası Seti qardaşı ilə birgə öz oyunlarına aparır və məşqlərdə onlara oyunun sirlərini öyrədir. Karri 2008-ci ildə Şarlott Xristian Məktəbinin məzunu olarkən 3 il idi ki, Cəngavərlər komandasında çıxış edirdi. Buradakı ən yaxşı ilində ortalama 22.3 xal, 5.0 ribound, 5.0 assist və atışlarda 52% uğurlu nəticə göstərmişdir. Onun buradakı üçüncü ilində komandası 2006-cı il əyalət finalında 105–24 hesabı ilə ən böyük fərqli qələbəsini qazanmışdır. Setin burada çıxış etdiyi bütün illərdə ona böyük rəğbət bəslənmiş və məktəbin uğurlarında aparıcı rol oynamışdır.
Stefen Karri
Vardell Stefen Karri (ing. Wardell Stephen Curry; d. 14 mart 1988, Ohayo, ABŞ) — Amerikalı peşəkar basketbol oyunçusu. Milli Basketbol Asossasiyası komandalarından olan Qolden Steyt Uorriorzda forma geyir.
Aleksis Karrel
Aleksis Karrel (28 iyun 1873[…] – 5 noyabr 1944[…], Paris) — Fransız cərrah, bioloq və patofizioloq 28 iyun 1873-cü il Sainte-Foy-le-Lyon şəhərində anadan olub. - 5 noyabr 1944-cü ildə Parisdə vəfat edib.), 1912-ci ildə fiziologiya və ya tibb üzrə“Damar tikişi və qan damarlarının və orqanlarının transplantasiyası üzrə işinin tanınmasına görə” Nobel mükafatı laureatı adına layiq görülüb. 1924 və 1927-ci illərdə SSRİ Elmlər Akademiyasının müxbir üzvü və fəxri üzvü seçilmişdir . O, dini inancları, insanların qeyri-bərabərliyi ilə bağlı yevgenik fikirləri, nasistlərlə və ifrat sağçı Fransa Xalq Partiyası ilə əməkdaşlıq etdiyinə görə mübahisəli şəxs hesab olunurdu. == Həyatı == Aleksis Karrelin Lion Universitetinin tibb fakültəsini bitirmiş, 1900-cü ildə tibb elmləri doktoru elmi dərəcəsi almışdır. 1900-1902-ci illərdə universitetdə anatomiyadan dərs deyib. 24 iyun 1894-cü ildə terror hücumundan sonra arteriya zədəsindən qanaxma nəticəsində vəfat edən Fransa prezidenti Mari Fransua Karnotun ölümündən təsirlənən Karrel 1902-ci ildən qan damarlarının tikilməsi üsullarını inkişaf etdirməyə başladı. 1903-cü ildən - mübariz katolik; Lourdesdə möcüzəvi bir sağalmanın şahidi olduğunu iddia etdi (qeydlərində o, özü haqqında üçüncü şəxsdə “Doktor Lerrak” təxəllüsü ilə yazır), bu da bir sıra keçmiş həmkarlarını ona qarşı qaldırdı. 1904-cü ildə Karrel Kanadaya, daha sonra ABŞ-a getdi və burada Çikaqo Universitetinin Fiziologiya İnstitutunda assistent oldu. 1906-cı ildə Simon Flexnerin dəvəti ilə Karrel Rokfeller İnstitutunun (sonradan Rokfeller Universiteti) idarə heyətinin üzvü oldu.
Hizer Simmons-Karrasko
Xezer Simmons (25 may 1970) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Xezer Simmons Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Xezer Simmons Olimpiadanın qalibi olub.
Karralı Avraami
Karralı Avraami (q.yun. Αβραάμης) və ya Livan mürtədi Avraami (təq. 350 – 422 və ya 423, Konstantinopol) — Suriya xristian zahidi, Karra şəhərinin yepiskopu. == Həyatı == Ömrünün ilk hissəsini Xalkida səhrasında keçirmiş və burada zahid həyatı yaşamışdır. Oruc tutaraq bədənini sınamış və hələ də ayaqda qalmışdır. Buna baxmayaraq, sonra tacir kimi Livana getmiş və kənd sakinlərinə kömək etmişdir. O, dostlarının köməyi ilə vergi ödəmək üçün kənddə qalmışdır. Kəndlilər ondan tərbiyəçi olmağı xahiş etmiş və o, xristian kilsəsinin tikilməsi şərtilə bunu qəbul etmişdir. O, üç il bu kənddə keşiş kimi qalmış və sonra zahid kimi həyatına qayıtmışdır.t == İstinadlar == == Əlavə ədəbiyyat == А. Пономарев. Авраам (епископ Киррийский) // Православная богословская энциклопедия.

"karr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#karr nədir? #karr sözünün mənası #karr nə deməkdir? #karr sözünün izahı #karr sözünün yazılışı #karr necə yazılır? #karr sözünün düzgün yazılışı #karr leksik mənası #karr sözünün sinonimi #karr sözünün yaxın mənalı sözlər #karr sözünün əks mənası #karr sözünün etimologiyası #karr sözünün orfoqrafiyası #karr rusca #karr inglisça #karr fransızca #karr sözünün istifadəsi #sözlük